139
edilməsidir. Bu yenilikləri kommersiya banklarının iri maliyyə
firmalarına qarşı əks tədbirləri kimi də qiymətləndirmək olar.
Çünki maliyyə firmaları qısamüddətli gəlirli qiymətli kağızlar olan
investisiya fondlarını inkişaf etdirməyə başlamışlar.
İnvestisiya fondlarının xüsusiyyətləri:
-
Hesab üzrə faiz dərəcəsi pul bazarının digər alətlərinin
dərəcəsindən asılı
olaraq hər həftə dəyişir;
-
Əmanətin müddəti əvvəlcədən razılaşdırılmış şərt və
əmanətin götürülməsi zamanı banklar 7 gün əvvəlcədən xəbər-
darlıq
tələb edə bilərlər;
-
Əvvəllər 2500 ABŞ dolları həcmində minimal qalıq, bir
qədər sonra 1000 ABŞ dollarI qalıq saxlanılması qərarı qüvvədə
olmuş və nəhayət 1986-cı ildə bu məhdudiyyət ləğv
edilmişdir;
-
Əmanətlər depozitlərin sığortalanması üzrə federal
korporasiya tərəfindən sığortalanır;
-
Hesabın sahibi üçüncü şəxslərin adına 1 ay ərzində altı
köçürmə, yəni üç dəfə çek yazılışı və üç dəfə telefon vasitəsilə
əməliyyat edə bilər. Bununla belə hesab sahibinin şəxsən banka
gəldiyi zaman pulun götürülməsində heç bir məhdudiyyətlərə yol
verilmir.
İndi isə ABŞ – da müddətli əmanətlərin bankdan verilməsini
nəzərdən keçirək. Bu növ fərdi əmanətlər, ilk növbədə, kiçik nominal
əmanət və depozit sertifikatları ilə təmsil olunmuşdur.
ABŞ – da əmanət sertifikatları 500, 1000, 2500 dollar
məbləgində standart normalarla buraxılır. Sertifikatlar sabit
ödəniş müddətinə və möhkəm məzənnəyə malikdir.
Depozitlərin müddətləri 1, 2, 3, 5 illikdır. Əmanətlərin vax-
tından əvvəl götürülməsi cərimə sanksiyası ilə nəticələnir.
Banklarda fərdi əmanətçilər üçün nəzərdə tutulmuş “pəra-
kəndə” depozitlər hesabı açılmışdır. Uzunmüddətli əmanətlərə
gəldikdə isə bunlar başlıca olaraq işgüzar firmalar və nəhəng fərdi
əmlaklara sahib olan mülkiyyətçilərə məxsus olub depozit
sertifikatları formasındadır.