Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə88/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   84   85   86   87   88   89   90   91   ...   112

Hfvdor Əliyev sivasoti: TOLERANTLIQ
VATİKAN DÖVLƏTİNİN  BAŞÇISI
PAPA II  İOHANN  PAVEL HƏZRƏTLƏRİNƏ
Möhtərəm  Papa həzrətləri!
Vatikan  dövlətinin  milli  bayramı  -   Müqəddəs  taxta  əyləş­
mə  günü  münasibətilə  Sizi  və  bütün  katolikləri  ürəkdən  təbrik 
edirəm.
İnanıram  ki,  Azərbaycan  ilə  Vatikan  arasında  əlaqələrin  inki­
şafı  beynəlxalq  münasibətlərdə  mənəvi  dəyərlərin  daha  möh­
kəm  bərqərar  olmasına,  insanlar arasında  qarşılıqlı  anlaşmanın 
yaxşılaşmasına xidmət edəcəkdir.
Fürsətdən  istifadə  edib  Sizə  uzun  ömür,  möhkəm  cansağlığı 
və müvəffəqiyyətlər arzulayıram.
Hörmət və ehtiramla,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 5 oktyabr 2000-ci il
380
Hevtlor Olivcv siyasjtn TOLERANTLIQ
MİRMÖVSÜM AĞANIN  ZİYARƏTGAHINDA NİTQ
Bakı, Əzizbəyov rayonu,  Şiivəlan qəsəbəsi 
19 dekabr 2000-ci il
Əziz bacılar və qardaşlar!
Hörmətli  dindarlar!
Bu gün toplaşdığımız ziyarətgahda görülən işlər xeyirxah iş­
lərdir.  Bu,  millətimiz  üçün,  xalqımız  üçün,  müsəlmanlar  üçün 
çox  gərəkli  işlərdir.  Mirmövsüm  ağa  burada  1950-ci  ildə  dəfn 
olunubdur.  Bunun  üstündən 50 il  keçibdir.  İndi, 50 il  keçəndən 
sonra  burada  belə abadlıq  işləri  və onun xatirəsinə  layiq,  təkcə 
onun  yox,  bizim  İslam  dininin  bütün  adət-ənələrinə  layiq  bir 
abidə yaradırsınız.
Mən  keçən  dəfə buraya  gələndə ancaq onun  qəbrini  və ətra­
fındakı  tikilini  gördüm. Amma  indi burada  geniş bir kompleks 
yaranıbdır. O vaxt bunu mənə demişdilər. Amma mən bu dərə­
cədə  təsəvvür  edə  bilməzdim.  Çox  gözəldir,  mən  bəyənirəm. 
Burada  zəhmət çəkənlərin  hamısına  təşəkkür edirəm  və bütün 
işlərin görülməsi üçün öz arzuları ilə nəzir, yaxud başqa kömək 
verən  adamların da hamısına  təşəkkür edirəm.  Çünki  bu  bizim 
ümumxalq  işimizdir.  Bu  bizim  öz  dərin,  qədim  milli-mənəvi 
köklərimizə  sadiqliyimizi  nümayiş  etdirir  və  gələcək  nəsillər 
üçün  örnək  olur.  Bu  bizim  müqəddəs  İslam  dininə olan  bağlı­
lığımızı  bir daha  sübut edir.  Bunların  hamısı  olduqca  təqdirə­
layiqdir  və  burada  zəhmət  çəkən,  əziyyət  çəkən,  qəlbən  bu  işi 
görən  adamların  hamısının  əməyini  bir daha,  bir daha yüksək 
qiymətləndirirəm.
İndi  bizim  ölkəmizdə  də,  hər  yerdə  də  böyük-böyük  tikinti 
işləri gedir. Tikinti belədir ki, bu kiməsə lazımdır,  kimsə ona və­
saitini qoyur, kimsə də o tikintini aparır, oradan  pul qazanır.
381


Amma  burada  isə  belə  deyildir.  Bura  bütün  xalqa,  millətə 
lazımdır,  getdiyimiz  Allah  yolunda  lazımdır  və  bunu  da  xalq 
özü  edir.  Heç  kəs  bunun  sifarişini  də  vermir,  müstəqil  olaraq 
vəsaitini də vermir. Heç kəs bunun  inşaatını da aparmır. Hamı­
sını  xalq özü  aparır.  Nə  üçün? Ancaq qəlbinin  hökmü  ilə!  Yəni 
özünün mənəvi dəyərlərə bağlılığı  ilə, İslam dininə bağlılığı ilə, 
Qurani-Kərimə  bağlılığı  ilə  bu  işləri  görür.  Ona  görə  də  mən 
burada  gördüklərimdən  çox  məmnunam.  Əgər indi  iş belə  ge­
dirsə, bir müddətdən sonra yəqin ki, hamımız burada  daha  çox 
şeyləri görəcəyik.
Yerdən  səslər:  Cənab  Prezident,  hamısı  Sizin  uğurunuzun
nəticəsidir.
Heydər Əliyev: Mən sizi  Ramazan bayramı  münasibətilə təb­
rik  edirəm.  Allah  hamınızın  orucunu  qəbul  etsin.  Bizim  hər bir 
dini  ibadətlərimiz  insanlara  sağlamlıq  gətirməlidir,  insanların 
arzusunun  yerinə  yetirilməsini  təmin  etməlidir,  insanlara  xoş­
bəxtlik gətirməlidir.  Ramazan ayı  ölkəmizdə geniş qeyd  olunur. 
Arzu  edirəm  ki,  bütün  oruc  tutanlar,  ibadət  edənlər,  namaz  qı­
lanlar  -   bu  Ramazan  ayında  öz  dini  borclarını  yerinə  yetirənlər 
hamısı  xoşbəxt  olsunlar,  öz  arzularına  çatsınlar.  Sizin  hamınıza 
cansağlığı arzulayıram.
Yerdən  səslər:  Cənab  Prezident,  Sizinlə  birlikdə.  Allah  Sizə 
uzun ömür versin!
Heydər  Əliyev:  İndi  bizim  həyatımız  bir  neçə  çətinliklərlə 
rastlaşır.  Bunu  bilirsiniz.  Bir  vaxtlar  həyatda  bu  qədər  çətinlik 
yox  idi.  Ancaq  biz  dinimizdən,  milli-mənəvi  dəyərlərimizdən 
məhrum  idik.  Hamımız  sovet  hakimiyyətinin,  sovet  ideologi­
yasının  qanun-qaydaları  ilə  yaşayırdıq.  Bir az loru  dildə desək, 
onda  qarnımız daha  dolu  idi. Ancaq  qəlbimiz dolu  deyildi,  boş 
idi.  İnsan  isə  təkcə  qarnı  üçün  yaşamır.  Azərbaycan  xalqı  əsrlər 
boyu, İslam dinini qəbul edəndən sonra dini adət-ənənələri, dini 
mənəvi  dəyərlərimizi  hər şeydən üstün  tutubdur.
İndi,  həyatımızın  bu  keçid  dövründə  maddi  cəhətdən  çətin­
liklər vardır.  Bunu siz də bilirsiniz, biz də bilirik. Onlar var. Ona
Hoyd.'r Ə lı\w  
TOLERANTLIQ
382
Hcvd.ır Əliyev siyaseti: TOLERANTLIQ
görə  yox  ki,  biz  bu  maddi  çətinliklərin  aradan  qaldırılması  ilə 
məşğul  deyilik,  yaxud  da  bunlara  biganəyik.  Yox.  Ona  görə  ki, 
müstəqil  olduq,  milli  azadlığa  çıxdıq.  Azərbaycanın  müstəqil 
dövləti  vardır. Ölkəmiz azaddır, heç kəsdən asılı deyildir.
Bu  da  təbiidir ki,  keçmiş iqtisadi sistemin dağılması, dəyişdiril­
məsi  və  yeni  müstəqil  dövlətimizə,  tarixi  milli  ənənələrimizə  uy­
ğun olan və dünya iqtisadiyyatına uyğun olan bir iqtisadi quruluşa 
keçid prosesi gedir. Ona görə də bu çətinliklər vardır. Ancaq əmin 
ola  bilərsiniz  ki,  bunlar  hamısı  müvəqqəti  xarakter  daşıyır,  keçib 
gedəndir. Amma daim yaşayan bizim mənəviyyatımızdır, xalqımı­
zın özünəqayıdışıdır.  Bizim dinimizin,  İslam dininin hər bir insan 
üçün  azad  istifadə  edilməsi  imkanının  yaradılmasıdır.  Ona  görə 
bunları tərəziyə qoyanda, ağıllı adam seçə bilər -  bizə hansı lazım­
dır.  İndi ya  gərək bəzi  çətinliklərə dözək  ki,  sonra cahillərin  əlinə 
düşməyək və millətimiz öz dini, adət-ənənələri,  mənəvi dəyərləri 
ilə bundan sonra əsrlər boyu yaşasın. Yaxud da bunlann hamısın­
dan kənara çəkilək və kim nə cür istəyir, o cür də həyatımızı quraq 
ki, bu gün, sabah  işlərimiz yaxşı olacaq, maddi  vəziyyətimiz yaxşı 
olacaqdır. Mən özüm bunu  tərəziyə qoyanda, əlbəttə ki,  mənəviy-
383


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə