Daha güclü, daha etibarlı bir bp qururuq


Əməyin təhlükəsizliyi üzrə təlim və məlumatlılıq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

29

Əməyin təhlükəsizliyi üzrə təlim və məlumatlılıq

2012-ci ildə AGT regionunda sağlamlıq, əməyin 

təhlükəsizliyi, ətraf mühit / fövqəladə hallar üzrə 

təlimlərə 3 milyon dollardan artıq vəsait xərclədik. İl 

ərzində əməyin təhlükəsizliyi təlimi üzrə hər hansı 

yeni mühüm təşəbbüs olmadı.

Əməliyyatların təhlükəsizliyi

2011-ci ilin əvvəlindən bəri BP-nin əməliyyatçısı 

olduğu bütün qazma və quyularla bağlı fəaliyyətlər 

şirkətin quyular üzrə qlobal təşkilatı (QQT) vasitəsilə 

həyata keçirilib. Beləliklə, quyular üzrə bütün 

funksional bölümlərimizdəki mütəxəssislər quyuların 

təhlükəsiz və standartlara uyğun olmasını təmin 

etmək üçün qurulmuş, qlobal standartlara malik 

vahid bir təşkilatda birləşir. 

2012-ci ildə AGT regionunda QQT Meksika 

körfəzindəki dərin sularda aparılan əməliyyatların 

araşdırılması barədə hesabatda göstərilmiş 26 

tövsiyənin həyata keçirilməsi istiqamətində işini 

davam etdirib. Biz yeni və yenilənmiş texniki 

prosesləri tətbiq etmək, əməliyyat üzrə göstərişləri 

gücləndirmək, riskin idarə olunması proseslərini 

yaxşılaşdırmaq və BP-nin işçi heyəti və müvafiq 

xidmət təchizatçıları üçün bacarıqlar üzrə ümumi 

standartlar hazırlamaq məqsədilə mərkəzdən irəli 

sürülmüş 22 təşəbbüsü icra etdik. 

Bu, BP-nin qlobal qazma əməliyyatlarında riskin 

azaldılması üçün mühüm bir təşəbbüsdür və bu 

istiqamətdə hələ görülməli işlər var. 2013-14-cü 

illərdə biz qalan tövsiyələri də həyata keçirməyi 

nəzərdə tuturuq. 

Hesabatdakı tövsiyələrin sistemli şəkildə və 

nəzarət altında həyata keçirilməsi QQT daxilində 

əməliyyatların idarə edilməsi sistemimizi daha da 

bərqərar edəcək və əməliyyatları necə aparmağımız 

üçün bazis təşkil edəcək. 



Midstrim auditi və regional yoxlama prosesi

BP qrupunun ƏTƏR komandası üç ildən bir 

təkrarlanan və əməliyyatları diqqətdə saxlayan 

sistematik və strukturlaşdırılmış bir audit proqramı 

həyata keçirir.

2011-ci ilin iyununda BP AGT-nin midstrim obyektləri, 

o cümlədən quruda uyğun köməkçi funksional 

bölmələri qrup səviyyəsində geniş ƏTƏR auditindən 

keçdi. Üç həftəlik audit tamamlama müddəti bir neçə 

aydan altı ilə qədər dəyişən tədbirlərin görülməsini 

tələb edən bir sıra nəticələri məruzə etdi.

2012-ci ilin sonuna qədər BP AGT 2011-ci il midstrim 

ƏTƏR auditinin tələb etdiyi tədbirlərin 82%-ni, eləcə 

də 2010-cu ildə dənizdə aparılmış ƏTƏR audit ilə bağlı 

tədbirlərin 93%-ni daxili yoxlama apararaq tamamladı. 

Auditin tələb etdiyi qalan tədbirləri tamamlamaq 

üçün işlər 2013-cü ildə davam etdi.

Boru kəmərlərinin mexaniki 

bütövlüyünün idarə edilməsi  

Quruda 

Təzyiq sistemlərinin mexaniki bütövlüyü

Əməliyyatların təhlükəsiz və etibarlı davam etməsinə 

əmin olmaq üçün təzyiq altında olan çənlər və təzyiq 

sistemlərinin müntəzəm normativ təftişlərdən 

keçirilməsi tələb edilir. 2012-ci ilin əvvəlində Səngəçal 

terminalındakı təzyiq sistemləri avadanlığının təftiş 

tarixçəsinə və əlaqədar təmir işlərinə baxış keçirildi. 

Baxışdan sonra avadanlıq növbə siyahısına alındı və 

təftiş planına daxil edildi. 

Azəri-Çıraq-Dərinsulu Günəşliyə aid sahədə 

quraşdırılmış texnoloji avadanlıq da korroziya ilə bağlı 

fəaliyyətləri təsbit edə bilən ən müasir qeyri-intruziv 

texnologiya – geniş səth inspeksiyasının (GSİ) 

avtomatlaşdırılmış skanerindən istifadə olunmaqla 

daxili təftişdən keçirildi. GSİ divar qalınlığının 

ultrasəs vasitəsilə ölçülməsindən istifadə edir, belə 

ki, əvvəlcədən müəyyənləşdirilmiş ölçmə nöqtələri 

üçün qalınlıq göstəricilərini qeydə almaq məqsədilə 

qəbuledici kompüterə birləşdirilir. Bu, korroziya 

dərəcələrini dəqiq hesablamaq və nəzarətdə 

saxlamağa imkan verir.

Saxlama çənləri də hər hansı aşınma hadisəsinin 

erkən mərhələdə aşkar olunmasını təmin etmək 

üçün müntəzəm təftiş aparılmasını tələb edir. Daxili 

vizual təftiş, adətən elektromaqnit üsulla sızmaların 

aşkarlanması və qeydiyyatı ilə birlikdə aparılır. 2012-

ci ildə Səngəçal İlkin neft layihəsinə aid C və D 

çənlərində geniş təmir və təftiş işləri aparıldı. Hər iki 

çənin istismarı dayandırıldı, onlar neft qalıqlarından 

təmizləndi və daxildən təftiş olundu. Çənlərin istismar 

müddətini uzatmaq üçün qaynaq-təmir işləri aparıldı, 

yeni daxili təbəqə çəkildi və mühafizə anodları 

quraşdırıldı.

Korroziya və hasilatda kimyəvi tədbirlər

Korroziya və hasilatda kimyəvi tədbirlərlə bağlı 

fəaliyyətlər korroziyanın qarşısının alınması, hasilatın 

yaxşılaşdırılması, strukturlara texniki qulluq, eləcə də 

katod mühafizəsi sahələrində uğurla həyata keçirildi. 

S n dl şdirilmiş

Cavabdeh

S rişt li

Z man tli

Sistemli

v

idar olunan

29

Gördüyümüz bütün işlərin əsasında təhlükəsizlik durur. 



Əməyin təhlükəsizliyi və sağlamlıq

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




30

Səngəçal terminalında və ixrac boru kəmərlərində 

gündəlik fəaliyyət əsnasında mütəmadi olaraq 

korroziya nümunələri götürülür. Buraya, həmçinin 

bakteriyaların illik tədqiqi, ərsinləmə tullantılarından 

nümunələrin götürülməsi, boru kəmərləri üçün giriş 

spesifikasiyaları və əməliyyatlarla bağlı digər kimyəvi 

fəaliyyətlər daxildir. 

Bu təftiş və nümunələrin götürülməsi rejimi vasitəsilə 

sistem üçün əsas icra indikatorları müəyyənləşdirilir, 

onların gündəlik monitorinqi keçirilir və aylıq hesabatı 

verilir. 

Bundan başqa, əməliyyatların və hasilatın 

səmərəliliyini artırmaq, riski azaltmaq və xərclərin 

təsirini minimallaşdırmaq məqsədilə “Nalco” kimya 

şirkəti ilə müxtəlif kimyəvi sınaqlar və Azəri-Çıraq-

Dərinsulu Günəşli üçün ərpin yaranması prosesinin 

ləngidilməsi kimi səmərələşdirici layihələr həyata 

keçirildi. 

Səngəçal terminalında yeraltı boru kəmərlərinin katod 

mühafizəsi üzrə müxtəlif modernləşdirmə layihələri 

həyata keçirildi. Katod mühafizəsi sisteminin gündəlik 

monitorinqi və texniki qulluğu da yerinə yetirildi. 

Boru kəmərləri strukturunda məsafədən monitorinq 

sistemi quraşdırıldı və hazırda tamamlanmaq üzrədir. 

Bundan əlavə, Səngəçal terminalında bütün yeraltı 

qurğular, boru kəmərləri və kəmər sistemləri tədqiq 

olundu və təkmilləşdirmə layihələri müəyyənləşdirildi. 

Bu layihələr 2013-cü ildə həyata keçirilir. 

Qurudakı boru kəmərlərinin mexaniki bütövlüyü

Midstrim üzrə qurudakı borukəmərləri Azərbaycanda, 

Gürcüstanda və Türkiyədə 3 000 km uzunluğunda üç 

müxtəlif boru kəmər sistemini – Bakı-Tbilisi-Ceyhan 

(BTC), Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Qərb 

İxrac Boru Kəmərini (QİBK) əhatə edir.

Ən azı iki ildə bir dəfə bütün boru kəmərlərimizin 

təftişi keçirilir, qanunsuz müdaxilələrin olub-

olmamasını yoxlamaq üçün QİBK-nin bəzi 

hissələri isə altı aydan bir təftiş edilir. Potensial 

Şərqi Azəri platformasına yan alan təchizat gəmisi. 

İnsidentlətin idarə edilməsi qrupumuz Xəzər 3 

təlim-məşqi zamanı.

torpaq sürüşməsi yerlərində yerdəyişmənin olub-

olmamasının yoxlanması üçün BTC və CQBK-nin də 

bəzi hissələri təftiş edilir. 

Bu yoxlamaları həyata keçirmək üçün Azərbaycan-

Gürcüstan-Türkiyə regionu çoxlu sayda diaqnostika 

texnologiyaları tətbiq edib. Bunlara kalibr 

konfiqurasiyasının təftişi aləti, aksial maqnit axını, 

çatların ultrasəslə aşkar olunması, boru divarının 

ultrasəslə ölçülməsi, katod mühafizəsi üzrə cərəyan 

aləti, elektromaqnit akustik ötürücü alət, sızmanın 

aşkara çıxarılması aləti və XYZ xəritələşdirmə daxildir. 

2013-cü ildə təftişi çətin olan xətlərin mexaniki 

bütövlüyü üzrə ilkin qiymətləndirməni aparmaq üçün 

maqnit yaddaş metodu kimi digər texnologiyaları 

da sınaqdan keçirəcəyik. Biz məlumatları avtomatik 

şəkildə toplayan çay axınının skan olunması 

texnologiyasını da sınaqdan keçirmək istəyirik. 

Burada məqsəd daşqın mövsümünün çaylarla 

kəsişən boru kəmərlərində qırılma riskinin yüksək 

olduğu ən qızğın vaxtında məlumatların toplanmasıdır.



Dənizdə

Şahdənizin ətraflı təhlili və təftişi bizə imkan verdi 

ki, platfomanın yüklərin qaldırılması yerini və 

gələcək quyu işlənməsi üçün potensialı təsdiqləyək. 

Platformadakı işlərin davam etdirilməsi üçün 2013-cü 

ildə əlavə təhlillər aparılacaq. 

Biz, həmçinin altı dəniz platformamızın hamısında 

əsas karbohidrogen çənlərinin riskə əsaslanan 

qiymətləndirilməsini başa çatdırdıq və Qərbi Çırağın 

əməliyyatöncəsi mərhələsi üçün aparılmaqda 

olan ilkin işlərə dəstək verdik. Qiymətləndirmə 

nəticəsində gələcək illər üçün təftiş işlərinin qrafiki 

tutuldu. 

İl ərzində Dərinsulu Günəşli platformasının təftişini də 

başa çatdırdıq. Boru kəmərinə aid flans birləşmələrin 

səthinin və çənlərin mexaniki bütövlüyünün çoxlu 

sayda təftişi aparıldı və müsbət rəy alındı. 

Təchizatçılarımızla birgə bütün platformalarda təmir 

proqramları başa çatdırıldı. Məsələn, Mərkəzi Azəri 

platformasında göyərtə strukturu ilə dəniz səviyyəsi 

arasında boşluğun azaldılması üzrə işi tamamladıq. 

Bu proqram yatağın istismar müddətini uzatmaq 

öhdəliyimizin bir hissəsi olaraq 2013-cü ildə də 

davam etdiriləcək. 

2012-ci ilin iyulunda ərazinin cari yoxlanışı zamanı 

aşkar olundu ki, Səngəçal terminalı ilə Dərinsulu 

Günəşli platforması arasında dəniz boru kəməri 

dəhlizində bir neçə kabel zədələnib. Müəyyən 

edildi ki, üçüncü tərəfə aid bir gəmi bu ərazidə 

lövbərini salaraq sürüyüb. Sualtı boru kəmərlərinin 

mexaniki bütövlüyünü təmin etmək üçün uyğun 

tədbirlər gördük, o cümlədən monitorinq üçün 

səmərəli bir sistem yaratmaq məqsədilə Fövqəladə 

Hallar Nazirliyi və digər uyğun dövlət orqanları ilə 

əməkdaşlıq etdik.

Dənizçilik əməliyyatları 

Gərgin və məhsuldar il olan 2012-ci ildə dənizçilik 

əməliyyatları komandası Azərbaycandakı 

əməliyyatlarımızın dəstəklənməsində mühüm rol 

oynadı. Görülən işlərə normal donanma əməliyyatları, 

qazma qurğularının yerdəyişmələri, dənizdə 

sığortalama, fövqəladə hallara qarşı cavab tədbirləri, 

təhlükəsizliklə bağlı vəzifələr və dənizdə təchizat 

öhdəlikləri daxil idi. 

Yeni keşikçi gəmi strategiyası hazırlandı və boru 

kəmərlərinə nəzarət ərazisinin genişləndirilməsi üçün 

tətbiq edildi. Heç bir xəsarət qeydiyyata alınmadan 

qazma qurğularının altı yerdəyişməsi beynəlxalq 

standartlara uyğun başa çatdırıldı. 

Dəniz əməliyyatlarımızın artmasını dəstəkləmək 

üçün “Kaspian Çəllencer” və “Kaspian İndevə” 

adlı iki yeni lövbərsalma gəmisi, eləcə də “Kaspian 



Saporter” adlı platformalar üçün yeni təchizat gəmisi 

əldə olundu. Bu gəmilər gücünə və ölçüsünə görə 

Əməyin təhlükəsizliyi və sağlamlıq

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə