Нс yciar Əliyev sivosati: TO LERANTLIQ
vəıəri torpaqlarımızın 20 faizini işğal edibdir. Demək, hərbi nöq
teyi-nəzərdən üstünlük əldə edibdir. Ona görə də deyir ki, mən
sənin ərazini işğal etmişəm. Sən mənim bu şərtimi yerinə yetir,
mən işğal olunmuş torpaqları azad edim. Dünya ictimaiyyəti də
buna bir söz demir. Ona görə də biz çox mürəkkəb, çətin danı
şıqlar aparırıq. Amma bu danışıqları aparan adam kimi, bu işlə
gecə-gündüz məşğul olan adam kimi mən sizə deyirəm ki, biz
buna nail olacağıq. İndiyə qədər dözmüşük, bir az da dözmək
lazımdır. Mütləq buna nail olacağıq.
Kərşivəz Quliyev: İnşallah, istəyinizə nail olacaqsınız.
Cənab Prezident, gələn ilin bugünkü günü indi getdiyiniz ob
yektin açılışı münasibətilə burada bir də görüşək. Bu, gələn əsrə
düşür. Sizə Allahdan uzun ömür diləyirəm.
Heydər Əliyev: Orucluq bayramı münasibətilə sizi bir daha
təbrik edirəm, sizə cansağlığı arzulayıram.
Sağ olun.
388
RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK
Əziz həmvətənlərim!
Sizi dünya müsəlmanlannm müqəddəs Ramazan bayramı mü
nasibətilə
ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklə
rimi yetirirəm. İlahi hikmətlər xəzinəsi olan Qurani-Kərimin nazil
olduğu mübarək Ramazan ayı əxlaqi saflıq, kamillik, xeyirxah niy
yətlər, mənəvi zənginlik ayıdır. Ramazan bayramı qəlbində inam
və vətən sevgisi daşıyan insanların əzm və iradəsini, xeyirin şər,
mənəvi ucalığın nəfs üzərində qələbəsini nümayiş etdirir.
Allah və din yolunda müqəddəs borcunu ləyaqətlə yerinə ye
tirən müsəlmanlarımız ürəkləri həmrəylik, mərhəmət və şəfqət
duyğuları ilə döyündürən Ramazan günlərini böyük məmnun
luqla başa vurur, bayram sevinclərini bölüşürlər. Milli müstəqil
liyimiz, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda
etmiş şəhidlərimizin ruhuna dualar oxunur, xalqımızın və döv
lətimizin əmin-amanlığı üçün diləklər edir.
Bu niyyət və diləklərə, bayram sevincinizə qoşularaq Sizi əmin
etmək istəyirəm ki, bu gün ovqatımıza sıxıntı gətirən mövcud
çətinliklər tezliklə arxada qalacaq, torpaqlarımız düşmən tapda
ğından azad ediləcək, xalqımız layiq olduğu firavan həyata və
rifaha qovuşacaqdır. Bunun üçün ölkənin hər bir vətəndaşından
əsl vətənpərvərlik, sarsılmaz birlik, milli-mənəvi dəyərlərə və
müstəqillik ideallarına daim sədaqətli olmaq tələb edilir.
Əziz bacı və qardaşlar!
Yola salmaqda olduğumuz iyirminci yüz illiyin son Ramazan
bayramında hər birimizə xoşbəxtlik, ailələrinizə sevinc, evləri
nizə xeyir-bərəkət arzulayıram.
Etdiyiniz dua və niyyətlər çin olsun!
Allah orucunuzu qəbul etsin!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
26 dekabr 2000-ci il
_________________________________________________ Heydar Əliyev siyasMi: TOLERANTLIQ
389
Hı'vdor Əliyev siyasoti: TOLERANTLIQ
RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
MÜSƏLMAN ÖLKƏLƏRİNİN BAKIDAKI
DİPLOMATLARI İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı, 27
dekabr 2
000-ci il
Heydər Əliyev: Mən bu bayram günü sizi narahat etmək istə
mirdim. Amma mənə məlumat verildi ki, bu bayramı keçirən
müsəlman ölkələrinin səfirləri mənimlə görüşmək, məni təbrik
etmək istəyirlər. Mən buna çox şad oldum. Çünki bu bayram
la əlaqədar sizinlə birinci dəfə görüşürük. Azərbaycanda böyük
İslam dininə etiqad göstərən xalqların, ölkələrin səfirləri vardır.
Azərbaycan da uzun illərin dini məhrumiyyətindən qurtarıbdır.
Xalqımız indi sərbəstdir, azaddır və dini bayramları da keçirir.
Mən şübhə etmirəm ki, sizin hər biriniz, yəni səfirlər Ramazan
ayında oruc tutublar, ac qalıblar, dini adətlərə riayət ediblər və
bu gün bayram edirlər.
Mən sizin ölkələrin, dövlətlərin başçılarına Ramazan bayramı
münasibətilə təbriklərimi göndərmişəm, amma bu fürsətdən is
tifadə edərək, sizin hər birinizi Ramazan bayramı münasibətilə
bir daha təbrik edirəm. Eyni zamanda, ölkələrinizi, xalqlarınızı
bu bayram münasibətilə ürəkdən təbrik edirəm.
Mənə verilən məlumatlara görə, indi Azərbaycanda Ramazar
ayınm adətlərinə riayət edənlər, yəni oruc tutanlar bəlkə də biı
çox ölkələrdə olduğundan çoxdur. Bu da müsbət haldır. Demək
Azərbaycanda biz tarixi, mənəvi, dini ənənələrimizi bərpa edirik
Burada səfirlər var ki, onların ölkələrində kommunist ideo
logiyası olmayıbdır. Amma elə səfirlər də vardır ki, onlar bizim
lə birlikdə Sovetlər İttifaqının tərkibində yaşayıblar. O illər bu
ölkələrdə dinin əleyhinə təbliğat gedirdi. O vaxt belə bir söz var
dı ki, din xalq üçün tiryəkdir. Bu, Marksm sözləridir. Ona görə
də 70 il təbliğ ediblər ki, əgər dinlə məşğul olsanız, demək, tiryək
çəkəcəksiniz. Yəqin bunu o mənada deyiblər ki, insanları qorxut
390
Hcydor Əliyev siyasotL TOLERANTLIQ
sunlar. Necə ki, insanlar narkotik maddələrdən, tiryəkdən bihuş
olur, sonra xəstələnir, dindən də belə xəstələnə bilər. Ancaq din
insanların əksəriyyətinin qəlbində yaşayıbdır. Əlbəttə ki, Azər
baycanda gənc nəslin çox hissəsi dindən uzaq olubdur, amma
dinə etiqad nəsildən-nəslə keçibdir.
İndi isə biz müstəqil dövlət olandan sonra dini adət və ənənələ
rimizin hamısı bərpa olunur. O cümlədən Ramazan bayramımız
da bəıpa olunmuşdur. Biz də Azərbaycanda həm Ramazan ayını
keçiririk, həm də bu gün bayram edirik. Doğrudur, biz bir gün
bayram edirik, amma bəzi ölkələrdə 3-4 gün bayram edirlər. Mən
çox məmnunam ki, sizinlə görüşürəm və bayramı qeyd edirik.
Mən Ramazan ayının müsəlmanlar üçün nə qədər əhəmiyyətli
olması barədə danışmaq istəmirəm. Bunu siz məndən yaxşı bilir
siniz. Bir də qeyd etmək istəyirəm ki, Azərbaycanda bu bayram
öz yerini tutubdur. Sizi Ramazan bayramı münasibətilə bir daha
təbrik edirəm. Mənim sizə deyəcəklərim budur.
Qədri Ecvet Tezcan
(Türkiyənin Azərbaycandakı səfiri): Cənab Pre
zident, mən bizim dinimizin ən qiymətli bayramı olan Ramazan
bayramı münasibətilə müsəlman ölkələrinin
- Liviya, Özbəkistan,
Pakistan, Misir, Səudiyyə Ərəbistanı, İran, İraq, Türkmənistan, Qa
zaxıstan və Türkiyənin səfirləri adından Sizi təbrik edir və bizi qə
bul etdiyinizə görə öz minnətdarlığımızı bildirirəm.
Cənab Prezident, bu bayram başqa əlamətdar günə təsadüf
etmişdir. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi
günüdür. Eyni zamanda, qarşıdan Yeni il gəlir. İcazə versəydi
niz, mən bütün bunlarla bağlı Sizi və bizim üçün çox dəyərli olan
Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Siz çox dərin və mənalı fikirlər söylədiniz. Həqiqətən, bizim
dinimizdə Ramazan ayının, bu bayramın xüsusi yeri vardır. Əgər
kimin imkanı varsa, səhhəti buna yol verirsə, Ramazan ayında
oruc tutmaq insana iki mənada çox böyük fayda verir. Bunun bi
rincisi, insanın dünyada ən çətin olan hallardan biri ilə, öz nəfsi
ilə mübarizə aparmasıdır. İkincisi isə, dünyada kasıb insanların
nə vəziyyətdə olduqlarını başa düşməkdir.
391