73
Folklor, Mifologiya, Etnoqrafiya
Nalan, giryan, hüzn üçün əl qatdı üz-gözünə,
Adəm cənnətdən çıxdı, yeddi göydən yuxarı,
Tövbə etməkdən ötrü, üz tutdu Rəbbə sarı.
Adəmin belindənsən, onun nəslinə yar ol,
Özünə tələbkar ol, Rəbbinə həvəskar ol.
Qəlb atəşindən söz sal, göz yaşlarından söz sal,
Bağça, Günəş-buluddan, yağışlarından söz sal. (1, s. 142)
Adəm əleyhissəlamın haqqında «Qurani-Kərim»də «Əraf»
surəsindəki ayədə deyilir:
«Rəhman və mehriban Allahın adı ilə.
11. Əlbəttə sizi yaratdıq, sonra sizə surət verdik, sonra
mələklərə: «Adəmə səcdə edin!» dedik. İblisdən başqa (hamısı)
səcdə etdi. O isə səcdə edənlərdən olmadı.
12. Buyurdu: «Mən sənə əmr edəndə sənin səcdə etməyinə nə
mane oldu? İblis dedi: «Mən ondan (Adəmdən) daha yaxşıyam.
Məni oddan yaratmışsan, onu isə palçıqdan yaratmışsan».
13. (Allah) buyurdu: Oradan aşağı düş! Orada təkəbbürlük
etmək sənə qalmayıb. Çıx (buradan): Həqiqətən, sən alçağın
birisən».
14. Dedi: «Mənə (inananların) yenidən məbus olduqları günə
qədər möhlət ver!».
15. (Allah) buyurdu: «Sən möhlət verilənlərdənsən».
16. İblis dedi: «Sən məni azdırdığına (rəhmətindən qovduğu-
na) görə mən də onları (azdırmaq üçün) eləcə sənin doğru yolu-
nun üstündə oturacağam».
17. «Sonra onların qabaqlarından, arxalarından, sağlarından
və sollarından onlara yürüyəcəyəm, sən də onların çoxunu şükr
edən görməyəcəksən».
18. Buyurdu: «Buradan qovulmuş halda itil! Onlardan (bəni
-adəmdən) sənə hər kim uysa, (onda bilin ki) cəhənnəmi sizin
74
DƏDƏ QORQUD ARAŞDIRMALARI
hamınızla dolduracağam».
19. (Buyurdu): «Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə
sakin ol! Hər ikiniz istədiyiniz yerdən yeyin! Amma bu ağaca ya-
xın düşməyin! Yoxsa zülmkarlardan olarsınız».
20. Şeytan o ikisinə vəsvəsə etdi ki, örtülü qalmış övrət
yerlərini onlar üçün aşkar etsin. Şeytan dedi: «Rəbbiniz sizə bu
ağacı yalnız mələk olmamağınız və ya əbədi qalanlardan olma-
mağınız üçün qadağan etmişdir».
21. Və o ikisinə and içdi ki: «Mən doğrudan sizin xeyirxah-
larınızdanam».
22. Beləliklə, (şeytan) onları aldatdı (və uca mərtəbələrindən)
aşağı saldı. O ikisi ağacın meyvəsindən daddıqda (örtülü qalmış)
övrət yerləri göründü. Onlar cənnət yarpaqları ilə özlərini örtməyə
başladılar. Rəbbləri onlara xitab edib dedi: «Məgər mən sizə bu
ağacı yasaq qılmamışdımmı? Məgər deməmişdim ki, şeytan sizin
üçün aşkar düşməndir?»
23. Dedilər: «Pərvərdigara! Biz özümüzə zülm etdik, əgər
bizi bağışlamasan və bizə rəhm etməsən, şübhəsiz ki, ziyankar-
lardan olacağıq».
24. Buyurdu: «Bir-birinizə düşmən olaraq aşağı düşün! Yerdə
sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri
vardır».
25. Buyurdu: «Orada yaşayacaqsınız, orada öləcəksiniz və
oradan (yenidən) çıxarılacaqsınız».
26. Ey Adəm övladı! Biz övrət yerlərinizi örtən bir geyim və
sizə zinət olan (bir paltar) göndərmişik. Lakin təqva paltarı daha
yaxşıdır. Bu, Allahın ayətlərindəndir, bəlkə düşünəsiniz.
27. Ey Adəm övladı! Şeytan ata-ananızın övrət yerlərini
bir-birinə göstərmək üçün əyinlərindən paltarlarını soyundurub
cənnətdən çıxardığı kimi sizi də fitnəyə salmasın. Həqiqətən, o
və onun tayfası sizin onları görə bilmədiyiniz yerlərdən sizləri
75
Folklor, Mifologiya, Etnoqrafiya
görürlər. Biz həqiqətən, şeytanları iman gətirməyənlərin dostu et-
dik». (6, s. 151)
Adəm əleyhissəlamın haqqında «Qurani-Kərim»də «Əraf»
surəsindəki ayədə və Mövlanənin əsərindəki hadisələr bir-birini
tamamlayır. Mövlanəyə görə, görülən işdən qisməti günahkar tut-
maq şeytana, məsuliyyəti qəbul etmək isə insana xas bir davra-
nışdır. Çünki iradənin varlığını qəbul etməyərək günahını qədərə
yükləyən ilk varlıq şeytan, insanın tutduğu əməllərdən cavabdeh
olduğunu qəbul edən ilk insan Həzrəti Adəm və Həvva olmuş-
dur. Şeytanın hiyləsinə aldanan Həzrəti Adəm və xanımı Həzrəti
Həvva onlara qadağan edilən meyvəni yedikdən sonra Allaha
belə dua etmişdilər: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik.
Əgər bizi bağışlamasan, rəhm etməsən, biz şübhəsiz ki, ziyana
uğrayanlardan olarıq!» - dedilər. Ayədən də göründüyü kimi, on-
lar səhv iş gördüklərini etiraf etmiş və tövbə ilə Haqqın rəhminə
sığınmışlar. Şeytan isə itaətsizlik edərək məsuliyyətdən boyun
qaçırmış, günahı ilahi iradəyə bağlamışdır. «Əraf» surəsində bil-
dirildiyi kimi şeytan günahı öz üstündən atmışdır.
Mövlanənin tale və iradə mövzusundakı fikirlərinin məzmunu
belədir: Gizli iradəni inkar edərək hər hadisəni Allah-Təalaya
yükləmək və üzərinə düşən məsuliyyətdən boyun qaçırmaq səhv
düşüncədir. İnsan azad iradəsi ilə yaxşını, həqiqəti və gözəllikləri
axtarmaq yolunda əlindən gələni etməli, sonra da qədərə təslim
olub təvəkkül etməlidir.
Mövlanənin əsərləri Quranın daxili mənasını açır. Əslində
onun bütün kəlamları Qurani-Kərimin ayələrinə və Həzrəti
Məhəmmədin (s. ə.) hədislərinə dayanır. Həzrəti Məhəmməd (s.
ə.) Mövlanənin misralarında belə əks olunmuşdur:
«Mən sağ olduqca Quranın bəndəsiyəm. Məhəmməd Musta-
fanın yolunun tozuyam».
«Mərhəmət qıl! Mollanın üzü gecə-gündüz ayağının tozudur,
76
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ey Əhməd, Mahmud, Əbül-Qasım, Məhəmməd Mustafa!..».
«Bu gün harada nəşə və zövq varsa, hamısı kəmalati-
əhmədiyyə və fəzaili-Muhəmmədiyyənin əsərləridir».
«Alnımızdakı o parlaq nur, Haqq aşiqlərinin qəlblərindəki
o iman işığı, səcdə əsəri olaraq möminlərin üzlərində görünən
bütün bu nurlar bil ki, hər nurun Allahın peyğəmbəri Həzrəti
Məhəmmədin (s.ə.) nurundandır».
«Ey Allahın sevgilisi! Tək Yaradanın şanlı Rəsulu sənsən!
Cəlal sahibi Allahın seçilmiş, pak və bənzərsiz qulu sənsən!»
«Allahın nazlı Peyğəmbəri, kainatın əvvəli və nur saçan
bədri, peyğəmbərlərin gözünün nuru, bizim gözümüz və işığımız
sənsən!»
«Cəbrail əleyhissəlamın müşayiəti ilə bir gecə Meraca çıxmış-
dın. Yaşıl göy qübbəsinin üzərinə şərəfli ayağını basan sənsən!»
«Ey Allahın Rəsulu! Sən bilirsən ki, ümmətlərin acizdir, gü-
nahkardır. Başsız, ayaqsız acizlərin öndəri, qurtarıcısı sənsən!»
(5, s. 70)
« Məsnəvi» – Mövlanənin 7 öyüdünü açıqlayır:
Ya olduğun kimi görün, ya göründüyün kimi ol!
Əliaçıqlıqda, yardım etməkdə axan su kimi ol!
Şəfqət və mərhəmətdə günəş kimi ol!
Başqalarının qüsurunu örtmədə gecə kimi ol!
Hiddət və əsəbilikdə ölü kimi ol!
Təvazökarlıq və açıqürəklilikdə torpaq kimi ol!
Xoşgörülükdə (tolerantlıqda) dəniz kimi ol! (4, s. 43)
Həzrəti Mövlanənin kəlamları:
1. Necə insanlar gördüm ki, əynində libası yox, nə libaslar
gördüm ki, içində insanı yox.
2. Pislər öz pisliyindən qalmaz, sular isə onların pisliyini
Dostları ilə paylaş: |