ton olmuşdursa, artıq 2003-cü ildə 1,5 min tona qədər
azalmışdır.
Son 25 ildə balıq ovunun əsasını kilkə təşkil edir.
1980-ci illərdən başlayaraq onun xüsusi çəkisi ümumi
balıq ovunda 75%-i ötmüş və hazırda 96%-ə çatmış
dır. Bununla belə, digər balıq növləri kimi, kilkə ovu
Xəzər dənizində əsas balıq növlərinin ovunun dəyişilməsi
(1980 - 2003-cü illər ərzində; min tonla)
Balıq növləri
1980
1985
1995
2003
N ərəkim ilər
25,0
28,5
2,9
1,5
Kilkə
304,7
400,0
107,8
50,0
İri pulcuqlular
23,0
35,0
41,2
—
nun həcmi də son 10 il ərzində 2 dəfədən çox azal
mışdır. Azərbaycan bölgəsində son 4 il ərzində kilkə
ovu 5 dəfə azalmışdır.
Kilkə balığı ovunun kəskin azalmasının əsas səbə
bi tənzimlənməyən qanunsuz ov və Qara dənizdən
Xəzərə daxil olmuş mneopsisdir. Bu sadə canlı orqa
nizm kilkənin əsas qida mənbəyi olan canlılarla qida
landığından onun həcminin azalmasına səbəb olmuş
dur. Qısa müddət ərzində intensiv surətdə artan və
dənizin hər tərəfinə yayılan mneopsis Xəzərin bioloji
aləmi üçün böyük təhlükə yaratmışdır. Kilkənin sayı
nın bərpası üçün kifayət qədər qida mənbəyi tələb
olunur. Deməli, kilkənin qida mənbəyinə ortaq çıx
mış mneopsislə mübarizə aparmaq lazımdır. Bu məq
sədlə məhz mneopsislə qidalanan berol adlı digər
canlı orqanizmin Xəzər dənizinə gətirilməsi nəzərdə
tutulmuşdur.
Kilkədən fərqli olaraq nərəkimilərin həcminin
azalmasına əsas səbəb qanunsuz balıq ovu və böyük
həcmdə qiymətli qida sayılan kürü əldə edərək, de
mək olar ki, mümkün artımın qarşısının alınmasıdır.
Qismən İran istisna olmaqla nərəkimilərin böyük
həcmdə qanunsuz ovu ilə bütün Xəzəryanı dövlətlər
də məşğul olurlar. Nərəkimilərin əsas hissəsi kürü
tökmək üçün Rusiya sahillərinə, şirin suya can atır.
Digər Xəzəryanı ölkələrdən fərqli olaraq bu ölkədə
qayıqların sayı-hesabı yoxdur və genişmiqyaslı qa
nunsuz balıq ovu baş alıb gedir.
47
Rusiyanın cənub dənizlərində qanunsuz balıq
ovunun artmasını sübut edən faktlardan biri də Kras
nodar diyarının nisbətən əlverişli hesab olunan Azov
dənizi sahillərindəki vəziyyətdir. Son bir il ərzində
qanunsuz balıq ovu nəticəsində nərəkimilərin həcmi
burada 10 dəfə azalmışdır.
Xəzər dənizinin Rusiyaya aid olan hissəsində və
ziyyət daha acınacaqlıdır. Müxtəlif mənbələrə görə,
burada hər il qanunsuz olaraq bir neçə min ton nərə-
kimilər ovlanır. Əlbəttə, qanunsuz balıq ovu Xəzərin
digər bölgələrində də müşahidə olunur. Lakin onun
həcmi Rusiya bölgəsində aparılan qanunsuz ovdan
xeyli azdır.
Nərəkimilər qədim və nadir balıq növlərindən ol
duğu üçün və bu populyasiyanın sayının azalması
beynəlxalq təşkilatları da narahat edir. Yox olma həd
dinə çatmış nərəkimilərin sayına nəzarət və onların
mühafizəsi üçün Xəzərin fauna və florasını daim diq
qət mərkəzində saxlayan xüsusi beynəlxalq konven
siya (CITES) mövcuddur. Onlar Xəzəryanı dövlətlə
rə hər ildə nərəkimilərin ovlanmasına və kürünün
eksportuna kvotalar müəyyən edir. Hər bir Xəzəryanı
ölkəyə kvotanın həcmi müəyyən edildikdə başlıca
olaraq bu ölkənin süni balıqartırma məntəqələrindən
dənizə buraxılan balıq körpələrinin sayı və dəniz sa
hili ərazilərin mühafizəsinin təmin edilmə səviyyəsi
nəzərə alınır.
Nərəkimilərin ovlanmasının
Xəzəryanı dövlətlər arasında
kvota üzrə paylanması
(2003-cü il; ton)
Я İran - 671
■
Rusiya - 417
Я Qazaxıstan - 226
Я Azərbaycan - 109
Я Türkmənistan - 63
рт
Д
Dənizə buraxılan körpə balıqların sayına görə Ru
siya və İran xeyli irəlidədir. 2003-cü ildə Rusiya böl
gəsindən dənizə 42,2 mln. ədəd balıq körpəsi buraxıl
mışdır. Rusiyanın əsas balıqartırma müəssisələri Vol
qa çayı deltasında yerləşdirilmişdir.
Qazaxıstanda nərəkimiləri artırma zavodları Atırau
vilayətindədir. Burada 2 iri balıqartırma zavodu fəa
liyyət göstərir ki, onların da hər biri ildə 3 mln. körpə
balıq yetişdirmə gücünə malikdir.
2003-cü ildə Neftçalada istifadəyə verilmiş yeni
balıqartırma müəssisəsi buradan dənizə hər il 15 mln.
körpə balıq buraxmağa imkan yaratmışdır. Hazırda
dənizə buraxılan körpə nərəkimilərin 15 - 20%-ni
Azərbaycan bölgəsi təmin edir.
Bunu nəzərə alaraq CITES 2004-cü ildə ölkəmizə
ayrılan qara kürünün kvotasını 9 tona qaldırmışdır.
Nərəkimilərin ovunu tənzimləyən CITES beynəl
xalq təşkilatı eyni zamanda qara kürünün eksport
həcmini də Xəzəryanı dövlətlər arasında bölüşdürür.
Balıqların ovlanmasına və sayının süni artırılmasına
uyğun olaraq qara kürünün ən böyük həcmdə ekspor-
tuna İran tərəfmə icazə verilmişdir.
2003-cü ildə Xəzəryanı dövlətlərə qara kürünün eksportu
üzrə ayrılmış kvotalar (tonla)
Ö lk ə lə r
T o n la
%-lə
tran
75,7
54
Rusiya
31,3
22,3
Qazaxıstan
25
17,9
Azərbaycan
4,5
3,2
Türkm ənistan
3,6
2,6
C əm i
140,1
100
2003-cü ildə İran xaricə 65 ton qara kürü ixrac et
mişdir. Əgər nəzərə alsaq ki dünya bazarında 1 kq qa
ra kürünün qiyməti 750 dollardır, onda aydın olar ki,
İranın qara kürü satışından gəliri 50 mln. dollara yaxın
olmuşdur. Şimali Amerikada isə 1 kq bölgə (ağbalıq)
kürüsünün qiyməti 3 min dollara çatır.
Bütün bunlarla yanaşı, “qara bazar”da yüzlərcə
ton qanunsuz ovlanmış nərə balıqlarının və qara kü
rünün alveri davam etməkdədir. Bu səbəbdən də bir
çox beynəlxalq təşkilatlar nərəkimilərin yox olması
təhlükəsini gördükləri üçün bu balıqların ovuna mü
vəqqəti qadağa qoyulması təklifini irəli sürmüşlər.
Belə ki, ABŞ-ın “Təhlükə altında olan növlər aktı”na
əsasən (US. Endangered Akt) ağbalıqda yox olmaqda
olan balıqlar siyahısına daxil edilib. Eyni zamanda,
müvafiq təşkilatlar 2004-cü ildə Xəzəryanı ölkələrin
dünya bazarına qara kürü çıxarmalarına məhdudiyyət
qoymuşlar.
CITES təşkilatının məlumatlarına görə, hər il Xə
zərdə tutulan nərəkimilərin 70%-dən çoxu qanunsuz
ovlanır. Məsələnin ən dəhşətli cəhəti ondan ibarətdir
ki, qanunsuz tutulan balıqların əsas həcmi nərəkimi
lərin kürütökmə dövrünə düşür. Daha çox qara kürü
əldə etmək üçün “başabəla balıqçılar” minlərlə dişi
balıqları məhv edir və beləliklə, dənizin bioloji aləmi
nə bərpa olunmayacaq ziyan vururlar.
Yaranmış gərgin vəziyyəti aradan qaldırmaq üçün
bütün Xəzəryanı dövlətlər dənizin balıq ehtiyatlarını
mühafizə etmək sahəsində əməkdaşlığı gücləndirə
rək müvafiq tədbirlər planını həyata keçirməlidirlər.
Yalnız birgə və razılaşdırılmış tədbirlər keçirməklə ol
duqca qiymətli və bənzərsiz Xəzər dənizini və onun
balıq ehtiyatlarını gələcək nəsillər üçün qoruyub-sax
lamaq mümkündür.