Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   ...   8   9   10   11   12   13   14   15   16

 

33

adamlara təyin olunmamalıdır. Bu preparatlar həmçinin prostat 



pozuntularına (sidiyin ifrazının ləngiməsinə), qəbizlik və ürək 

fəaliyyətinin zəifləməsinə səbəb ola bilərlər.  

8.   Yaşlı insanların qulluğunu təmin edən  şəxslər müalicə  və kriz  

zamanı göstərilən yardım resurslarına dair 

məlumatlandırılmalıdırlar. Ahıl yaş dövründə yaşanan 

depressiyanın müalicəsinə sosial xidmətlərin cəlbi böyük 

əhəmiyyət kəsb edə bilər. 

 

 Somatik 



xəstələr 

1.   Somatik xəstəliklər zamanı depressiv pozuntular geniş müşahidə 

olunur. İlkin tibbi yardım sistemində depressiv göstəricilər 10%-i 

ötüb keçir. İxtisaslaşdırılmış yardım sistemində somatik 

xəstəlikləri olan pasiyentlərin 22-30%-də depressiya müşahidə 

olunur. Depressiyanın yaranma ehtimalı somatik xəstəliyin 

ağırlıq dərəcəsinin artması və müddətinin uzanması ilə artır [B].  

2.   Somatik  xəstələrdə şikayətlərin adətən somatik simptomlar kimi 

səhv  şərh edilməsi səbəbindən bu xəstələrdə olan depressiya 

aşkarlanmır. Depressiyanın mövcudluğu somatik xəstəliyin 

müalicəsini də  çətinləşdirir. Aşkarlanmayan və müalicə 

olunmayan depressiya fiziki və psixi halın pisləşməsinə  səbəb 

olur və proqnoza mənfi təsir göstərir. 

3.   Ağır somatik xəstəliklərdən  əziyyət çəkən xəstələr depressiya 

əlamətləri büruzə verdikdə mütəxəssis yanına məsləhətləşməyə 

göndərilməlidirlər. Depressiv pozuntunun müalicəsi somatik 

xəstəliyin müalicəsi ilə eyni vaxtda aparılmalıdır.  İxtisas-

laşdırılmış yardım sistemində somatik xəstələrdə depressiyanın 

müalicəsi həkim-psixiatrın iştirakı ilə aparılmalıdır [D]

4.   Həkim somatik xəstələrə müalicə təyin edərkən Barbituratların, 



Hipotenziv preparatların (lipofil β-blokatorlar), antiaritmik 

preparatların, antixolesterin (antiaterosklerotik) preparatların, 

kimyəvi terapiyanın, antibiotiklərin, H

2

-blokatorlarının qəbulu ilə 



əlaqədar depressiyanın yaranma ehtimalını da nəzərə almalıdır. 

Yuxarıda sadalanan preparatlarla müalicə zamanı depressiyanın 

yarandığı  təqdirdə psixiatrla məsləhətləşməni həyata keçirmək 

lazımdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

34

5.   Somatik  pozuntuları olan xəstələrə antidepressantların təyini, 



antidepressantların somatik pozuntu simptomlarına potensial 

təsirinin, həmçinin onların somatik pozuntuların müalicəsində 

istifadə olunan digər preparatlarla qarşılıqlı  təsirinin dərindən 

araşdırılmasını tələb edir [C]

6.   Somatik xəstəliklərdən müalicə olunan  xəstələr üçün ilkin seçim 

antidepressantı qaraciyər  P 450 sitoxrom fermentlərinə    təsir 

etməyən  Milnaseprandır  [D]. Digər seçim preparatlarına 

somatik pozuntular zamanı yüksək təhlükəsizlik profilinə malik 



SİUSİ aiddir. 

7.   Depressiya  yaşayan somatik xəstələrin qulluğunu təmin edən 

şəxslər müalicə və böhran zamanı göstərilən yardım resurslarına 

dair məlumatlandırılmalıdır. Həyat üçün təhlükə törədən 

xəstəliklərdən  əziyyət çəkən xəstələrlə diaqnozu müzakirə 

edərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. Bu xəstələrdə 

depressiyanın effektiv müalicəsi həkim göstərişlərinə daha dəqiq 

riayət olunmasına səbəb ola bilər.  

 

 Hamiləlik və doğuş 

1.  Depressiv pozuntular hamiləlik və doğuş zamanı geniş yayılan 

pozuntulardandır. 50%-ə  qədər qadın bu dövrdə  subklinik 

depressiya yaşayır. Klinik ifadəli depressiv epizodlar 30% 

qadınlarda qeydə alınır. 1000 doğuşun 2-də  psixotik  epizodlar 

müşahidə olunur [C]. Həkimlər hamiləlik və doğuşdan sonrakı 

dövrdə qadınlarda depressiyanın inkişafı ehtimalına hazır 

olmalıdırlar. Aşkarlanmamış  və müalicə olunmamış depressiya 

yalnız anaya deyil, onun körpəsinə, həmçinin vaxtından əvvəl baş 

verən doğuşa, körpənin kifayət qədər olmayan çəkisinə  və 

körpəyə qulluq problemlərinə mənfi təsir göstərə bilər [A].  

2.   Hamiləlik və doğuş  təkrari depressiya epizodlarına səbəb ola 

bilər. Depressiyaya görə  dəstəkləyici terapiya alan, hamiləliyi 

planlaşdıran və ya artıq hamilə olan qadınlara müalicəni 

dayandırmağı tövsiyə etmək lazım deyil. Belə ki, depressiyanın 

təkrarən kəskinləşməsi təhlükəsi 70%-dir.  [B].  

3.   Klinik mənbələrin məhdudluğuna baxmayaraq Paraksetin istisna 

olunmaqla  SNIUSİ hamiləlik dövründə    nisbi    təhlükəsiz 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

35

preparat hesab olunur [B]. Ümumi populyasiyada olduğu kimi 



dölün patoloji inkişafı  təhlükəsi 1-3%-i ötmür. Paraksetinin 

qəbulu ürək patologiyası təhlükəsi ilə assosiasiya olunur [C]

4.   Antidepressantların qəbulu uşaqsalma hallarının cüzi sayda 

artması ilə  səciyyələnir. Bununla yanaşı bu məsələdə depressiv 

pozuntuya və  dərman maddələrinə hansı rolun ayrıldığı  məlum 

deyil. 


5.   Hamiləliyin üçüncü rübündə  SİUSİ- nin qəbulu 10-30% halda 

yenidoğulmuşlarda  keçici  adaptasiya  sindromunun inkişafı ilə 

əlaqədardır [C]. Adaptasiya  sindromunun əlamətlərinə uşaqlarda 

olan və adətən 2 həftə  ərzində keçən qıcolma, narahatlıq,  əzələ 

tonusunun güclənməsi, yüngül respirator pozuntular aiddir. 

Körpənin sonrakı inkişafına təsiri aşkarlanmamışdır [D]

7.   Preparatın ana südündə konsentrasiyası müxtəlif 

antidepressantlarda müxtəlifdir. Antidepressantların çoxu döşlə 

əmizdirmə zamanı yeni doğulmuş körpənin qanında cüzi 

səviyyədə özünü göstərir və bu da körpənin davranışına böyük 

təsir göstərmir  [D]

8.   Ailə üzvləri və yaxınlar depressiyanın profilaktikası üçün ana və 

onun körpəsinə münbit psixososial şəraitin yaradılması 

zəruriliyinə dair məlumatlandırılmalıdırlar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə