136
VI. Ç.v. – əsas duruş, əllər beldə, ktsəcik döşəmədə. 4
sayda hər iki ayaq üstdə, 4 sayda sağ,
sonra isə sol ayaq üstdə, 4 sayda hər iki ayaq üstdə hoppanmalar. Yerində addımlama.
II S İ N İ F
I. Ç.v. – əsas duruş, top əllərdə, irəlidə, 1 – 2 sayda sol əli topla yuxarı qaldırmalı, sağ əli isə
aşağı salıb arxaya aparmalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı.
II. Ç.v. – top sağ əldə, ayaqlar aralı. 1 – 2 sayda sağ tərəfə əyilməklə topu boyun arxasında solə
lə ötürməli; 3- 4 sayda hərəkəti sol tərəfə əyilərək təkrar etməli. Bu zaman topu sağ ələ ötürməli, əlləri
boyun arxasına apararkən nəfəs almalı, əvvəlki vəziyyətə gətirərkən nəfəsi buraxmalı.
III. Ç.v. – əsas duruş,
top sağ əldə, çiyin səviyyəsində – qabaqda. Topu döşəməyə buraxmalı, top
döşəməyə dəyib sıçradıqdan sonra 360
o
dönməklə (sağdan) onu tutmalı. Həmin hərəkəti əks tərəfə 360
o
dönmədə (soldan) icra etməli. Bu vaxt top sol əllə döşəməyə buraxılır.
IV. Ç.v.- əsas duruş, sağ əl beldə, top sol əldə – (açıq ovucun içərisində) qabaqda. 1-2 sayda,
həmin vəziyyətdə oturmalı. Bu vaxt sağ qıç düz saxlanılır, sol qıç isə dizdən bükülərək pəncə-daban
üstündə olur; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı.
V. Ç.v. – əsas duruş, top sağ əldə. 1-2 sayda topu döşəməyə buraxmalı. Dəyib sıçrayan topu sağ
qıçı yuxarı qaldırmaqla diz bükümünün altında tutmalı; 3-4 sayda top sol əldə, sol qıçı qaldırmaqla onu
tutmalı. Hərəkət icra olunarkən gövdəni əyməməli. Qıç diz bükümündən mümkün qədər çox açılmalı və
düz saxlanmalıdır.
VI. Ç.v. – əsas duruş, top sağ əldə. Topu yuxarı atıb arxada əl çaldıqdan sonra döş qarşısında onu
tutmalı. Həmin hərəkəti top sol əldə olmaqla da icra etməli.
VII. Ç.v. – əsas duruş, əllər beldə, top sağ tərəfdən – döşəmədə. Topun üstündən sağdan sola –
sağ ayaqdan sol ayaq üstünə və əksinə hoppanmalı.
VIII. Ç.v. – əsas duruş, əllər beldə. Əvvəlcə növbə ilə (sağ və sol), sonra isə hər iki ayaq üstdə
hoppanmalı.
III S İ N İ F
I. Ç.v. – əllər döş qarşısında. 1 sayda qolları dirsəkdən bükülü vəziyyətdə arxaya dartmalı,
kürəkləri bir-birinə yaxınlaşdırmalı; 2 sayda qolları çıxış vəziyyətinə gətirməli; 3 sayda qolları yanda
dirsəkdən tam açmalı (ovuclar yuxarı baxır); 4 sayda qolları çıxış vəziyyətinə gətirməli. 1-2
sayda nəfəs
almalı; 3-4 sayda nəfəsi buraxmalı. Tənəffüs müntəzəmdir.
II. Ç.v. – əsas duruş, ayaqlar aralı. 1-2 sayda sağ qolu irəlidən yuxarı – arxaya, sol qolu isə
aşağıdan arxaya aparmalı. Dərin nəfəs almalı; 3-4 sayda qolları çıxış vəziyyətinə qaytarmalı. Dərin nəfəs
verilməli. Həmin hərəkəti sol qolu irəlidən yuxarı-arxaya aparmaqla da icra etmək olar. Tənəffüs
müntəzəmdir.
III. Ç.v. – ayaqlar bir yerdə, qollar irəlidə – çiyin bərabərində aralı ( ovuclar aşağı baxır). 1 sayda
sol ayağı yellədərək sağ ələ toxundurmalı; 2 sayda çıxış vəziyyətinə qaytarmalı; 3 sayda sağ ayağı
yellədərək sol ələ toxundurmalı; 4 sayda çıxış vəziyyətinə qayıtmalı. Ayaqlar əllərə çatdırılarkən
gövdənin əyməməli, qıç isə dizdən bükülməməlidir. Əl və ayaqlar bir-birinə toxunan zaman nəfəsi
verməli, çıxış vəziyyətinə qayıdarkən nəfəs almalı.
IV. Ç.v. – ayaqlar çiyin bərabərində aralı, qollar yanda (ovuclar aşağı baxır). 1-2 sayda əlləri sağ
ayağa toxundurmalı (yayvarı); 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı.
Hərəkəti, əlləri sağ ayağa
çatdırmaqla təkrar etməli. Əyilərkən nəfəsi buraxmalı, çıxış vəziyyətinə qayıdarkən nəfəs almalı. Əllər
ayağa toxundurularkən qıçları dizdən bükməməli.
V. Ç.v. – dayaqlı çöməlmə. 1 -2 sayda əlləri irəlidə döşəməyə qoymaqla əl və ayaqlar dayaqlı
vəziyyət almalı; 3-4 sayda çıxış vəziyyətinə qayıtmalı.
VI. Ç.v. - Başı sağa və sola döndərməklə yeriş. 1 sayda başı sağa döndərməli, 2 sayda çıxış
vəziyyəti, fasilə (təxminən 1 – 2 sayda), 3 sayda başı sola döndərməli, 4 sayda çıxış vəziyyəti, fasilə,
hərəkət 3 – 4 dəqiqə təkrar olunur.
137
Müəllim I – IV siniflərdə ümuminkişaf hərəkətlərini öyrətməzdən əvvəl onun adını, həcmini,
neçə dəfə təkrar edilməsini şagirdlərə çatdıfrmalıdır. Bu, şagirdlərin hərəkətləri böyük həvəslə yerinə
yetirməsinə səbəb olur. Məsələn, əllər belldə irəli və arxaya əyilmək – 5 dəfə, dizləri bükmədən əlləri
döşəməyə çatdırıb çıxış vəziyyətinə qayıtmaq – 6 dəfə, qolların qabağa və dala dairəvi hərəkəti – 4 dəfə, 4
dəfə də əksinə;
ovuclar bir-birinə baxmaaqla, əllər baş üzərində olmaqla yarımçöməlib qalxma – 3 dəfə;
əllər beldə, belin sağdan sola və əksinə dairəvi hərəkəti - 2 dəfə sağa, 3 dəfə sola; arxasıüstə uzanmadan
çöməlmə vəziyyətinə qayıtmaq – 5 dəfə, arxası üstə uzanmadan qolları yuxarı qaldırmaq və əvvəlki
vəziyyətə gətirmək – 4 dəfə; əllər boyun arxasında, ayaqlar çarpaz vəziyyətdə qalxmaq, ilkin vəziyyətə
qayıtmaq və s.
Ümuminkişaf hərəkətlərin
müxtəlif əşyalarla, məsələn, iplərlə, kiçik və böyük doldurulmuş
toplarla, qum doldurulmuş kisəciklərlə yerinə yetirmək olar. Belə hərəkətlərə ipi ayaq altından fırlatmaqla
(8 dəfə) hoppanma, fasilə verdikdən sonra yenidən 8 dəfə hoppanma, topu 6-8 dəfə yuxarı atıb – tutma,
topu yuxarı atıb tullanıb onu tutma (5-6), topu yerində və hərəkət zamanı çiləmə və s. hərəkətlər aiddir.
Bütün hərəkətlər müəllimlərin siqnalı, yaxud işarəsi ilə müvafiq templə yerinə yetirilməlidir.
Tapşırıqdan sonra uşaqlar əsas duruş vəziyyətini almalı, sonra qollarını yuxarı qaldırmalı və əksinə aşağı
salmalıdır. Əşyalı və əşyasız hərəkətlərin yuxarıda göstərilən formada icrası müəllimin şagirdlərin
nöqsanlarını yaxşı görməsinə və onların aradan qaldırılmasına imkan yaradır.
Tapşırıq səciyyəli oyunlar. Bədən tərbiyəsi dərslərinin hazırlıq hissəsində müxtəlif məzmunlu,
sadə və cəlbedici oyunların keçilməsi şagirdlərin hərəki fəaliyyətinin artmasına,
dərsin intensivliyinin
yüksəlməsinə zəmin yaradır. Lakin müşahidələr göstərir ki, bir sıra müəllimlər oyunları məqsədəuyğun
seçmirlər ki, bu da ibtidai siniflərin bədən tərbiyəsi dərslərinin tədrisinə öz mənfi təsirini göstərməyə
bilməz. Dərsin hazırlıq hissəsi üçün oyunlar seçərkən müəllim 3 cəhətə daha diqqət yetirməlidir:
1.
Oyunlar tədris mahiyyəti daşımalıdır;
2.
Oyunlar uşaqların mənəviyyətana və əxlaqına tərbiyəedici təsir göstərməlidir.
3.
Oyunlar orqanizmi psixoloji və fiziki baxımdan növbəti tədris fəaliyyətinə hazırlamalıdır.
Oyunlar keçirilərkən müəllim onların praktik əhəmiyyəti haqqında şagirdlərə nəzəri məlumatlar
verməklə yanaşı, şagirdləri nizam-intizama, oyun qaydadarına dəqiq əməl etməsinə çalışmalıdır. Məqsədə
nail olmaq üçün oyunun qaydadarı aydın dildə izah edilməlidir. Bu prosesdə əyaniləşqdirməyə – əyani
təlimə geniş yer vermək lazımdır. Əyaniləşdirmə bir tərəfdən tərbiyəvi əhəmiyyət daşıyırsa, digər
tərəfdən tədris fəaliyyətinin müvəffəqiyyətlə keçirilməsi üçün zəruridir.
Bakının Yasamal rayonundakı 173 saylı məktəbin sinif müəlimi Svetlana Məmmədova hazırlıq
hissədə «Diqqətli olun» oyununu keçərkən oyunu şagirlərə aşağıdakı kimi başa saldı: «Mən indi
meydançanın hər hansı bir hissəsinə tərəf gedəcəyəm. Siz isə icazəm olmadan, yerinizdən tərpənmədən
məni diqqətlə müşahidə edin. Elə ki, dayanıb geriyə, sizə tərəf döndüm, onda dağınıq
halda mənə tərəf
qaçın. Qaçan zaman bir-birinin qababğına keçməyin, yoldaşı itələməyin. İki addım məndən aralıda rahat
vəziyyətdə dayanıb verəcəyim tapşırıqlara diqqətlə qulaq asın. Burada əsas məqsəd məsafəyə tez çatmaq
deyil, hərəkəti nizam-intizamla düzgün yerinə yetirməkdir». Bundan sonra müəllim işarə, yaxud siqnal
verir, şagirdlər ona tərəf qaçırlar.
Bu oyunda əgər şagirdlər müəllimin işarəsindən əvvəl qaçmışlarsa, yaxud deyilən məsafədə
durmamışlarsa, intizamı pozmuş və məsafə saxlamamışlarsa, hərəkət yenidən təkrar olunur.
Müşahidələrdən aydın olur ki, həmin oyun ilk dəfə keçirilərkən uşaqlar qayda-qanunlara lazımi
səviyyədə riayət edə bilmirlər. Oyunun qaydaları tez-tez pozulur, şagirdlər sürətlə qaçır
və düzgün
düzülmürlər. Bunlar isə tədris prosesində zəruri şərtdir. Odur ki, müəllim şagirdlərə fərdi yanaşmalı,
buraxılmış nöqsanları aradan qaldırmaq üçün onlara kömək göstərməlidir. O, həm də yeri gəldikcə bu
hərəkətlərin məktəbdə və ictimai həyatdakı rolunu (kollektiv şəkildə müəllimə müraciət etməkdə,
yeməkxanada əlverişli hərəkət etməklə, paltar asılan yerlərdə, kino-teatrlarda müvafiq yer seçməkdə və
s.) izah etməlidir.
«Diqqətli olun» oyununu bir çox variantlarda aparmaq olar. Oyun komandalarla da yerinə
yetirilə bilər. Məsələn, «Mənə tərəf addımla marş!» (qaçaraq, tullanaraq), «Yerində addımla marş!»
(qaçaraq, tullanaraq). Belə oyunlar keçirilərkən kiçik məktəbyaşlı uşaqların düzgün qaçmasına,
tullanmasına və qamətini şux tutmasına mühüm əhəmiyyət vermək lazımdır.
Bütün bunlar şagirdlərin