DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə40/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

153
(1831-ci və 1842-ci illər)
23.GÖRGƏBAĞ  KƏNDİ  və  24.QULUBAĞ  KƏN-
Dİ.­Tərətün­və­Ağkəndin­yaxınlığında­yerləşirlər.­Xəzinəyə­
məx­sus,­bulaq­suları­olan­10­verstə­yaxın­torpaqları­var.
25.QORTUN KƏNDİ.­Çanaxçı­və­Yelpin­kəndlərinin­
yaxınlığında­yerləşir.­Bulaq­suları­olan­14­verstə­yaxın­tor-
pağı­var.­Əhalinin­dediyinə­görə,­torpaqlar­İbrahim­Sultana,­
Hüseynəli­Sultana­və­Bayramqulu­Sultana­məxsusdur.
26.MUĞANCIQ KƏNDİ.­Ərdəpin­və­Kələkli­kənd­
lərinin­yaxınlığında­yerləşir.­Bulaqları­olan­14­verstə­yaxın­
ərazisi­var.­Əhalinin­dediyinə­görə­torpaqlar­Dostəli­bəyə­
məx­sus­dur.
27.REYTƏ  KƏNDİ.  Zeytə­ bə­ Qabaqlı­ kəndlərinin­
yaxınlığında­yerləşir.­Xəzinəyə­məxsusdur.­Bulaqları­olan­
7­verstə­yaxın­ərazisi­var.
28.ÇIRAQOĞLU  KƏNDİ.­ Köçbək­ kəndinin­ yaxın­
lığında­ yerləşir.­ Xəzinəyə­ məxsusdur.­ Ərazisi­ 20­ verstə­
yaxın­dır.­Suvarma­üçün­Köçbək­çayından­və­buradakı­bu-
laqlardan­ istifadə­ edilə­ bilər.
29.QNDEVAZ,  30.QUŞÇU,  31.BİLƏK  KƏNDLƏ-
Rİ.­Qarabağın­sərhəddinə­yaxınlıqda­yerləşirlər,­50­verstə­
yaxın­torpaqları­var.­Arpa­çayın­suyundan­və­bulaqlardan­
istifadə­edilə­bilər.­Burada­kifayət­qədər­meşə­örtüyü­möv-
cuddur.­Yarıuçuq­xristian­monastrı­və­uçuq­vəziyyətdə­olan­
3­ xristian­ kilsəsi­ də­ var.(Buradakı  turş  sulfat  tərkibli 
mineral su mahalın haqqındakı izahat yazısında təsvir 
edilmişdir).
32.PAŞADÜZ  KƏNDİ.­ Söylan­ və­ Məlişkə­ kəndlə-
rinin­ yaxınlığında­ yerləşir.­ Xəzinəyə­ məxsus,­ bulaqları­
olan­ 28­ verstə­ yaxın­ torpaqları­ var.­ (Kəndin  başaqa  adı 
DAYLAQ LIDIR-N.Ə.)


154
Dərələyəz mahalının kameral təsviri 
QEYD: Yerli əhali  bəzi  boş kəndlərin mülkədarla­
ra məxsus olduğunu  desələr də, topladığım məlumatlara 
görə bu kəndlər xəzinəyə məxsusdur. Çünki İran dövlə­
tinin vaxtında Dərələyəz mahalında mülkədar torpaqları 
olmayıb.
Quberniya katibi Vladimir Zolotnitski.


155
(1831-ci və 1842-ci illər)
DƏRƏLƏYƏZ MAHALININ
ƏHALİSİ. 1831-ci il.
ƏHALİ
Müsəlmanlar
1001­ailə,­2.411­kişi,­2.172­qadın,­cəmi­4.583­nəfər
Yerli ermənilər
58­ailə,­141­kişi,­147­qadın,­cəmi­288­nəfər
İrandan köçürülən ermənilər
507­ailə,­1.453­kişi,­1.293­qadın,­cəmi­2.746­nəfər.
Türkiyədən köçürülən ermənilər
8­ailə,­17­kişi,­10­qadın,­cəmi­27­nəfər.
Bütün Dərələyəzin əhalisi
1.574­ailə,­4.075­kişi,­3661­qadın,­cəmi­7736­nəfər.­


156
Dərələyəz mahalının kameral təsviri 
DƏRƏLƏYƏZ MAHALI ÜZRƏ
KAMERAL SİYAHIYA ÜMUMİ İZAHAT
Mahalın yerləşdiyi yer və ərazisi
Dərələyəz­mahalı­Naxçıvan­qəzasının­şimal­hissəsində­
yerləşməklə,­ şimalda­ İrəvan­ və­ Qarabağ­ qəzaları,­ şərqdə­
Qarabağ­qəzası,­cənubda­Xok,­Məvazixatun­və­Naxçıvan­
mahalları­(Məvazixatun mahalına Cəhri və ətrafındakı 
kəndlər aid idi-N.Ə.),­qərbdə­İrəvan­qəzası­ilə­həmsərhəd-
dir.­Dərələyəz­mahalının­şimaldan­cənuba­ən­uzun­məsafə-
si,­Martiros­kəndindən­Səlimin­karvansarayına­qədər­təx-
minən­40­verst,­şərqdən­qərbə­uzunluğu,­yəni­Gümüşxana­
kəndin­dən­Çanaxçı­kəndinə­qədər­olan­məsafə­50­verstdir.­
Beləliklə,­mahalın­ümumi­ərazisi­təxminən­2­min­kv.­verst­
təşkil­edir.
Meşələri
Mahalda­çoxlu­meşə­var,­aralarında­düz­odun­caq­lılar­
da­çoxdur.­Bütün­dərələr­və­çay­sahilləri­meşə­ilə­örtül­sə­
də,­təəssüf­ki,­onu­quru­yolla­Naxçıvana­daşımaq­üçün­yol­
yoxdur.
Biçənək və örüş yerləri
Biçənək­və­otlaqlar­Dərələyəz­mahalının­ən­böyük­his­
səsini­tutur.­Qarabağ­qəzasının­əhalisi­də­hər­il­yayda­bura-
ya­20­mindən­artıq­qoyun­yaylağa­gətirirlər.
Çayları
Şimal­şərqdən­ başlayıb­ cənub­qərb­ istiqamətində­ bü-
tün­ Dərələyəz­ mahalından­ axan­Arpa­ çayı­ Məmməd­ Rza­
Dizəsi­kəndindən­aşağıda­İrəvan­qəzasına­daxil­olur,­bura-
da­Şərur­mahalını­qidalandırıb­Ərəb­Yengicə­və­Qarahəsən-
li­kəndləri­arasında­Araza­tökülür.­Axarı­boyu­Arpa­çayı-


157
(1831-ci və 1842-ci illər)
na­bir­çox­çaylar­da­tökülür­ki,­başlıcası­bunlardır:­a)­Sağ­
sahildən­Ələyəz­və­Dorani­çaylarının­da­qarışdığı­Kotanlı­
çayı­və­Qoytul­çayı;­b)­Sol­tərəfdən­Köçbək­çayı,­Martiros­
çayı,­Əyər­çayı­və­Həmzə­Əli­Dizəsi­çayı.
Göllər
Martiros­kəndinin­şimal­şərqində­yerli­bulaqların­top-
landığı­iki­balaca­göl­var.­Martiros­çayı­mənbəyini­bu­göl-
lərdən­götürür.
Mineral suları
Bilək­kəndinin­yaxınlığında,­Arpa­çayın­suvardığı­gö­
zəl­ vadidə,­ Sarıyer­ deyilən­ yerdə­ bir­ neçə­ bulaq­ birləşib­
Qırxbulaq­irmağını­(xırda çayını-N.Ə)­əmələ­gətirir.­Arpa­
çayına­ tökülən­ yerdə­ isti­ və­ turş­ suyu­ olan­ bulaqlar­ var,­
tem­peraturu­25­dərəcədən­yükskdir.­Burada­Şah­Abbas­za-
manına­aid­edilən­daş­vanna­var.­Hazırda­vannanın­tavanı­
tökülüb.­Baxmayaraq­ki,­bulaqların­suyu­indiyə­qədər­də­
tədqiq­ olunmayıb,­ yerli­ camaatın­ dəfələrlə­ apardığı­ təc­
rübələr­sübut­edir­ki,­bu­su­bir­çox­xəstəlikləri­müalicə­edir.­
Cəhridən­və­Gümüşxanadan­keçərək­Naxçıvan­şəhərindən­
Qarabağa­gedən­karvan­yolu­ilə­buraya­gəlmək­əlverişlidir.
Əyər­kəndinin­4­verstliyində­dəmir­qarışığı­olan­mine-
ral­turş­su­var.
Dağları
Dərələyəz­ dağları­ Qarabağ­ dağlarına­ qovuşaraq­ tam­
lıq­ təşkil­ edir.Bu­ dağların­ baş­ silsiləsi­ şimal­şərqdən­ cə-
nub­qərbə­doğru­uzanaraq­Yaycı­kəndindən­aşağıda­Arpa­
çayın­sahillərində­bitir.­Başqa­bir­dağ­silsiləsi­Qarabağ­sər-
həddi­ilə­cənub­şərqdə­başlayıb­Naxçıvan­mahalına­daxil­
olur.­ Üçüncü­ dağ­ silsiləsi­ şimaldan­ cənuba­ doğru­ Məva-
zixatun­ mahalına­ qədər­ uzanır.­ Beləliklə,­ dağlar­ bütün­
Dərələyəz­mahalını­əhatə­edir,­axar­sulara­istiqamət­verir­


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə