70
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Oxun sancıldığı məkanda toy otağını qurdurub 39 yoldaşı ilə ye-
yib-içib yatır. Bundan xəbər tutan düşmən onu əsir götürür. Bir il
əsarətdə qalan Beyrək qaçanda yolda düşmənin ilxısına rast gəlir.
“Bir at bularsam, tutayım binəyim!” deyib ilxını nəzərdən keçirəndə
öz Dəniz qulunu, Boz ayğırı otlayan görür. “Boz ayğır dəxi Beyrəgi
görüb tayandı iki ayağının üzərinə turdu, kişnədi. At başını yuqarı
tutdu, bir qulağını qaldırdı, Beyrəgə qarşı gəldi. Beyrək at köksin
qucaqladı. İki gözün öpdi. Sıçradı bindi” (1, səh. 60). Bu epizoda
oxşar motivlərə “Koroğlu”, “Qaçaq Nəbi” dastanlarında, “Dəli Kür”
romanında da rast gəlinir. “Qırat Koroğlunun səsini eşitcək, az qaldı
ki, tövləni başına götürsün. Elə oynadı, elə oynadı ki, gəl görəsən...
At Koroğlunu görəcək elə kişnədi, elə kişnədi ki, dam-daş lərzəyə
gəldi”. Koroğlu qucaqlayıb atın üzündən-gözündən öpüb duz kimi
yalamağa başladı. Qırat da burnunu onun qoynuna, qoltuğuna soxub
elə iyləyirdi ki, elə bil inək balasını iyləyir” (8, səh. 151). “At Nəbi-
nin hənirini alan kimi bərkdən kişnədi. Nəbi onu qucaqlayıb gözlə-
rindən öpdü”. (9, səh.199)
“At həmişə Cahandar ağanın ayaq tappıltısını eşidəndə bərkdən
kişnəyərdi, irəşməni dartıb ora-bura qaçar, sonra da dal ayağı üstün-
də şahə qalxıb dayanardı. Ancaq bu dəfə tərpənmədi. Cahandar ağa
mıxçanı yerdən çıxartdı. İrəşməni yığdı və atın yanına gəldi. Onun
belini sığalladı. Nədənsə, lap fağırlayıb. Süst düşən atın boynunu
quçaqlayıb üzündən öpdü” (9, səh. 305)
“Atsız igidin ümidi olmaz”. Oğuz igidlərinin başına elə nə gə-
lirsə mindiyi atın belindən düşüb bərk yuxuya gedəndə gəlir. Onlar
döyüş zamanı nə qədər möhkəm əzəmətlidilərsə yuxuları da bir o
qədər möhkəm olur. Atlarının kişnəməsi, ayaqlarını yerə bərk döy-
mələri də onları oyada bilmir. Bunu bilən yağı düşmən igidləri yat-
mış vəziyyətdə, bir də hiylə işlətməklə ələ keçirə bilirlər. Düşmən
Qazan xanı, Bamsı Beyrəyi yatmış vəziyyətdə ələ keçirmişdi. Aruz
Beyrəyə sifariş göndərib Qazana qarşı onunla birgə olmağa çağırıb,
hiylə işlədir, onu razı salmayanda öldürtdürür. Qaçaq Nəbi də atının
71
Folklor, mifologiya, etnoqrafiya
belində olduğu zaman öldürülmür. Naqafil arxadan namərdcəsinə
vurulur.
Deyilənlərə görə, Qaçaq Kərəmin atası Qara İsgəndər öləndə
onun qara xallı boz atı meyitinin başına dolanırmış. Dəfnindən xey-
li vaxt keçəndən sonra İsgəndərin qəbrini ziyarətə gedənlər leysan
kimi yaşlar axıdan boz atın kişnəyə-kişnəyə qəbrin başına dolandığı-
nı görürlər. (Qaçaq İsgəndər oğlu Qaçaq Kərəm uzun illər at belində
qaçaqçılıq etmişlər).
At həm də evin dirəyi, arxası sayılırdı.
Boz atım niyə getdi?
Nə oldu, niyə getdi?
Evdən bir arxa gedər
İkisi niyə getdi?
At igidin qardaşıdırmı?....
At demərəm, sana qartaş deyərəm,
Qartaşımdan yek!” (1, səh. 56)
“Ay qardaşımdan vəfalı heyvan, sən də düşmənin zindanına düş-
müşdün”. (9, səh. 199)
At igidin qardaşıdır.
Qoç Koroğlu öyünər: ( 8, səh. 137)
“Mən səni özümə qardaş, sirdaş bilirdim “Qəmər” (10, səh. 308).
Göstərilən parçalarda Beyrək, Qaçaq Nəbi atı qardaşdan üstün tutur.
Sədaqətdə, etibarda, dayaq durmaqda at qardaşın göstərə bilmədiyi
dəyanətinə görə qiymətləndirilir. “Qardaşımdan artıq”, “Qardaşım-
dan vəfalı”.Onlardan fərqli olaraq isə Korpoğlu, Cahandar ağa atı
qardaşa bərabər tutur. Bu qəhrəmanların Qaçaq Nəbidən başqa heç
72
DƏDƏ QORQUD ARAŞDIRMALARI
birinin erkək qardaşı yoxdur. Koroğlunun isə heç biri yoxdur. Nə
erkək, nə də qız qardaşı. Qaçaq Nəbi atına qardaşdan vəfalı heyvan
deyib, onu əzizləyir. Bu onu təsdiqləyir ki, at nəinki, igidə qardaş ola
bilməz, heç ata da, oğul da ola bilməz. Ata, oğul-qardaş hər kəs üçün
arxa, dayaqdır. Lakin qəhrəmana aid məkanlarda ümumiyyətlə onla-
rın həyatında belə onların heç biri qəhrəmana atı qədər yaxın, həm-
dəm ola bilməz. At qədər vəfalılıq, sədaqət göstərmək iqtidarında da
deyillər. At qəhrəmanın bir parçasıdır. “İgid atı ilə tanınar”, “Atsız
igid yürüməz” və s. fikirlərimizi təsdiqləyən
belə xeyli hikmətli ata-
lar məsəlləri nümunə göstərmək olar. Yuxarıda gətirilən lirik-epik
nümunələrdə qəhrəmanın dilində verilən və araşdırmalarda söylə-
nilənlər atın qəhrəmana vəfalı dost, sirdaş, hər bir mənada yaxınlıq
dərəcəsinin keyfiyyətini göstərməsinə yönəlmişdir. Rəvayət və əf-
sanələrdə söylənilir ki, at göydən insanlara tanrı tərəfindən hədiyyə
göndərilib. Buna görə də at müqəddəs varlıq hesab olunur. Tarixi
zamanlarda da bu gün də atın hədiyyə verilməsi bu inanca söykənir.
Bədii ədəbiyyatın bütün janrlarında atın hədiyyə verilməsinə rast gə-
linir. Beyrəyə dəniz qulunu olan Boz ayğır atası tərəfindən hədiyyə
olunur. Koroğluya Qırat, Dürat atası tərəfindən bağışlanır. Beyrəyin
dəniz qulunundan əvvəl boz rəngdə atı olmuşdu. Yüyrək olduğun-
dan Şahbaz adı ilə şəxsləndirilmiş. Şahbaz atının belində Beyrək ova
çıxar qılınc oynadardı. Atası Baybörənin əmrilə ona hədiyyə almaq-
dan qayıdan tacirlərin yolunu kəsən kafirləri Şahbaz atın belində qı-
lıncdan keçirmiş, qan tökmüşdü. “Nə dedigimi yetürün, geyünimlən
mənim Şahbaz atımı gətürün! Hey məni sevən yigitlər binsünlər” (1,
səh. 53). Baş kəsmək, qan tökmək oğuz elində adət olduğuna görə
Boz ayğır dəniz qulunu ona hədiyyə edildiyindən Dədə Qorqud ona
Boz ayğırlı Bamsı Beyrək adını verir. “Adı Boz ayğırlı Bamsı Bey-
rək olsun! Adını bən dedim, yaşını allah versin”.
Atın sirli sehirli olması onun göydən gəlməsi inancı ilə bağlıdır.
Bu müstəvidə də qəhrəmanlara məxsus atların törəməsi də sirli seh-
rlidir. Beyrəyə hədiyyə olunan Boz ayğır dəniz qulunundan törəmə-