Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə93/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   89   90   91   92   93   94   95   96   ...   112

Mı Vvi.n  Əliyev  sıy.ısoh. TOLERANTLIQ
‘•QAFQAZIN  DAĞ YƏHUDİLƏRİ”
BEYNƏLXALQ  ELMİ  SİMPOZİUMUNA
Hörmətli simpozium  iştirakçıları!
Sizi  Azərbaycan  Respublikasının  paytaxtı  Bakı  şəhərində 
ürəkdən salamlayır,  hamınıza ən səmimi arzu  və diləklərimi ye­
tirirəm.
Qafqaz öz füsunkar təbiəti,  qədim  və zəngin  tarixi,  etnik-mil­
li  rəngarəngliyi,  maddi  və  mədəni  sərvətləri  ilə dünyanın  nadir 
regionlarından  biridir.  Bu  qədim  diyarın  ən  qiymətli  tarixi  sər­
vəti  isə  onun  məğrur  insanları,  burada  minilliklər  boyu  vahid 
ailə  kimi  yaşayan  çoxsaylı  xalqlarıdır.  Zaman-zaman  Qafqazın 
irili-xırdalı  bütün  xalqları  etnik  mənşəyindən  və  dini  etiqadın­
dan  asılı  olmayaraq,  vahid  Ümumqafqaz  mədəniyyətinin  for­
malaşmasında  iştirak  etmiş,  bu  bənzərsiz  regionun  etno-mədə- 
ni  dəyərlər  xəzinəsini  zənginləşdirmişlər.  Qafqaz  bu  xalqların 
ümumi evidir və onlar haqlı olaraq bununla  fəxr edirlər.
Bu  gün  milli-mənəvi  dəyərlərinin  işığına yığışdığınız dağ yə­
hudiləri  də bölgəmizin  tarixi-mədəni  həyatında  mühüm  rol oy­
nayan xalqlardan biridir.
Qədim  və keşməkeşli  tarixi  keçmişə  malik dağ yəhudiləri yüz 
illərdir ki, Azərbaycanın digər xalqları ilə birgə çiyin-çiyinə, dost­
luq,  mehribanlıq  və  əmin-amanlıq  şəraitində  yaşayırlar.  Məm­
nuniyyət  hissi  ilə  qeyd  etmək  istəyirəm  ki,  yüksək  tolerantlıq, 
milli  dözümlülük  və  humanizm  ilə  səciyyələnən  azərbaycanlı 
mentalitetinə  yad  olan  irqi,  milli,  dini  ayrı-seçkilik,  o  cümlədən 
antisemitizm halları tarixən Azərbaycanda mövcud olmamış, bu­
rada  məskunlaşan  hər  bir  xalq  etnik  özünəməxsusluğunu,  milli 
adət-ənənələrini  qoruyub saxlamışdır.
İndi  Azərbaycanın  dağ  yəhudiləri  müstəqil  respublikamızın 
tam  və bərabərhüquqlu vətəndaşlarıdır. Onların şəxsiyyət azad­
lığı, milli  və insan hüquqları Azərbaycan Respublikasının Kons­
4 0 0
Heydar Əliyev siy.ısjti: TOLERANTLIQ
titusiyası  və  dövlət  qanunları  ilə  qorunur.  Ölkəmizdə  yaşayan 
bütün milli  azlıqların,  o cümlədən  dağ yəhudilərinin  dil və mə­
dəniyyətinin  inkişafı,  etnik-dini adət-ənənələrinin  qorunub sax­
lanılması  üçün  hərtərəfli  hüquqi-siyasi  şərait  təmin  edilmişdir. 
Dağ  yəhudiləri  Azərbaycanın ictimai-siyasi,  elmi-mədəni  həya­
tında,  müstəqil  dövlət  quruculuğu  prosesində  yaxından  iştirak 
edir, Vətən qarşısında layiqli övladlıq borcunu yerinə yetirirlər.
Əziz dostlar!
Qafqaz  fenomeninin  nadir  xüsusiyyəti  onun etnik  baxımdan 
rəngarəngliyi  ilə  yanaşı,  həm  də  pozulmaz  bütövlüyündədir. 
Buna görə də bölgədə yaşayan xalqların tarixi, mədəniyyəti, dili, 
etnik özünəməxsusluğu, adət-ənənələri  Ümumqafqaz dəyərləri­
nin  tərkib  hissəsi  kimi  öyrənilməli  və  bu  sahədə  atılan  hər  bir 
addım  Ümumqafqaz  evinin  qorunub  saxlanılmasına,  region­
da  sülhə,  xalqlar  arasında  əmin-amanlığa  xidmət  etməlidir.  Bu 
baxımdan  Bakıda  dağ  yəhudilərinə  həsr  olunmuş  beynəlxalq 
elmi toplantını Qafqazın, eləcə də Azərbaycanın elmi-ictimai hə­
yatında  mühüm hadisə  kimi  qiymətləndirirəm.  Əminəm  ki,  ke­
çirəcəyiniz elmi  müzakirə və  diskussiyalar xalqlarımızın  bir-bi­
rinə  daha  da  yaxınlaşması işinə layiqli  töhfəsini  verəcək  və belə 
xoşməramlı  tədbirlər bir ənənə halını alacaqdır.
Bu  yolda  sizə  cansağlığı,  xoşbəxtlik,  gərəkli  fəaliyyətinizdə 
hər birinizə uğurlar arzulayıram.
Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şahari, 22 aprel 2001-ci il
4 0 1


Heydardliyet fivəsoti  TOLERANTLIQ
MOSKVANIN VƏ  BÜTÜN  RUSİYANIN 
PATRİARXI  II ALEKSİ  VƏ ONU  MÜŞAYİƏT 
EDƏN  ŞƏXSLƏRLƏ GÖRÜŞDƏ SÖHBƏT
28 may 2001-ci il
Heydər  Əliyev:  Moskvanın  və  bütün  Rusiyanın  müqəddəs 
patriaıxı, hörmətli qonaqlar, mən sizi Azərbaycanda ürəkdən sa­
lamlayır  və  təşəkkür  edirəm  ki.  Müqəddəs  Patriarx,  Siz  tarixdə 
ilk dəfə olaraq Azərbaycana səfər etdiniz.  Mən bu səfəri ölkəmiz 
uçun,  xalqımız üçün,  Azərbaycanda  yaşayan  pravoslavlar  üçün 
son  dərəcə  mühüm  hadisə  kimi,  eləcə  də  Rusiya-Azərbaycan 
münasibətlərində mühüm  hadisə kimi  qiymətləndirirəm.
Ona  görə  də  mən  sizi  bir  daha  salamlayır  və  sizə  təşəkkür 
edirəm  ki,  belə  zəhmətə  qatlaşaraq  Azərbaycana  gəlmisiniz.
402
Hcydsr Əliyev siy.is.ili: TOLERANTLIQ
Mono  məlum  olduğuna  görə,  siz  iki-üç  gündür  ki,  buradasınız 
vo  ölkəmizlə,  xalqımızla  və əlbəttə,  Azərbaycanda  yaşayan  pra- 
voslavlarla  tanış ola bilmisiniz.
Biz  Rusiya  ilə  uzun  müddət -  keçmişdə,  Rusiya  imperiyasın­
da  da,  müttəfiq  respublika  kimi  hamımız Sovet  İttifaqına  daxil 
olduğumuz  dövrdə  də  birlikdə  olmuşuq.  Ona  görə  də  əlaqələ­
rimizin  çox böyük  tarixi və Rusiya  ilə Azərbaycan  arasında,  rus 
və  Azərbaycan  xalqları  arasında  dostluğu  səciyyələndirən  çox 
parlaq səhifələri var.
Azərbaycanda,  xüsusən XIX-XX əsrlərdə rusların, özü  də tək­
cə rusların deyil, bütün pravoslavların sayı getdikcə artırdı. Ona 
görə  də  burada  Pravoslav  kilsəsi  fəxri  yer  tuturdu.  Bir  vaxtlar, 
Azərbaycan  Rusiya  imperiyasının  tərkibində  olarkən,  azərbay­
canlıların  bir  çoxu  imperator sarayı  ilə də,  kilsə  ilə  də  sıx  əlaqə 
saxlayırdı. O vaxtlar bizim bir çox görkəmli adamlarımız Rusiya­
nın müxtəlif universitetlərində, ali məktəblərində təhsil almışlar. 
Zəngin  ailələrdən  olan  neçə-neçə  azərbaycanlı  çar  ordusunda 
zabit  kimi  də xidmət  edirdi,  azərbaycanlı  generallar da  çox  idi. 
Onlar  Rusiya  uğrunda  savaşlarda  döyüşmüşlər.  Məsələn,  məş­
hur general  Əliağa Şıxlinski  XX əsrin əvvəllərində Rusiya-Yapo­
niya müharibəsi zamanı  Port-Arturda igidliklə döyüşmüşdür və 
bütün  Rusiyada onu  "Rus artilleriyasının allahı" adlandırırdılar. 
Bu  sözləri  general Səməd  bəy Mehmandarov və ya bir neçə nax­
çıvanlı general haqqında  da demək olar. Şübhəsiz, bütün  bunlar 
Rusiya  ilə  Azərbaycan  arasında  dostluq  münasibətlərinin  sə­
hifələridir,  özü  də çox gözəl səhifələridir.
Xalqlarımız  müxtəlif  dinlərə  mənsubdurlar  və  burada  təəc­
cüblü  bir  şey yoxdur.  Çünki  dünyada  vahid  din yoxdur, bir Al­
lah  var.  Xalqlar  müxtəlif dinlərə etiqad  edirlər,  amma  bununla 
belə,  dini  mənsubiyyətdəki  fərq  bədxah  münasibətləri,  ədavət 
və düşmənçiliyi, yaxud xoşagəlməz daha nəyisə heç zaman şərt­
ləndirmir.
Ona görə də Azərbaycanda rus əhali və ümumiyyətlə, pravos­
lavlığa  etiqad  etmiş olanların  və etiqad edənlərin  hamısı  hüquq
403


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə