96
mənbələrdən birində oxuyuruq: “Təhsil dedikdə sistemləşdirilmiş biliklər, bacarıq, və
vərdişlər nəzərdə tutulur
(Bax: “Vvedeniye v pedaqoqiku” Mos.,1975, str.222)
.
Təhsili təlimin yalnız nəticəsi hesab edənlər də az deyil
(Bax: İ.Podlasıy.
Pedaqoqika, Novıy kurs, Mos.,2002).
Verilən təriflərdə nəzərə çarpan nöqsanlardan biri də təhsil və təlim
anlayışlarını eyniləşdirməkdir. Məsələn, 1964-cü ildə çap olunmuş
(M.Muradxanovun
redaktəsi ilə)
“Pedaqogika” kitabında təhsilə belə tərif verilir: “Təhsil uşaqların bilik,
bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmin üzərində onlarda
dünyagörüşünün yaranmasıdır”.
Təlim və təhsil anlayışlarının eyniləşdirilməsinə bir sıra başqa kitablarda da
rast gəlmək olur
(Bax: Pedaqoqika, Mos.,1967, str.6; Pedaqogika, Bakı, “Renessans”, 2000,
səh.6).
Yuxarıda istinad etdiyimiz mənbələrin, demək olar ki, hamısında təlimə
verilən təriflər mahiyyətcə təhsilə verilən təriflərdən fərqlənmir. Məsələn, dərs
vəsaitlərindən birində oxuyuruq: “Təlim prosesi müəllim və şagird fəaliyyətinin
müəyyən vəhdətidir ki, ümumi məqsədə məktəbəqədər yaşlı uşaqların və şagirdlərin
biliklərlə, bacarıq və vərdişlərlə silahlanmalarına, onların inkişafı və tərbiyəsinə
yönəlir”
(Q.İ.Şukinanın redaktəsi ilə, Mos.,1977, str.252).
Təhsil və təlim kateqoriyalarının nəinki təlim, hətta tərbiyə kateqoriyası ilə
eyniləşdirmək halları da müşahidə edilir. Məs., V.S.Lednev yazır: “Otnogenez
cəhətdən şəxsiyyətin biososioloji formalaşması prosesi kimi sosial mahiyyəti
təcrübənin əvvəlki nəsil tərəfindən sonrakı nəsillərə mütəşəkkil və normallaşdırılmış
şəkildə verilməsi prosesi təhsildir”
(Bax: V.S.Lednev. Soderjaniye obrazovaniya, M.,”Vısşaya
şkola”, 1989, str.52).
Gətirilən faktlardan belə bir nəticə də çıxır ki, guya təhsil kateqoriyasının
düzgün tərifi təlim və tərbiyə kateqoriyalarına verilən təriflərlə üst-üstə düşməlidir.
Halbuki, təlim, tərbiyə və təhsil anlayışları bir-birilə üzvi şəkildə bağlı olsalar da
onların hərəsini səciyyələndirən spesifik xüsusiyyətlər vardır.
Təriflərdə təlim, tərbiyə və təhsil kateqoriyalarını eyniləşdirməyin, onların
fərqini görə bilməməyin iki başlıca səbəbi vardır. Birincisi, həmin kateqoriyalarda
fərqə nisbətən oxşarlığın üstünlük təşkil etməsidir; ikincisi, bu kateqoriyalarda
97
dialektikanın olduğuna, onların bir-birinə çevrilmək imkanına əhəmiyyət
verməməkdir.
Azərbaycanda təhsil kateqoriyasının mahiyyətini açan fikirlər 1996-cı ildən
söylənməyə başlanmışdır. Təlimin mahiyyətinə dair eyni müəllifin eyni əsərində
ziddiyyətli fikirlərə də rast gəlmək olur. Məsələn, 2000-ci ildə çap olunmuş
“Pedaqoqika” (İ.P.Podlasıy. Pedaqoqika, M., 2000) adlı əsərin 26-cı səhifəsində
oxuyuruq: “Təhsil-təlimin nəticəsidir”, 295-ci səhifədə isə yazılır: “Təhsil-təlim
prosesində mənimsənilən biliklərin, bacarıq və vərdişlərin, təfəkkür tərzlərinin
sistemidir”.
Pedaqoji ədəbiyyatın ötəri təhlilindən belə bir nəticə çıxır ki, məktəbəqədər və
digər təhsil kateqoriyasının mahiyyətini və məzmununu açan tərif onun bir sıra
xüsusiyyətlərini: sosial-iqtisadi həyatın tərkib hissəsi olduğunu; müvafiq tədris
müəssisələrində (o cümlədən məktəbəqədər müəssisədə) həyata keçirildiyini;
müəyyən biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin
məcmuundan ibarət olduğunu; tərbiyə və inkişaf imkanlarına malik olduğunu; təlimlə
bağlılığını, bir halda təlimin şərti, digər halda nəticəsi olduğunu özündə
birləşdirməlidir.
Əvvəla, təhsilin məktəbəqədər və ya digər növünü sosial-iqtisadi həyatdan
təcrid edilmiş şəkildə nəzərdən keçirmək düzgün deyil. Çünki təhsil sosial-iqtisadi
həyatın ehtiyacları ilə şərtlənir və onun sonrakı inkişafına səbəb olur. Buna görə də o,
sosial-iqtisadi həyatın tərkib hissəsi kimi cərəyan edir.
Ikincisi, təhsil, onun növləri (məktəbəqədər təhsil də daxil olmaqla) və
formaları müəyyən tədris və ya məktəbəqədər müəssisələrdə həyata keçirilir.
Üçüncüsü, tədris müəssisələrinin növündən və ya tipindən asılı olaraq təhsilin
məzmunu başqa-başqa olur. Məsələn, məktəbəqədər müəssisələrdə öyrədilən bilik,
bacarıq və vərdişlər sistemi, ümumtəhsil məktəblərində öyrədilən bilik, bacarıq və
vərdişlər sistemi peşə məktəbindəkindən, peşə məktəbindəki bilik, bacarıq və
vərdişlər sistemi orta ixtisas məktəbdəkindən, ali məktəbdəkindən və s. fərqlənir.
Həmin biliklər, bacarıq və vərdişlər elə sistemləşdirilir ki, gənc nəslə tərbiyəvi təsir
göstərsin və onların qabiliyyətlərini inkişaf etdirsin.
Dördüncüsü, tədris planında, tədris proqramları və dərsliklərdə nəzərə alınan
98
biliklərin, bacarıq və vərdişlərin məcmuu tədris müəssisəsində tədrisin zəruri şərtidir.
Təlim bu əsasda mümkün olur. Gənc nəsil həmin biliklər, bacarıq və vərdişlər
sisteminə yiyələndikdə təhsil təlimin nəticəsinə çevrilir. Bu mənada təlimə təhsilin
həyata keçirilməsi prosesi kimi də baxmaq olur.
Nəhayət, təhsil məqsədyönlü, planlı və mütəşəkkil səciyyə daşıyır.
Bütün bu zəruri xüsusiyyətləri nəzərə alan pedaqogikada təhsil
kateqoriyasının mahiyyəti belə başa düşülür: “Təhsil sosial-iqtisadi həyatın tərkib
hissəsi kimi, müvafiq tədris müəssisəsində (və ya məktəbəqədər müəssisədə)
müəyyən müddətdə məqsədyönlü, planlı və mütəşəkkil, öyrənilən, tərbiyə və
psixoloji inkişaf imkanlarına malik olan, təlimin bir halda zəruri şərti, digər halda
gedişi, üçüncü halda isə nəticəsi kimi özünü göstərən sistemləşdirilmiş biliklərin,
bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmuudur” (29, səh.95).
Məktəbəqədər tərbiyənin elementləri ibtidai icma quruluşu dövrünə təsadüf
edir. İbtidai icma cəmiyyətində həyata hazırlamaq üçün əmək və ovçuluğu əks
etdirən bəsit oyunlardan istifadə ediblər. Belə oyuncaqlarla oyun zamanı uşaqlar
yaşlıları təqlid ediblər. Mənəvi tərbiyənin güclü vasitələrindən biri folklor (nağıllar,
atalar sözləri, zərb məsəllər və s.) nümunələri əsasında olubdur.
Qədim Yunanıstanda meydana gələn pedaqoji nəzəriyyələrdə məktəbəqədər
yaşlı uşaqların ailə tərbiyəsindən də bəhs edilib. Afina və Sparta tərbiyə sistemindən
daha geniş istifadə olunub. Sparta tərbiyəsində hərbiləşdirmə geniş yer tutur, qul
sahiblərinin uşaqları kiçik yaşdan qullara qarşı amansızlıq ruhunda tərbiyə
olunurdular. Bu məqsədlə uşaqların cəsurluq, amansızlıq, fiziki cəhətdən dözümlülük
və s. ruhda tərbiyə olunmasına ciddi fikir verilirdi.
Qədim Yunan filosofları Platon və Aristotel də bu haqda öz fikirlərini
söyləyiblər.
Platon (eramızdan əvvəl 427-347-ci illər) mühüm pedaqoji anlayışları,
xüsusilə dini tərbiyə, ictimai quruluşun təlim-tərbiyə ilə əlaqəsi və s. anlayışları
müəyyən edib. O, erkən yaşlı uşaqların vətəndaş kimi mövcud quruluş ilə bağlı
olduğunu əsaslandırmışdır. Platon uşaq tərbiyəsində oyuna yüksək əhəmiyyət
vermişdir.
Aristotel (e.ə.384-322) şəxsiyyətin hərtərəfli inkişafı anlayışı yaratmış və
Dostları ilə paylaş: |