Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   2   3   4   5   6   7   8   9   ...   16

 

15

7.  İlkin səhiyyə sistemi həkimi müayinənin nəticələrinə  əsasən 



depressiv pozuntunun ilkin diaqnozunu qoya bilər. Ekspert 

qərarlarının qəbulu və ya digər sosial-hüquqi məsələlərin 

müəyyənləşdirilməsi üçün son diaqnoz həkim-psixiatr tərəfindən 

təyin olunur.    

8. Həkim, depressiyanın aşkarlanmasından, onun ağırlıq dərəcəsinin 

və intihar təhlükəsinin müəyyənləşdirilməsindən sonra özündə 

aşağıdakıları birləşdirən anamnestik məlumatları toplamalıdır: 

 

Pasiyentin hazırkı vəziyyətinin dinamikasına dair məlumat 



 

Öncədən yaşanan epizodların sayı və ağırlıq dərəcəsi 

 

Öncəki müalicənin səmərəsi 



9. Həkim pasiyentin fiziki halını qiymətləndirməli, keçmişdə olan 

və ya indi də yaşanan somatik xəstəliklər və depressiya simptomları 

yarada biləcək preparatların öncəki qəbuluna dair məlumatları 

araşdırmalıdır.  

 

Əlavə müayinə aşağıdakı hallarda təyin olunur: 



 

Depressiv pozuntu üçün xarakterik olmayan simptomların 

aşkarlanması 

 

Yaşlı pasiyentlərə 



 

40 yaşından sonra başlanan depressiya zamanı 

 

Alkoqol və narkotik maddələrin qəbuluna dair şübhələrin 



olduğu təqdirdə 

10. Həkim pasiyentin həyatında mühüm rol oynayan və onun halına 

və müalicəsinə  təsir edə biləcək aşağıdakı psixososial faktorları 

gözdən keçirməlidir: 

 

Ailə və şəxsiyyətlərarası münasibətlər 



 

Professional fəaliyyət/təhsil 

 

İqtisadi durum 



 

Ailə-məişət məsələləri 

 

Sosial əhatə və qanunla münasibətlər 



 

Tibbi yardımdan yararlanmaq imkanı 

11. Həkim depressiv pozuntunun ilkin diaqnozunun qoyulmasından 

sonra göstəriləcək yardımı  işləyib hazırlamalı, onu rəsmi formada 

sənədləşdirməli və pasiyentlə müzakirə etməlidir. Bu plan özündə 

güman edilən müdaxilələrin xarakter və həcmini, pasiyentlə əlaqənin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

16

vaxtını, böhran halları zamanı görüləcək tədbirləri, əlavə müayinə və 



digər mütəxəssislərə təyinatı birləşdirməlidir. (Əlavə 3)  

Cədvəl 2. Depressiyanın müxtəlif ağırlıq dərəcələrində həyata 

keçirilən müdaxilələrin xarakteri və həcmi 

Depressiyanın 

ağırlıq 

dərəcəsi 

Müdaxilə Qeyd 

yüngül 


Müşahidə, psixi 

maarifləndirmə, 

məsləhətləşmə 

2 həftədə 1 dəfədən az olmayaraq əlaqə 

vaxtını təyin etmək. 

Əvvəldə yaşanan daha ağır epizodların 

mövcudluğu zamanı effektiv olmuş 

antidepressantları təyin etmək.  

Pasiyentdə intihar xarakterli davranış 

qeydə aldıqda, onu həkim-psixiatrın 

qəbuluna göndərmək. 

orta ifadəli 

Psixi 

maarifləndirmə, 



məsləhət vermə, 

farmakoterapiya 

və/və ya 

psixoterapiya 

Birinci həftə ərzində 1 dəfədən, 

müalicəyə yaxşı həssaslıq zamanı isə 2 

həftədə 1 dəfədən az olmayaraq əlaqə 

vaxtı təyin etmək. İlkin seçim 

antidepressantı ilə monoterapiya təyin 

etmək. 4 həftə müddətində cüzi effektin 

müşahidəsi və ya effektin yoxluğu 

zamanı antidepressantı dəyişmək. 

Pasiyentdə intihar xarakterli davranış (o 

cümlədən anamnezdə) qeydə aldıqda ona 

həkim-psixiatrın yanına göndəriş vermək. 

ifadə olunmuş 

Farmakoterapiya, 

psixoterapiya 

və/və ya 

mütəxəssisin 

cəlbedilməsi və 

ya 


ixtisaslaşdırılmış 

müəssisəyə 

göndəriş 

Birinci həftə ərzində 1 dəfədən az 

olmayaraq görüş vaxtı təyin etmək. İlkin 

seçim antidepressantı ilə monoterapiya 

təyin etmək. 4 həftə müddətində cüzi 

səmərənin müşahidəsi və ya onun 

yoxluğu zamanı antidepressantı 

dəyişmək. Əhvalın kəskinləşməsi zamanı 

həkim-psixiatrın konsultasiyasına 

göndərmək və ya xüsusi müəssisəyə 

göndərişi həyata keçirmək. 

ağır 


İxtisaslaşdırılmış 

müəssisəyə 

göndəriş 

Xüsusi müəssisələrə göndəriş 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

17

Depressiyası olan xəstələrin müşahidə və aparılmasının 



ümumi prinsipləri 

1. Həkim müalicəyə  məlumatlandırılmış razılığın alınması, 

pasiyentin arzu və istəklərinin aydınlaşdırılması, ümumi 

qərarların təkmilləşdirilməsi və  gələcəkdə atılacaq addımların 

planlaşdırılması yolu ilə pasiyentlə  əməkdaşlıq yaratmalı  və bu 

əməkdaşlığı inkişaf etdirməlidir. 

2. Həkim xəstənin ailə və yaxınlarını (tibbi etika və qanunvericilik 

normalarına riayət etməklə) xəstəlik, potensial təhlükənin 

minimallaşdırılması, pasiyentlə gündəlik işlərin icrasında necə 

yardım etmək mövzularında məlumatlandırmaqla, onları 

müalicəyə cəlb etməlidir. Xəstəlik müddətində birbaşa pasiyentə 

və onun ailəsinə aid olan  vacib fərdi və professional qərarların  

qəbulunu təxirə salmağı tövsiyə etmək lazımdır [D]. 

3. Həkim yardım göstərilməsi zamanı özündə pasiyentin vəziyyət 

dinamikasını, intihar tendensiyalarını, sosial vəziyyəti, tibbi 

göstərişlərə riayət olunmanı,  əlavə  təsirləri  və  həmçinin 

pasiyentin müalicəyə dair fikirlərini birləşdirən monitorinqi 

həyata keçirməlidir. (monitorinqin həyata keçirilməsi müddəti Q7 

bəndində göstərilmişdir) [B]. 

4. Həkim pasiyentin təkidi zamanı, diaqnozun doğruluğuna dair 

şübhələrin olduğu, simptomların kəskin ifadəliliyi, pasiyentin 

psixoaktiv maddələr qəbul etməsinə dair ehtimalın olduğu, 

pasiyentdə intihar xarakterli davranışın aşkarlandığı (həmçinin 

anamnezdə), həmçinin psixoterapiya, əlavə müayinə  və ya 

müalicə aparan mütəxəssisə inamın olmadığı təqdirdə mütəxəssis 

məsləhətləşməsi təşkil etməlidir [A]. 

 

 Qeyri-medikamentoz 

müdaxilələr 

1. Pasiyentin  maarifləndirilməsi depressiyaya, onun müxtəlif 

təzahürlərinə, müalicə metodları və profilaktikasına dair məlumat 

verən həkimlə keçirilən mütəmadi görüşlər zamanı aparılır  [C]. 

Pasiyentin diqqətinə çatdırılacaq 

əsas məlumatlar:

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə