diyik ki, ölkənizdə sabitlik vardır və buraya sərmayə qoymaq
fikrimizi sizə bildiririk.
Eyni zamanda, biz əl-Əzhər Universitetində təhsil alan tələ
bələrə yardım fondu yaratmışıq. Həmin universitetdə azərbay
canlı tələbələrin böyük bir qrupu da təhsil alır. Arzu edirik ki,
həmin tələbələr buraya qayıdandan sonra öz ölkələrinə xidməl
göstərmək üçün, ölkələrinin tərəqqisi üçün əllərindən gələni et
sinlər.
Biz Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycana daim
inkişaf və tərəqqi arzulayırıq. İcazə verin, fürsətdən istifadə
edərək, möhtərəm Şeyx həzrətlərinə təşəkkürümü bildirim. O
bizim rahatlığımız, səfərimizin yaxşı keçməsi üçün əlindən gələ
ni edir. Buna görə də biz qəlbən onu Küveytin və yaxud ərəblə
rin Azərbaycandakı səfiri kimi qəbul edirik.
İndi isə icazə verin, həmkarlarımı Sizə təqdim edim.
Biz Sizi Küveytdə böyük səbirsizliklə gözləyirik. Bir il-il ya
rım bundan əvvəl Siz vəd etmişdiniz. Ona görə də biz bu səfə
rin həyata keçirilməsini böyük səbirsizliklə gözləyirik. Təşəkkür
edirəm.
Heydər Əliyev: Sağ olun. Sizə təşəkkür edirəm ki, nümayən
də heyətinizin üzvlərini mənə təqdim etdiniz. Çox mötəbər nü
mayəndə heyətiniz var. Mən çox məmnunam ki, siz hamınız
Azərbaycana gəlmisiniz, ölkəmizlə tanış olursunuz. Hiss etdim
ki, Azərbaycanda ilk dəfə deyilsiniz. Qeyd etdiniz ki, Azərbay
candakı bu inkişafı, sabitliyi görürsünüz və buna görə də Azər
baycana sərmayə qoymaq fikrindəsiniz.
Mən bunu dəstəkləyirəm. Sizi əmin edə bilərəm ki, indi
Azərbaycanda xarici sərmayəçilərin fəaliyyət göstərməsi üçün
həqiqətən, çox gözəl imkanlar yaranıbdır. Birincisi, sizin qeyd
etdiyiniz kimi, ölkədə sabitlik var və artıq dönməzdir. Yəni bu
sabitlik həmişə olacaqdır. Hər bir sərmayəçi üçün sabitlik xüsusi
rol oynayır.
İkincisi, xarici sərmayəçilərin işini təmin etmək üçün bizim
çox əlverişli qanunlarımız var. Bunlar həm xarici sərmayəçilərə
Hevdar Əliyev siyasali: TOLERANTLIQ________
356
Heydor Əliyev siyasoti: TOLERANTLIQ
sərmayə qoymaq imkanları yaradır, həm də sərmayəçilərin
hüquqlarını qoruyur. Yol sizin üçün açıqdır. İndi hər şey sizdən
asılıdır. Buyurun, gəlin, sərmayə qoyun və öz sərmayənizdən
faydanızı götürün.
Təbiidir ki, gördüyünüz işlər yaşayacaqdır. Mən bilirəm, siz
;ox yerlərdə məktəblər, xəstəxanalar, universitetlər tikmisiniz.
Bunlar da çox əhəmiyyətlidir.
Qeyd etdiniz ki, Ermənistanın Azərbaycana təcavüzünü siz
daha da yaxşı hiss edə bilirsiniz, çünki vaxtilə özünüz belə bir tə
cavüzə məruz qalmışdınız. Mən o günləri xatırlayıram. Doğrudan
da, İraq tərəfindən sizin ölkəyə qarşı
hərbi təcavüz edilmişdi və bu,
ölkənizə çox zərərlər gətirmişdi. Amma tezliklə sizə yardım etdilər
və bunun nəticəsində də təcavüzdən tezliklə xilas oldunuz. Təca
vüzkarı da cəzalandırdılar, indi də öz cəzasmı çəkir.
Ancaq Azərbaycana edilən təcavüzün qarşısını heç kəs al
mayıbdır. Bəzi ölkələr isə təcavüzkara - Ermənistana kömək
göstəriblər və indi də kömək edirlər. Bilirsiniz ki, Azərbaycanın
orpaqlarınm 20 faizi işğal olunubdur. Bir milyondan artıq azər
baycanlı - müsəlman öz yerindən-yurdundan çıxarılıb və çox il
lərdir ki, çadırlarda yaşayırlar.
Bizim yardıma ehtiyacımız var. Əgər siz xeyriyyəçilik işinizdə
verindən-yurdundan didərgin düşmüş həmin qaçqınları nəzərə
alsanız, çox xeyirxah iş görmüş olarsınız. Bu, Allaha da çox xoş
gedər. Rica edirəm, bu barədə bir az düşünün.
Qahirədə oxuyan azərbaycanlı tələbələrə yardımınıza, qayğı-
uza görə sizə təşəkkür edirəm. Güman edirəm ki, sizin Azərbay
cana daha çox yardım etməyə imkanlarınız vardır.
Ölkənizin əmirinin, dostumun mənə göndərdiyi salamlara
görə təşəkkür edirəm. Hörmətli dostum əmir Cabir əs-Sabahın
dəvətini mən çoxdan almışam, ürəyim çox istəyir ki, Küveytə
gedim. Birincisi, sizin ölkəni görməmişəm, ikincisi də, qardaşla
rında görüşmək istərdim. Bu dəvəti mütləq həyata keçirəcəyəm.
Amma indi yəqin ki, sizdə havalar bizdə olduğundan da istidir.
357
Əbd əl-Əziz Səd əl-Babteyn: Bizdə havanın istiliyi 50 dərəcə
dən yuxarıdır.
Heydər Əliyev: Ola bilər ki, indi əmir də ölkədə yoxdur, sərin
yerlərə gedibdir.
Əbd əl-Əziz Səd əl-Babteyn: O ölkədədir. Çoxları gedib, tək
cə əmir ölkədədir.
Heydər Əliyev: Görürsünüzmü, mən sizin xasiyyətinizi bi
lirəm. Mən bu dəvəti mütləq həyata keçirəcəyəm. Xahiş edirəm
mənim salamlarımı, hörmət və ehtiramımı əziz dostum əmir Ca
bir əs-Sabaha çatdırasınız. Mən sizin ölkənizlə dostluğu Azər
baycan üçün çox əhəmiyyətli hesab edirəm.
Oktyabr ayında Qələrdə İslam Konfransı Təşkilatının zirvə
görüşü olacaqdır. Əgər sizin əmir orada olsa, onunla görüşərik
və manim səfərim üçün yaxşı bir vaxt müəyyən edərik. Mən sizə
uğurlar arzulayıram.
Əbd əl-Əziz Səd əl-Babteyn: İcazə versəydiniz bir söz deyər
dim. Keçən il Sizə vəd etmişdik ki, qaçqın düşərgəsində məktəb
tikib istifadəyə verəcəyik. Biz o vədimizə əməl etmişik. Bu gün
Sizinlə görüşdüyüm üçün başqa bir iş görməyi, yerinə yetirməyi
vəd edirəm. Biz bilirik ki, Siz dünən Avstriyadan Vətəninizə gec
qayıtmısınız və vaxtınız məhduddur. Mənim Sizdən bir xahişim
var. Təbiidir ki, biz Sizin vaxtınızın az olduğunu bilirik və bunu
qiymətləndiririk. Təşəkkür edirik ki, bu gün bizim üçün vaxl
tapdınız. Bizim bu axşam bir ziyafətimiz vardır. Əgər imkanını/
olarsa, vaxt tapıb gəlsəniz biz Sizin iştirakınızdan şad olarıq.
lleydər Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.
Adil Abdulla əl-Fələh
(Beynəlxalq Asiya Müsəlmanları Komitəsi
İdarə Heyətinin sədri): Zati-aliləri cənab Prezidentin vaxtının az
olmasına baxmayaraq bizim üçün bu şəraiti yaratdığına və biza
bu şərəfi göstərdiyinə görə bir daha minnətdarlığımızı bildiri
rik. Bu gün şeyx Əbd əl-Əziz əl-Babteynə göstərilən diqqət və
qayğı, onun mükafatlandırılması, ona elmi dərəcə verilməsi eyni
zamanda, bütün Küveyt xalqına olan hörmətin, diqqətin bir tə
zahürüdür, ölkələrimiz arasında dostluğun, qarşılıqlı ehtiramın
Heydor Əliyev siyasoti:
T O LERANTLIQ
__________________ _ _ _________________________
358
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
daha da möhkəmləndirilməsinə həm bu gün, həm də gələcək
üçün möhkəm zəmindir.
Mən sizinlə bu görüşümüzdən istifadə edərək, Asiya Müsəl
manları Komitəsi haqqında çox müxtəsər, qısa bir şey demək
istəyirəm. Asiya Müsəlmanları Komitəsi Azərbaycanda 1992-ci
ildən fəaliyyət göstərir. Bu komitə, hesab edin ki, həm də sizin
komitənizdir. Onun fəaliyyəti bir çox sahələri - xeyriyyə, mə
dəni, din və bir sıra başqa sahələri əhatə edir. Azərbaycan onun
fəaliyyətində, məcazi mənada desək, "şir payı" - çox böyük bir
pay götürübdir. Bu vaxta qədər də mən çox düşünürəm - bunun
səbəbi nədir ki, komitənin fəaliyyətinin böyük bir hissəsi Azər
baycana verilibdir?
Mən elə düşünürəm ki, bu, Azərbaycana olan sevgi-məhəb
bətdir. Mən hesab edirəm ki, cənab Şeyxülislam Hacı
Allahşükür
Paşazadənin səyinin nəticəsidir ki, komitənin burada xeyriyyə
işləri uğurla həyata keçirilir.
Gördüyümüz işlərdən biri 1993-cü ildə Sizin həyatınıza və fəa
liyyətinizə həsr edilmiş kitabın ərəb dilinə tərcümə olunub ərəb
ailələri arasında yaymağımız oldu. Azərbaycanın Qahirədəki sə
firi İsrafil Vəkilovun köməyi ilə, onunla əməkdaşlıq şəraitində
biz bunu həyata keçirə bildik. Bu gün də biz Küveyt dövlətinin
əmiri Şeyx Cabir əs-Sabahm həyat və fəaliyyətinə həsr edilmiş
kitabın Azərbaycan dilinə tərcüməsinin yayılmasına nail olduq.
Zati-aliləri, biz Azərbaycanda gördüyümüz nailiyyətlərə görə
Sizi təbrik edirik. İcazə verin, Sizin müdrikliyiniz, rəhbərliyiniz
sayəsində Azərbaycanın ən gərgin, ən çətin mərhələlərini keçə
bildiyinizə görə Sizə öz heyranlığımı bildirim. Mən Sizin çıxışla
rınızı, nitqlərinizi izləyirəm və İslam hüququnun, İslam əxlaqının
bu ölkədə geniş yayılması üçün Sizin göstərdiyiniz səyləri yüksək
qiymətləndirirəm. Asiya Müsəlmanları Komitəsinin 1993-cü ildən
başlanmış fəaliyyəti xüsusilə qaçqmlara həsr olunmuş konfrans
dan sonra daha geniş inkişaf etmişdir. Yəni o konfransdan sonra
bizim ölkələrdə qaçqınların məsələləri ilə məşğul olan bütün təş
kilatların fəaliyyətinin məqsədyönlü şəkildə istiqamətləndirilmo-
359