33
adamlara təyin olunmamalıdır. Bu preparatlar həmçinin prostat
pozuntularına (sidiyin ifrazının ləngiməsinə), qəbizlik və ürək
fəaliyyətinin zəifləməsinə səbəb ola bilərlər.
8. Yaşlı insanların qulluğunu təmin edən şəxslər müalicə və kriz
zamanı göstərilən yardım resurslarına dair
məlumatlandırılmalıdırlar. Ahıl yaş dövründə yaşanan
depressiyanın müalicəsinə sosial xidmətlərin cəlbi böyük
əhəmiyyət kəsb edə bilər.
Somatik
xəstələr
1. Somatik xəstəliklər zamanı depressiv pozuntular geniş müşahidə
olunur. İlkin tibbi yardım sistemində depressiv göstəricilər 10%-i
ötüb keçir. İxtisaslaşdırılmış yardım sistemində somatik
xəstəlikləri olan pasiyentlərin 22-30%-də depressiya müşahidə
olunur. Depressiyanın yaranma ehtimalı somatik xəstəliyin
ağırlıq dərəcəsinin artması və müddətinin uzanması ilə artır [B].
2. Somatik xəstələrdə şikayətlərin adətən somatik simptomlar kimi
səhv şərh edilməsi səbəbindən bu xəstələrdə olan depressiya
aşkarlanmır. Depressiyanın mövcudluğu somatik xəstəliyin
müalicəsini də çətinləşdirir. Aşkarlanmayan və müalicə
olunmayan depressiya fiziki və psixi halın pisləşməsinə səbəb
olur və proqnoza mənfi təsir göstərir.
3. Ağır somatik xəstəliklərdən əziyyət çəkən xəstələr depressiya
əlamətləri büruzə verdikdə mütəxəssis yanına məsləhətləşməyə
göndərilməlidirlər. Depressiv pozuntunun müalicəsi somatik
xəstəliyin müalicəsi ilə eyni vaxtda aparılmalıdır. İxtisas-
laşdırılmış yardım sistemində somatik xəstələrdə depressiyanın
müalicəsi həkim-psixiatrın iştirakı ilə aparılmalıdır [D].
4. Həkim somatik xəstələrə müalicə təyin edərkən Barbituratların,
Hipotenziv preparatların (lipofil β-blokatorlar), antiaritmik
preparatların, antixolesterin (antiaterosklerotik) preparatların,
kimyəvi terapiyanın, antibiotiklərin, H
2
-blokatorlarının qəbulu ilə
əlaqədar depressiyanın yaranma ehtimalını da nəzərə almalıdır.
Yuxarıda sadalanan preparatlarla müalicə zamanı depressiyanın
yarandığı təqdirdə psixiatrla məsləhətləşməni həyata keçirmək
lazımdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
34
5. Somatik pozuntuları olan xəstələrə antidepressantların təyini,
antidepressantların somatik pozuntu simptomlarına potensial
təsirinin, həmçinin onların somatik pozuntuların müalicəsində
istifadə olunan digər preparatlarla qarşılıqlı təsirinin dərindən
araşdırılmasını tələb edir [C].
6. Somatik xəstəliklərdən müalicə olunan xəstələr üçün ilkin seçim
antidepressantı qaraciyər P 450 sitoxrom fermentlərinə təsir
etməyən Milnaseprandır [D]. Digər seçim preparatlarına
somatik pozuntular zamanı yüksək təhlükəsizlik profilinə malik
SİUSİ aiddir.
7. Depressiya yaşayan somatik xəstələrin qulluğunu təmin edən
şəxslər müalicə və böhran zamanı göstərilən yardım resurslarına
dair məlumatlandırılmalıdır. Həyat üçün təhlükə törədən
xəstəliklərdən əziyyət çəkən xəstələrlə diaqnozu müzakirə
edərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. Bu xəstələrdə
depressiyanın effektiv müalicəsi həkim göstərişlərinə daha dəqiq
riayət olunmasına səbəb ola bilər.
Hamiləlik və doğuş
1. Depressiv pozuntular hamiləlik və doğuş zamanı geniş yayılan
pozuntulardandır. 50%-ə qədər qadın bu dövrdə subklinik
depressiya yaşayır. Klinik ifadəli depressiv epizodlar 30%
qadınlarda qeydə alınır. 1000 doğuşun 2-də psixotik epizodlar
müşahidə olunur [C]. Həkimlər hamiləlik və doğuşdan sonrakı
dövrdə qadınlarda depressiyanın inkişafı ehtimalına hazır
olmalıdırlar. Aşkarlanmamış və müalicə olunmamış depressiya
yalnız anaya deyil, onun körpəsinə, həmçinin vaxtından əvvəl baş
verən doğuşa, körpənin kifayət qədər olmayan çəkisinə və
körpəyə qulluq problemlərinə mənfi təsir göstərə bilər [A].
2. Hamiləlik və doğuş təkrari depressiya epizodlarına səbəb ola
bilər. Depressiyaya görə dəstəkləyici terapiya alan, hamiləliyi
planlaşdıran və ya artıq hamilə olan qadınlara müalicəni
dayandırmağı tövsiyə etmək lazım deyil. Belə ki, depressiyanın
təkrarən kəskinləşməsi təhlükəsi 70%-dir. [B].
3. Klinik mənbələrin məhdudluğuna baxmayaraq Paraksetin istisna
olunmaqla SNIUSİ hamiləlik dövründə nisbi təhlükəsiz
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
35
preparat hesab olunur [B]. Ümumi populyasiyada olduğu kimi
dölün patoloji inkişafı təhlükəsi 1-3%-i ötmür. Paraksetinin
qəbulu ürək patologiyası təhlükəsi ilə assosiasiya olunur [C].
4. Antidepressantların qəbulu uşaqsalma hallarının cüzi sayda
artması ilə səciyyələnir. Bununla yanaşı bu məsələdə depressiv
pozuntuya və dərman maddələrinə hansı rolun ayrıldığı məlum
deyil.
5. Hamiləliyin üçüncü rübündə SİUSİ- nin qəbulu 10-30% halda
yenidoğulmuşlarda keçici adaptasiya sindromunun inkişafı ilə
əlaqədardır [C]. Adaptasiya sindromunun əlamətlərinə uşaqlarda
olan və adətən 2 həftə ərzində keçən qıcolma, narahatlıq, əzələ
tonusunun güclənməsi, yüngül respirator pozuntular aiddir.
Körpənin sonrakı inkişafına təsiri aşkarlanmamışdır [D].
7. Preparatın ana südündə konsentrasiyası müxtəlif
antidepressantlarda müxtəlifdir. Antidepressantların çoxu döşlə
əmizdirmə zamanı yeni doğulmuş körpənin qanında cüzi
səviyyədə özünü göstərir və bu da körpənin davranışına böyük
təsir göstərmir [D].
8. Ailə üzvləri və yaxınlar depressiyanın profilaktikası üçün ana və
onun körpəsinə münbit psixososial şəraitin yaradılması
zəruriliyinə dair məlumatlandırılmalıdırlar.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |