DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə42/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

162
Dərələyəz mahalının kameral təsviri 
Arpa­ çayın­sahilindəki­indiki­çəltik­və­ pambıq­tarlaları­
(Qoytul­ kəndindən­ başlayaraq­ ondan­ aşağıdakı­ Həmzə­ Əli­
Dizəsinə­qədər­ərazi)­əvvəlkindən­3­dəfə­artıq­vergi­verə­bilər.
Yollar
Dərələyəz­mahalındakı­əsas­karvan­yolu­olan­Naxçıvan­
dan­Qarabağa­gedən­yol­Məvazixatun­mahalından­keçərək­
üzüyuxarı­ istiqamətdə­ dağılmış­ Quşibilək­ kəndinə­ qədər­
gedir.­ Digər­ yol­ Məvazixatun­ mahalından­ sola­ dönərək­
Keşişkəndə,­ sonra­ Səlim­ karvansarayından­ keçərək­ Göy-
çə­mahalına­gedir,­oradan­Dilican­dərəsinə­dönür.­Bundan­
başqa,­müxtəlif­kənd­yolları­bu­mahalı­müxtəlif­istiqamət-
lərdə­kəsir.­Lakin­qış­vaxtlarında­bu­yolların­əksəriyyəti­ke-
çilməz­olur.
Qədim abidələr
Mahal­qədim­abidələrin­xarabalıqları­ilə­doludur,­amma­
salamat­qalanlar­Naxçıvan­qəzasının­başqa­yerlərinə­görə­
daha­çoxdur.­Salamat­qalan­binalardan­diqqət­çəkənlər­çöl­
daşından­örtüyü­də­olan­Səlimin­karvansarayı,­Ələyəz­kən-
di­ yaxınlığın­dakı­ 2­ monastr,­ Martiros­ yaxınlığında­ bütöv­
qayada­oyulmuş­kilsə,­Ərdəpin­və­Ələyəz­kəndləri­arasında­
bir­neçə­əsr­bundan­əvvəl­yüksək­təpə­üzərində­tikilmiş­və­
kifayət­qədər­salamat­olan­qaladır.
Faydalı təkliflər
1.Dərələyəz­mahalının­qərb­hissəsi­İrandan­köçürülən­
ermənilərlə,­şərq­hissəsi­isə­Qarabağdan­gələn­müsəlman­
larla­məskunlaşdırılıb.­Bu­iki­xalq­heç­cür­yanaşı­yaşaya­
bil­mir,­çünki­tez­tez­heyvan­və­at­oğurluğu­olur.­Ona­görə­
də­mahalın­orta­hissəsi­və­bol­sulu­gözəl­Gülüdüz­düzənliyi­
boş­qalıb.­Hazırda­ermənilər­və­müsəlmanların­içərisində­
xüsusi­ seçilmiş­ başçılar­ var,­ lakin­ birbaşa­ rəhbərlik­ yox-
dur.­Çünki­Dərələyəzin­hazırkı­Mirbölüyü,­polkovnik­Eh-


163
(1831-ci və 1842-ci illər)
san­xanın­qar­daşı­Mehdi­ağa­yalnız­Mirbölük­adını­daşıyır.­
Ona­görə­də­çox­yaxşı­olardı­ki,­Dərələyəz­mahalında­rus­
məmur­lardan­ ayrıca­ pristav­ olsun.­ Çünki­ Naxçıvan­ polis­
idarəsinin­uzaqlığı­və­nəqliyyat­çətinliyi­(xüsusən­qış­vaxtı)­
burada­asayişin­qorunmasına­ciddi­nəzarət­etməyə­kifayət­
etmir.­Əgər­ehtimal­edilən­məmur­yaşayış­yeri­kimi­isti­mi-
neral­suyun­olduğu­massivi­seçsə,­nəinki­ətrafdakı­xaraba­
kəndlər,­eləcə­də­geniş­Gülüdüz­düzənliyi­əhali­ilə­dolar.­
Həm­də­hər­il­mineral­suya­gələnlər­olar.­Hazırda­isə­bu­
su­tamam­isti­fadəsiz­qalmışdır,­çünki­ətrafdakı­40­verstlik­
ərazidə­demək­olar­ki,­heç­kim­yaşamır.
2.Naxçıvan­ qəzasının­ cənub­ hissəsi­ meşə­ örtüyündən­
tamamilə­məhrumdur­və­onun­çatışmaması­Naxçıvan­şəhə­
rində­ciddi­şəkildə­hiss­olunur.­Halbuki,­Dərələyəz­maha­
lın­dakı­ bol­ meşələr­ istifadəsiz­ qalmışdır.­ Ona­ görə­ də,­
daşqın­lar­ vaxtı­ Arpa­ çayın­ suyunun­ ən­ çoxaldığı­ zaman­
meşə­ materiallarının­ bu­ çayla­ axıdılmasını­ sınamaq­ çox­
faydalı­olar.Meşənin­bol­olduğu­Hors­kəndində­onu­tədarük­
edib­Qoytul­kəndindən­başlayaraq­Arpa­çayı­ilə­üzüaşağı­
axıdıb­Araz­çayı­ilə­Abbasabad­qalasına­aparmaq­olar.
Quberniya katibi Vladimir Zolotnitski. 1831-ci il. 


164
Dərələyəz mahalının kameral təsviri 
 
Naxçıvan qəzası Dərələyəz mahalının
Kameral təsviri.
 1842-ci il.
I Hissə
Xəzinə torpaqlarında yaşayan dövlət kəndliləri
Naxçıvan qəzasının Dərələyəz nahiyəsi
№1(№13).YELPİN  KƏNDİ.  (Mötərizədəki  rəqəm 
həmin  yaşayış  məntəqəsinin  1831-ci  ildə  V.Zolotnitski 
tərəfindən tərtib edilmiş kameral siyahıdakı nömrəsini 
göstərir-N.Ə.). 
Salmasdan­köçürülən­23­erməni­ailəsinin­siyahısı.
Oturaq­həyat­tərzi­sürürlər.­63­Naxçıvan­xalvarı­əkin­
var,­100­Naxçıvan­xalvarı­buğda,­80­Naxçıvan­xalvarı­arpa­
biçirlər.
Qəza­mərkəzinə­88,­nahiyə­mərkəzinə­21­verstdir.
Ərazisi­20­verstdir,onun­18­valvarı­suvarılan,­45­xalva-
rı­dəmyə­əkinəyararlı­torpaqdır.­Əhalisi­əkinçilik­və­toxu-
culuqla­məşğuldur,­dolanışıqları­yaxşıdır.­Torpağı­gilli­qa-
ratorpaqdır.­Hors­meşəsindən­istifadə­edirlər,­Yelpin­çayın­
və­2­bulağın­suyundan­istifadə­edirlər,­ildə­10­min­bağ­ot­
biçirlər.
Buğda,­arpa,­darı,­kətan,­noxud,­mərci,­tərəvəz­əkirlər.
Kənddə­18­toxucu,­1­xarrat­və­4­keçəçi,­23­at,­123­iri-
buynuzlu,­72­xırdabuynuzlu­heyvan­var.


165
(1831-ci və 1842-ci illər)
№2 (№19). QOZLUCA KƏNDİ
Calanlı, miqir-qanlı tayfası
1.Həsənxan­Məmmədalı­oğlu­­70­yaşında;­oğlanları­Hü-
seynqulu­35­y;­(­onun­oğlu­İmamverdi­3­y);­Məhərrəm­22­y.
Yaddan çıxan tatarlar
2.Abdulla­Kəlbi­oğlu­40­y;­oğlu­Mirzə­10­y;­qardaşı­
Əsəd­25­y;
3.Kəndxuda­Dini­Məhəmməd­oğlu­39­y;­oğlu­Fərəc­5­
y;­Bu ailə 1857-ci ildə Ağkilsə kəndinə köçmüş və yeni-
dən geri qayıtmışdır.
4.­Osman­Molla­Həsən­oğlu­50­y;­oğlanları:­İso­22­y;­
Abdu­15­y.
5.­Qəmbər­Nağı­oğlu­25y;­oğlu­Niftalı­5­y;­
Bu ailə də 1857-ci ildə  Ağkilsə kəndinə köçmüş və 
yenidən qayıtmışdır.
6.­Gülməmməd­Məlikməmməd­oğlu­33­y;­oğlu­Fər-
zalı­15­y;
7.­Məmmədyar­Mirzə­oğlu­50­y;­oğlu­Mirzə­15­y;
8.Qurbanəli­Selim­oğlu­30­y;­qardaşı­Sali­20­y;
9.­Darbaz­Xudo­oğlu­25­y;­oğlu­Nabo­3­y;
10.­Adıgözəl­Tano­oğlu­30­y(kordur);­
İslam­ dininin­ şiə­ məzhəbinə­ mənsub­ olmaqla­ oturaq­
həyat­tərzi­sürürlər.­Kəndin­5­Naxçıvan­xalvarı­əkini­var,­
ildə­6­Naxçıvan­xalvarı­buğda,­4­Naxçıvan­xalvarı­arpa­bi-
çirlər.­Kənd­xəzinəyə­mənsubdur.­Qəza­mərkəzinə­(Naxçı-
van şəhəri)­qədər­olan­məsafə­80,­nahiyə­mərkəzinə­(Ke-
şişkənd kəndi)­18­verstdir.
Əkinçiliklə­məşğul­olurlar,­dərələrdə­örüş­yerləri­çox-
dur.­Dolanışıq­ortababdır.­Torpaqları­daşlı­və­gillidir,­me­
şəsi­yoxdur.­Ərazisi­14­verstdir,­onun­2­xalvarı­əkinə­yararlı­


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə