Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

83 
 
təşəbbüslərinin gerçəkləşməsi”
53
 prosesi baş verir. 
Beləliklə, Sovet İttifaqının dağılması SSRİ-də,  İttifaqın 
tərkibində olan bütün müttəfiq respublikalarda, o cümlədən 
də Azərbaycanda yeni jurnalistikaya keçidi labüd edir.  
Beşinci dövr 1991- ci ildən bu günümüzə qədər olan 
müddəti  əhatə edir. Azərbaycan öz müstəqilliyini yenidən 
bərpa etdikdən sonra respublikada yeni qəzet və jurnallar 
çap olunmağa başlayır. Bu nəşrlər özünün yeniləşmə  və 
dirçəliş cizgiləri ilə  əvvəlki nəşrlərdən kəskin  şəkildə 
fərqlənirlər. 
İnformasiya məkanının genişlənməsi 
jurnalistikanın növlərində 
və 
məzmununda yeni 
tendensiyaların, nəşrlərin və radio-televiziya kanallarının 
yeni tiplərinin yaranmasına səbəb olur.  
“Kommunist”, “Молодежь  Азербайджана”, “Elm” 
və “Odlar yurdu” qəzetləri orqanı olduqları  təşkilatların 
göstərişlərindən cəsarətlə imtina edirlər. Hətta 
“Kommunist” qəzeti öz adından belə imtina edərək “Xalq 
qəzeti” adı ilə  çıxmağa başlayır.. “Azadlıq”, “Meydan”, 
“Azərbaycan”, “Aydınlıq”, “Səhər”, “Gənclik”, “Xəzər” 
kimi azad fikirli qəzet və jurnallar çap olunmağa başlayır. 
“Ayna” (“Зеркало”) ilk müstəqil qəzet kimi ölkəmizdə yeni 
jurnalistikanın əsasını qoyur.  
Bu gün “Azərbaycan”, “Xalq qəzeti”, “Ayna” (“Зер-
кало”), “Эхо”, “525-ci qəzet”, “Ekspress”, “Şərq” və s. 
qəzetlər KİV-in Qərb standartlarını  və modelini 
fəaliyyətlərinin  əsas oriyentiri kimi qəbul edərək 
cəmiyyətdəki funksiyalarını sivil qaydada yerinə yetirirlər 
və öz ətraflarında böyük oxucu kütləsi toplaya bilmişlər. 
Müstəqillik illərində müasir KİV sisteminin aparıcı 
qolunu təşkil edən müstəqil radio və televiziya kanalları 
                     
53
 Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı, “Elm” 
nəşriyyatı, 2006, səh. 40.     
84 
 
yaranmışdır. AzTV zamanın tələbinə uyğun olaraq fəaliy-
yətinin keyfiyyətcə yeni mərhələsinə  qədəm qoymuşdur. 
ANS (1991-ci il), “Spase” (1997-ci il), “Lider” (2000-ci il), 
“Azad Azərbaycan” (2002-ci il), “İctimai televiziya” (2005-
ci il), “Antenn” (1998-ci il), “Bürc FM” (1998-ci il) və s. 
radio və televiziya kanalları geniş informasiya məkanında 
öz yerlərini möhkəmləndirməyə nail olmuşlar. Onların peyk 
vasitəsilə yayımı öyrənilən problemin bütün dünyada daha 
geniş auditoriyaya çatdırılmasına şərait yaradır.  
Bu dövr həmçinin intersosial problemlərin 
işıqlandırılmasında, beynəlxalq mövzuda vacib 
materialların təcili işlənib hazırlanması  və real vaxt 
rejimində dünya ictimaiyyətinə çatdırılmasında müəyyən 
üstünlüklərə malik olan müstəqil informasiya 
agentliklərinin, internet informasiya portallarının 
yaranması və strukturlaşması dövrü kimi xarakterizə olunur. 
Bu gün dünyanın bir sıra böyük agentlikləri ilə informasiya 
mübadiləsi aparan “Turan” (1990-cı il), “ANS-Press” 
(1991-ci il), “Assa İrada” (1991-ci il), “Şərq” (1994-cü il), 
“Olaylar” (1995-ci il), “Trend” (1995-ci il), “Eksklüziv” 
(1995-ci il), “Azərpress” (1997-ci il), “Azadinform” (1998-
ci il) və s. kimi agentliklər məhz müstəqillik illərində 
fəaliyyətə başlamışlar.  
Azəri-Press Agentliyi (APA, 2004-cü il), “Day. Az” 
(2003-cü il), və digər internet saytları milli şəbəkə KİV-inin 
uğurlu nümunələri kimi fəaliyyət göstərirlər. Bu layihələr 
özündə gündəlik qəzet, analitik jurnal və informasiya 
agentlikləri funksiyalarını birləşdirir, beynəlxalq miqyaslı 
informasiyaların hazırlanmasını, onların ictimaiyyətə ope-
rativ surətdə  və gündəlik çatdırılmasını  təmin edirlər. 
Beynəlxalq problematikaya aid orijinal publisistik ma-
teriallar aparıcı yerli və xarici politoloqların, diplomatların 
şərhlərinə, müstəqil müəllif qiymətləndirmələrinə əsaslanır. 
Bu cür yanaşma beynəlxalq həyat məsələlrinin, geosiyasi 


85 
 
problemlərin istifadəçi tərəfindən hərtərəfli mənimsənil-
məsinə, həmçinin hadisələrin xroniki inkişafını izləməyə və 
sonrakı inkişafının proqnozlaşdırılmasınma şərait yaradır.  
Bütün bunlarla yanaşı, respublikanın aparıcı in-
formasiya agentliyi, yerli və xarici KİV-lər üçün yeganə 
rəsmi dövlət informasiya mənbəyi olan AzərTAc - Azər-
baycan Dövlət Teleqraf Agentliyinin yaranmasının  və 
fəaliyyətinin tarixi aspektən öyrənilməsi transnasional 
problemlərin işıqlandırılması sahəsində yeni agentliklərin 
işlərinin səmərəliliyinin artırılması baxımından müəyyən 
nəzəri və praktik əhəmiyyət kəsb edir. AzərTAc 1920-ci il 
martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 
yaradılmışdır. Həmin il mart ayının 2-də AzərTAc imzası 
ilə ilk məlumatlar «Azərbaycan» qəzetində işıq üzü görür və 
agentliyin xəbər bülletenləri hər gün iki dildə: Azərbaycan 
və rus dillərində çap edilirdi. Sovet hakimiyyəti 
illərində AzQafROSTA,  AzərTA, ZaqTA kimi müxtəlif 
adlarla və ümumən dövlət informasiya agentliyinin bir qolu 
kimi fəaliyyət göstərən AzərTAc sovet informasiya 
agentlikləri arasında əsas yerlərdən birini tuturdu. 
İkinci Dünya müharibəsi dövründə (1941-1945-ci 
illər) təbliğat funksiyasına görə AzərTA ölkənin qabaqcıl 
informasiya kanallarından birinə çevrilmişdi. Agentlik çapa 
ön cəbhədən reportajlar hazırlayırdı. Müharibədən sonrakı 
illərdə respublikanın iqtisadi, ictmai-siyasi, mədəni 
həyatında baş verən hadisələr yenidən AzərTA-nın 
materiallarının  əsas mövzusunu təşkil edir. İctimai-siyasi 
həyatdan bəhs edən informasiyalar SİTA vasitəsilə  İttifaq 
və xarici ölkə mətbuatına çatdırılır. 1972-ci ildə respublika 
Nazirlər Sovetinin qərarı ilə AzərTA-nın adı növbəti dəfə 
dəyişdirilərək Azərbaycan  İnformasiya Agentliyi – 
Azərinform adlandırılır. Azərbaycan yenidən özünün dövlət 
müstəqilliyini elan etdikdən sonra, 1992-ci il dekabrın 18-də 
Azərinformun tarixi adı  bərpa olunur və o, Azərbaycan 
86 
 
Teleqraf Agentliyi – AzərTAc, 1995-ci il martın 3-də 
Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-
ci il yanvarın 17-də isə Azərbaycan Dövlət Teleqraf 
Agentliyi adlandırılır. AzərTAc-a dövlət informasiya orqanı 
statusu verilməsi ilə agentlik yeni bir dönəmə qədəm qoyur. 
Bir sıra xarici dövlətlərdə ilk müxbir məntəqələrinin 
yaradılması AzərTAc-ın fəaliyyətinin səviyyəsini xeyli 
yüksəldir. Son illərdə agentliyin hazırladığı informasiyanın 
həcmi 10 dəfəyədək artmışdır. Hər gün təxminən 400 min 
işarə  həcmində  xəbər, 30-40 fotoinformasiya hazırlanır və 
xaricdə geniş yayılır.
54
 AzərTAc rəsmi dövlət xəbərləri ilə 
yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, 
mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında 
fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, rus və 
ingilis dillərində  dəqiq və operativ informasiya buraxır. 
AzərTAc dünyanın 20-dən çox aparıcı informasiya 
agentlikləri ilə  əməkdaşlıq haqqında sazişlər imzalamışdır 
və bir çox milli informasiya agentlikləri assosiasiyalarının 
üzvüdür. 
Müstəqilliyin yenidən  əldə edilməsi geosiyasət, bey-
nəlxalq münasibətlər, xarici ölkələrlə və beynəlxalq təşkilat-
larla  əlaqələr mövzusunun KİV tərəfindən öyrənilməsinin 
və işıqlandırılmasının coğrafiyasını xeyli genişləndirmiş, bu 
da öz növbəsində sözügedən istiqamətdə KİV-in qarşısında 
duran vəzifə  və düşüncələrin həyata keçirilməsi üçün 
praktik Azərbaycan jurnalistikasına əlavə stimul vermişdir. 
Beləliklə, öyrənilən mövzu ilə  əlaqədar aparılan 
araşdırmalar bizə aşağıdakı nəticələrə gəlməyə əsas verir: 
                     
54
http://journalism.bsu.edu.az/az/news/auditoriyadan_reportaj_azrtacda
n_azrtaca 
  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə