Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol


DEPRESSİYA ZAMANI GÖSTƏRİLƏN YARDIMIN



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

 

30

DEPRESSİYA ZAMANI GÖSTƏRİLƏN YARDIMIN 



XÜSUSİ ASPEKTLƏRİ 

 

Uşaqlar 

1.   Depressiyadan  əziyyət çəkən uşaq və yeniyetmələrə yardım 

göstərən mütəxəssislər, müalicənin aparılmasında valideynlərin 

razılığı barədə Azərbaycan Respublikası Qanunvericiliyinə  və 

Uşaq Hüquqları Konvensiyasına dəqiqliklə riayət etməlidirlər.  

2.   Uşaq və yeniyetmələr ilə  işləyən həkimlər bu yaş dövründə 

depressiyanın  əlamətlərini müəyyənləşdirməyi bacarmalıdırlar. 

Bu əlamətlərə aiddir: 

 

tez-tez baş verən, davamlı kədər hissi və ağlağanlıq; 



 

adətən bu yaş dövrü üçün xas olan təhsilə  və ya məktəbdən 

kənar fəaliyyətə marağın azalması;  

 

sosial təcrid və ya ünsiyyət çatışmazlığı; 



 

yüksək əsəbilik, qəzəb və düşmənçilik hissi

 

tez-tez baş verən somatik şikayətlər; 



 

özünə zərər vermə aktları və intihar haqqında söhbətlər. 

3.   Uşaqlarda və yeniyetmələrdə depressiyanın inkişafı adətən bu yaş 

dövrü üçün səciyyəvi olan psixososial faktorlarla – valideynlər 

arasında münaqişə (o cümlədən boşanma), müəllim və 

həmyaşıdlarla yaşanan problemlər (o cümlədən məktəbdə olan 

rişxənd halları), fiziki, seksual və ya emosional zorakılıq, yaxın 

adamın vəfatı, digər məktəbə keçirilmə, somatik psixi pozuntular 

ilə  əlaqədar olur. Həkimlər uşaq və yeniyetmələrdə olan 

depressiyanı müşayiət edən bütün halları  dəqiqliklə  təhlil 

etməlidirlər.  

4.   Uşaqda yüngül depressiya aşkarlanan zaman dərhal bu barədə 

valideynlər məlumatlandırılmalı  və depressiyaya səbəb ola 

biləcək psixososial faktorları aradan qaldırmaq üçün tədbirlər 

həyata keçirilməlidir. Valideynlərə, digər ailə üzvlərinin 

təhlükəsizliyini və dəstəyini təmin edərək öz uşaqlarının halını və 

davranışını diqqətlə müşahidə etməyi tövsiyə etmək lazımdır. 

Gün rejimi (məşğulluq və istirahət daxil olmaqla), düzgün 

qidalanma və fiziki fəallıq mövzusunda tövsiyələr verilməlidir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

31

5.   Uşaq və ya yeniyetmədə orta və ya ağır depressiyanın 



mövcudluğuna dair şübhələrin olduğu təqdirdə, o, uşaqların psixi 

sağlamlığı sahəsində çalışan mütəxəssisin yanına 

göndərilməlidir. Uşaqların psixi sağlamlığı sahəsi üzrə 

mütəxəssis olmayan həkim (o cümlədən pediatr) uşaq və 

yeniyetmələrdə olan depressiyanın müalicəsini müstəqil olaraq 

başlaya və ya müalicəni apara bilməz. 

6.   Orta  ifadəli və ya ağır depressiyalı  uşaq və yeniyetmələrin 

müalicəsində üstünlük medikamentoz deyil, psixoloji müalicə 

metodlarına (KBT, İPT, qrup şəkilli terapiya) verilməlidir. 

Uşaqlar 11 yaşınadək antidepressant müalicə almamalıdırlar [A].  

7.   Orta  ifadəli və  ağır depressiyalı, 11 yaşından böyük uşaqlar 4 

həftə  ərzində psixoloji müalicədən heç bir müsbət nəticə  əldə 

etmirlərsə, bu zaman onlara psixoloji müalicə ilə 

uyğunlaşdırılmış antidepressantlar təyin edilə bilər [C].  

8.   Orta ifadəli və ya ağır depressiyadan əziyyət çəkən, 11 yaşından 

yuxarı uşaqların müalicəsinin ilkin seçim prepratı Fluoksetindir. 



Fluoksetin gün ərzində 10 mq dozada təyin olunmalıdır  [B]

Əgər bir həftə  ərzində terapevtik effekt yoxdursa, doza daha 20 

mq-ə  qədər artırıla bilər. Uşaq və yeniyetmələrdə preparatın 

sonrakı doza artımı yolverilməzdir. 

9.   Fluoksetinin təyinindən sonra 4 həftə  ərzində gözlənilən effekt 

əldə olunmursa, bu zaman preparat digər  SİUSİ ilə  əvəz oluna 

bilər. Yeni preparatın başlanğıc dozası böyük yaşlı  şəxsin 

dozasının ½-nə ekvivalent olmalıdır  [D]. Doza 4 həftə  ərzində 

böyük adamın orta terapevtik dozasına qədər artırıla bilər. Digər 

qrup antidepressantlar uşaq və yeniyetmələrə 

təyin 

olunmamalıdır. 



 

 Ahıl yaşlı insanlar  

1.   Depressiya  ahıl yaş dövründə geniş  təsadüf  olunur və bu növ 

depressiya adətən aşkarlanmır və müalicə olunmur. Yaxın 

adamın həyatdan getməsi, sosial təcrid və xroniki sağlamlıq 

problemləri ahıl yaşda depressiya yarada və ya onu kəskinləşdirə 

bilər. Yaşlı insanlarda ən yüksək depressiya göstəriciləri iflic 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

32

(30%-60%), qan-damar xəstəlikləri (44%), xərçəng (40%), 



Parkinson xəstəliyi (40%) və Alsheymer xəstəliyi (20%-40%) 

zamanı qeydə alınır [A]

2.   Ahıl yaş dövründə depressiyadan əziyyət çəkən insanlar az 

hallarda  əhvalın enməsindən  şikayət edirlər. Onlar əsasən 

yuxusuzluq, iştahanın itməsi, yorğunluq, xroniki ağrılar, qəbizlik, 

skelet  əzələlərində pozuntular kimi somatik xarakterli şikayətlər 

səsləndirirlər. 

3.   Farmakoterapiya  və psixoterapiya gənc yaş dövründə olduğu 

kimi, ahıl yaş dövründə də effektiv müalicə metodu hesab olunur 

[C]. Bununla yanaşı yaşlı insanlar psixoterapiyanın imkanlarını 

məhdudlaşdıran koqnitiv pozuntulara malik ola bilər və ya 

dərman qəbuluna üstünlük verərək psixoterapiyadan imtina edə 

bilərlər.  

4.   Farmakoterapiya təyin edərkən nəzərə almaq lazımdır: 

 

preparatın metabolizminin ahıl yaşda fizioloji dəyişikliklərə 



necə təsir göstərməsini 

 

hazırkı preparatın komorbid pozuntulara necə  təsir 



göstərməsini 

 

yanaşı gedən xəstəliklərin müalicəsi üçün yaşlı insanların 



istifadə etdiyi digər dərmanların hazırkı preparatla nə 

dərəcədə uyuşmasını 

5.   Metabolik  proseslərin yaşlı dövrdə yavaşıması plazmada 

preparatların səviyyəsini yüksəldə bilər. Bu isə öz növbəsində 

terapiyanın minimal dozalardan başlayaraq aramla artırılmasını 

və qanda preparatın səviyyəsini nəzarətdə saxlamağı tələb edir [C]. 

6.   Yaşlı dövrdə ilk seçim antidepressantı qaraciyərdə P450 sitoxrom 

fermentlərinə    təsir etməyən və kardiotoksikliyə malik olmayan 



Milnosepramdır  [D].  İlkin seçimin digər preparatlarına SİUSİ, 

ikinci seçim preparatlarına isə ikili aminlər (Nortriptilin, 



Dizepramin) aiddir [A]. 

7.   Digər TSA-lar (üçlü aminlər) antixolinergik effektlər nəticəsində 

yaranan deliriumun mümkün inkişafı ilə  əlaqədar olaraq yaşlı 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə