9
AZƏRBAYCAN RESPUBLIKASININ MEŞƏ
MƏCƏLLƏSI
MÜNDƏRICAT
FƏSİLLƏR (MADDƏLƏR)
1. ÜMUMİ MÜDDƏALAR ................................................................................... (1-10)
2. MEŞƏ FONDU VƏ AĞAC-KOL BİTKİLƏRİ
ÜZƏRİNDƏMÜLKİYYƏT, ONLARDAN İSTİFADƏ HÜQUQU ................ (11-26)
3. MEŞƏ FONDUNDAN İSTİFADƏ, ONUN MÜHAFİZƏSİ,
QORUNMASI VƏ MEŞƏLƏRİN BƏRPASI SAHƏSİNDƏ
DÖVLƏT İDARƏETMƏSİ .............................................................................. (27-29)
4. MEŞƏ TƏSƏRRÜFATININ TƏŞKİLİ ............................................................ (30-46)
5. MEŞƏLƏRİN VƏ MEŞƏ BİTKİLƏRİ İLƏ ÖRTÜLÜ
OLMAYAN MEŞƏ FONDU TORPAQLARININ İSTİFADƏSİ,
MÜHAFİZƏSİ, QORUNMASI VƏ BƏRPASI ................................................ (47-53)
6. MEŞƏLƏRİN BƏRPASI VƏ MEŞƏSALMA ................................................. (54-57)
7. MEŞƏ FONDUNUN MÜHAFİZƏSİ VƏ QORUNMASI............................... (58-63)
8. MEŞƏ FONDUNDAN İSTİFADƏNİN, ONUN MÜHAFİZƏSİ,
QORUNMASI VƏ BƏRPASININ İQTİSADİ TƏNZİMLƏNMƏSİ .............. (64-66)
9. MEŞƏ FONDUNDAN VƏ AĞAC-KOL BİTKİLƏRİNDƏN
İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ .............................................................. (67-77)
10. MEŞƏLƏRİN İSTİFADƏSİ, MÜHAFİZƏSİ, QORUNMASI
VƏ BƏRPASI SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ,
MEŞƏ QANUNVERİCİLİYİNİN POZULMASINA
GÖRƏ MƏSULİYYƏT .................................................................................... (78-80)
10
AZƏRBAYCAN RESPUBLIKASININ MEŞƏ
MƏCƏLLƏSİ
Bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzim lən-
məsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və
ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir.
Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və
ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin
vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır:
meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən,
torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf
mühitin digər tərkib hissələrinin vəhdəti;
meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və
qeyri-meşə torpaq sahələri;
meşə münasibətləri — meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi,
qorunması və bərpası sahəsində münasibətlər;
xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan
nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətcə
nadir mənzərəli meşə sahələri;
yaşıllıq zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri
xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-
gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə
edilən meşələr;
yabanı meyvə meşələri — meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan
və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər
olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin plantasiyaları;
dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınan, iqlimtənzimləyici,
torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr;
qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar,
habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar;
meşəbərpa qırması — meşələrin vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu
funksiyaları gücləndirmək məqsədilə qırma yaşı çatmış və ya ötmüş ağaclarda aparılan
qırma;
aralıq istifadə üçün qırma — meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə
əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa
funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar;
relikt bitkilər — keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə
uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri;
arid bitkilər — buxarlanan rütubətin miqdarının yığıntı miqdarından çox olduğu quraq
iqlimli ərazilərin bitkiləri.
11
Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi
Azərbaycan Respublikasının meşə qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respub-
likası nın digər qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq dövlətlərarası müqavilələrdə Azərbaycan
Respublikasının meşə qanunvericiliyindən fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq
müqavilələrin tələbləri tətbiq edilir.
Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri
Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri meşələrin
əhəmiy yətini nəzərə almaqla onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji
müxtəlifliyini saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında
onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını təmin etməyə
yönəldilmişdir.
Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər
Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində
münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və
torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.
Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin (bundan sonra - ağac-kol bitkiləri) isti-
fadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının
mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə bu Məcəllənin müvafiq maddələri
ilə tənzimlənir.
Meşə fondu ərazisində heyvanat aləminin, su obyektlərinin, yerin tərkinin, atmosfer
havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının meşə
qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının
səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə tənzimlənir.
Meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı
yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azər-
baycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
Meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi,
mühafizəsi, qorunması zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə münasibətləri
bu Məcəllə ilə Azərbaycan Respublikasının inzibati və maliyyə qanunvericiliklərinə uyğun
olaraq tənzimlənir.
Maddə 5. Meşə münasibətlərinin obyektləri
Meşə münasibətlərinin obyektləri Azərbaycan Respublikasının meşə fondu (bundan sonra
- meşə fondu), meşə fondunun sahələri, ağac-kol bitkiləri və onlardan istifadə hüquqlarıdır.
Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri
Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə
örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan
Respublikasının meşə fondunu təşkil edir.
Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran
hüdudlarla müəyyən edilir.
Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının
meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Dostları ilə paylaş: |