62
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Allaha yalan uyduran kimsədən daha zalım kim ola bilər?»
16. Onlardan və Allahdan başqa ibadət etdiklərindən uzaq ol-
duqda mağaraya pənah aparın ki, sizin Rəbbiniz öz rəhmətindən
sizə yaysın (sizi öz rəhməti altına alsın), sizin işinizi avanda sal-
sın.
17. (Ya Məhəmməd!) Əgər baxsaydın günəşin çıxdığı zaman
(üstlərinə gün düşməmək üçün) mağaranın sağ tərəfinə meyl et-
diyini və batdığı zaman da sol tərəfindən sovuşduğunu və onların
da mağaranın içində rahatlıqla olduqlarını görərdin. Bu, Allahın
ayətlərindəndir. Allah hər kimi hidayət etsə, o, yolu tapmışdır və
hər kimi azğında buraxsa, daha onun üçün doğru yol göstərən bir
dost tapmazsan.
18. Onlar yuxuda olduqları halda sən onları oyaq sanarsan,
biz onları sağa-sola çevirirdik. Onların iti isə iki əlini astanaya
döşəmişdi. Əgər onların halından xəbərin olsaydı, onlardan üz
döndərib qaçardın və canını dəhşət bürüyərdi.
19. Beləcə də onları bir-birindən hal-əhvat tutmaq üçün oyat-
dıq. Onlardan bir danışan dedi: «Yuxuda nə qədər qaldınız?»
Dedilər: «Bir gün və ya bir gündən az (qaldıq)». (Nəhayət) dedilər:
«Rəbbiniz nə qədər qaldığınızı yaxşı bilir. İndi siz, içinizdən bi-
rini bu (gümüş) pulunuzla şəhərə göndərin: baxsın görsün hansı
təam daha yeydirsə, ondan sizin üçün bir yeyəcək gətirsin. Çox
ehtiyatlı olsun və sizin barənizdə heç kəsə bir xəbər bildirməsin»
(6, s. 293).
Mövlanə «Qurani-Kərim» və Məhəmməd peyğəmbər haq-
qında hekayətlərin gözəl bilicisi olub. Quranın ayələrini alle-
qorik şərh edərək bir sıra ayələrin məzmununa bir növ aydınlıq
gətirib. Cəlaləddin Rumi peyğəmbərlər haqqında qələmə aldığı
hekayətlərdə Allah və həqiqətin axtarılmasına xidmət edib.
«Bir çobanın Haqq Təalaya münacatı və Musa əleyhissəlamın
bunu eşidib əsəbləşməsi» fəslində oxuyuruq:
63
Folklor, Mifologiya, Etnoqrafiya
Musa peyğəmbər gördü, bir çobanı səhrada,
Ardıcıl zikr eyləyir – Ey Allahım çat dada!
Sən hardasan mən gəlim, Sənin nökərin olum!
Çarığı tikim mən, başına daraq vurum!
Ey Allahım, ey Xudam, olsun qurbanın canım!
Övladlar qurban sənə, ey fədan xanımanım! (2, s. 121)
«Məsnəvi»dən götürülən bu rəvayətin qısa məzmunu belədir:
Musa əleyhissəlam yolda bir çobanla rastlaşır. Çoban deyir-
miş: «Ey Allah! Sən hardasan? Sənin qulun, qurbanın olum mən!
Gəl, sənin çarığını tikim, saçlarını darayım. Bütün gecələrim
sənin yolunda fəda olsun, hər xatırladığımda «Hey! Hey!» deyə
fəryad etdiyim uca Rəbbim!»
Musa həzrətləri ona müraciətlə soruşur: «Sən kimlə belə da-
nışırsan? Bu sözləri kimə deyirsən?»
Çoban – «Bizləri yaradana, bu yerlə-göyü xəlq edənə» ca-
vabını verincə Musa həzrətləri dilə gəlib: «Ehey! Özünə gəl!» -
dedi. Sən ağlını itirdin? Bu nə boş sayıqlamadır, bu nə küfrdür?!
Əgər bu sözləri söyləmədən dura bilmirsənsə, barı onda ağzına
əski-üskü tıxa. Bəyəm o Günəşin bunlara ehtiyacı var? Bu sözlərə
ara verməsən, göndəriləcək atəş bütün xalqı yaxıb yandırar.
Çoban dedi: «Ey Musa! Sən dilə gətirdiyin bu sözlərlə hesab
elə ki, mənim ağzımı tikib yamadın. Peşmanlıqdan məni pərişan
bir hala gətirdin, dərsimi verdin». Sonra o əyin-başını cırdı, ya-
nıqlı bir ah çəkib kimsəsiz çöllərə üz tutdu.
Bu vaxt Musa həzrətlərinə belə bir vəhy gəldi: «Sən qulu-
muzu bizdən ayırdın. Görəsən, sən qullarımı mənə yaxınlaşdır-
maq, yoxsa məndən ayırmaq üçün çalışırsan? Sən gəl, gücün
yetdikcə ayrılıq yolundan uzaq dur. Mən öz qullarıma: «İbadət
edin!» əmrini verərkən hər hansı qazanc və ya fayda əldə etməyi
güdmədim. Allah hər kəsin dilini anlayar. Ey Musa! Bilənlərin
64
DƏDƏ QORQUD ARAŞDIRMALARI
adları başqadır, ruhu, könlü yanıq aşiqlərinki də bir başqadır.
Musa həzrətləri uca Haqqdan bu tənbehi eşitdikcə çöllərə üz
tutdu, çobanın ardınca düşdü. Musa çobanı tapıb dedi: «Allah
tərəfindən bir bəndəlik haqqı verildi: öz bildiyin kimi ibadətinə
icazə verildi».
Çoban dedi: «Ey Musa! Mən o öncəki vəcd halımdan artıq
çıxmışam və indi bütün içim könlümün qanına bulanıb. Mənim
indiki halım adi sözlərə sığmaz və bu söylədiklərim isə içində
olduğum halı-haləti tam açıqlamağa yetməz. Aynada bir naxış,
bir şəkil görürsənsə, o gördüyün sənin əksindir və səthindəki na-
xış aynanın özünə xas deyildir. Bəyəm neyçalanın neyə üflədiyi
nəfəsin yaratdığı səs cansız neyə aiddir ki? O səsin qaynağı – neyi
üfləyən neyçidir.» (3, s. 51)
Cəlaləddin Rumi Allah və peyğəmbərlər haqqında belə de-
mişdir: «Allah peyğəmbərləri öz ehtiyacı olduğundan deyil,
lütfündən, kərəmindən, böyüklüyündən göndərmişdir ki, avam xal-
qa doğru yol göstərib, qurtuluşu xəbər versinlər. Peyğəmbərlərin
ruhları Allahdan başqa dosta tapınmaz. Öyüdlərinə xalqın inanıb-
inanmamasının peyğəmbərlər üçün bir fərqi yoxdur, çünki onlar
sadəcə Haqqdan xəbər gətirməklə kifayətlənərlər». (3, s. 52)
«Hər şeyi tərk et, elə gəl bizə…» – Hər kim fəqirlik dünyasına
girmək istəyirsə, əvvəla dünyanın dörddə birini tərk etsin, hər kim
fəqirliyin sirrini anlamaq və orada gəzmək istəyirsə, dünyanın ya-
rısını tərk etsin, hər kim Məhəmmədə yaraşan fəqirliyi istəyirsə,
bütün dünyanı tərk edib, buraxsın. Hər kim Məhəmmədin ka-
millik dərəcəsinə yetişmək istəsə, dünya və axirəti tərk etsin ki,
nəticədə Allaha yüksələ bilsin və xalis bir qul kimi uca Allah üçün
Allahdan başqa şeyləri tərk etsin. Məhz o vaxt dünya, axirət və
onların
içində nə varsa, hamısı belə pak bir qula fəda olur.
Əgər əbədiyyət istəyirsənsə, dünyanı; liqa (Allahı görmək)
istəyirsənsə, axirəti burax.