D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə22/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   18   19   20   21   22   23   24   25   ...   84

82
DƏDƏ QORQUD ARAŞDIRMALARI
və hadisələrin də əsas təkanverici elementi butadır. Butanı verən 
müqəddəs  övliya  qəhrəmana  yuxusunda  şərab  içirəndən  sonra 
naməlum məkanı və həmin məkanda olan butasını göstərib qeyb 
olur. Onda, sual oluna bilər, müqəddəs övliyanın qəhrəmana şərab 
içirməkdə məqsədi nədir? Bu şərabın funksiyası nədən ibarətdir? 
Görəsən bunsuz buta vermək mümkün olmazdı? Bu məsələni ay-
dınlaşdırmaq  üçün  əvvəlcə  şaman  (qam)  mərasimlərinə  üz  tut-
maq daha məqsədəuyğundur.
Belə ki, şaman (qam) olacaq seçilmiş insan bitkilərdən ha-
zırlanan xüsusi içkidən qəbul etdikdən sonra bir müddət yuxuya 
dalır və yuxuda qəribə görüntülər görməyə başlayır. Həmin içki 
beynin dərin qatlarına təsir edərək qəribə varlıqları göz önündə 
canlandırır. Bu görüntüləri adi halda yatan insanın görməsi müm-
kün olmur və yalnız, ölüm ərəfəsində olan insanlar bu görüntüləri 
görə bilir.
Qeyd edək ki, insanı xüsusi hala salaraq ilahi aləmə qovuş-
duran  magik  içkidən  qədim  hind  mərasimlərində,  zərdüşt  (Ha-
oma  içkisi)  ayinlərində  də  istifadə  olunmuşdur.  Haoma  içkisi, 
bu  müqəddəs  şirə  haqqında  tarixi  “Zərdüşt  mifologiyası”  kita-
bında “Zərdüşt və Haoma” adlı bir rəvayət-hekayə verilir və bu 
müqəddəs içkinin çox qədim tarixə malik olduğundan danışılır. 
Dünyanın böyük, ölməz, ali insanlarına həyat verdiyi və onların 
uğurları tərənnüm olunur.
“Bəktaşiyyə təriqətinin üzvlüyünə qəbulla bağlı keçirilən ri-
tualda mahnı və musiqi sədaları altında andiçmə keçirilir və sonra 
şərbət, pendir verilir. Yalnız, bu halda, bir, iki qurtum üzümdən 
hazırlanan şərbətdən ağzına alandan sonra siravi aşıq (məhəbbətə 
tutulan aşıq-Haqq aşığı ) statusunu alırdı. Məhz həmin ritual son-
ralar dastanlarımızdakı butada dərvişdən, yaxud Xızırdan şərbət 
alıb içmək şəklinə salınaraq yaşadılmışdır” (4,8).
Qeyd etdək ki, bəktaşiyyə təriqətində də bu kimi elementdən 


83
Folklor, Mifologiya, Etnoqrafiya
istifadə  olunması  şaman  (qam)  ənənəsiylə  bağlı  ola  bilər.  Eşq 
dastanlarındakı şərab elmenti də yəqin ki, bəktaşiliklə bağlıdır.
Eşq dastanlarına nəzər salmaqla görə bilərik ki, müqəddəs 
övliya  tərəfindən  qəhrəmana  içirdilən  şərab  qəhrəmanın  öz 
dilindən aşağıdakı kimi mənalandırılır. Bu məqsədlə ”Abbas və 
Gülgəz” dastanına nəzər salaq.
“Gedib Abbasa bir saz gətirdilər. Abbas sazı sinəsinə basıb, 
görək nə dedi:
Ruzi-əl-məhşərdə mövlam eşqinə,
İçmişəm kövsərdən bir cami-ləziz.
İsgəndər axtardı, tapıb içmədi,
Xızır içdi oldu cəvanü əziz. (1, 109)
Qəhrəmanın dilindən deyilən bu bənddən məlum olur ki, bu 
eşq şərabı Xızıra ölümsüzlük bəxş edən dirlik suyudur. Dirilik 
suyunun ardınca bir neçə qəhrəman getsə də əbədi həyat uğrunda 
mübarizədən Xızır qalib çıxır. Dirlik suyunu içən Xızır yenidən 
cavanlaşır, bir növ yenidən doğulur, əbədilik qazanır. Folklorda 
Xızırın funksiyaları müxtəlifdir. Belə ki, illərcə övlad həsrətində 
olan sonsuz ər-arvada övlad bəxş edir (xüsusən alma vasitəsilə 
möcüzəli  doğuş)  darda  olanlara  kömək  edir,  bir  anın  içində 
mənzil başına çatdırır.
Göründüyü kimi həm şaman (qam) olmaq üçün seçilən in-
san, həm də Haqq aşiqi olacaq insan dəyişikliyə uğramalı yeni 
keyfiyyətlər qazanmalı, bir növ yenidən doğulmalıdır. Həm bi-
rinci, həm də ikinci müəyyən proses keçdikdən sonra yenilənir, 
əvvəl  bacarmadığı  işləri  yerinə  yetirir,  qeyri-adi  işləri  bacarır. 
Eşq dastanlarında buta alan qəhrəmanın butadan əvvəlki halıy-
la sonrakı halı arasında yerlə göy qədər fərq görünür. Butadan 
sonra tamamən başqa bir insan olur, fövqəlləşir, elə bil, “yenidən 


84
DƏDƏ QORQUD ARAŞDIRMALARI
doğulur”. Demək, Şaman (qam) “fiziki ölüm və yenidən doğul-
ma”, bəktaşi “mənəvi ölüb dirilmə”, dastan qəhrəmanı isə “buta” 
mərhələsini  keçməlidir.  Yuxarıda  qeyd  olunanlardan  belə  bir 
nəticəyə gəlmək doğru ola bilər ki, “möcüzəli doğuş” və “buta” 
eyni  funksional  mövqeyə  malik  ola  bilər.  Çünki,  bunların  hər 
ikisində yenilənmə motivi vardır.
Möcüzəli  şəkildə  dünyaya  gələn  qəhrəman  adi  insanlara 
məxsus  olmayan  qeyri-adi  keyfiyyətlərə  malik  olur.  İstər  dün-
yaya  gəlişi  istər,  böyüməsi,  istərsədə  bacarıqları  onun  hansısa 
fövqəlbəşər  qüvvəyə  bağlı  olduğuna  işarədir.  Möcüzəli  şəkildə 
dünyaya gələn qəhramanın böyüməsi üçün heç də uzun illər lazım 
olmur və gün, saat, saniyə bununçün yetərlidir. Sual oluna bilər 
möcüzəli şəkildə dünyaya gələn qəhrəmanın tezliklə böyüməsinin 
səbəbi hansı motivlə bağlıdır? 
“Möcüzəli  doğuşun”  başlıca  formalarında  ölünün  yenidən 
qayıdışı təsəvvürləri əks olunur. Bu motiv nağıllara bütöv, tam 
şəkildə yerləşdirilib və yalnız bir motivin göstəricisi ola bilməz. 
İndi demək olar ki, möcüzəli doğuş motivi hələ doğumun səbəbi 
məlum olmadığı qədim dövrün məhsuludur və sonralar Allahla-
ra, mədəni qəhrəmanlara, xilasedicilərə aid edilmişdir. Doğrudur 
ki,  çox  hallarda  möcüzəli  şəkildə  doğulan  qəhrəman  qətiyyən 
xilasedici deyil. İnkişaf baxımından geri qalmış xalqlar doğumu 
bütövlükdə  fövqəlliklə  bağlamışlar.  Bir  az  inkişaf  etmiş  xalqa-
larsa möcüzəli doğuşu əsasən mədəni qəhrəmanlara aid etmişlər. 
Bir sözlə, əsasən mədəni qəhrəmanlar möcüzəli şəkildə doğulur. 
Möcüzəli şəkildə doğulanlarda qəhrəmanlıq nişanı olur və sanki, 
o xilasedicilik funksiyası üçün doğulmuşdur.
Həmçinin,  maraqlı  məqamlardan  biri  də  odur  ki,  möcüzəli 
şəkildə  doğulan  qəhrəmanın  tezliklə  böyüməsinin  səbəbi  onun 
yenidən, təkrarən dünyaya gəlişdir. Belə ki, dünyasını dəyişmiş 
yetkin insan yenidən müəyyən bir məqsəd üçün qayıdır və onun 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə