Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydor Əliyev siyasoti: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə95/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   91   92   93   94   95   96   97   98   ...   112

Heydor Əliyev siyasoti: TOLERANTLIQ
II  Aleksi:  Zati-aliləri,  indi  icazə  verin,  sözümə  davam  edim.  Bu 
gün  bizi  qəbul  etdiyinizə  görə  ürəkdən  təşəkkürümü  bildirirəm, 
xalqlanmız  arasında  qarşılıqlı  münasibətlərin  tarixinə  toxunduğu­
nuza  görə  çox  sağ  olun.  Buraya  səfərimiz,  ünsiyyətdə  olmağımız 
bizim üçün son dərəcə faydalı oldu.  Bir var eşidəsən, bir də var ki, 
göl əsən. Bunlar başqa-başqa şeylərdir.
Bakı  öz  gözəlliyi,  səliqə-sahmanı,  təmizliyi  ilə  bizə  həqiqətən 
çox  xoş təsir bağışladı,  insanlar  bugünkü  dövlət bayramını  qeyd 
edir və bu bayrama sevinirlər. Əlbəttə,  rus və Azərbaycan xalqlan 
arasında  keçmişdə olmuş və bu  gün  də inkişaf edən birgə əmək­
daşlıq əvəzsizdir. Faciəli səhifələr olmuşdur və buraya gəldiyimiz 
elə ilk gün Şəhidlər xiyabanını  ziyarət etdik  və o  faciəli  günlərdə 
şəhid olanlara ehtiramımızı bildirdik.
Biz orada  azərbaycanlıların  da,  rusların  da  familiyalarını gör­
dük, onların  ruhuna dua oxuduq.
Biz  dövlət  xadimləri,  şəhərin  rəhbərləri  ilə  də  görüşdük,  İçə­
rişəhərlə  tanış ola  bildik və  daim  münasibətlərimizin  inkişaf ta­
rixini xatırladıq. Bu gün təsdiqləmək olar ki, rusdilli əhali burada 
həqiqətən  bütün  hüquqlara,  bərabər hüquqlara  malikdir.  Onlar 
özlərini  ikinci  dərəcəli  adamlar kimi  hiss etmirlər  və  pravoslav­
lar öz dininə,  öz imanına  heç bir maneə olmadan etiqad edirlər, 
təəssüf ki, bu hətta bəzi  pravoslav ölkələrində də yoxdur.
Möhtərəm Şeyxlə bizim aramızda artıq neçə illərdir ən xoş qar­
şılıqlı  münasibətlər  mövcuddur,  onunla  tanışlığımız  və  əmək­
daşlığımız  1988-ci  ildən  başlamışdır.  Bu  illər  ərzində  biz  bəzən 
ən  faciəli  anlarda,  Dağlıq  Qarabağda  qan  axıdıldığı  günlərdə, 
qan  tökülməsini  dayandırmaq  lazım  olduğu  vaxtlarda  Rus  Pra­
voslav  Kilsəsinin  təşəbbüsü  ilə  Azərbaycan,  Ermənistan  və  Ru­
siya ruhani  liderlərinin  dörd  dəfə üçtərəfli görüşünü  keçirmişik. 
Din xadimləri  vəziyyətdən çıxış yolunu  görür və böhrandan çıx­
maq üçün öz yollarını  təklif edirdilər.
Elə  dünən  biz  səfərimizə  yekun  vuraraq,  bəyannamə  imza­
ladıq.  Biz  bu  bəyannamədə  mövcud  problemin  həll  edilməsinə 
tərəfdar  olduğumuzu  və  Azərbaycanın,  Ermənistanın  dövlət
4 0 8
Heydor Əliyev siyasati: TOLERANTLIQ
rəhbərlərinə  indi  bu  iki  ölkə  qarşısında  duran  problemin  siya­
si  yolla aradan  qaldırılmasını  arzuladığımızı  bildiririk.  Bizə gə­
lincə,  daha  bir üçtərəfli  görüş keçirmək və bu  problemin  həllini 
necə təsəvvür etdiyimizi bildirmək niyyətindəyik.
Ev-eşiklərindən  məhrum  olmuş,  yurd-yuvasından  məhrum 
olmuş  və bu  gün  burada  yaşayaraq,  dövlət üçün  müəyyən  iqti­
sadi  çətinliklər  törədən  qaçqınlarla  görüşmək,  zənnimcə,  bizim 
üçün çox vacib idi, çünki 8 milyon əhalinin 1 milyonunun qaçqın 
olması  müəyyən  dərəcədə  böyük  iqtisadi  problem  yaradır.  İn­
sanların  öz  müsibətlərindən  necə  danışdıqlarını  eşitmək  və  bu 
müsibətləri  görmək  din  xadimləri  üçün  də -  biz  onlarla  görüşə 
qardaşımız  Şeyx  Paşazadə ilə birlikdə getmişdik -  olduqca  ağır 
idi. Odur ki,  kilsə də, dinlər də həmişə öz diqqətini əzab-əziyyət 
çəkənlərə,  müsibətlərə  məruz  qalanlara,  ev-eşiyindən  məhrum 
olanlara  yönəldir.  Ona  görə  də  qeyd  etmək  istərdim  ki,  qaçqın­
larla görüşlər zamanı səslənmiş bütün çıxışlarda  Ermənistandan 
və Dağlıq Qarabağdan,  digər rayonlardan  didərgin salınmış bir 
çox  ruslar Şeyx  qardaşımızla  bizdən xahiş edirdilər ki, bu  prob­
lemin  həllinə  kömək  göstərək.  Onlar bunu  ancaq  sülh  yolu  ilə 
aradan  qaldırmaqda  görürlər,  çünki  bu  müharibədə hərbi  əmə­
liyyatlar zamanı tökülən qanları, xalqların  verdikləri qurbanları, 
itkiləri  xatırlayırlar.
Hələ  inqilabdan  əvvəl  dövlətlərimizin  inkişafına  rusların  da, 
azərbaycanlıların  da  necə  qarşılıqlı  surətdə  töhfə  verdiklərini 
bizə Siz də xatırlatdınız. Biz elə sovet dövründə də milli mənsu­
biyyətlərə  ayrılmadan bir  ailə  kimi  yaşayırdıq.  Vaxtilə  mövcud 
olmuş ənənəvi əlaqələr, əlbəttə, Sovet İttifaqı  dağıldıqdan  sonra 
pozuldu, canlı əlaqə itirildi, lakin mənə elə gəlir ki, bu əlaqə təd­
ricən bərpa  edilir və burada  təhsil  almış,  neft sənayesinin  təşki­
lində  təcrübə  toplamış  bir çox  sahibkarlar indi  Rusiyada  işləyir 
və məsul vəzifələr tuturlar.
Xüsusi  qeyd  etmək  istərdim  ki,  burada  rus  dilində  çoxsaylı 
məktəb var, bu məktəblərdə təkcə rusdillilər deyil, azərbaycanlı­
lar da  oxuyurlar.  Biz Slavyan Universitetinə getdik.  Orada  slav­
4 0 9


yan xalqlarının  mədəniyyəti, dilləri öyrədilir. Bütün bunlar yad 
laşmanın  xalqlarımız  arasında  kök  atmaması  üçün  edilir.  Zən 
ııimcə,  bu  baxımdan  Azərbaycan  ərazisində  ənənəvi  dinlərimi, 
çox  mühüm  rol  oynayırlar.  Biz  məscidləri  də,  fəaliyyətdə  olaı 
üç  pravoslav  məbədini  də,  səfirliyin  ərazisində  tikilmiş  kiçil 
kilsəni  də  ziyarət etdik.  İbadət etməyə  gələn  çoxsaylı  pravoskr 
dindarlar  gördük.  Məhəmməd  peyğəmbərin  nəvəsinin  uyudu 
ğu yerdə Sizin zəhmət və qayğılarınızla bərpa  olunmuş məscid 
ziyarət etdik. Gözəl  məsciddir. İndi o, müsəlmanların ziyarətga 
hma  çevrilmişdir.  Biz görürük  ki,  dini həyat,  həqiqətən  dirçəliı 
Düşünürəm  ki,  bu  dirçəliş  insanların  öz  əməyinə,  vəzifələrin 
münasibətində müsbət rol oynayacaqdır. Onlar öz borcuna və ö 
vəzifələrinə vicdanla yanaşacaqlar.
Elə bu gün mən müsahibə verərkən bildirdim ki, bəzən ölkək 
rimizdə deyirlər ki, bu məsələləri məhz Prezident,  hökumət hə 
etməlidir.  Mən  isə deyirəm  ki,  ölkənin  gələcəyi,  xalqın  gələcə} 
hər bir kəsin  töhfəsindən  asılıdır və buna  görə də hər bir vətər. 
daşın üzərinə məsuliyyət düşür.
Pravoslavlar din xadimlərinin ağsaqqalı kimi,  müxtəlif millə 
lərin və müxtəlif dinlərin  nümayəndələrinin necə birgə yaşam; 
sına,  əməkdaşlıq  etməsinə  gözəl  nümunə  olduğuna  görə,  Şey 
qardaşımız Paşazadəyə çox miıınətdardılar. Zənnimcə, Azərba) 
can yeganə dövlətdir ki, burada müsəlmanların dini başçısı hər ı 
sünnilərin,  həm  də şiələrin  başçısıdır.  Odur ki,  bu  nümunə  İsi. 
min iki  qolu  arasında bəzən qarşıdurmaların baş verdiyi bir ç c . 
ölkələr üçün örnək olmağa  layiqdir.  Elə qardaşım  da  mənə deı  i 
ki,  İrana gedir, çünki orada  məhz bu təcrübəyə ehtiyac duyulu
Bu  gün  biz  Haqq-Təalanın  xeyir-dua  verdiyi  qonaqpərv.  r 
Azərbaycan  torpağına  səfərimizi  başa  çatdırırıq,  özümüzlə  a ' 
xoş  və  nurlu  təəssüratlar aparırıq.  Mənə  elə  gəlir  ki,  XXI əsr və 
üçüncü  minillik dövlətlərimiz arasında  inkişaf etməkdə olan in­
tensiv  əlaqələrlə  başlanır.  Vladimir  Vladimiroviç  Putinin  səfəri 
də, parlamentin sədri başda olmaqla, parlamentin böyük bir nü­
mayəndə heyətinin Rusiya Federasiyasına səfəri də belə əlaqələr-
1 ievdar Əliyev sivasoli: TOLERANTLIQ 
......................... —
------------------------- „--------
4 1 0
dəndir.  Əgər  bizim  səfərimiz  də  buna  öz  töhfəsini  verərsə,  çox 
şad  olarıq.  Bizi  ənənəvi Qafqaz mehribanlığ,  və qonaqpərvərliyi 
ilə  hər  yerdə  həqiqətən  çox  səmimiyyətlə,  gülərüzlə  qarşılayır­
dılar.  Aldığımız  təəssüratlar olduqca  zəngindir.  Budur,  indi  biz 
zati-alilərinizin  qəbulundayıq,  bizdə  belə  bir  məsəl  var  ki,  işin 
sonu  onun  bəzəyidir.  Ona  görə  düşünürəm  ki,  zati-alilərinizlə 
bugünkü görüş də bizim səfərimizin bəzəyidir. Öz xalqınız üçün 
və  Azərbaycan  torpağında  yaşayan  xalqlar  üçün  gördüyünüz 
bütün  işlərə  görə  Sizə  səmimi  təşəkkürümüzü  bildirmək  istər­
dik. Siz qan tökülməsini dayandırdınız, Siz bu  torpaqda yaşayan 
insanlara  bərabər  hüquqlar  verilməsinə,  dindarların  öz  dininə, 
öz  imanına  etiqad etməsinə,  hamının  çiyin-çiyinə  işləməsinə  və 
bir-birinə qarşı  durmamasma  nail oldunuz, onlara bu hüquqları 
verdiniz.
Ənənəvi  dinlərin  fəaliyyətinə  eyni  dərəcədə  diqqət  yetirdiyi­
nizə  və  qiymət  verdiyinizə  görə  Rus  Pravoslav  Kilsəsi  adından 
Sizə  təşəkkürümüzü  bildirmək  istərdik.  Eyni  zamanda,  müxtəlif 
təriqətlərin, başabəla missionerlərin Azərbaycan ərazisində, habelə 
bütün  keçmiş  Sovet  İttifaqı  respublikalarının  ərazilərində  həyata 
keçirməyə  çalışdıqları  dini ekspansiyalarla  əlaqədar dövlət səviy­
yəsində  də  narahatlıq  ifadə  edilir,  bu  narahatlıq  ənənəvi  dinlərin 
başçıları səviyyəsində də bildirilir. Mən  qəti  əminəm  ki,  belə mis­
sionerlərin  fəaliyyəti  adamlan  maarifləndirməyə  yox,  adamların 
arasına həm də dini etiqad əlamətinə görə rəxnə salmağa yönəldil­
mişdir. Təhlükə də, bax, bundadır.
Çünki  tamamilə  yad  olan,  heç bir kökü,  ənənələri  olmayan  tə­
riqətlər, missionerlər torpağımıza gəlir və 70 illik ateizm tərbiyəsin­
dən və dini dəyərlərin inkarından sonra yaranmış mənəvi boşluğu 
doldurmağa can atırlar. Onlar Rusiyanı və keçmiş Sovet İttifaqının 
digər ölkələrini  mənəvi  boşluq  adlandırır  və  ona  görə də  buraya 
gəldiklərini  bildirirlər.  Biz  bununla  razı  deyilik.  Biz bu  təhlükəni 
dünən  qəbul  etdiyimiz  bəyannamədə də xatırlatmışıq.  Çünki  bu, 
xalqları bir-birindən ayırır.
------------------------------------------------------------------------- 
Əliyev slyasKI: TOLERANTLIQ
4 1 1


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə