Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

32

Sağlamlıq

2012-ci ilin sentyabrında BP-nin sağlamlıq, 

əməyin təhlükəsizliyi və fövqəladə hallarda cavab 

tədbirləri üzrə 33 mütəxəssisi üçün Birləşmiş 

Krallıq, Almaniya və İsveçdəki kütləvi xəsarət 

hallarının idarə olunması üzrə standart beynəlxalq 

proseslər əsasında iri insidentlərin tibbi baxımdan 

idarə edilməsi və dəstəklənməsi barədə təlim 

keçirildi. Dörd gün davam edən və tibb xidməti 

təmsilçiləri tərəfindən aparılan bu kurs iştirakçılara 

iri insidentlər zamanı istifadə etmək üçün qlobal 

tibbi idarəetmə modelini təqdim etdi. Tibbi və təcili 

yardım xidmətlərinin rolunun başa düşülməsi, 

müalicə, daşınma və tibbi avadanlıq kimi mövzular 

əhatə edildi. İri insidentlər üçün strategiyalar real 

həyat nümunələri, masaüstü və praktik məşqlərlə 

illüstrasiya olundu. 

2011-ci ildə sağlamlığa təsirin qiymətləndirilməsi 

(STQ)


a

 və bu sahədə təlimdən sonra 2012-ci ildə BP 

AGT-də daha bir masaüstü STQ yoxlaması aparıldı. 

Bu STQ Şahdəniz Mərhələ 2 layihəsinin tərkib 

hissəsi kimi nəzərdə tutulan Cənubi Qafqaz Boru 

Kəmərinin genişləndirilməsi ilə əlaqəlidir. Hər iki 

qiymətləndirmədə iştirak edən peşə sağlamlığı və 

ictimai səhiyyə mütəxəssisləri ölkədə və layihənin 

qonşuluğundakı yerlərdə sağlamlıq göstəricilərini 

araşdıraraq təhlil etdilər. 

2012-ci ildə aparılmış STQ-nin məqsədi layihənin 

yerli sakinlərin sağlamlığına mümkün təsirlərini 

qiymətləndirmək, beləliklə, həmin təsirləri 

müəyyənləşdirmək, idarə etmək və azaltmaqda 

bizə kömək etməkdir. Təhlil başa çatandan 

sonra sağlamlıq üçün təsirlərin azaldılması 

üzrə plan/öhdəliklərin reyestrində eyni layihə 

üçün ətraf mühitə və sosial sahəyə təsirin 

qiymətləndirilməsindən əldə olunmuş nəticələr və 

təsirləri azaltmaq üçün tədbirlərlə birlikdə sağlamlıq 

üçün təsirlərin azaldılmasına aid rəsmi planlar 

müəyyənləşdiriləcək. 

2012-ci ildə, həmçinin ofis erqonomikası üzrə pilot 

layihəmiz “Remedy” vasitələrinin daxil edilməsi 

a

STQ kəmiyyət, keyfiyyət və kollektiv metodlardan istifadə 



etməklə müxtəlif iqtisadi sektorlardakı siyasətlərin, planların 

və layihələrin sağlamlığa təsirini qiymətləndirilmək üsuludur.

2012-ci ildə bir sıra interaktiv sağlamlıq kampaniyası və 

təkmilləşdirmə təşəbbüslərini davam etdirdik. 

“Ürək günü” kampaniyasında iştirak edən işçilərimiz.

Əməyin təhlükəsizliyi və sağlamlıq

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

ilə genişləndirildi. “Remedy Interactive” yuxarı 

ətraflardakı peşə xəstəliklərinin riskini azaltmaqda 

bizə kömək edə bilən proqram təminatı dəstidir.

2012-ci ilin sentyabr ayında bütün BP qrupu üzrə 

həyata keçirilən təşəbbüs çərçivəsində “Ürək 

günü” ürək sağlamlığı kampaniyası keçirdik. 

Əməkdaşlar ürək sağlamlığına nəzarət etmək üçün 

ilkin məlumatlar aldılar, ildən-ilə nəticələri müqayisə 

etmək üçün istifadə oluna bilən həyat tərzinin 

qiymətləndirilməsi və statistik yoxlamadan keçdilər. 

Ümumilikdə, bu kampaniyada 557 nəfər iştirak etdi. 

2011-ci ildə başlanmış əl-qol vibrasiyasına nəzarət 

proqramının həyata keçirilməsini də tamamladıq. 

2012-ci ildə proqram dəniz və quyu əməliyyatlarında 

tam tətbiq olundu. Mütəmadi aparılan 

yeniləşdirilmə, təftiş və qiymətləndirmələr prosesin 

davamlılığını təmin edəcək. 

Əməliyyatlarda işləyən işçilərin qarşılaşdıqları 

yorğunluq riskinin müəyyənləşdirilməsi və aradan 

qaldırılması üçün BP biznesi daxilində Yorğunluğun 

İdarə Olunması Proqramına (YİP) başladıq. YİP elmi 

cəhətdən əsaslandırılmış, məlumatlara söykənən 

proqramdır, hər hansı obyektin yerli əməliyyatların 

idarə edilməsi sistemi ilə sıx bağlı olan yorğunluq 

riskinə davamlı şəkildə nəzarət edilməsi və onun 

idarə edilməsində istifadə olunur. 

2012-ci ildə sağlamlıq və əməyin təhlükəsizliyi 

sahəsinin 21 mütəxəssisi yorğunluğa qarşı 

mübarizə təlimində iştirak etdilər. Bu kursda BP 

qrupunun yorğunluğun idarə olunması üzrə tövsiyə 

edilən təcrübəsinə, yuxunun və gündəlik ritmin elmi 

aspektlərinə və yorğunluğun əməyin təhlükəsizliyinə 

təsirinə ümumi nəzər salındı. Kurs, həmçinin BP-nin 

yorğunluqla bağlı məlumatlandırma və ona qarşı 

tədbirlər mövzusunda onlayn təlimini və yorğunluğa 

qarşı “alətlər dəstini” təqdim edir. Təlimdən sonra 

Azərbaycan-Gürcüstan-Türkiyə regionunun bir çox 

iş sahələrində yorğunluq riskinin qiymətləndirilməsi 

başa çatdırıldı.




33

Ətraf mühit

Biz enerjini mümkün olan ən məsuliyyətli şəkildə, insanlar, icmalar və ətraf 

mühitə təsirləri minimallaşdıraraq istehsal etmək barədə öhdəliyimizə 

anlayış və hörmətlə yanaşır, yüksək dəyər veririk.

Hədəflərimiz

Ətraf mühitin monitorinqi bizə 

atılma və emissiyalarımızın ətraf 

mühitə təsirini başa düşməkdə 

kömək edir.

İl ərzində xüsusi tədbir və 

layihələrdən ibarət “məşəldə 

yandırılma siyasəti”ni həyata 

keçirməklə qazın məşəldə 

yandırılmasını azaltmağa davam 

etdik.

Bu bölümdə



İSO14001

ətraf mühitin idarə 

edilməsi sistemimizin 

aldığı sertifikatın etibarlılıq 

müddəti 2015-ci ilə qədər 

uzadıldı.

19

%

 



məşəldə yandırılmış 

karbohidrogenlərin 

həcmində 2011-ci ilə 

nəzərən azalma. 

19 

ətraf mühitin monitorinqi 



üzrə 2012-ci ildə 

apardığımız tədqiqatların 

sayı.

Şahdəniz platforması

Biz Şahdəniz Mərhələ 2 layihəsi üçün ətraf 

mühitin bir sıra ilkin tədqiqatlarını başa çatdırdıq.

Ətraf mühit

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə