Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə87/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   83   84   85   86   87   88   89   90   ...   112

tərəfdən  isə,  təəssüf ki,  Azərbaycanın  daxilində  sabitlik,  ölkədə 
etibarlı  rəhbərlik  yox  idi.  Burada  böyük  mübarizə  gedirdi.  Bir 
tərəfdən,  Ermənistan  Azərbaycan  ərazisini  işğal  edirdi,  digər 
tərəfdən  isə,  daxildə müxtəlif qruplar,  özü də silahlı qruplar ha­
kimiyyət  uğrunda  mübarizə  aparırdılar.  Odur  ki,  1988-ci  ildən 
1993-cü  ilə  qədər  burada  hakimiyyət  beş-altı  dəfə  dəyişmişdi. 
1993-cü  ildə Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çıx­
mışdı. Onda məni buraya çağırdılar. O vaxtdan biz qayda-qanun 
yaradırıq.
Ermənistan  silahlı  qüvvələri  əzəli  Azərbaycan  torpağı  olan 
Dağlıq  Qarabağa,  170  min  adamın -  bunların  70 faizi ermənilər, 
30 faizi azərbaycanlılar idi -  yaşadığı  kiçik torpağa  iddia edərək, 
ərazimizin  20  faizini  işğal  etdilər.  Dağlıq  Qarabağ  Azərbaycan 
ərazisinin mərkəzində yerləşir. Ermənilər oranı Ermənistana bir­
ləşdirməyə  cəhd  göstərərək,  bu  münaqişəyə  başladılar.  Onlar 
əvvəlcə  Dağlıq  Qarabağı  işğal  etməyə,  oradan  azərbaycanlıları 
qovmağa  nail  oldular.  Sonra  isə  təcavüzü  daha  da  genişləndir­
dilər. Dağlıq Qarabağın ətrafında  olan,  yalnız azərbaycanlı əhali 
yaşayan 7 rayonu  işğal  etdilər və oradan  bir milyon  adamı  qov­
dular.  İndi  bu  adamlar Azərbaycan ərazisinin müxtəlif yerlərin­
də,  çadırlarda  yaşayırlar. Təsəvvür edirsinizmi?  Bir  baxın,  hava 
necə istidir, bu  istidə onlar çadırlarda yaşayırlar.
Birləşmiş  Millətlər  Təşkilatı  Ermənistan  silahlı  qüvvələrinin 
çıxarılması  barədə  qərar  qəbul  edir  -   Ermənistan  tabe  olmur. 
ATƏT qərar qəbul  edir, onlar tabe olmurlar.  Rusiya, Amerika və 
Fransa  başda  olmaqla,  ATƏT-in  Minsk  qrupu  var.  Onlar da  heç 
nə edə bilmirlər.
Baxın,  biz  belə  vəziyyətdəyik.  Belə  vəziyyətdə  ikən,  yəni  tə­
cavüzə,  bu cür  itkilərə  məruz qalarkən,  torpaqlarımızın  20  faizi 
işğal  altında  olarkən,  erməni  diasporu -  o,  Rusiyada  da, Ameri­
kada da, Fransada da və bir çox digər ölkələrdə də çox güclüdür 
-vəziyyət haqqında yalan informasiya  verir.  Nəticədə dünyanın
Hevdor Əliyev styasoti: TOLERANTLIQ_________ ___ ________________________________ ____
376
Heydar Əliyev siyas.it г TOLERANTLIQ
bir çox ölkələrində belə təsəvvür yaranır ki, bu  işdə təqsirkar er­
mənilər  deyil,  azərbaycanlılardır.  Başa  düşürsünüzmü,  məsələ 
nə  yerdədir?  Erməni  diasporu  Rusiyada  da  çox  böyükdür,  özü 
də o daha sıx birləşmiş, daha güclüdür, dövlətdə və digər orqan­
larda bir çox  mühüm  mövqeləri  tutur.
Məsələn,  Amerikada  bir  milyon  erməni  yaşayır,  Amerikanın 
əhalisi təxminən 280 milyondur, ancaq ermənilərin böyük kapita­
lı var və Amerika hökumətinə təsir göstərirlər. Eləcə də, Fransada.
Biz  deyəndə  isə,  axı  belə  olmaz,  deyirlər  ki,  sizin  dünyada 
təbliğatınız  yoxdur.  Bizim  Amerikada,  Fransada,  demək  olar  ki, 
diasporumuz olmadığı  bir halda,  dünyada  necə  təbliğat aparaq, 
necə? Dünya Birliyində  isə ədalət yoxdur. Ona  görə də biz Rusi­
yadakı Azərbaycan icması qarşısında vəzifə qoyuruq ki, özlərinin 
bütün ümumi işlərindən əlavə, Azərbaycan haqqında həqiqəti də 
yaysınlar.  Biz həqiqətdən savayı heç nə istəmirik. Əlbəttə, bununla 
əlaqədar sizin də köməyinizə müraciət edirik. Sizin böyük imkan- 
lannız var.  Xahiş edirik,  adamları  göndərin,  qoy  gəlib qaçqınların 
necə çətin  şəraitdə  yaşadıqlarını  görsünlər.  Sizi  hətta  çadır  düşər­
gələrinə deyil, şəhərdə qaçqınların yanma apara bilərlər.
Əbdülvahid  Niyazov: 
Biz  görmüşük,  sabah  da  Gəncəyə  ge­
dəcəyik.
Heydər Əliyev: 
Gəncəyə? Çox yaxşı. Ancaq bizim Baş nazirin 
müavini  Əli  Həsənova  demək  lazımdır ki,  təşkil  etsin,  bu  işlərlə 
o məşğul  olur.  Mən sizdən çox xahiş edirəm,  gedib baxın.
Mən  sizi  salamlayıram,  sizə  uğurlar  arzulamaq  istəyirəm  və 
çox  şadam  ki,  bizim  aramızda  əlaqə yarandı  və bu,  davam  edə­
cəkdir.  Mən sizinlə söhbəti  davam etdirərdim,  amma  bir az son­
ra mənim başqa, çox böyük görüşüm olacaq, ona görə də təəssüf 
ki,  söhbəti bitirməliyəm.
Əbdülvahid  Niyazov görüşün sonunda dedi:
Siz bizim  hamımız  üçün  çox  yaxın  insansınız,  çünki  biz Sizi 
hələ  o  vaxtdan,  Sovet  İttifaqının  lideri  olan  vaxtdan  tanıyırıq.
377


Buradakı  qardaşlarımızın  çoxu  çıxış  etmək  istəyirdi,  ancaq  çox 
inamla irəliləyən, çox vacib regionda -  bugünkü Qafqazda, Xəzər 
regonunda çox şeyi müəyyənləşdirən dövlətin başçısı kimi, Sizin 
vaxtınızın olmadığını  başa  düşürük.  Bizi  qəbul etməyə vaxt tap­
dığınıza  görə  qardaşlarımızın  hamısının  adından  Sizə  minnət­
darlıq  etmək  istəyirik.  Yeri  gəlmişkən,  nümayəndə  heyətimizin 
üzvlərindən biri  oğluna Sizin  adınızı  vermişdir. Ümid edirik ki, 
balaca  Heydər böyüyəndə  Kəlbəcər,  Laçın və Qubadlının ərazi­
sinə sakitcə gedə biləcək,  o yerlər azad  olunacaq və bərpa edilə­
cəkdir. Əgər biz bu işdə kömək göstərə bilsək, xoşbəxt olacağıq.
Bu gün biz qaçqınlarla  görüşdük. Bir qadın dedi ki, əgər Hey­
dər Əliyeviçlə görüşsəniz ona deyin ki, bizə heç bir yardım lazım 
deyil,  qoy  mümkün  olan  hər şeyi  etsin  ki,  doğma  ocağımıza qa­
yıdaq.
Heydər Əliyev: Onların hamısı  bunu istəyir.
Əbdülvahid  Niyazov:  Dünən  biz  parlamentdə  görüşərkən 
dedik ki, Rusiyada erməni diasporunun necə güclü, hazırlıqlı ol­
masına  əminik.  Biz orada  da  tədbirlər görməliyik  ki,  Rusiya  ilə 
Azərbaycan arasında qarşılıqlı anlaşmanı  və mehriban qonşulu­
ğu sarsıdan  hansısa qərar və ya müraciət qəbul edilməsin.
Hevtfor cUivev siyasəti: TOLERANTLIQ
378
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ  İCMASINA
Əziz həmvətənlər!
Yəhudi  təqvimi  ilə  Yeni  il  -   Roş-Ha-Şana  bayramı  münasi­
bətilə  sizi  ürəkdən  təbrik  edir,  respublikamızın  biitün  yəhudi 
vətəndaşlarına xoşbəxtlik və səadət arzulayıram.
Azərbaycanda yaşayan bütün  xalqların nümayəndələrinin iş­
tirakı  ilə  keçirilən  milli bayramların  və mərasimlərin  əsl  el  şən­
likləri  kimi  geniş  qeyd  edilməsi  respublikamızda  xoş  bir  ənənə 
halını  almışdır.  Belə  bayramlar  insanları  bir-birinə  daha  da 
yaxınlaşdırır  və  doğmalaşdırır.  Bu,  müstəqil  Azərbaycan  Res­
publikasında  demokratik  cəmiyyətin,  vətəndaş  həmrəyliyinin, 
dilindən,  dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər 
bir Azərbaycan  vətəndaşının  sərbəst və azad  şəraitdə yaşaması­
nın göstəricisidir.
Çoxmillətli  cəmiyyətimizin  tam  və  bərabərhüquqlu  üzvləri 
olan  yəhudilər  öz  milli  adət  və  ənənələrini  qoruyub  saxlamaq­
la,  tarixən  olduğu  kimi,  bu  gün  də  Azərbaycanın  ictimai-siyasi, 
elmi-mədəni  həyatında  yaxından  iştirak  edir,  respublikamızın 
tərəqqisi və inkişafı üçün vətəndaşlıq borclarını yerinə yetirirlər.
Yeniləşmə,  paklaşma,  xeyirxahlıq və şəfqət bayramı olan  Roş- 
Ha-Şana  günlərində  sevincinizə  şərik  olur,  ailələrinizə  əmin- 
amanlıq və firavanlıq arzularımı yetirirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəh.wi, 3 oktı/nbr 2000-ci il
379


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə