D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

39
cindən, şeytandan, axar sudan, köklü ağacdan, dibli qayadan, yeddi 
yolun ayrıcından - hər kəsin çilləsinə düşmüşsənsə, çilləni kəsdim» 
[4, 87].
Əski mifoloji görüşlərlə bağlı «Məlikməmməd»də üç rəqəminin, 
demək olar ki, bütün funksiyalarından bacarıqla istifadə edilmişdir. 
Nağılın ekspozisiyasında iki detal müqəddəs üç rəqəmi ilə əlaqələn-
dirilir: almanın üç günə yetişməsi və padşahın üç oğlu. Maraqlıdır 
ki, süjetin sonrakı inkişafında əksər epizodlar üçpilləli şəkildə da-
vam edir, başqa sözlə cüzi dəyişikliklə üç dəfə təkrarlanır: birinci 
olaraq almanı qorumaq üçün böyük oğul ox-kamanını götürüb, dava 
libasını geyinib bağa gedir. Oğlan bir saat gözləyir, iki saat gözləyir, 
sübh, alma yetişən vaxt yuxu onu tutur. Bir zaman ayılıb görür ki, 
alma ağacda yoxdu, dərilibdi. İkinci, ortancıl oğlu yola düşür. Bu 
da bir saat gözləyir, iki saat gözləyir, alma yetişənə yaxın onu da 
yuxu  tutur.  Üçüncü  saatı  başa  çatdırmaması  uğursuzluğuna  səbəb 
olur. Ayılıb görür ki, alma dərilib. Maraqlıdır ki, hər iki qardaş iki 
saat gözləyir, üçüncüyə səbirləri çatmadığı üçün uğur qazana bilmir-
lər. Məlikməmmədin üçüncü dəfə yola düşməsi və barmağını kəsib 
yuxunu gözündən qovmaqla – üçüncü saatı başa vurması almanın 
qoruması ilə nəticələnir.
Dörd. Mifologiyada durğun bütövlüyü rəmzləşdirən üçdən fərq-
li olaraq dörd hərəkətli tamlığın obrazıdır. Doğrudur, belə bir nöq-
teyi-nəzər  də  mövcuddur  ki,  üçlük  hələ  bitkinləşməmiş,  natamam 
bütövlükdür və dördlə yekunlaşıb başa çatır. Bu, dünyanın yaran-
masında iştirak edən dörd ünsürlə əlaqədardır. Başlanğıcda gələn üç 
ünsürlə – su, od, torpaqla hər şey yaransa da, cansız, hərəkətsiz idi. 
Yalnız dördüncü ünsürün – havanın (ruhun) qatılması ilə dünyada 
həyatın  əsası  qoyulur,  canlılıq  yaranır,  zaman  irəli  gedir,  «fələyin 
çərxi» hərəkətə gəlir. Deməli, dörd kainatdakı bütün varlıqların, göy 
cisimlərinin çıxış nöqtələrini təşkil edir, planetlər, ulduzlar öz oxları 
ətrafında fırlanmağa başlayır. Günəş dünyanın bir tərəfindən çıxıb 
Folklor, mifologiya, etnoqrafiya


40
DƏDƏ QORQUD ARAŞDIRMALARI
o biri tərəfində batır. Dördlə fəaliyyətin istiqamətləri və zaman böl-
güləri (il dörd fəslə bölünür) və s. müəyyənləşir. Buna görə də mif 
sistemlərində dördün də işlək dairəsi çox genişdir: 
1. İşıqlı dünyanın dörd tərəfi – şimal, cənub, şərq, qərb. 
2. Dörd əsas istiqamət  – aşağı, yuxarı, sağ, sol. 
3. İlin dörd fəsli – yaz, yay, payız, qış. 
4. Əsrin dörd hissəyə – rüblərə bölünməsi. 
5. Kvadratın dörd bucağı və xaçın dörd ucu. Bütün bunlar məhz 
dünyanı yaradan dörd ünsürün mifopoetik məna çalarlarıdır.
Milli  folklorumuzun  epik  ənənəsində  ilk  olaraq  sakral  «dörd» 
rəqəmi ilə yer üzünün dörd  tərəfi, küll-ərzin ən uzaq nöqtələri və 
s. göstərilir. «Dörd yol ayrıncına rast gəldi», «dörd tərəfə üz tutdu» 
kimi ifadələrində olduğu kimi.
Beş.  Xalq  arasında  tez-tez  işlənən  «Beş  günlük  dünya»,  «Beş 
günlük ömür», «Beş illik dövran», «Acalından beş gün əvvəl dün-
yadan köçdü», «Heç beş gün ömrü qalmayıb» və s. cümlələrdə za-
manın, vaxtın qısalığına, azlığına işarə olunur. «Beş gün» deyəndə 
ulularımız daha çox ömrün azlığına, xoş günlərin ötəriliyinə təəssüf-
ləndiklərini bildirmişlər. 
Əsatiri-mifik anlamda «beş» var-dövlət, sərvət, bolluq mənasın-
da işlənir. Yəni dünyada artıq mövcud olanların üstünə (dörd ünsürlə 
yarananların) bir pay da artırılması kimi başa düşülür. Onun uğuru 
və ziyanı əlavənin hansı elementin üstünə düşməsi ilə əlaqələndiri-
lir. Suyun üzərinə gələndə balıqlar, torpağa qarışanda bitkilər əmələ 
gəlir, bolluq, bərəkət artır. Od və hava ilə bağlananda quraqlıq olur. 
Bu üzdən də qazancların ömrü çox qısalır. 
Tarixilik  baxımdan  «beş»  rəqəmi  barmaq  hesabının  ən  böyük 
rəqəmi kimi çoxluğu ifadə edirdi və mürəkkəb rəqəmlərin alınma-
sında əhəmiyyətli sayılırdı. Belə ki, bəzi yuvarlaq və mürəkkəb say-
lar beş rəqəmi ilə yaranırdı: iki beş deyəndə 10-u, üç beş 15-i. dörd 
beş 20-ni şərtləndirirdi. Zehni inkişafın sonrakı mərhələlərində beş 


41
rəqəminin say sistemində çox da böyük olmadığı dərk edilmiş, insan 
öz ömrünü bada verməmək üçün, mənalı həyat sürmək üçün «dün-
yanın beş günlük» olmasını xatırlamışdır. 
Altı - Oğuz türklərinin təsəvvüründə iki üçlüyün vəhdətini bil-
dirir. Birinci üçlüklə kosmos (Gün, Ay və Ulduz), ikinci üçlüklə isə 
Yer və onun orbiti (Dağ, Dəniz və Göy) yaranmışdır. Dünyanın yer-
də qalan elementləri altıdan törəmişdir. Atəşpərəstlərin mifoloji gö-
rüşlərinə əsasən Ahur-Məzdin altı şüası ilə dünyanın bütün varlıqları 
formalaşır, bəşər övladının ulu babası Kəymərd isə Xeyir tanrısının 
Ahur-Məzdin yaratdığı altıncı varlıqdır. Eləcə də təkallahlı dinlər-
dəki təsəvvürlərdə Allah fəaliyyətinin (yaradıcılığının) altıncı günü 
Adəmi meydana gətirir.
Yeddi. Maraqlıdır ki, iki əsas rəqəmin – üç və dördün toplan-
masından  yeddi  alınır  və  onunla  bütün  kainatın  yeddiqatlı  modeli 
qurulur: ona görə də mifoloji strukturlarda bu rəqəm səyyarələrin, 
planetlərin payına düşür. «Yeddi» rəqəminin sakrallaşmasına qədim 
türk-runik  abidələrində,  klassik  Azərbaycan  şairlərinin  yaradıcılı-
ğında, nağıl və eposlarda təsadüf edilir. Göy türk imperiyası dövrün-
də türklər arasında «yeddi» rəqəmi göylə yerin vəhdətini  bildirirdi. 
«Yeddi qardaş, bir bacı», «yeddi gün, yeddi gecə yol getdilər», «yed-
di dağ aşdılar», «yeddi çay keçdilər», «Koroğlunun yeddi min yeddi 
yüz yetmiş yeddi dəlisi vardı», «yeddi pəri», «yeddi otaqlı, yeddi 
gümbəzli saray tikdilər», «yeddi gün, yeddi gecə döyüş oldu» və s. 
mifoloji düşüncənin əsas atributları kimi xalqımızın şifahi və yazılı 
epik ənənəsinə daxil olmuşdur. 
Bu  rəqəmin  magik  xarakteri  barədə  daha  çox  fikir  mübadiləsi 
aparılmış və bir-birinin əksini təşkil edən müxtəlif qənaətlər mey-
dana  atılmışdır.  Bəziləri  «yeddi»də  göy  qurşağının  rənglərini,  bə-
ziləri – planetləri görmüş, bəziləri də başqa iki müqəddəs rəqəmin 
– «üç»lə (tam dünya ilə) «dörd»ün (əsas ünsürlərin: su, od, torpaq, 
Folklor, mifologiya, etnoqrafiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə