Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
ZİYARƏTGAHA TOPLAŞANLAR
QARŞISINDA ÇIXIŞ
Əziz həmvətənlər, bu gün müsəlmanlar üçün xoşbəxt bir gün
dür, bayram günüdür. Ramazan ayı başa çabb. Müsəlmanlar Alla
hın, Məhəmməd peyğəmbərin yolu ilə gedərək oruc tutublar. Bu bir
ay müddətində dini ənənələrə görə hər
bir müsəlman mənəviyyatca
daha da paklaşır, təmizlənir, eyni zamanda, öz torpağına, öz Vətə
ninə, öz xalqma, dininə daha da sədaqətlə xidmət edir, saf niyyətlə
yaşayaraq ibadət edir, oruc saxlayır. Bir ay başa çatıb. İndi bunu bay
ram edirik. Bu bayram hər bir müsəlmanın, adət-ənənələrimizə riayət
edən hər bir şəxsin qəlbində olan bayramdır. Güman edirəm ki, bu
bayram gələcək günlərdə xalqımıza xoşbəxtlik gətirəcəkdir. Hər hal
da, niyyətimiz həmişə saf olub. Biz xalqımızı həmişə saflığa, paklığa
dəvət etmişik, ona görə Allah da bizə yar olacaq.
Həzrət Məhəmməd
peyğəmbərin qoyduğu yol həmişə bizim üçün işıqlı olacaq və biz bü
tün bu qaranlıqlardan, çətinliklərdən çıxacağıq.
Burada çox arzular
eşitdim ki, müharibə qurtarsın, əmin-amanlıq
olsun. Bizim ən böyük arzumuz bundan ibarətdir. Müharibəni biz
başlamamışıq. Torpağımıza yağılar tərəfindən təcavüz olub. Bu mü
haribə torpaqlarımız azad olunanadək gedəcək. Çünki hər bir insan
üçün torpaq, Vətən ülvidir, hər bir şeydən ucadır, üstündür. Yaşayı-
nq ona görə ki, torpağımıza, dinimizə, milli ənənələrimizə sadiq olaq.
Bu yolda hamımız bir olmalıyıq, hamımız da bir olacağıq. Şəhidlər
vermişik, Allahın əmri ilə onlann hamısı cənnətdədir. O şəhidlərin
hamısı xalqımızın qəlbindədir. Onlan heç vaxt unutmayacağıq. Bu
günkü arzumuz müharibəni qurtarmaq, xalqımızı əmin-amanlığa
çıxarmaq, xoşbəxt gələcəyə aparmaqdır. Əmin ola bilərsiniz ki, bir
Prezident kimi mən bu yolla gedirəm və bu yolla gedəcəyəm. Bu
müqəddəs bayramı sizinlə bir yerdə keçirməyimdən çox məmnu
nam. Bu müqəddəs amallar bizim hamımızı xoşbəxt gələcəyə apa
racaqdır.
(Yerdm sssbr: "Allah-Taala sizi bizə çox görmxin. Bu miiqadcbs
gi'ın sizi hifz eylzsin ").
34
Hevdor Oliyev sivosoti. TOLERANTLIQ
NARDARAN PİRİNİ ZİYARƏT ETDİKDƏN
SONRA ZİYARƏTGAHA TOPLAŞANLAR
QARŞISINDA ÇIXIŞ
Heydər Əliyev: Bir Prezident kimi arzu edirəm ki, xalqımız
daim firavan, azad yaşasın. Lakin təəssüf edirəm ki, azadlığa ke
çid dövründə respublikamızda cürbəcür əcaib hallar da meydana
çıxır. Bəziləri azadlığı hərc-mərclik kimi basa düşür. Bu isə çox
vaxt qanunların pozulmasına, cinayətkarlığın artmasına, insanla
rın əxlaqının pozulmasına, gənclərin pis yola düşməsinə gətirib
çıxarır ki, bu da bizi ciddi narahat edir. Bunlar hamısı qanunlara,
milli-dini ənənələrə zidd olan hallardır. Ona görə də hərə öz mə
suliyyətini dərk etməlidir. Xalqımız milli azadlığa çıxıb, dövləti
miz artıq müstəqildir, heç kəsdən asılı deyil. Deməli, biz öz evimi
zi necə istəsək, elə də quracağıq. "Ev" deyəndə, mən Azərbaycanı
nəzərdə tuturam. Yaxşı çalışsaq, bu evi işıqlı quracağıq. Əgər bi
ganə qalsaq, bəzi hallarda pozğunluğa yol versək bu binanı yaxşı
tikə bilməyəcəyik. Gəlin hamımız əl-ələ verərək müstəqil Azər
baycanın, böyük Azərbaycan xalqının binasını, möhtəşəm binanı
birlikdə gözəl tikək.
Əziz gənclər, biz müstəqil dövlət kimi torpaqlarımızın hər bir
qarışına sahib olmalı, işğal olunmuş ərazilərimizi geri qaytarma
lıyıq. Hər bir gənc, hər bir vətəndaş bu yolda fədakarlıq göstər
məlidir. Mən sizi - gəncləri bu yola dəvət edirəm. Sizi Azərbay
canın müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi
uğrunda mübarizəyə hazır olmağa çağırıram. Arzu edirəm ki,
gələn Ramazan bayramını qələbədən sonra qeyd edək
("Amin,
inşallah").
35