mln. ton həcmində neft və neft məhsullarının daşın
ması gücünə malikdir. Lakin limandan hələ ki ildə
yalnız 3 mln. tona yaxın neft daşınır. Bura neft əsasən
Xəzər dənizinin şərq sahilindən (Aktau və T ürkm ən
başı limanlarından) gətirilir. Tranzit neft tam gücün
də istifadə olunmayan Mahaçqala - Novorossiysk neft
borusuna doldurulur.
İran sahilində nəqliyyatın gələcək inkişafı Ənzəli
və Nouşəhr limanlarının fəaliyyəti ilə yanaşı, Neka
terminalının istismarı və Neka - Tehran neft kəməri
nin istifadəsi ilə bağlıdır. Xəzərin İran sahili nisbətən
təmiz olduğu üçün burada neft tullantıları müşahidə
edilmir. Lakin Neka terminalına neftdaşımaların
artması və terminalın genişləndirilməsi sahil ərazilə
rində ekoloji təhlükə yaradır.
Azərbaycanla həmsərhəd olduğu üçün İranın şi
mal qonşularla iqtisadi əlaqələrində Gülüstan ostanı
xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yalnız 2003-cü il
ərzində Gülüstan ostanı ərazisindən dəyəri 82 mln.
dollar həcmində 214 min ton tranzit yüklər daşınmış
dır.
Neft hasil edən digər Xəzəryanı ölkələrdən fərqli
olaraq Türkmənistanda neft və qaz kəmərlərinin coğ
rafiyası əsasən yerli əhəmiyyət daşıyır və bunlar Çə-
ləkən - Nebitdağ və Barsagəlməz - Okərəm sahələri
ni əhatə edir. Sahil boyunca isə İrana Körpəcə -
Qurdquyu qaz kəməri uzanır. Ətraf mühit üçün ən
çox təhlükə yaradan boru kəmərləri isə dəniz yatağın
dan sahilə uzanan kəmərlərdir.
Xəzər regionunda bir-birinin ardınca yeni neft və
qaz kəmərlərinin inşası, karbohidrogen ehtiyatlarının
hasilatı və daşınması həcminin günü-gündən artması
dəniz mühitinə və onu əhatə edən ərazilərə texnogen
təsiri gücləndirir. Odur ki Xəzəryanı ölkələr bir gün
belə itirmədən ekoloji məsələlərin həllində əmək
daşlığın dərinləşməsinə xüsusi fikir verməlidirlər.
83
XƏZƏRİN SAHİL ƏRAZİLƏ
MƏNİMSƏNİLMƏSİ və
ANTROPOGEN TƏSİRİN
ARTMASI
Sahil ərazilərində əhalinin
məskunlaşma xüsusiyyətləri
Ta qədim zamanlardan Xəzər dənizi sahillərində
müxtəlif qəbilələr və xalqlar yaşamış və burada möh
təşəm dövlətlər yaratmışlar. Aparılmış arxeoloji qa
zıntılar da sahil ərazilərində qədim sivilizasiya ocaqla
rının olmasını təsdiq etmişdir. Belə inkişaf etmiş
mərkəzlərin izlərinə xüsusən qərb sahillərində rast
gəlmək mümkündür. Azərbaycanın Dəvəçi rayonu
ərazisində tapılmış qədim Şabran şəhərini (e.ə. III
əsr) və Dağıstanın Qarabudaqkənd rayonunun Vəli-
kənd kəndini (e.ə. VI əsr) buna misal göstərmək olar.
Xəzər dənizinin coğrafi mövqeyi və onun sahil
ərazilərində təbii şəraitin müxtəlif olması, əlbəttə, re
gionun etnogenez palitrasına da əsaslı təsir göstərmiş
dir. Bununla bağlı məşhur rus alimi L.Qumilyovun
sözləri yada düşür. O özünün “Xəzər ətrafı minillik
ərzində” əsərində yazır: “Antrosferanın mozaikliyinin
əsas səbəbi landşaftların müxtəlifliyindədir”. Bu belə
bir fikri bir daha təsdiq edir ki, Xəzər dənizində və
sahil ərazilərində baş verən təbii proseslər ətraf ərazi
lərdə məskunlaşmış insanların yaşayış tərzinə birbaşa
təsir etmişdir.
Qədim dövrdə Xəzər dənizi haqda tam və hərtə
rəfli coğrafi biliklər olmasa da, bəzi səyyahlar öz yazı
larında onun haqqında səthi də olsa, bəzi məlumatlar
vermişlər. Eramızdan əvvəl V minillikdə Herodot
özünün “Tarix” əsərində Xəzər dənizi haqqında belə
yazmışdır: “Bu dənizin bir sahilindən digərinə, məsə
lən, şimaldan-cənuba avarlı qayıqla on beş günə, ən
geniş yerdə - eninə isə səkkiz günə üzürlər. Qərb sa
hilləri boyu hündür Qafqaz sıra dağları yerləşir. Qaf
qazda çox sayda müxtəlif qəbilələr yayılmışdır”.
Xəzər dənizinin yerləşmə xüsusiyyəti onu əhatə
edən ərazilərdə müxtəlif Avrasiya sivilizasiyalarının
kəsişməsini müəyyən etmişdir. Qədim dövrlərdə Ki-
aksar, Kir, Dara, Makedoniyalı İsgəndər, Çingiz xan,
Batı, Toxtamış və Teymurləng kimi məşhur sərkər
dələrin qoşunları bu regionda olmuşlar. Tarixdən mə
lumdur ki, həmin qoşunların tərkibi çoxsaylı qəbilə
lərdən ibarət idi. Sahil ərazilərini tutduqdan sonra
müdafiə qalalarının inşasında onlar azsaylı yerli qəbi
lələrdən istifadə etmişlər. Təbii ki, sonrakı mərhələ
də gəlmə qəbilələr burada tədricən məskən salmış və
beləliklə də sahil ərazilərində etnik tərkibin dəyişil
məsində mühüm rol oynamışlar.
Xəzər dənizini əhatə edən bölgələrdə tarix boyu
müxtəlif dövlətlər mövcud olmuşdur. Bu dövlətlərdə
yaşamış qədim qəbilələrin və xalqların nümayəndələri
əsrlər keçdikcə tədricən assimilyasiyaya məruz qalaraq
yox olmuşlar. Onlar sonrakı dövrlərdə yaranmış nisbə
tən cavan xalqların əsasını qoymuşlar. Yox olmuş bu
xalqlardan skifləri, sarmatları, sakları, hunları, massa
getləri, xəzərləri, qıpçaqları, peçeneqləri, oğuzları və
digərlərini göstərmək olar. Xəzər regionunda müasir
dövrdə məskunlaşmış türkdilli xalqların - azərbaycan
lıların, türkmənlərin, qazaxların, kumıkların, tatarların
formalaşmasında məhz assimilyasiyaya uğrayıb yoxa
çıxmış həmin xalqlar başlıca rol oynamışlar. Son minil
likdə Xəzərətrafı bölgələrdə türk mənşəli xalqların
məskunlaşması üstünlük təşkil etmişdir. Sahil ərazilə
rində təxminən 25 - 30% digər xalqların nümayəndələ
ri - gilanlılar, kalmıklar, farslar və ruslar yaşamışlar.
Xəzər dənizinin coğrafi adına gəlincə, bu ad sabit
qalmamış, zaman-zaman dəyişmişdir. Hətta eyni za
manda bu dənizi müxtəlif cür adlandırmışlar. Hər ye
ni qoyulan ad əsasən regionda yaşayan xalqların və
yaxud ölkələrin adma uyğun olmuşdur. Tarix boyu
ona gah Hirkan, Xvalın, Alban, Kaspi, Bakı, Dərbənd,
gah da Gilan, Mazandaran, Fars, Avar və s. demişlər.