D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

67
Folklor, Mifologiya, Etnoqrafiya
 
 
 
ya suyundan.
Bu  gündə  at Azərbaycanda  inam  yeridir. At  dırnaqlarının  cibə 
qoyulması  və  cibdə  gəzdirilməsi,  at  nalının  qapıya  vurulması  ru-
zi-bərəkət rəmzidir. Yuxu yozmalarda at xeyir işin, murada çatmaq, 
işdə yüksəlmək, madiyyatın yüksəlişi və s. kimi simvolların daşıyı-
cısıdır. “Şərq xalqlarının inancında at daha çox od və işıqla əlaqələn-
dirilir. Müsəlman intibahına aid poeziyada vurğulanır ki, şəfəq atları 
çaparaq qaranlığı əridir, dan yeri ağarır, hava işıqlanır və dünya bir 
gün aydınlığa qərq olur. Bu kimi əski dəlillər təsdiqləyir ki, at bəşər 
oğlu ilə doğmalaşıb, kişilərə arvadı və oğlu qədər özünü istədə bil-
mişdir” (3, səh. 5).
Sonralar hər bir xalqın ata olan inamı, onun sirli, sehrli olması 
xalq  yaradıcılığında  qəhrəmanlarla  bağlı  əfsanələrdə,  dastanlarda, 
rəvayətlərdə və s. ədəbi lirik-epik növlərdə bədiiləşdi. Türk mifo-
logiyasına görə bugünkü at göydən enmiş,  insan yeyən heyvanla su 
ayğırının bir göldə döl tutmasından yaranıb.  
Atla ova çıxmaq, ov ovlamaq da türk mifologiyasına söykənir. 
Qobustanda daşın üzərində atı minən şəxsin maral ovlamasının təs-
viri,  qədim  zamanlarda    atdan  ov  ovlamaq  üçün  də  istifadə  olun-
duğunu təsdiqləyir. Bədii ədəbiyyatda atla ov etmə lövhələrinə rast 
gəlməyimiz bu faktdan irəli gəlir ki, bu da atla bağlı tariximizə (xü-
susilə heyvandarlıqdakı), adətlərimizə söykənir. “Nagahandan Oğu-
zun üzərinə bir sürdi keyik gəldi. Bamsı beyrək birini qova getdi. 
Qova-qova bir yerə gəldi”(1, səh. 54).        
Əfsanələrimizdə,  nağıllarımızda  və  dastanlarımızda  at  sahibi-
nin, qəhrəmanın xarakterinə, adına uyğun şəxsləndirilmiş. Məşhur 
sərkərdə   Atillanın  atı  ilə  bağlı  əfsanələrdə  onun  atının  adı  “Şim-
şək”lə şəxsləndirilmişdir. Bu ad Atillanın xarakterinə uyğun veril-
mişdir.  Onunla  bağlı  əfsanələrdə  Şimşəyin  nəhəng,  güclü  olduğu, 
ayağının dəydiyi yerdə ot bitmədiyi söylənilir. Bu Atillanın atının 
sürətinə işarədir və bu funksiyalarına görə prof. Ramazan Qafarlı-


68
DƏDƏ QORQUD ARAŞDIRMALARI
nınn qeyd etdiyi kimi sürətli, qaçağan olduğundan “Şimşək” adlan-
dırılmışdır.” Belə səsləndirilən qəhrəmanın xarakterinə uyğun, adına 
layiq, onu tamamlayan at adlarına Azərbaycan nağıllarında, dastan-
larında bir sözlə bədii ədəbiyyatın lirik-epik janrlarında da rast gəli-
rik. Məs. Boz at, Boz ayğır, Qazlıq at, Keçibaşlı  Keçər ayğır, Toqlı 
başlı Turu ayğır, Ağ-boz at, Təpəlaşqa ayğır, Gök bədəvi at (“Dədə 
Qorqud”), Qırat, Dürat (“Koroğlu”), Boz at (“Qaçaq Nəbi”), Şəb-
diz (“Xosrov və Şirin”), Qəmər, Şahbaz (“İki od arasında”), Qəmər 
“Dəli Kür” və s. xeyli belə nümunələr göstərmək olar. Bu heyvanla-
rın şəxsləndirilməsi ilə bağlı olaraq indiyədək əyalətlərdə bəzi hey-
vanlar (inək, camış, keçi, qoyun) bu adlarla çağrılır. Məs. Keçibaşlı, 
Təpəl, Qaşqay, Ala göz, Qonur göz və s.
Qoç Koroğlunun, Qaçaq Nəbini ələ keçirmək, qürurunu sındır-
maq, qanadını qırmaq məqsədilə hiylə yolu ilə Qırat, Bozat qaçırılır. 
Bu zaman onlar necə həyəcan, narahatçılıq, sarsıntı keçirirlərsə, atı-
nın quyruğu kəsilən Cahandar ağa da eyni anları daha doğrusu ondan 
da artıq yaşayır. Bəlkə də Qəmər qaçırılsaydı bir o qədər ona belə 
təsir etməzdi.
“Sonralar“  bərk  qasması,  aralıq  yerləri  tullanaraq  aşması  atı 
bir rəmz kimi göylərə qaldırmış, birbaşa Günəşlə əlaqələndirilmiş 
və Günəş arabasına qoşulan heyvan olaraq təqdim edilmişdir. Atın 
rəmzləşdirilməsində uzun müddət ikili xüsusiyyəti diqqət mərkəzin-
də saxlanılmış, bir tərəfdən işıq saçan ağ at Xızırın, həzrət  Əlinin xi-
laskarlıq, qəyyumçuluq funksiyasında əsas vasitəçi rolunu daşımış, 
digər tərəfdən isə qara rəngə bürünüb zülmətdə qanad açaraq fan-
tastik sürətliliyin, sakral gücün  (uzaq məsafəni bir göz qırpımında 
qət etməklə) daşıyıcısına çevrilmişdir” (3, səh. 5). Qəhrəmanlıq və 
məhəbbət  dastanlarında  ağ-boz  atlı  Xızır  bu  funksiyanın  daşıyıcı-
sıdır. O, bir göz qırpımında dara düşənlərin köməyinə gəlir. Onları 
düşdükləri  zülmət qaranlıqlardan xilas edir. Məhəbbət dastanlarında 
onun missiyası aşiqləri bir göz qırpımında mənzil başına çatdırmaq-
dır. Kitabda Xızır peyğəmbər Dirsə xan oğlu Buğac xan boyunda 


69
Folklor, Mifologiya, Etnoqrafiya
Buğacın köməyinə gəlir. Onun yarasını üç dəfə sığallayıb “Bu yara-
dan sana  ölüm yoxdır. Tağ çiçəgi anan südü sana  məlhəmdir”— (1, 
səh. 39) deyib yox olur. Onu da qeyd edək ki, yuxarıda adları çəkilən 
atların hər biri öz sahibləri ilə birgə qədim türk xalqının tarixinin 
və etnoqrafiyasının daşıyıcısıdır. Oğuz igidlərinin həyatı at belində 
keçib. Düşmən üzərinə at belində gedib, at belində qılınc oynadıb, 
ov ovlıayıb. 
“Dədə Qorqud kitabı” Azərbaycan xalqının tarixi, mədəniyyəti, 
milli xəzinəsi, mənəviyyatıdır. Tariximizdən gələn ata inanc, onun 
sirli, sehrli olması kitabda da öz əksini tapıb. Prof. Ə.Tanrıverdinin 
qeyd etdiyi kimi “eposda bunu təsdiqləyən detallar çoxdur.  Məsələn 
at sözü intensivliyi ilə seçilir, at sözünün iştirakı ilə yaranmış, bir 
sıra atalar sözləri və məsəllərə, deyimlərə təsadüf olunur, atlara ve-
rilən  adların  (zoonimlərin)  əksəriyyəti  qəhrəmanların  adlarına  uy-
ğunlaşdırılmış şəkildədir. Həm də bu tip zoonimlər qəhrəmanların 
antroponomik modellərində ləqəb kimi çıxış edir, at ən dəyərli hə-
diyyələrdən biri kimi təqdim olunur. At oğuz igidi üçün zərbə qüvvə-
si, həm də sədaqətli yoldaş, qardaşdır. Oğuz igidi yaralandıqda atının 
quyruğu kəsilir, öldükdə isə atı öldürülür və s”. (3, səh. 17) 
At  qəhrəmana  vəfalı  sədaqətli  dostdur.  Qəhrəmanın  sirdaşıdır, 
məsləkdaşıdır. Pünhan və pünhan qalmayan sirlərinin şahididir. Ağır 
və çıxılmaz vəziyyətdə qalanda onu qoruyandır. Sahibindən diqqət, 
məhəbbət istər. Əks halda əhilləşməz. At insan kimi dil anlayandır. 
Sahibini  başa  düşəndir.  Sahibi  tərəfindən  əzizlənəndə,  oxşananda 
başını  sahibinə  sürtər.  Ona  göstərilən  məhəbbətin  mehribanlığın 
qarşılığını verər. Sahibini onu gözləyən fəlakətdən, bəlalardan xə-
bərdar edər. Bu halda ayaqlarını yerə döyər, kişnəyər, vurnuxar, var-
gəl edər, qulaqlarını şəkləyər. Qəhrəman yatmış vəziyyətdə olarsa, 
başını onun qoltuğuna sürtər, əgər oyanmazsa təkrar bu hərəkətləri 
etməkdə davam edər. At sahibini səsindən belə tanıyır. Onunla öyü-
nür. Sahibi öləndə belinə heç kimi mindirmir. O, məkandan uzaq-
laşır. Oğuz xanlarının adətinə görə Beyrək toyundan öncə ox atır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə