Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə48/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

 
 
 
 
148 
-
 
Qanunvericilik  və  normativ  bazanın  daim  təkmilləşdiril-
məsi  və  mövcud  qanunvericiliyə  riayət  olunmasına  ciddi  nə-
zarətin həyata keçirilməsi;  
-
 
İnvestorların  hüquqlarının  qorunması  və  onların  maliyyə 
təhlükəsizliyinin təmin edilməsi
-
 
Səhmdar cəmiyyətlərinin dövlət səhm nəzarət paketlərinin 
səmərəli idarə edilməsi.  
Bugün  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafını 
ləngidən  mühüm  məsələ  iri  özəlləşdirmə  prosesinin  tam  başa 
çatmamasıdır.  Belə  ki,  qiymətli  kağızlar  emitentinin  etibarlı 
olması kiçik investorlar üçün də əsas şərt olacaqdır. Əhali yüksək 
dərəcədə etibarlı olan, müəyyən orta səviyyədən aşağı olmayacaq 
gəlir gətirən və likvidliyi (qısa müddətdə qiymətli kağızların nağd 
pula  çevrilməsinə  imkan  verən)  ilə  fərqlənən  qiymətli  kağızlar 
alacaqdır.  Kiçik  investorların  borc  qiymətli  kağızlara  maraqları 
artacaqdır.  İnstitusional  maraqları  böyük  dərəcədə  qarşılarına 
qoyduqları  strateji  vəzifələrdən  asılı  olacaqdır.  Ümumi  mənada, 
onlara iri korporasiyaların idarə edilməsində iştirak və bununla da 
gələcəkdə  məzənnə  artımı  nəticəsində  qiymətli  kağızların  yenidən 
satışından mənfəət əldə etmək zəruri amilə çevriləcəkdir. İstitusional 
investorların bir çoxu tam olaraq portfel investisiyalara keçəcəkdir.  
Özəlləşdirmə  prosesi  başa  çatandan  sonra  Azərbaycan 
iqtisadiyyatı  ümumən  korporativ  səciyyəli  olacaqdır.  Bu  zaman 
III  mərhələdə  müəssisələrin  müxtəlif  təşkilati-hüquqi  formalara 
yenidən  bölgüsü  baş  verəcəkdir  ki,  bu  da  onlara  maksimal 
üstünlük  verəcəkdir.  Bu  mərhələdə  qiymətli  kağızlar  bazarının 
rolu  durmadan  artacaqdır,  belə  ki,  bu  bazar  vasitəsilə  ümumi 
iqtisadi  vəziyyət,  onun  ayrı-ayrı  sektorları  və  müəssisələr 
haqqında  məlumatlar  alınacaqdır.  Qiymətli  kağızlar  bazarının 
statistikası  əsasında  hesablanan  işgüzar  aktivlik  indikatorları, 
makroiqtisadi  göstəricilər  içərisində  əsas  mövqelərdən  birinə 
sahib olacaqlar.  
Müasir  qiymətli  kağızlar  bazarının  əsas  inkişaf  perspek-
tivləri kimi aşağıdakılar olacaqdır: 


 
 
 
 
149 
-
 
Kapitalların təmərküzləşməsi və mərkəzləşməsi; 
-
 
Bazrın beynəlmiləlləşməsi və qloballaşması; 
-
 
Təşkilatçılıq səviyyəsinin artırılması və dövlət nəzarətinin 
gücləndirilməsi; 
-
 
Qiymətli  kağızlar  bazarının  kompyuterləşdirilməsi,  ba-
zarda yeniliklərin bərqərar olması; 
-
 
Skyurtizasiya; 
-
 
Digər kapital bazarları ilə qarşılıqlı əlaqə.  
Kapitalların təmərküzləşməsi və mərkəzləşməsi meyilləri qiy-
mətli kağızlar bazarlarına münasibətdə iki aspektə malikdir.  
 Bir  tərəfdən,  bazara  daima  yeni  iştirakçılar  cəlb  olunur  və 
onlar üçün bu fəaliyyət əsas fəaliyyətə çevrilir, digər tərəfdən iri 
qabaqcıl  bazar  peşəkarlarının  ayrılması  və  seçilməsi  prosesi  baş 
verir.  Bu,  onların  həm  xüsusi  kapitallarının  artması  (kapitalların 
təmərküzləşməsi), həm də birləşmə  yolu ilə daha  yüksəkqiymətli 
kağızlar 
bazarı 
strukturlarına 
çevrilməsi 
(kapitalların 
mərkəzləşməsi)  əsasında  baş  verir.  Nəticədə  bazarda  bütün 
əməliyyatların  çox  hissəsində  xidmət  göstərən  ticarət  sistemləri 
əmələ gəlir. Eyni zamanda qiymətli kağızlar bazarı cəmiyyətin iri 
kapital ehtiyatlarını cəlb edəcəkdir.  
Qiymətli  kağızlar  bazarının  etibarlılığı  və  ona  inam 
dərəcəsi –  investor tərəfindən birbaşa olaraq bazarın təşkilatçılıq 
səviyyəsinin  qaldırılması  və  ona  dövlət  nəzarətinin  güclən-
dirilməsi ilə bağlıdır. QKB-nın zəruriliyi ondan ibarətdir ki, onun 
ləgv olması birbaşa iqtisadi inkişafın dayanması deməkdir. Dövlət 
QKB-na  olan  etibarı  daim  qorumalıdır  ki,  qiymətli  kağızlara 
əmanətlərini  yönəldən  insanlar  dövlətin  hər  hansı  tədbir  və 
möhtəkirlik  amillər  nəticəsində  bu  əmanətləri  itirməyəcəklərinə 
inansınlar.  Ona  görə  də,  bütün  bazar  iştirakçıları  bazarın  düzgün 
təşkilinə və onun əsas iştirakçısı olan dövlət tərəfindən ciddi nəzarət 
olunmasında maraqlıdırlar.  
Qiymətli  kağızlar  bazarının  kompyuterləşməsi  –  son 
onilliklərdə bütün insan fəaliyyəti sahələrinə kompyuterlərin daxil 
olmasının nəticəsidir. Kompyuterləşmə olmasaydı, müasir QKB-


 
 
 
 
150 
nın  mövcudluğu  qeyri-mümkün  olardı.  Kompyuterləşmə  bütün 
əməliyyatların daha düzgün və dəqiq aparılmasına, eyni zamanda 
bazara yeniliklərin gətirilməsinin əsası kimi çıxış edir.  
 Qiymətli kağızlar bazarının yeniliklərinə: 
-
 
Mövcud bazarın yeni alətləri
-
 
Qiymətli kağızlarla ticarətin yeni sistemləri
-
 
Yeni bazar infrastrukturu aid edilə bilər.  
Qiymətli  kağızlar  bazarının  yeni  alətlərinə  istehsal 
qiymətli  kağızların  müxtəlif  növləri,  yeni  qiymətli  kağızların 
yaradılması və formaları daxildir.  
Yeni  ticarət  sistemlərinə  alıcı  və  satıcı  arasında  birbaşa 
əlaqələrsiz, ticarətin tam və avtomatlaşdırılmış rejimində, müasir 
rabitə vasitələrilə, kompyuterləşmə ilə həyata keçirilməsi daxildir.  
Yeni  bazar  infrastrukturuna  yeni  informasiya  sistemləri, 
klirinq və hesablaşma sistemləri aiddir.  
Sekyuritizasiya  –  pul  vəsaitlərinin  ənənəvi  formalardan 
qiymətli  kağızlara,  həmçinin  iri  investorlar  kütləsi  üçün  əlverişli 
olan qiymətli kağızların bir formadan digərinə keçid meylidir.  
Bu gün  qiymətli kagızlar bazarının inkişafını ləngidən əsas 
problemlərdən  biri  sahibkarlıq  fəaliyyəti  subyektlərinin  aşağı 
səviyyəli investisiya aktivliyinin olmasıdır. Bu bir neçə səbəbdən 
meydana gəlib: 
-
 
İlk  növbədə  iqtisadiyyatda  mövcud  problemlər  və  özəl 
sektorun aşağı investisiya imkanları ilə bağlıdır; 
-
 
Aşağı  investisiya  aktivliyi  problemi  ödəməmələrin  dərin-
ləşməsi ilə daha da genişlənir
-
 
Bank  sistemində  mövcud  problemlər,  real  sektor  iştirak-
çılarının  kredit  resurslarından  lazımi  səviyyədə  faydalana 
bilməməsi ilə əlaqədardır.  
Digər  tərəfdən  fond  bazarının  əsas  səciyyəvi  xüsusiyyəti 
aşağıdakılardır: 
-
 
Kiçikhəcmli və qeyri-likvid olması; 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə