keçən illərdə onlar bizim xeyrimizə səs vermişdilər. Təbiidir ki,
biz bunu araşdıracağıq, səbəblərini öyrənəcəyik.
Yenə də deyirəm, müsəlman dövlətlərinin əksəriyyəti həm
rəylik, birlik göstərmiş, Azərbaycanın bu problemi haqqındakı
vacib fikirlərin sənəddə bərpa olunmasını özlərinin birliyi ilə tə
min etmişlər.
Bütün bunları xatırlayaraq, bir daha onu demək istəyirəm ki,
bizim İslam dininə məxsus olan xalqlarımız, dövlətlərimiz bir
çox hallarda birlik, həmrəylik nümayiş etdirirlər və bu da hər bir
İslam ölkəsinin sabit nailiyyətlərə çatmasına kömək edir.
Mən arzu edərdim ki, bu birlik, həmrəylik daimi, əbədi olsun.
Bu da İslam dövlətlərinin, xalqlarının gələcək inkişafı üçün əsas
şərtlərdən biridir.
Mən bu fürsətdən istifadə edib sizin hamınızı qarşıdan gələn
Yeni il münasibətilə təbrik edirəm. Dekabr ayının 31-i Dünya
Azərbaycanlılarının Həmrəylik günüdür. Bu bizim üçün çox
əziz gündür. Siz də bizim dostlarımızsınız. Yəqin bu günü də
unutmayacaqsınız. Bizim hər birimiz, yəni hər bir müsəlman
dövləti, xalqı XXI əsrə, üçüncü minilliyə müstəqil, azad bir döv
lət kimi, xalq kimi daxil oluruq. Arzu edirəm ki, müstəqilliyimiz,
milli azadlığımız daimi və əbədi olsun.
Hər birinizə və sizin şəxsinizdə ölkələrinizin vətəndaşlarına,
dövlətlərinizə Yeni il salamlarımı çatdırıram. Yeni ildə hər biri
nizə cansağlığı, səadət və xalqlarınıza, ölkələrinizə sülh, əmin-
amanlıq və firavanlıq arzulayıram. Sağ olun.
C ö riişd ə T ü rkiyə səfiri Q ədri E cvet Tezcatı, İran sə firi Ə h əd Q əzai,
Pakistan səfiri xan m ı Ə snıa A n ican , M isir səfiri x a n ım C a h an Ə m in
M əh əm m əd Əli, İraq səfiri Q alib əbdii H iiscyn ət-T əm im i, Ö zbəkistan
səfiri Ə bdiilqafu r Ə bdiilrəhm an ov, T ü rkm ən istan sə firi M u ra d Çart-
yev, L iviya səfiri N asir M əh əm m əd Ə bd iissəm in , Q a z a x ısta n ın m ü
vəqqəti işlər vək ili O yrat B ayrari, S əu d iy y ə Ə rəb ista n ın ın m ü vəqqəti
işlər vək ili Z iiheyr əl-S iiley h i iştirak etm işlər.
Hcydor Əliyev siyasdti: TOLERANTLIQ
396
Heydər Əliyev siyasəli: TOLERANTLIQ
AZƏRBAYCANIN XRİSTİAN İCMASINA
Əziz həmvətənlər!
Sizi - respublikanın bütün xristianlarını İsa peyğəmbərin mü
barək doğum günü - Müqəddəs Milad bayramı münasibətilə
ürəkdən təbrik edirəm.
Azərbaycanda Xristianlığın qədim tarixi vardır. Pravoslav
xristian icmasının respublikamızda məskunlaşması da iki əsrə
yaxın bir dövrü əhatə edir. Ölkəmizdə yaşayan bütün dini icma
ların nümayəndələri, o cümlədən müsəlmanlarla xristianlar hə
mişə mehriban ailə kimi yaşamış, bir-birinin sevincinə, kədərinə
yaxından şərik olmuşlar.
Xristianlar Azərbaycanda tarixən mövcud olan milli-dini dö
zümlülük şəraitində adət və ənənələrini, dilini, dinini, mədəniy
yətini qoruyub saxlamış, cəmiyyətimizin tam və bərabərhüquq
lu vətəndaşları kimi yaşayıb-yaratmışlar. Bu gün onlar müstəqil
Azərbaycanda bərqərar edilmiş demokratik hüquqi prinsiplər
dən, insan və vətəndaş haqlarından tam yararlanaraq, respubli
kamızın ictimai-siyasi, elmi-mədəni həyatında və müstəqil döv
lət quruculuğu prosesində fəal iştirak edirlər.
İyirminci əsrin son ilində İsa peyğəmbərin mövludunun iki
minilliyini geniş qeyd etdik. Qlobal tarixi hadisələrlə, kəşməkəş-
lərlə dolu iyirminci yüzillik artıq arxada qalmış, dünya xalq
ları böyük ümidlərlə yeni əsrə, yeni minilliyə qədəm qoymuş
dur. İnanıram ki, xristianlığın iki minilliyini təntənə ilə bayram
edəcəyimiz iyirmi birinci yüzillik bəşəriyyətin həyatında sülh,
əmin-amanlıq və tərəqqi əsri, müstəqil ölkələrimiz, üçün yeni in
kişaf və çiçəklənmə dövrü olacaqdır.
Əziz dostlar!
Müqəddəs Milad bayramını qeyd etdiyiniz bu nurlu gündə
hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xe
yir-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 yaııvar 2001-ci il
397