D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə24/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   20   21   22   23   24   25   26   27   ...   84

90
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lazım  olduğunu  çox  tez  anlayır.”Nəbi  Boz  atın  gözlərinə  əlini 
çəkdi. Əzizim, Boz at, məni yarım saata Padara çatdır. Boz at iki 
dəfə kişnədi, quş kimi uçmağa başladı, yarım saata Padarın yanına 
gətirdi” (3, 176).
At  igidin  qanadıdır. Atın  başına  bir  işin  gəlməsi  qəhrəmana 
böyük  zərbədir.  Düşmən  qüvvələr  də  məhz  bu  üsuldan  istifadə 
edirlər.  Dastan  yaradıcılığında  “atın  oğurlanması”  süjeti  həm 
“Koroğlu”  dastanında,  həm  də  “Qaçaq  Nəbi”dastanında  möv-
cuddur. Hər iki dastanda atı oğurlayan qəhrəmanın düşməni de-
yil, sadəcə olaraq özünü çətin vəziyyətdən çıxarmaq üçün yaxud 
məcburiyyətdən bu işi görmüş insanlardır. Ona görə də, içimizdə 
bu obrazlara nifrət yaranmır, əksinə qəhrəmanın yenilməzliyini sü-
but edir. ”Koroğlu”dastanında “Keçəl Həmzənin Qıratı aparması” 
qolu ilə “Qaçaq Nəbi”dəki “Boz atın oğurlanması” süjeti oxşardır.
1. Hər iki halda qəhrəmanın atı qaçırılır. Koroğlu-Qırat, Qaçaq 
Nəbi-Boz at.
2. Dastanların hər ikisində atının aparılmasını eşidən qəhrəman 
eyni şəkildə reaksiya göstərir. Koroğlu:
Ya ölərəm, ya Qıratı gətirrəm,
Ayı dolansa da, ilə qoymaram (1, 160).
Qaçaq  Nəbi:  ”Boz  atı  düşmənlərim  oğurlayıb  qanadımı 
kəsiblər Dəmirqapı Dərbəndə getsə də Boz atımı tapmalıyam” (3, 
198).
3. Atın aparılmasını eşidən qəhrəmanların hər ikisi eyni məz-
munlu poetik parçalarla təəssüfünü bildirir. ”Koroğlu” dastanında:
Qıratdı mənim dirəyim,
Əriyər qalmaz ürəyim.
Sən olasan duz çörəyim


91
Folklor, Mifologiya, Etnoqrafiya
Həmzə, incitmə Qıratı (1, 150).
“Qaçaq Nəbi”dastanında:
Oğurlandı yaman yerdə Boz atım,
Qırılıbdı tamam qolum qanadım,
Boz atsız mən necə rahatca yatım?
Ürəkdən istərəm səni,Boz atım!
Sənsən mənim qolum.həmi qanadım (3, 197).
 
4. Türk epos təfəkküründə atın tərifi son dərəcə dərin poetik 
dillə çatdırılır. Hər iki dastanda atın tərifinə həsr olunmuş poetik 
parçalar məzmunca bir-birinə çox yaxındır, bəzi ifadələr isə tam 
eynidir.
“Koroğlu”dastanında:
Əzəldən bilsəydim sənin halını,
Əşrəfidən kəsdirərdim nalını,
Yüz gözələ toxudardım çulunu,
Alma gözlüm,qız birçəkli Qırat, gəl! (1, 169)
“Qaçaq Nəbi”dastanında:
Boz at, səni sər tövlədə bağlaram,
And içirəm,sənə məxmər çullaram,
Əgər məni bu davadan qurtarsa
Qızıldan, gümüşdən səni nallaram.
Gümüşdən döydürrəm sənin nalını,
Yüz gözələ hördürərəm yalını (3, 332).
Atın döyüş və qələbə simvolu kimi əksi bütün xalqlarda və 


92
DƏDƏ QORQUD ARAŞDIRMALARI
inanclarda heç də özünü göstərmir. Türk-müsəlman təfəkküründə 
at xoşbəxtlik gətirən, murada çatdıran, qoruyucu qüvvə kimi çıxış 
edir. Hətta müsəlmanların qanun kitabı olan müqəddəs “Qurani-
Kərim”də  “Əl-Adiyat”(Qaçan  atlar)  surəsində  atlar  xilaskar 
qüvvə  kimi  təsvir  olunur.  Ancaq  xristian  inancında  ata  bütün 
hallarda mənfi münasibət müşahidə olunur. İngilis əfsanələrində 
biz Boz at obrazına rast gəlirik və o, mənfi tipin atı kimi təsvir 
olunur.”Dərzi  sözünü  qurtarmamışdı  ki,  İblis  bərkdən  çığırdı, 
onun boyun yaylığını əlindən buraxdı və bir an sonra o artıq Boz 
atın belində yolla çapırdı” (6, 27).
Bəs  tarix  Nəbinin  atı  haqqındakı  hansı  həqiqətləri  özündə 
saxlamışdır? Qaçaq Nəbinin Sarımsaqlı dağında bir davası olur 
və  atları  qar  tığına  düşür.  Nəbi  və  yoldaşları  piyada  qalır.  Ona 
xəbər verirlər ki, yaxındakı Dolus-Bənis kəndində o kəndin ağa-
ları olan Səfərəlibəyovların atları var. Bu atlar cins atlar idi. Nəbi 
kəndə gəlib “bəy ilxısını” istəyir, özünə lazım olan qədər at götü-
rüb gedir.”Bu atların cinsi Qarabağ xanlarının atlarının dölündən 
idi. Bunların içində boz rəngli bir qulan var idi. Nəbinin Boz at 
deyə tərif edilən atı həmin bu boz qulan idi” (4, 179).
Ədəbiyyat
1.Azərbaycan dastanları. 4-cü cild. Bakı, 2005.
2.Azərbaycan dastanları. Bakı, 1977.
3.Qaçaq Nəbi. Toplayanı və tərtib edəni Əhliman Axundov. 
Bakı, 2006.
4.Behcət Bəhlul.”Qaçaq Nəbinin tarixi”. Bakı, 2011.
5.Dədə Qorqud Kitabı(ensiklopedik lüğət).Bakı, 2004.
6.Dünya xalqlarının mifləri və əfsanələri (İngilis mifləri və 
əfsanələri), Bakı, 2004
7.Kitabi-Dədə Qorqud. Bakı, 2004.


93
Folklor, Mifologiya, Etnoqrafiya
8.Qafarlı Ramazan. Mif və nağıl. Bakı, 2002.
9.Tanrıverdi  Əzizxan.“Dədə  Qorqud  Kitabı”nda  at  kultu. 
Bakı, 2012.
Резюме
Лейла Гусейнова,
Магистр АГПУ по специальности 
«Фольклористика и мифология»
В ГЕРОИЧЕСКОМ ЭПОСЕ 
ОБРАЗ ПРЕДАННЫЙ КОНЬ
В статье был сравнен сюжет «скакун героя» и раскрыты 
схожие черты в эпосах о разбойниках, сформировавшихся на 
основании творческих традиций наших героических эпосов. 
В  тоже  время  была  показана  историческая  достоверность 
об известном Сером жеребце Набы, который был в бегах на 
Кавказе в 19-ом веке. 
Ключевые  слова:  вера  в  скакуна,  Серый  жеребец, 
героические эпосы, разбойный фольклор.
Summary
Leyla Huseyinova,
Master on folklore studies and mythology major of ASPU
HORSE OF HERO İS HİS DEVOTED FRİEND
The subject of “horse of hero” was compared in the contra-
band epos forming on the basis of creative tradition of our heroic 
eposes at the article and similar aspects explained. At the same 
time the historical reality on Nabi,brigand in the Caucuses and his 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə