YEGANLI S.T.. HACIYEV E. M.
4 №-li cədvəldə 1989-1998-ci illərdə beynəlxalq turizmdən əldə olunan
gəlirlər regionlar üzrə göstərilir*. On ildə beynəlxalq turizmdən əldə olunan
gəlir, cədvəldən göründüyü kimi, 2 dəfə artmış və 444,7 mlrd $-a çatmışdır.
Gəlir götürməkdə lider yenə də Avropa olmuşdur. Avropa Amerikadan 2
dəfəyə yaxın çox beynəlxalq turizmdən gəlir götürmüşdür. Eyni zamanda,
Avropanın götürdüyü gəlir dünya üzrə götürülən gəlirin yarısından çoxdur.
Turist axınları kimi beynəlxalq turizmdən götürülən gəlirlərin miqdan da 10 il
ərzində ildən-ilə ardıcıl olaraq artmışdır. Afrika kontinentində 1989-cu (-1,5)
və 1991-ci (-5,7) illərdə. Yaxın Şərqdə 1990-cı (-2,2) və 1991-ci (-13,2) illərdə
gəlirlərin azalması başqa regionlarda gəlirin çoxalması ilə kompensasiya
olunurlar.
10.4.
REGİON DAXILI VƏ REGİONLAR ARASI TURİST AXINLARININ
İNTENSİVLİYİNİN DƏYİŞMƏ PROQNOZLARI
90-cı illərə kimi region daxili və regionlar arası axınlar orta hesabla dünya
üzrə sabit qalmış və (82:18) % olmuşdur. ÜTT verdiyi proqnozlara görə III
minilliyin 20-ci illərində bu mütənasiblik dəyişməlidir və regionlar arası turist
axını daha intensiv olacaqdır. Asiya - Sakit okean regionunda başqa regionlara
nisbətən turist axınlarının sürəti daha çox ola-caqdır. Nəticədə beynəlxalq
turist səfərlərinin regionlar arası miqdarı 2020-ci ildə 24 %-ə çatacaqdır. Buna
uyğun olaraq region daxili səfərlərin miqdarı 76 %-ə enəcəkdir.
Dünyanın ən çox 10 turist qəbul edən ölkələrin tərkibi 2020-ci ildə
dəyişəcək. Onların tərkibinə yeni ölkələr əlavə olunacaqdır. Məsələn, Çin,
ABŞ. Eyni zamanda. 2020-ci ilə verilən turizm proqnozlarında əsas diqqət
beynəlxalq turizmə verilir. Əlbəttə, daxili turizm hərəkatının
aktivliyi maliyyə
cəhətdən çox vacibdir. Verilən 2020-ci il proqnozuna görə 25 ildən sonra
inkişaf etmiş ölkələr daxili turizm inkişafında zirvəyə çatacaqlar. Daxili
turizmin inkişafı əsas Asiyanın, Latın Amerikasının. Yaxın Şərqin və
Afrikanın hesabına baş verəcəkdir, bu ölkələrdə daxili turizmlə məşğul olan
əhalinin payı çoxalacaqdır. Çox güman ki, daxili turizmlə beynəlxalq turizm
arasındakı mütənasiblik 10:1, maliyyə cəhətdən isə 3:1 və ya 4:1
uzun müddət
sabit olaraq qalacaqdır. Ən çox turist qəbul edən 10 qabaqcıl ölkənin tərkibi
aşağıdakı kimi olacaqdıçj
5 və 6 nömrəli cədvəllər tJTT proqnozlarına əsaslanır. 5 nömrəli cədvəldə
turist qəbul edən ölkələr arasında I yeri Çin Xalq Respublikası tu-
.1 \ .T 4 №-li c,xlv.MI.'»rcl.ı olan ı•.■'qənıl.■'r UTF-nın vcrdivi məlumatlardan göiııriılmiışdıır.
86
•
T U R İ Z M
tur. Bu cür proqnoz ona əsaslanır ki, Çinin böyük iqtisadi və demoqrafik
potensialı var. Bu proqnozun gerçəkləşməsi üçün ilk növbədə Çində
demokratik və iqtisadi islahatlar sürətlənməlidir. 1998-ci ildə Çin Xalq
Respublikası 24 mln xarici turist qəbul etmişdir. Əlbəttə, zəngin təbii sərvətləri
və 1 mlrd 200 mln əhalisi olan ölkə üçün bu çox azdır. 2001-ci ildə
Çinə gələn
turistlərin sayı 1998-ci ilə nisbətən 9 mln nəfər artmışdır. ÇXR bö- >ük
islahatlar ərəfəsindədir. Əgər üç il ərzində Çinə gələn turistlərin sayı 9 mln
nəfər artmışdırsa, bu onu göstərir ki, ÜTT-nin verdiyi proqnoz gerçəkləşə bilər.
Ona görə ki, turist qəbulunun orta illik artımı Çində böyükdür; 1995-2020 illər
üçün təxminən 8 % olacaqdır.
Ən çox turist qəbul edən ölkələr (2020-ci ilə proqnoz, ÜTT)
Cddval 5
№
Ölkələr
Gələn turistlərin
miqdarı mln. nəfər
Dünya bazarında
tutumu
%
1995-2020 illərə
artım, %-lə
1
Çin
137,1
8.6
8
2
ABŞ
102.4
6.4
3,5
3
Fransa
93.3
5.8
1,8
4
İspaniya
71,0
4.4
2,4
5
Qonkonq
59,3
3,7
7,3
6
İtaliya
52.9
3,3
2.2
7
Böyük Britaniya
52,8
3,3
3.0
8
Meksika
48.9
3,1
3,6
9
Rusiya
Federasiyası
47,9
2.9
6,7
10
Çexiya
44,0
2,7
4.0
10 ölkə bir yerdə
708.8
44.2
4.25
8 7
YEGANLI S.T.. HACrVEV E. M.
Ən çox xarici turist qenerasiya
edən ölkələr, 2020-ci ildə
Codvol 6
№
Ölkələr
Dünya səfərləri, mln.
nəfər
Dünya bazarında yeri, '/o-lə
1
Almaniya
163.5
10,2
2
Yaponiya
141,5
8.8
3
ABS
123.3
7.7
4
Çin
100.0
6.2
5
Böyük Britaniya
96.1
6,0
6
Fransa
37.6
2.3
7
Hollandiya
35.4
2.2
8
Kanada
31,3
2.0
9
Rusiya Federasiyası
3Ö5
1.9
10
İtaliya
29.7
1.9
10 ölkə bir yerdə
788.9
49.2
88