Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   2   3   4   5   6   7   8   9   ...   16

 

18

 



Depressiya iradə  zəifliyi və  əqli çatışmazlıq deyil, o tibbi 

problemdir. 

 

Sağalma – qaydadır, istisna hal deyil. 



 

Müalicə demək olar ki, bütün pasiyentlərə kömək edir. 

 

Müalicənin məqsədi sadəcə  əhvalın yaxşılaşdırılması deyil, 



tam sağalma və  gələcəkdə emosional problemlərin 

öhdəsindən gəlmək bacarığını daha da inkişaf etdirməkdir. 

 

Depressiyanın birinci epizoddan sonra 50%, ikinci epizoddan 



sonra 70%,  üçüncü epizoddan sonra 90% təkrarlanmaq 

ehtimalı olduğu üçün uzunmüddətli müalicəyə ehtiyac vardır. 

 

Depressiyanın ilkin əlamətləri təzahür etdiyi təqdirdə 



pasiyent və onun ailə üzvləri sayıqlıq göstərməli və yardım 

üçün mümkün qədər tez müraciət etməlidirlər.  

2. Sağlam həyat tərzi depressiv simptomların yaranma tezliyini və 

ağırlıq dərəcəsini azaldır  [C]. Sağlam həyat tərzinə dair əsas 

tövsiyələr: 

 

Stress yaradan situasiyalardan qaçmaq  



 

Gündəlik vəzifələri düzgün bölmək 

 

Alkoqol və narkotik maddələrin qəbulunu dayandırmaq 



 

Düzgün yuxu rejiminə riayət etmək 

 

Qida qəbulunun balanslaşdırılması 



 

Fiziki məşqlər (idman, aerobika, üzgüçülük, qaçış) 

 

Xoşagələn məşğuliyyətə ayrılan vaxtın artırılması (əyləncənin 



planlaşdırılması, xoşagələn insanlarla ünsiyyət, mütaliə, 

filmlərə baxmaq)  

3. Problemin həllinə yönəldilmiş məsləhətləşmə ən sadə və səmərəli 

müdaxilədir [B]. Bu növ məsləhətləşmənin məqsədi pasiyenti öz 

resurslarından istifadə etməklə problemlərinin öhdəsindən necə 

gəlməyə dair təlimləndirməkdir. Bura daxildir: 

1)

 

Problemin müzakirəsi və müəyyənləşdirilməsi 



2)

 

Onun həlli üçün aydın və  əldə oluna bilən məqsədlərin 



müəyyənləşdirilməsi 

3)

 



Qərarın müxtəlif növ variantlarının işlənib hazırlanması  və 

bütün “lehinə” və “əleyhinə” variantların gözdən keçirilməsi 

4)

 

Üstünlük verilən qərarın seçimi və mərhələli planın nəzərdən 



keçirilməsi 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

19

5)



 

Bu planın həyata keçirilməsi 

6)

 

Problemin həllinə dair nəticənin qiymətləndirilməsi 



 

 Medikamentoz 

müalicə

 

1.   Medikamentoz  müalicə orta-ifadəli və ya ağır depressiya 



diaqnozu qoyulan pasiyentlərə  təyin edilməlidir. Depressiyanın 

yüngül mərhələsində medikamentoz müalicənin faydasının onun 

təhlükəsindən geridə qaldığını  nəzərə alaraq, medikamentlərin 

ilkin təyini tövsiyə edilmir. Belə hallarda həkim 2 həftə 

pasiyentin halını diqqətlə müşahidə etməli və qeyri-

medikamentoz müdaxilə  həyata keçirməlidir  [C]  (əvvəlki 

bölməyə bax). 

2. 


 Yüngül depressiya mərhələsində olan pasiyentlərə  dərman 

preparatları, qeyri-medikamentoz müdaxilələrin effektiv olmaması, 

yaxud keçmişdə orta və ya ifadə olunmuş depressiya epizod-

larının yaşanması hallarında, depressiyanın psixososial faktor və 

ya somatik patologiya ilə əlaqədar olduğu təqdirdə təyin olunur. 

Belə hallarda yüngül depressiyanın medikamentoz müalicəsi 

orta-ifadəli və ağır depressiyada olduğu kimi aparılır [C]

3.   Antidepressantın seçimi pasiyentin xəstəlik tarixi, ailə anamnezi, 

preparatın 

əlavə 


təsiri və 

təhlükəsizlik profili ilə 

müəyyənləşdirilir  [B]. Məsələn:  Əgər xəstə  hər hansı bir 

preparata “müsbət” reaksiya veribsə, bu preparatın gələn dəfə də 

effektiv olacağı ehtimalı var. Əgər pasiyentin hər hansı bir 

preparata həssas olan qohumu varsa, bu təqdirdə o həmin 

preparata həssas ola bilər. Preparatın klinik profil özəllikləri də 

seçimi müəyyənləşdirə bilər. Məsələn:  Əsasən həyəcan 

şikayətləri olan xəstələr böyük sedativ effekti olan 

antidepressantlara, tormozlanma müşahidə edilən xəstələr isə 

stimullaşdırıcı  təsirə malik antidepressantlara müsbət reaksiya 

verə bilərlər.  

4.   Depressiya  zamanı ilkin seçilən preparatlara serotoninin 

intraneyronal udulmasının seçici   inhibitoru  (SİUSİ) və 

serotoninin və noradrenalinin intraneyronal udulmasının  seçici   

inhibitoru  (SNİUSİ) aiddir [A]. Digər qrup antidepressantlarla 

müqayisədə bu antidepressantların üstünlüyü daha təhlükəsiz 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

20

olması, qəbul rahatlığı (gün ərzində bir dəfə təyin edilə bilər) və 



daimi nəzarət tələb etməyən standart terapevtik dozada təyin 

olunma imkanının mövcudluğundan ibarətdir. SİUSİ və SNİUSİ 

ənənəvi trisiklik antidepressantlardan heç də az effektli deyil.   

SİUSİ  və  SNİUSİ-nin ilkin təyininə tam əks-göstəriş (zərərli 

olması) bu preparatların keçmişdə qəbulunun mümkünsüzlüyünə 

dair məlumatların olması ilə əlaqədar ola bilər [A]

5.   SİUSİ  və  SNİUSİ-nin qəbulunun  əlavə  təsirlərinə görə 

dayandırılması halı çox az ehtimalla xarakterizə olunur [A]. Bir 

çox insanlar üçün SİUSİ  və  SNİUSİ-nin qəbulunda  ən 

xoşagəlməz  əlavə  təsir seksual disfunksiyadır (anorqazmiya, 

libidonun azalması  və ya erektil və eyakulyator disfunksiya). 

Mədə-bağırsaq pozuntuları  və  çəkinin artması daha az təsadüf 

olunan  əlavə  təsirlərdir. Dozanın azaldılması, dərmanların 

qəbulunda fasilə  və ya eyni sinfin digər preparatına keçid belə 

effektləri azalda bilər. Dərmanlarla  qarşılıqlı  təsir, o cümlədən 

qaraciyərin  P450 sitoxrom fermentlərində olan dəyişikliklər 



SİUSİ  və  SNİUSİ üçün hipotetikdir və bir çox hallarda onlar 

digər preparatlarla eyni vaxtda istifadə oluna bilərlər. Eyni 

zamanda  SİUSİ  və  SNİUSİ ilə seratoninergik aktivliyə malik 

olan preparatlar (tərkibində  dekstrometorfin, tramodol olan 

preparatlar) arasındakı qarşılıqlı  əlaqə, özünü miokloniya, 

diareya (ishal), hipomaniya, təlaş, hiperrefleksiya, fikri cəmləmə 

pozuntusu, qızdırma, hiperqidroz, arterial təzyiqin dəyişməsi, 

ürəkbulanması  və qusma (Əlavə 5) kimi göstərən potensial 

təhlükəli reaksiyanın – serotonin sindromunun inkişafına gətirib 

çıxara bilər. Serotonin sindromu dozanın azaldılması  və ya 

preparatın qəbulunun dayandırılmasından sonra çox vaxt 24 saat 

ərzində aradan qalxan, geri dönən haldır. Ağır hallarda 

simptomatikanın ifadəliliyini azaltmaq üçün serotonin 

reseptorlarının qeyri-spesifik antaqonistlərindən olan Metiserqid 

və  Siproheptadindən  (peritol) və  həmçinin də  5-HT1A 

reseptorunun blokatoru hesab edilən  Propranoldan istifadə 

etmək tövsiyə edilir [D]. SİUSİ 

və 

SNİUSİ-nin 

monoaminoksidazanın (MAO) dönən və dönməyən inhibitorları 

ilə birgə  istifadəsi yolverilməzdir. Pasiyentin MAOİ  qəbul 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə