D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

36
DƏDƏ QORQUD ARAŞDIRMALARI
hadisələr, varlıqlar ulu əcdadın ən çox rastlaşdığı əksliklərdir, mifo-
loji-astral anlamda isə əkizlərdir. Dünyanın özünün cütləşdirilməsi 
(gerçək və kənar aləm) əkizliyin ən böyük mifik obrazlarını meyda-
na gətirmişdir.
Xalqımızın  əkinçiliklə  bağlı  əsgi  inanclarında  cütləşdirilmənin 
uğuru xüsusilə vurğulanır: «Bir küləş iki sünbül gətirərsə möcüzə-
dir» [3, 243]. – deyirlər. Fallarda da cüt uğura səbəb olan vasitədir: 
«Düyü ilə fala baxırlar. Bir qədər düyü götürüb sayırlar. Düyü cüt 
sayı ilə qurtarsa, xeyirdir, tək sayı ilə qurtarsa şərdir» [3, 244]. Ulu 
babalarımızın ovçuluqda və qoyunçuluqda uzun müddət istifadə et-
dikləri cütləmə adəti də «iki»nin sakrallaşması haqqındakı təsəvvür-
lərin qalıqlarıdır. Ə.Axundovun bildirdiyinə görə, çoban bir mahnı 
ilə sürü-sürü qoyunları cütləyib yoxlayır. İtib yoxa çıxan olursa, dər-
hal bilir. Ala kərə qoyunu görür, tayını gözləyir, ala kərənin tayını 
görəndə qara kürə qoyunun tayını gözləyir. Çoban hansı qoyun cütü-
nü görmək istəyirsə, tütəkdə onlara aid havanı səsləndirir. Öz «mah-
nısını» eşidən kimi qoyun cütü gəlib arxaca keçir. Adını çəkmədiyi 
qoyunlar dayanıb çobanı gözləyir. Bu minvalla qoyunların hamısını 
cüt-cüt yoxlayıb qurtarır [3, 247].
Duallaşan – (ikiləşən və qoşalaşan) varlıqların dünyanı birlikdə 
yaradıb  idarə  etməsi  haqqındakı  təsəvvürlər  qədim  atəşpərəstlərin 
inanclarının əsasında dururdu. Lakin təbiətdəki ikiliyi - əkizliyi və 
əksliyi ulularımız daha əski çağlarda duymuş və yazqabağı məra-
simlərinin içərisinə hopduraraq bu günədək yaşatmışlar.
Üç - ilk say sistemini formalaşdırmaqla yanaşı təkcə mütləq bü-
tövlük (dünyanın maddi tərəfi üçlə hazır olur), üstünlük (Yaradıcı 
üçlüyü), ağıl-yetkinlik (insanda ağıl, güc və görünüş) deyildi, həm 
də mifopoetik strukturların ilkin tam variantının başa çatması (ha-
disə, epizod, fikir və ifadələrin üçlüyü) və sosial konstruksiya (haki-
miyyət üç qardaşdan birinə çatır) idi. Bu səbəbdən də «üç» folklor 
epik ənənəsində daha geniş yayılmışdır. Üçpilləlilik (üç qardaş, üç 


37
bacı, üç yol ayrıncı, üç şərt, üç hədiyyə, üç döyüş, üç meyvə, üç se-
hirli əşya, üç vasitə, üç əməl və s., eləcə də süjet elementlərinin üç 
dəfə təkrarı, üçbaşlı məxluqlar, üç tapşırıq, üç öhdəlik, üç səfər, üç 
kömək, zamanın üç anı və s.) – demək olar ki, bütün mifoloji struk-
turların əsasında durur.
Keçən  əsrin  əvvəllərində  folklorşünaslar  üç  rəqəminin  epik 
ənənəyə  güclü  təsirini  görmüş  və  səbəbini  aydınlaşdırmağa  səy 
göstərmişlər. V.V.İvanov və V.N.Toporovun fikrinə görə, «folklorda 
«üç» rəqəminə müraciət kainatın üç qatlı strukturu (şaquli istiqamət-
də üç yerə bölünməsi) ilə əlaqədardır» [31, 91]. Dünyanın yaranması 
haqqında mifik təsəvvürlərdə üçlüyün meydana gəlməsi irəliyə doğ-
ru atılan böyük addımlardan biri idi. 
Əcdadlarımızın rituallarında, adət və ənənələrində də üçlükdən 
geniş istifadə olunmuşdur. «Atalar üçdən deyib». Maraqlıdır ki, bu 
müdrik  kəlamda  qoyulduğu  kimi,  qoyunçuluqla  bağlı  ayinlərdə  3 
sayında tamamlanırdı. Çünki, mifik dünya modelinin ilk sadə struk-
turu da üç rəqəmində başa çatdırılırdı: üç dünya – yerüstü işıqlı göy, 
yerüzü ikili (işıqlı-qaranlıq) aləm və yeraltı qaranlıq aləm və  ikili 
tanrı üçlüyü - dirilib ölən torpaq, çıxıb batan günəş və əmələ gəlib 
quruyan su. Ulularımızın qədim məşğuliyyətinin sadalanan inanc-
lara  köklənməsi  göz  qabağındadır:  «Qoyunçuluğa  aid  mahnılar, 
əsasən qoyunları yoxlamaqdan başlayıb, sayaçı sözlərinə qədər gəlib 
çıxmışdır. Çoban birinci mahnı ilə qoyunları mühafizə edir, ikinci 
mahnı ilə qoyunları çütləyir, itib-itməməsini bilir. Üçüncü mahnı ilə 
qoyunları bir-bir cins və xasiyyəti üzrə sadalayır ki, bu da qırxıma, 
doğuma  aid  mərasim nəğmələridir» [3,  247].  Mal-qaranın yaşının 
müəyyənləşdirilməsi də bu qaydaya əsaslanırdı. Bir və iki yaş xü-
susi adla qeyd olunur, sonrakı yaş illərinin hamısı isə 3 rəqəmi ilə 
ümumiləşdirilirdi: inək bir yaşda buzov, qısır əmən, dana, iki yaşda 
erkəyi cöngə, kələ (burulmamış), dişisi düyə, üç yaşdan yuxarı isə 
erkəyi öküz (burulmuş); dişisi inək adlanırdı. Beləliklə, ilkin dövr-
lərdə kosmosun üçqatlı strukturuna, eləcə də üç aləmin mövcudlu-
Folklor, mifologiya, etnoqrafiya


38
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ğuna əsaslanan müqəddəs «üç» rəqəmi zaman keçdikcə folklor epik 
ənənəsinin poetik strukturunda, xüsusilə süjetqurmanın formalaşma-
sında əsas vasitələrdən birinə çevrilmişdir.
Yazıçı-alim  Y.V.Çəmənzəminli  «Duvaqqapma»  adətindən  da-
nışanda  «üç»  rəqəminin Azərbaycan  türkləri  tərəfindən  mənimsə-
nilməsini əsaslandırır və yazır ki, «ərənlər üçü demiş» deyə xalqın 
ruhuna yerləşdirilmişdir» [4, 86]. Azərbaycanlılar gəlin köçürəndə 
gəlinin üzünə lampa, yaxud şam işığı, güzgü tutur, başına şirni, no-
ğul, pul səpirlər. Qədimlərdə lampa əvəzinə şam, şirni məcməyisi 
yerinə duvaq işlədirdilər. Bu adətədə üç amilin iştirak etdiyinə nəzər 
salan Y.V.Çəmənzəminli belə bir şərh verir ki, «Şam Zərdüştün nu-
runa, ocaq və bina salmağa işarədir. Xalılar və taxt gəlinin ev olub 
yaşamasının, şirni irəlidə dadlı və xoşbəxt vaxt keçirməsinin, duvaq 
bərəkətin rümuzu olmasının nişanıdır. Duvağın barlı ağaca atılması 
gəlinin övlad sahibi olması arzusunu ifadə edir». Deməli, el inancla-
rında qadının ər evində xoşbəxt olması üç əlamətlə şərtlənirdi. Azər-
baycanda ölüyə qüsl verilən yerdə də üç axşam şam yandırılırdı. O 
səbəbə ki, ölünün ruhu üç gün, üç gecə himayəsiz qalırdı. Dördüncü 
gün mehr (işıq pərisi) dağları işıqlandıranda ədalət məhkəməsi quru-
lur və ruhlar himayəyə alınırdı. Üç ilk gecə divlər çalışırdılar ki, ruh-
ları pis işlər görməyə sövq etsinlər. Divlər qaranlığın məxluqu olub, 
işıqdan qaçdıqları üçün, ölü sahibi ya meyitin yanında və yaxud qüsl 
verilən yerdə şam yandırır ki, ədalət məhkəməsinə qədər ruhu şər 
qüvvələrin təcavüzündən mühafizə eləsin.
«Çillə» ilə bağlı mərasimlərdə də üç rəqəmindən istifadə olunur: 
xalq arasında «çillə» ağırlıq mənasını verən söz kimi başa düşülür 
və üç hissəyə bölünür: qışın ilk hissəsinə «böyük çillə», sonra gələn 
iyirmi günə «kiçik çillə» deyirlər. «Ölü çillə» isə yazın girdiyi ərəfə-
dir. Y.V.Çəmənzəminli göstərirdi ki, «Çillə kəsmək ayinində, adətən, 
əl  və  ayağın  baş  barmaqlarını  ipliklə  üç  dəfə  bağlayırlar,  ucların-
dan su axıdırlar, sonra aşağıdakı sözləri deyirlər: «Həzrət Süleyman 
eşqinə, cin qızı Mərcan hökmünə, bəni-adəmdən, bəni-heyvandan, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə