DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə41/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

158
Dərələyəz mahalının kameral təsviri 
və­dərələr­əmələ­gətirir.­Mahalın­kəndlərinin­çoxu­həmin­
dərələrdə­ yerləşir.
İqlimi
Mahalı­bütün­istiqamətlərdə­kəsən­dağlar­onun­iqlimini­
yayda­ da­ sərin­ edir.­Yalnız­ Qoytul­ çayın­Arpa­ çayına­ tö-
küldüyü­yerin­qərbində­və­Keşişkənd,­Əyər­və­Həmzə­Əli­
Dizə­kəndlərinin­ətrafında­iqlim­istidir.­Lakin­bütün­dağ-
lar­ və­ sıx­ çəmənlər­ buranı­ sərinləşdirməklə­ heyvandarlıq­
üçün­çox­əlverişli­edir.­Bəzi­zirvələrdə­bütün­yay­qar­qalır,­
bəzən­hətta­təzə­qar­da­yağır.­Bir­dəfə­iyul­ayının­sonlarında­
köçə­ri­lərin­yanına­getdiyim­vaxt­xeyli­qalınlıqda­qar­yağdı.­
Buranın­qışı­vilayətin­başqa­mahallarından­daha­mülayim­
keçir,­ çünki­ dağlar­ mahalı­ bütün­ qış­ boyu­ şimaldan­ əsən­
sərt­küləklərdən­qoruyur.
Məşğuliyyət
a)Taxılçılıq:­ buğda,­ arpa,­ darı,­ paxla,­ noxud,­ mərci,­
tütün,­ kətan,­ çətənə,­ gənəgərçək,­ bostan­ bitkiləri,­ tərəvəz­
becərilir.­Mahalın­qərb­hissəsində­böyük­çəltik­və­pambıq­
sahələri­ var.
b)­ Bağçılıq:­ Dərələyəz­ mahalında­ 122­ günlük­ əkin­
sahəsi­olan­144­üzüm­bağı­var,­45­xalvar­üzüm­verir­(18 
ton-N.Ə).­ 17­ günlük­ əkin­ sahəsi­ olan­ 22­ meyvə­ bağı­ 19­
xalvar­müxtəlif­meyvə­və­68­min­qoz­verir.­Bundan­başqa­
bir­ çox­ yerlərdə­ cır­ meyvə­ bağları­ var.
Heyvanat aləmi
Heyvandarlıq
Cədvəl­1.
türklərdə
Yerli­
ermənilərdə
Gəlmə­
ermənilərdə
Cəmi
Kəl
50
32
307
389


159
(1831-ci və 1842-ci illər)
Öküz
3.721
146
1.343
5.210
Inək
3.437
109
961
4.507
Buzov
1.699
76
601
2.376
Qoyun­
17.438
335
2.187
19.960
Keçi
7.496
403
2.010
9.909
At
997
72
400
1.469
Eşşək
288
10
114
412
Qatır
2
0
0
2
Cəmi
35.128
1.183
7.923
44.234
b).Vəhşi heyvanlar
Meşəli­ dərələrdə­ qarışqayeyən­ ayılar­ növündən­ olan­
xeyli­ayı­yaşayır­və­yerli­əhaliyə­heç­bir­ziyan­vermir.­Maha­
lın­şimal­qərb­hissəsində­xeyli­vəhşi­donuz­(qaban)­yaşayır­
və­bəzi­hallarda­əkin­sahələrinə­böyük­ziyan­verirlər.
c). Arıçılıq. 
Mahalda­153­arı­ailəsi­var.
Faydalı qazıntılar
Gümüşxana­kəndinin­yaxınlığında­qurğuşun­filizi­var,­
əvvəllər­emal­olunub.­Yerli­adamların­dediyinə­görə,­bura-
da­gümüş­filizi­də­var.
Aynazur­kəndinin­yaxınlığında­tərkibində­silisium­olan­
daşlar­var­və­əhali­ondan­tüfəng­üçün­çaxmaqdaşı­dü­zəl­dir.
Müəssisələri
Cəmi­182­dəyirman­var,­52­i­işlək,­130­u­yararsız­və-
ziyyətdədir.
bəzirxana­var,­2­i­işlək,­2­i­yararsız­vəziyyətdədir.
2­boyaqxana,­2­uçuq­karvansara­var.


160
Dərələyəz mahalının kameral təsviri 
Cədvəl 2. Xüsusi sənətlər
Türklərdə
Ermənilərdə
Cəmi
Tacir
0
1
1
Çərçi
0
3
3
Səyyar­satıcı
0
1
1
Boyaqçı
0
5
5
Toxucu
3
303
306
Dərzi
0
3
3
Keçəçi
0
20
20
Bərbər
3
0
3
Çilingər
0
3
3
Dülgər
0
23
23
Dəmirçi
0
10
10
Dəyirmançı
0
4
4
Serebryak
0
11
11
Pinəçi
0
1
1
A y a q q a b ı­
t i k ə n
0
4
4
xarrat
1
0
1
Tənəkəçi
0
1
1
Nalbənd
0
1
1
musiqiçi
0
4
4


161
(1831-ci və 1842-ci illər)
Dövlət (xəzinə) əmlakı
İran­hökumətinin­son­dövrlərində­Dərələyəz­mahalı­bü-
tün­kəndləri­ilə­birlikdə­qaçaq­gürcü­şahzadəsi­Aleksandra­
(İsgəndərə-N.Ə.)­tiul­kimi­verilmişdi.­O­isə­mahalın­bütün­
gəlirindən­istifadə­edərək­yanındakı­sultanlara­göstərdikləri­
xidmətin­əvəzində­bəzi­kəndlərin­gəlirindən­cüzi­pay­ver-
mişdir.­Burada­rus­idarəçiliyinin­qurulduğu­birinci­ildə­bir­
çox­kəndlər­­sultanların­əlində­qalmış­və­onlar­həmin­gəlir­
lərdən­ əvvəlki­ kimi­ istifadə­ etmişlər.Nəticədə­ Dərələyəz­
maha­lının­digər­sakinləri­və­polkovnik­Ehsan­xanın­yaxın­
adamları­görəndə­ki­onlar­zəbt­etdikləri­dövlət­torpaqların-
dan­arxayın­lıqla­istifadə­edirlər,­hərəkətə­keçib­həmin­yolla­
onlar­da­əra­zilər­zəbt­etmişlər.­Bundan­100­və­daha­çox­il­
əvvəl­ Dərə­ləyəzdə­ yaşamış­ adamların­ adına­ olan­ möhür-
ləri­basaraq­saxta­sənədlər­düzəltmişlər.­Asan­yolla­mülk­
əldə­etmək­fürsətini­heç­vaxt­əldən­qaçırmayan­ermənilər­
bu­yolla­həmin­kəndləri­ələ­keçirənlərdən­həmin­kəndləri­
cüzi­qiymətlə­satın­almışlar.­Beləliklə,­Dərələyəz­mahalın-
da­mülkədarlar­əmələ­gəlmişdir.­Naxçıvan­naibi­polkovnik­
Ehsan­xan­bunu­görə­görə­nəinki­mane­olmamış,­hətta­belə­
halların­bir­qismindən­öz­xeyri­üçün­yararlanmış,­bəzi­hal-
larda­isə­Naxçıvan­qəzasının­başqa­yerlərində­ən­məhsul-
dar­suvarılan­torpaqları­ələ­keçirtməsini­açıb­ağartmasınlar­
deyə­onlara­göz­yummuşdur.
Vergilər
İran­hökumətinin­vaxtında­pul­şəklində­Dərələyəz­ma­
halından­2­min­tümən­vergi­alınırdı.­Axura,­Yaycı,­Həmzə­
Əli­Dizə,­Aşağı­və­Yuxarı­Danzik,­Xaçik,­Arpa­və­Aynazur­
kəndləri­42,25­xalvar(17 ton-N.Ə.)­taxıl­verirdi.­Həmin­ver-
gi­indiki­əkinlərlə­müqayisədə­cüzi­olub.­Lakin­çox­güman­
ki,­Dərələyəz­mahalı­şahzadə­Aleksandra­əlavə­pul­da­verib.


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə