D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə14/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   10   11   12   13   14   15   16   17   ...   84

50
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə,elüzə
Mənim də bir adım gəlsin dilüzə...
Yunis İmrə  Məhəmmədhüseyn Şəhriyardan neçə əsr əvvəl 
yaşasa  da  biri  şeir,  digəri  poema  yazsa  da  buna    baxmayaraq, 
Şəhriyarın  bu poemasında Yunus İmrə ruhu var. Yunus İmrənin 
dost  harayı,  dost  birliyi,  bütün  ayrılıqların,  hicranların  bitməsi 
arzusu,  diləyi  var.  Məhəmmədhüseyn  Şəhriyarın  “Yalan  dün-
ya” şeirində də dünyanın fani, gəlimli-gedimli olması, xeyir və 
şərin qoşa, ekiz qardaş olması, dünyanın işlərindən, sirlərindən, 
“min bir rəngindən”,  ölümlərindən baş çıxarılmaması... fəlsəfi 
düşüncələri Yunus İmrə görüşləri ilə fəlsəfi eyniyyət təşkil edir. 
Hər iki “Yalan dünya” dərin məzmun, böyük fəlsəfi məna kəsb 
edir,  hər  iki  əsər  mənəvi,    dünyəvi,  əxlaqi  mahiyyət  daşıyan 
şeriyyətdir. Bu mövzuya bir çox şairlər müraciət etmişdir. Xəstə 
Qasımın  “Yalan  dünya”sından  bir  bənd  nümunə  gətirməyi  də 
məqsədli bilirik:
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Qızıl taxtdan salan dünya. 
 
   
 
 
 
Məmməd Araz demişdir: “Dünya sənin, dünya mənim, dün-
ya heç kimin”. XIV əsrin ana dilli şeirinin ilk böyük nümayəndəsi 
Qazi  Bürhanəddin  də  dünyanın  faniliyindən,  etibarsızlığından 
gileylənmişdir. Verilən az ömrü faydalı, mənalı yaşamağı təlqin 
etmişdir. Məşuqəsini vəfalı olmağa, verilən ömrü hicran cəfası ilə 
yox, onunla  birgə keçirməyə səsləyir: 
 


51
Folklor, Mifologiya, Etnoqrafiya
Gəl, gəl ki, səndən özgə bu dərdün şəfası yox,
Dərdüm dəxi yox isə bu eyşün səfası yox,
Bir az ömürdə qılma bizə hicr ilə cəfa
Qılğıl vəfa ki, işbu  cahanun vəfası yox.
Bu sənətkarlardan öncə Azərbaycan şairi Xəqani Şirvani də  
dünyanın sirlərilə maraqlanmış, onu açmağa səy etmişdir. Xızıra 
suallar yağdıraraq bu sirlərdən onu agah etməsini xahiş etmişdir.
Buna  görə Xızır şairi tənbeh edərək onun maraqlarının ona - arifə 
yaraşmadığını söyləmiş, Xəqaniyə dinə, peyğəmbərə, Allaha sı-
ğınmağı tövsiyə etmişdir (“Töhfətül-iraqeyn”).Onlardan öncə isə 
hələ kainat, yer-göy yarananda, həyat təzə pərvəriş tapanda dünya-
nın sirri, həyat, ölüm məsələləri də ilk insanları düşündürmüşdür.
Uruk  şəhərinin  hökmdarı  qəhrəman  Bilqamıs  ölümlə  mübarizə 
aparmaq arzusu ilə əbədi həyat axtarışına çıxmışdı.Əbədi həyatın 
rəmzi – “gənclik çiçəyini” böyük əziyyətlərlə əldə etsə də fələyin 
min bir oyunundan biri ilanın əlilə onun əlindən bu çiçəyi alıb ar-
zusunu gözündə qoymuşdu. Tanrıların xanımı Siduri xanımın ona 
verdiyi nəsihət (dünyanın sirli,fani olması, onun ancaq tanrıların 
əlində olduğu) çox ibrətlidir:
“Sən hara can atırsan”? Gəzsən də kainatı
Heç vaxt tapa bilməzsən axtardığını...
Bilqamıs, qəm eləmə, canın sağ olsun sənin
Gecə-gündüz şənlən, kefin sağ olsun sənin
Kef elə bayram keçir, gecə-gündüz çal-çağır, 
                      nəğmə degül, oyna sən.
Yaxşı geyinib, keçin, əynin təmiz ağ olsun sənin,
Saçlarına sığal çək, qoy saçın parlaq olsun.
Uşaqların oynasın, qoy tutsun əllərindən 
Sevgilini əzizlə razı qalsın ərindən,


52
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İnsanın həyatda işi də budur ancaq.
                                        (“Bilqamıs”dastanı)   
   
Yunus  İmrə  şeirləri  bədii  fəlsəfi  formasına,  qayəsinə, 
məzmununa  görə  aşıq  şeirindən  fərqlənsə  də,  poetik  musiqi 
ahəngdarlığına görə aşıq şeiri kimi də səciyyələnir. Təsadüfi deyil 
ki, indi də aşıqlar Yunus İmrə şeirlərinə müraciət edir, saz havala-
rında səsləndirirlər. 
 
  Ədəbiyyat
                   
1. Yunus İmrə. Əsərləri,“Öndər” nəşriyyatı, B., 2004.
2. Yunus İmrə. Aşıq Veysəl.İki zirvə (şeirlər), “Yazıçı”, B., 
1982.
3. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı(Əlyar Səfərli, 
Xəlil Yusifli),    “Ozan”, B., 1998.
4.  R.Qafarlı.  Şərqdə  eşq  fəlsəfəsi  və  Nizami.“Leyla” 
nəşriyyatı, Sankt-Peterburq, 1997 (Rus dilində).
5. P.Xəlilov. Şərqi slavyan və türkdilli xalqların ədəbiyyatı.
Dördüncü cild, Bakı, 1988.                                             
6. Elman Quliyev.  Türk xalqları ədəbiyyatı. B.,  “Konatatnt 
Emparu”, 2011.
7. N.Gəncəvi. Azərbaycan klassik ədəbiyyatı kitabxanası.IV 
cild, B., Elm, 1985.
8. M.Füzuli. Seçilmiş əsərləri.B., “Yazıçı”, 1984.
9. M.H.Şəhriyar. Yalan dünya. B., 1993
10. Ə.Xaqani. Seçilmiş əsərləri.B., 1956,.    
11. İ.Nəsimi Seçilmiş əsərləri. Tərtibatı Ə.Səfərli. B.,1978.
12.Ş.İ.Xətai.Seçilmiş əsərləri.Tərtibatı Ə.Səfərli. B.,1988. 


53
Folklor, Mifologiya, Etnoqrafiya
Резюме
Ключевые  слова:  любовь,  ум,  cсовершенный  человек, 
всевышний, общественный, бренный мир 
В  статье  исследуется  философия  любви  классиков. 
Основным  обьектом  исследования  является  любовная 
философия  Юниса  Имры.  Здесь  говорится  о  любви  поэта 
к  Великому  создателю,  проводятся  параллели    любовь,  ум, 
наука. Какое же из этих понятий превыше? Здесь находится 
ответ на данный вопрос. Первенство занимает любовь.
В  статье  исследуются  философские  взгляды  Юниса 
Имры,  говорится  о  его  религиозных  взглядах  и  об  всему 
мифическому.  Здесь  даеся  научное  толкование  этапов 
обожествления  человека  и  наоборот.  Задачами,  стоящими 
перед  поэтом  является  человеческое  воспитание, 
человеколюбие,  доброжелательность,  благородство  ит.д. 
Здесь все эти вопросы ведутся параллельно бренному миру. 
Юнис  Имра  высоко  оценивается  как  школа  учтивости  и 
благовоспитанности.  В  статье  также  исследуется  влияние 
азербайджанских  классиков  на  творчество  поэта  и  в  то  же 
время влияние творчество Юниса Имры на азербайджанскую 
поэзию.
Summary
Key words: love, human mind, science, human being, god, 
temporary, world- public world.
In this article is researched the loving philosophy of classics 
Yunis`s loving philosophy is analysed scientifically. It is spoken 
about believing in God, loving in heaven and it  is also taken sci-
entific parallels . Which is more important? Love, human mind, 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə