Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə97/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   100

399 
 
Respublikası Qərb və Şərq mədəniyyətlərindən bəhrələnməklə dövlətlər 
və xalqlar arasında dialoqa töhfə verməyə davam edəcəkdir. 
Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi (MDB) 
çərçivəsində  əməkdaşlıq münasibətlərinin saxlanılmasında, MDB 
ölkələri ilə ikitərəfli  əsaslarda iqtisadi, siyasi, hüquqi və humanitar 
sahələrdə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. 
Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın üzv olduğu 
"Demokratiya və  İqtisadi  İnkişaf Naminə - GUAM" 1997-ci ildə 
yaradılmış, 2006-cı ildə isə beynəlxalq regional təşkilata çevrilmişdir. 
GUAM demokratiya, inkişaf və  təhlükəsizlik sahələrində ümumi 
maraqlar  əsasında tərəfdaş dövlətləri birləşdirir. Azərbaycan 
Respublikası GUAM-ın üzvü olan dövlətlər üçün əhəmiyyət kəsb edən 
məsələlərdə,  əsasən,  ərazilərində mövcud münaqişələrin həll edilməsi 
və  təcavüzkar separatizmlə mübarizə istiqamətində onların səylərinin 
birləşdirilməsi və vahid mövqedən çıxış edilməsinə xüsusi önəm verir. 
GUAM üzvlərinin yerləşdiyi coğrafi məkan onların müasir geosiyasi və 
geoiqtisadi mövqeyi, xüsusilə, enerji məsələləri və  nəqliyyat dəhlizləri 
baxımından Avrasiya regionunda mühüm əhəmiyyət kəsb edir. GUAM-
ın demokratiya və iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi 
üzv ölkələrin inkişafına və beynəlxalq məkandakı roluna müsbət təsir 
göstərəcəkdir. 
Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən biri də 
Qara dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı (QİƏT) ilə  əməkdaşlığıdır. 
1992-ci ildə Qara dəniz  İqtisadi  Əməkdaşlığı formatı kimi yaranan və 
1998-ci ildə beynəlxalq regional təşkilata çevrilən QİƏT Qara dəniz, 
Xəzər dənizi və Aralıq dənizini  əhatə edən regional və subregional 
səviyyədə inteqrasiya proseslərinə  və iqtisadi əməkdaşlığa yardım 
məqsədi daşıyır. 
4.1.5. Regional əməkdaşlıq və ikitərəfli münasibətlər 
Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan 
Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, 
sərhədlərin toxunulmazlığı  və daxili işlərə qarışmama kimi beynəlxalq 
hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri  əsasında dost 
münasibətlərin qurulmasında maraqlıdır və buna nail olmaq üçün səy 
göstərir. Azərbaycan Respublikası dünyanın  əksər ölkələri ilə belə 
münasibətlər qurmuşdur və onları inkişaf etdirməkdədir. 
Azərbaycan Respublikası  əməkdaşlıq etdiyi dövlətlərlə regional və 
beynəlxalq problemləri həll etmək istiqamətində birgə fəaliyyət göstərir. 
Regional təhlükəsizlik, terrorçuluqla mübarizə, kütləvi qırğın 
400 
 
silahlarının yayılmaması  və enerji təhlükəsizliyinin təmin olunması 
prioritet sahələr sırasındadır. 
Regionda sülh və sabitliyə nail olmaq üçün Azərbaycan Respublikası 
bir sıra addımların atılmasını vacib hesab edir. İlk növbədə, region 
kütləvi qırğın silahlarından azad məkan olmalıdır. Nüvə silahının 
yayılmaması sahəsində mövcud beynəlxalq hüquq normalarına uyğun 
regional münasibətlərin inkişafı  həm regional, həm də beynəlxalq 
səviyyədə sabitliyin bərqərar edilməsi və möhkəmlənməsi üçün zəruri 
şərtlərdəndir. Regionda xarici hərbi qüvvələrin olmaması regional 
təhlükəsizliyə töhfə verərdi. Regional təhlükəsizlik region ölkələrinin 
bir-birinin suverenliyini və  ərazi bütövlüyünü tanıması, militarist və 
təcavüzkar siyasətdən çəkinməsi vasitəsi ilə yaradılmalıdır. 
Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş 
norma və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilələrə və milli qanunvericiliyinə uyğun olaraq, eləcə 
də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə 
yaşayan azərbaycanlıların hüquq və  əsas azadlıqlarının təmin 
edilməsinə  və onların milli özünəməxsusluğunun və  dəyərlərinin 
qorunub saxlanılmasına kömək göstərməkdə davam edəcəkdir. 
4.1.5.1. Region ölkələri ilə əməkdaşlıq 
Azərbaycan Respublikası qonşu ölkələrlə  hərtərəfli tərəfdaşlıq 
əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verir. Bu ölkələrlə 
münasibətlərdə Azərbaycan Respublikası  əsas problemlərin qarşılıqlı 
şəkildə  və beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır. Azərbaycan 
Respublikası qonşu 
ölkələrlə  sərhədlərin delimitasiyası  və demarkasiyası  məqsədi ilə 
aparılan danışıqların tezliklə başa çatdırılmasında maraqlıdır. 
Separatçılığın, etnik, siyasi və dini ekstremizmdən qaynaqlanan 
risklərin zərərsizləşdirilməsində digər dövlətlərlə, xüsusən, Azərbaycan 
Respublikası ilə qonşuluq təmaslarına malik ölkələrlə harmonik 
münasibətlərin qurulması mühüm əhəmiyyətə malikdir. 
Azərbaycan Respublikası regionda sülhün və sabitliyin bərqərar olması 
üçün regional əməkdaşlığı əvəzolunmaz amil kimi qiymətləndirir. Eyni 
zamanda, Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazda hərtərəfli 
regional  əməkdaşlıq yolunda əsas maneədir. Bu siyasətdən imtina 
etməyənədək Azərbaycan Respublikası Ermənistanla  əməkdaşlığı 
mümkün hesab etmir. Digər tərəfdən, Azərbaycan, Gürcüstan və 
Türkiyə arasında üçtərəfli strateji tərəfdaşlıq və genişlənən əməkdaşlıq 
regionda sabitlik amilinə çevrilmişdir. Bu əməkdaşlıq Qara dəniz və 


401 
 
Xəzər dənizi regionlarının əhəmiyyətini artıran, Avropa və bütövlükdə, 
qlobal enerji təhlükəsizliyinə töhfə verən "Bakı-Supsa", Heydər Əliyev 
adına "Bakı-Tbilisi-Ceyhan" neft ixrac boru kəmərləri və  Cənubi 
Qafqaz qaz boru kəməri ("Bakı-Tbilisi-Ərzurum") kimi üç uğurlu enerji 
infrastrukturu layihəsi ilə Avropa üçün yeni həyati və təhlükəsiz enerji 
mənbəyinin  əsasını qoydu. Geostrateji cəhətdən önəmli olan "Bakı-
Tbilisi-Qars dəmir yolu bağlantısı" layihəsinin həyata keçirilməsi 
regional  əməkdaşlığın daha da sürətləndirilməsi və genişləndirilməsi 
istiqamətində mühüm bir addım olaraq, eyni zamanda, yeni qlobal 
imkanlar yaradır. 
Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və 
regionda sülh və sabitliyin bərqərar olunmasında müstəsna rol oynayan 
Türkiyə ilə bütün sahələrdə  hərtərəfli münasibətlər son dərəcədə 
mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-biri ilə  sıx bağlı 
olan ölkələrimiz arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq 
səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan 
Respublikası  və Türkiyənin trans-regional iqtisadi layihələrin 
gerçəkləşməsinə töhfələri, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan 
münaqişəsinin həllinə yönəldilmiş səyləri iki ölkənin mövqelərinin tam 
uyğunluğunu və onlar arasında  əməkdaşlığın keyfiyyət səviyyəsini 
nümayiş etdirir. 
Azərbaycan Respublikasının Gürcüstan ilə  əməkdaşlığının və 
tərəfdaşlığının hərtərəfli inkişafı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb 
edən məsələlərdən biridir. İki dövlətin ümumi maraqlarının 
mövcudluğu, regiondakı enerji infrastrukturu və nəqliyyat layihələrinin 
həyata keçirilməsi, eləcə  də qarşılıqlı maraq kəsb edən digər sahələr 
çərçivəsində Gürcüstan ilə  sıx  əməkdaşlıq edən Azərbaycan 
Respublikası ikitərəfli strateji tərəfdaşlıq münasibətlərini daha da 
inkişaf etdirməyə davam edəcəkdir. 
Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın “emokratiya və 
İqtisadi  İnkişaf Naminə - GUAM" çərçivəsində mövcud tərəfdaşlığı 
regional əməkdaşlığın digər bir nümunəsidir. 
Ukrayna və Moldova ilə  tərəfdaşlıq yalnız GUAM çərçivəsində deyil, 
eyni zamanda, ikitərəfli  əsaslarda siyasi, iqtisadi, humanitar və digər 
sahələrdə inkişaf etdirilir. 
Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlər regionun 
sabitliyi və inkişafı üçün mühüm amildir. Azərbaycan Respublikası 
Rusiya Federasiyası ilə ikitərəfli  əsaslarda, eləcə  də Avropa regional 
təşkilatları, xüsusilə  də MDB çərçıvəsində çoxtərəfli  əsaslarda siyasi, 
402 
 
iqtisadi, humanitar, təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı 
mübarizə və digər shələrdə strateji tərəfdaşlıq və əməkdaşlıq edir. 
Azərbaycan Respublikası  Xəzəryanı ölkələrlə sülh və mehriban 
qonşuluq  şəraitində yaşamaq və müxtəlif regional layihələrdə birgə 
iştirakda maraqlıdır. Azərbaycan Respublikası  Xəzəryanı ölkələr olan 
Rusiya və Qazaxıstanla yaxın qonşuluq münasibətlərinə malikdir. Bu 
gün Azərbaycan neftinin Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropa 
bazarlarına daşınması marşrutlarından biri də Bakı-Novorossiysk boru 
kəməridir. Qazaxıstanla Azərbaycan Respublikası arasında isə 
Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan  ərazisindən "Bakı-
Tbilisi-Ceyhan" sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə 
dəstək verilməsi və  şərait yaradılması haqqında 2006-cı ildə müqavilə 
imzalanmışdır.  Bu  üç  Xəzəryanı ölkə artıq Xəzər dənizinin dibinin 
bölüşdürülməsi barədə razılığa gəlmişlər. 
Azərbaycan Respublikası yaxın qonşuları  İran və Türkmənistan ilə  də 
belə razılaşma  əldə ediləcəyinə  və yaxın gələcəkdə  Xəzər dənizinin 
statusunun müəyyən olunacağına, Xəzər dənizindən yalnız sülh 
məqsədləri və sahilyanı dövlətlərin çiçəklənməsi üçün istifadə 
olunacağına inanır. 
Azərbaycan Respublikası qonşu  İranla münasibətlərinə böyük 
əhəmiyyət verir. Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə 
malik iki ölkə arasında münasibətlər dövlətimizin xarici siyasətinin 
vacib istiqamətlərindən biridir. Azərbaycan Respublikası  İranla siyasi, 
iqtisadi, mədəni və digər sahələr üzrə qarşılıqlı faydalı əlaqələrin inkişaf 
etdirilməsində maraqlıdır. 
4.1.5.2. Qeyri-region ölkələri ilə əməkdaşlıq 
Azərbaycan Respublikası region ölkələri ilə yanaşı, digər ölkələrlə  də 
əməkdaşlıqda maraqlıdır. İlk növbədə, Azərbaycan Respublikası strateji 
tərəfdaşı olan ABŞ ilə BMT və Avratlantik strukturlar çərçivəsində, 
antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi 
qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli 
mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, 
korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış  və 
təhdidlərə qarşı mübarizə  məsələlərində, ikitərəfli münasibətlər 
səviyyəsində isə siyasi, hərbi, iqtisadi, enerji təhlükəsizliyi sahələrində, 
ölkəmizdə demokratik islahatların aparılması istiqamətində əməkdaşlıq 
edir. 
Avropa ölkələri ilə əməkdaşlığını ikitərəfli və çoxtərəfli əsaslarda quran 
Azərbaycan Respublikası Avropa iqtisadi və hüquqi məkanına 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə