129
Müddətli əməliyyatların növləri kimi fyuçers və opsionlar
geniş yayılmışdır.
Fyuçers – əməliyyatları satıcı və alıcı arasında bağlanan,
gələcəkdə müəyyən edilmiş məzənnə ilə qiymətli kağızların
müəyyən miqdarını müvafiq olaraq satmaq və almaq öhdəlikli,
standart müddətli müqavilədir.
Opsion – alıcıya müəyyən müddət ərzində müəyyən
qiymətlə əmtəənin standart miqdarını almaq hüququ (öhdəliyi
yox!), satıcıya isə satmaq hüququ verən əqddir (müqavlədir).
Müddətli əməliyyatların qəti, şərtli və uzadılmış növləri
məlumdur.
Qəti əqdlərin iştirakçıları qiymətli kağızların müəyyən
edilmiş müddətdə çatdırılması (satıcının öhdəliyi) və alqısı
(alıcının öhdəliyi) üzrə öhdəliklər götürür və şərtlər dəyişdirilə
bilməz.
Şərtli əqdlər zamanı iştirakçılardan biri digərinə müəyyən
mükafat ödəməklə öz öhdəliklərindən imtina etmək hüququna
malikdir. Əsas məqsəd məzənnə tərəddüdləri nəticəsindəki itkiləri
məhdudlaşdırmaqdır. Əqd şərtlərinin hansı iştirakçının və necə
dəyişmək hüququna malik olmasından asılı olaraq şərtli əqdlərin
ilkin mükafatlı, əks mükafatlı, stellaj və tam bölünən növlərini
fərqləndirirlər.
İlkin mükafatlı əqdlərdə qiymətli kağızları almaq hü-
ququna satıcıya müəyyən edilmiş mükafatı ödəyən alıcı malikdir.
Belə əqdlərdən məzənnənin qalxmasına ümid edən, lakin buna
şübhə ilə yanaşan və böyük itkilərdən ehtiyatlanan müraciət edir.
Məsələn, əgər alıcı 2% ilkin mükafat şərtilə ödəməni 17 martda
etməklə 1 martda 300 manat vahidinə səhm alırsa, 17 martda isə
məzənnə 292 manat vahidi səviyyəsinə enirsə onda alıcıya
məzənnədə 8 manat vahidi itirməkdənsə, 6 manat vahidi (2% X
300) həcmində mükafatlar ödəmək daha sərfəlidir.
Əks mükafatlı əqdlər ilkin mükafatlı əqdlərlə eynidir, lakin
imtina hüququ satıcıya məxsusdur. Əgər 17 martda səhmlərin
məzənnəsi 308 manat vahidi olarsa, satıcıya hər bir səhmə görə 6
130
manat vahidi məbləğində mükafat ödəmək məzənnədə 8 manat
vahidi itirməkdən daha sərfəlidir.
Stellaj əqdi iştirakçılardan birinin səhmləri əvvəlcədən
müəyyən edilmiş məzənnə ilə almağı, yaxud satmağı seçmək
hüququnun kombinasiyasıdır. Stellaj əməliyyatının müddəti 6-9
aya qədər ola bilər. Məsələn, stellaj əqdi 1 martda səhim
məzənnəsi 300 manat vahidi səviyyəsində olduqda bağlanılıb,
onun icrası isə 17 martda 296-304 manat vahidi məzənnəsi ilə
edilməlidir. Bu, o deməkdir ki, iştirakçı səhmləri ya 304 manat
vahidi məzənnəsi ilə almalıdır, ya da 296 manat vahidi məzənnəsi
ilə satmalıdır. Əgər 17 marta qədər məzənnə 304 manat vahidin-
dən yüksək osla, iştirakçı səhmləri alacaq, məzənnə 296 manat
vahidindən aşağı olsa səhmləri satacaq. Hər iki halda iştirakçı
udacaq. Məzənnə artsa, lakin 304 manat vahidi səviyyəsinə
çatmasa, yaxud azalsa, lakin 296 manat vahidi səviyyəsinə
çatmasa onda iştirakçı mənfəət əldə edə bilməyəcək.
Beləliklə, stellaj əqdi zamanı seçim hüququ olan iştirakçı
səhmin məzənnəsinin əvvəlcədən müəyyən edilmiş hüdudlardan
kənarlaşmasında
mənfəət
əldə edir. Əksinə, məzənnə
dəyişiklikləri müəyyən edilmiş hüdudlardan kənara çıxmadıqda
iştirakçı mənfəəti itirəcəkdir və mümkün qədər az itki verməkdən
ötrü alıcı, yaxud satıcı rolunu seçməlidir.
Tam bölünən - əqdlər alıcıya və satıcıya qiymətli kağızların
tam bölünən həcmlərdə satılmasını, yaxud alınmasını tələb etmək
hüququ verir. Müəyyən edilmiş məzənnənin arması alıcıya,
azalması isə satıcı üçün əlverişlidir.
Müddəti artırılmış əqdlər ondan ibarətdir ki, qiymətli
kağızın alıcısı, yaxud satıcısı məzənnənin dəyişməsindən asılı
olaraq əməliyyatın müddətini artıra, yaxud son hesablaşmanı
təxirə sala bilər. O, itkilərini örtməyə imkan verən məzənnə
dəyişikliyinə ümid edir.
Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların report
və deport növləri məlumdur.
131
Report – qiymətli kağızın satış gününün məzənnəsi ilə onun
müəyyən müddətdən sonra artıq məzənnə ilə geri alınması şərtilə
banka satılmasıdır. Məsələn, möhtəkir səhmləri 305 manat vahidi
məzənnəsi ilə onların iki həftədən sonra 307 manat vahidi
məzənnəsi ilə (2 manat vahidlik əlavə report adlanır) məcburi geri
alınması şərti ilə satır. Bank bütün hallarda mənfəət əldə edir,
möhtəkir isə yalnız o vaxt mənfəət əldə edir ki, geri alınma anına
səhmlərin məzənnəsi 307 manat vahidindən artıq olsun.
Deport əqdləri müəyyən müddətdən sonra aşağı məzənnə
ilə geri satılması şərtilə qiymətli kağızın cari məzənnə ilə
alınmasıdır. Möhtəkir səhmləri bankdan 305 manat vahidinə alır
və şərtləşir ki, onları iki həftədən sonra 303 manat vahidi
məzənnəsi ilə (2 manat vahidlik güzəşt deport adlanır) mütləq
geri satacaq.
Birja əməliyyatlarının bir növü də qiymətli kağızların
arbitajıdır. Arbitajın mahiyyəti ucuz alıb baha satmaqdır.
132
7.2. Bankların depozit və əmanət qiymətli kağızları
Banklar bazar struktur sisteminin mərkəzi halqalarından biri
olmaqla, onların fəaliyyətinin inkişafı bazar mexanizminin
yaradılmasının əsas şərtidir. İqtisadiyyatın dəyişdirilməsi prosesi
bank sisteminin islahatından başlamışdır.
Banklar uzun müddət dövlət təşkilatları kimi iqtisadiyyatın
idarə olunmasında inzibati amirlik sisteminin bir hissəsi kimi
çıxış edirdi. Son illərin islahatı nəticəsində mövcud qa-
nunvericiliyə uyğun olaraq banklar müxtəlif əməliyyatları yerinə
yetirir.
Müxtəlif banklar arasındakı fərqlərin aradan qaldırılması ilə
bağlı universal bankların əksəriyyəti bu gün bank fəaliyyətinin və
maliyyə xidmətlərinin, demək olar ki, bütün tərəflərini əhatə edən
xidmətlərin böyük çeşidini təklif edir.
Eyni zamanda, bəzi banklar rəqabət üstünlüyünə malik
olaraq və onu qoruyub saxlamaq məqsədilə qəti müəyyən edilmiş
xidmət növləri üzrə ixtisaslaşır.
Ayrı-ayrı xidmət növlərinin araşdırılmasının sadəliyi üçün
onların təsnifatından istifadə edirlər.
Sxem 1. Bank xidmətinin təsnifatı.
Qeyd etdiyimiz kimi, depozitlər bankın pul vəsaitlərinin ən
mühüm mənbələrindən biridir. Bununla belə vəsait mənbəyi kimi
bankın cəlb etdiyi borc vəsaitləri də böyük əhəmiyyət kəsb edir.
Bank
xidməti
Sair
xidmətlər
Kredit
xidmətləri
Depozit
xidmətləri
İnvestisiya
əməliyyatları
Dostları ilə paylaş: |