133
Bank vəsaitlərinin mənbəyi kimi səhmdar kapitalın rolu
daha çox bankın mənfəətliyinə və maliyyə sabitliyinə zaminlik
etməkdən ibarətdir. Bunu sistemləşdirək:
Sxem 2. Bank vəsaitlərinin mənbəyi.
Depozitlər və kommersiya banklarının depozit əməliyyatları
haqqında müəyyən bir sxemin olması zəruridir. Bununla belə,
bank resurslarının yaradılmasının əsas mənbələrindən biri kimi
depozitlərin rolu böyükdür. Belə ki, beynəlxalq təcrübədə
bankların xüsusi vəsaiti onun cəlb etdiyi vəsaitlərinin yalnız 10-
15% hüdudunda müəyyən edilir. Onu da qeyd edək ki,
kommersiya banklarının cəlb olunmuş vəsaitlərinin məbləği
onların xüsusi kapitalının 25 misli hüdudunda qəbul olunur.
Bank qanunvericiliyinə əsasən bankların cəlb etdikləri
vəsaitlər ilə onun xüsusi kapitalı arasındakı nisbət normativlərə
əsasən müəyyənləşdirilir.
Belə ki, əhalidən cəlb edilmiş əmanətlərin kredit təşkilatının
xüsusi vəsaitinə olan nisbətinin maksimum miqdarı aşağıdakı
kimidir:
K
1
= (E
ə
/S)
.
100
Burada:
E
ə
- əhalinin manat və ya xarici valyutada əmanətlərinin
məcmusu məbləği;
Pul vəsaitlərinin
mənbələri
Səhmdar
kapital
Bankın aldığı
borclar
Depozitlər
134
S – xüsusi kapitaldır.
Bir kreditor (əmanətçi) üçün riskin maksimum miqdarı,
depozitin və ya alınmış kreditin, həmçinin, kredit təşkilatının bu
kreditor üçün verdiyi təminat və tapşırıqlarının bir və ya öz
aralarında əlaqələri olan kreditorun hesabları üzrə qalıqlarının
kredit təşkilatının xüsusi vəsaitinə olan nisbətinin faizi ilə
müəyyən edilir:
K
2
= (İRD/S)
.
100
Burada:
İRD – bir və ya öz aralarında əlaqədə olan kreditorların
öhdəlikləri üzrə depozit, hesablaşma, cari hesabların bu
kreditorun adından verilmiş təminat və tapşırıqlarının 50%-i əlavə
edilməklə və ya kredit təşkilatının aldığı banklararası depozitlər
üzrə manat və xarici valyutada məcmu məbləğidir.
S – bankın xüsusi kapitalıdır.
K
9
– normativin maksimum qiyməti aşağıdakı kimi müəy-
yən edilir.
Depozitlər bank vəsaitlərinin başlıca mənbəyidir. Lakin
onun bəzi çatışmazlıqları da mövcuddur.
1. Əmanətlərin cəlb edilməsi banklardan böyük səylər tələb
edir;
2. Depozit əməliyyatında iştirak edən əsas şəxs müştəridir.
Bu səbəbdən də lazım olduğu halda depozitlər vasitəsilə əlavə
vəsait cəlb etmək banklar üçün çox çətin olur;
3. Yığıma və ya investisiyaya ayrılan vəsaitlərin hər hansı
bir bölgə üzrə ümumi həcmi məhduddur;
4. Banklar depozit hesablardakı vəsaitlər üzrə məcburi
ehtiyat saxlamalı və depozitlərin sığorta haqqını ödəməlidir.
Yuxarıda deyilənlərlə əlaqədar tələb olunan əlavə vəsaitlərin
cəlb edilməsi üsulu kimi banklar idarə olunan passivlər adlanan
maliyyə alətləri vasitəsilə kapitallar alır. İdarə edilən passivlərin
başlıca üstünlüyü tələb olunan pul vəsaitlərini qısa zamanda əldə
etməkdən ibarətdir. Məsələn, ABŞ-da idarə edilən passivlərin
formalaşdırılması yolları aşağıdakılardır:
135
-
İrihəcmli depozit sertifikatlarının satılması;
-
Geri almaq haqqında müqaviləli qiymətli kağızların
satılması;
-
Federal ehtiyat sistemindən kreditlərin alınması;
-
Avrodollar borcları;
-
Federal fondların açılması.
Depozit əməliyyatları təşkil olunduqda bank səy göstərməlidir
ki, depozit hesablarındakı sərbəst vəsaitlərin (aktiv və əməliyyatlara
cəlb edilməyən) ehtiyatları minimum həddə olsun.
Sərbəst bank resurslarının həcmi hesablaşma, cari, büdcə və
digər depozit-əmanət hesablarındakı vəsaitin qalığı ilə ssuda
borcunun həcmi arasındakı fərq kimi müəyyən edilir. Bu fərqin
minimum səviyyədə olması bank üçün səmərəli hesab edilir.
Hazırda banklar arasında rəqabət mübarizəsinin genişləndiyi
bir şəraitdə əhalinin pul əmanətlərinə sabit və ehtiyat bank vəsaiti
kimi baxmaq banklar üçün əlverişli deyil, çünki əhalinin böyük
əksəriyyətində əmanət yaratmaq imkanı aşağıdır.
Aktivlərin həcmi üzrə Azərbaycan bankları
(01. 01. 2007, mln. man)
№
Banklar
Aktivlər
İl ərzində artımı, %-lə
Bazarın
payı, %-lə
1
Beynəlxalq Bank
1145, 279
35, 3
50, 8
2
Bank Standart
99, 051
11, 2
4, 4
3
Kapitalbank
97, 417
46, 7
4, 3
4
Unibank
66, 107
57
2, 93
5
Texnikabank
65, 04
54, 7
2, 89
6
Azəriqazbank
59, 473
54, 1
2, 64
7
Respublikabank
58, 156
92, 2
2, 58
8
Bank Of Baku
54, 599
2, 7
2, 42
9
Koçbank Azərbaycan
53, 405
59, 8
2, 37
10
Azərdəmiryolbank
50, 335
74, 8
2, 23
11
Rabitəbank
32, 411
11, 3
1, 44
12
Atabank
31, 887
11, 6
1, 41
13
Turanbank
30, 575
44, 5
1, 35
14
Bank of Azerbaijan
29, 163
31, 2
1, 29
15
Muğan Bank
21, 717
24, 2
0, 96
Dostları ilə paylaş: |