Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   2   3   4   5   6   7   8   9   ...   16

 

6

İxtisarların siyahısı: 



DALY  

– keyfiyyətli həyatın davamiyyəti 



EEQ  

– elektroensefaloqrafiya 



ET 

elektrokonvulsiv terapiya 



HAM-D   – Hamiltonun Depressiya reytinqi cədvəli 

XBT-10   – Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış  

İPT  

– interpersonal terapiya 



KBT  

– koqnitiv-biheyvioral terapiyası 



KDT  

– koqnitiv-davranış (biheyvioral) terapiya 



KT  

– kompüter tomografiyası 



MAOI  

– monoaminoksidazanın inhibitorları 



NMR  

– nüvə maqnit rezonans müayinəsi 



PDT 

– psixodinamik terapiya  



PHQ-9   – pasiyentin sağlamlıq sorğusu 

RKT  

– Randomizasiya olunmuş klinik tədqiqat 



SİUSİ  

 serotoninin intraneyronal udulmasının seçici inhibitoru  



SNİUSİ   – serotoninin və noradrenalinin intraneyronal udulmasının 

 

  seçici inhibitoru  



TMS  

– transkranial maqnit stimulyasiyası 



TSA  

– trisiklik antidepressantlar  



ÜST  

– Ümumdünya Səhiyyə Təşkilatı 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

7

Protokol həkim-psixiatrlar, ilkin səhiyyə xidmətləri səviyyəsində 



çalışan terapevtlər, ailə həkimləri üçün nəzərdə tutulmuşdur.

 

  Pasiyent qrupu: Depressiya xəstəliyi olan uşaq və böyük yaşlı 

şəxslər. 

 

Protokolun məqsədləri: 

 



Müasir diaqnostika və müalicə metodlarını  tətbiq etməklə 

depressiyanın diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 

 

Depressiyanın erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi 



 

Depressiyalı  xəstələrin həyat keyfiyyətinin və sosial 



adaptasiyasının yaxşılaşdırılması 

 

ÜMUMİ MÜDDƏALAR



 

 Depressiya 

– həyəcan, yüksək halsızlıq, gərəksizlik hissi, 

intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor 

tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və 

şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə 

səciyyələnən psixi pozuntudur. Tibbi kontekstdə depressiya, bu 

terminin adi (bayağı) anlamından – ümidsizlik, əzginlik və  kədər 

halından – fərqlənir və tibbi yardımın göstərilməsini tələb edir. Bir 

əlamət və ya sindrom kimi depressiya bir çox somatik və ya psixi 

xəstəliklərin  əlaməti və ya nəticəsi kimi meydana gələ bilər. Belə 

hallarda heç də  həmişə depressiyanın ümumi patogenetik 

mexanizmlərə malik olmasını, onun xəstəliyə ikinci psixoloji 

reaksiya olmasını (özünü göstərməsini) və ya onun digər xəstəlikdən 

asılı olmayaraq yaranmasını müəyyənləşdirmək mümkün olmur.  

Digər hallarda depressiya, müstəqil affektiv pozuntu (depressiv 

epizod, rekurrent depressiya, distimiya, depressiv reaksiya) və ya 

bipolyar affektiv pozuntunun tərkib hissəsi olur (bax: Bipolyar 

affektiv pozuntu üzrə klinik protokol).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

8

 Depressiya 



zamanı təhlükə amilləri və onun səbəbləri 

 

Depressiya daha çox psixi pozuntunun bio-psixo-sosial modelinə 



uyğun gəlir. Depressiya zamanı  aşağıdakı  bioloji faktorlar mühüm 

rol oynayırlar:  irsi xarakter daşıyan depressiyaya meyllilik, bəzi 



somatik xəstəliklər (xüsusilə xroniki və residiv verən), alkoqolun və 

narkotik maddələrin qəbulu, bəzi dərman maddələri  (hipotenziv 

maddələr, H



blokatorları, kortikosteroidlər, estrogenlər/ 

progesteronlar, interferonlar, lipofil β blokatorlar).  

 

Psixoloji  faktorlar arasında uşaqlıqda yaşanan psixotravmalara, 



ailə  və  şəxsiyyətlərarası problemlərə, həyatda baş verən mühüm 

dəyişikliklərə, yaxın adamın ölümü və ya ağır xəstəliyi ilə bağlı 

həyəcan hissinə  və  tənhalığa  daha mühüm əhəmiyyət verilir

Depressiyanın inkişafına səbəb olan sosial faktorlara müharibə daxil 



olmaqla, arzuolunmaz sosial dəyişiklik, təbii fəlakət, qəza, yoxsulluq

işsizlik, cinayətkarlıq, sosial müdafiəsizlik aiddir. 

 Epidemiologiya 

 Depressiya 

ən geniş yayılmış psixi pozuntudur. Müxtəlif 

mənbələrə  əsasən böyük yaş dövrünə aid olan əhalinin həyatı boyu 

depressiyaya “yoluxması”, kişilər arasında  2,5%-dən 10%-dək, 

qadınlar arasında isə 5%-dən 20%-dək dəyişir. Depressiya, bu 

pozuntudan əziyyət çəkən qohumları olan şəxslərdə 1.5-3 dəfə daha 

çox təsadüf olunur. Eyni zamanda bütün dünyada depressiyanın 

yayılma səviyyəsinin yüksəlməsi və bu məfhumun gəncləşməsi 

tendensiyası qeydə alınır. Depressiyanın yayılma səviyyəsi uşaqlar 

arasında 2%, yeniyetmələr arasında 4-8% təşkil edir. Azərbaycanda 

depressiv pozuntunun aşkarlanmasının kifayətsizliyi şəraitində ÜST-

nin (2002) rəsmi statistikasına  əsasən ölkəmizdə depressiya, ürək-

damar xəstəliklərindən (13%) və  aşağı  tənəffüs yollarının 

infeksiyasından (11%) sonra əlilliyə görə  təshih edilmiş ömür illəri 

(DALY) göstəricisi üzrə üçüncü yerdə durur. Depressiya DALY 

göstəricisi üzrə neyropsixiatrik hallar arasında birinci yeri tutur. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə