AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
59
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZM PRİNSİPLƏRİ
Memarın 1929–1934-cü illərdəki fəaliyyətinin qısa dövrü konstruk-
tivizmi əhatə edir.
Mikayıl Useynovun layihələşdirdiyi tikililər milli memarlıq üslubu ilə seçi-
lib. O, sonradan Şərq və Qərb memarlıq məktəbinin sintezindən yararlanaraq
əzəmətli yaşayış və ictimai binaların layihələrini hazırlayıb. Onlardan bu gün
Bakının yaraşığı olan Bakı Musiqi Akademiyasının, M.F.Axundov adına Milli
Kitabxananın, Milli Elmlər Akademiyasının binalarını göstərmək olar.
M.Useynov hələ Azərbaycan Politexnik İnstitutunun (hal-hazırda Azərbay-
can Texniki Universiteti) tələbəsi ikən onun konstruktivizm ruhunda yaratdığı
layihələrin bir qismi reallaşmışdır. Bu layihələrdə həndəsi lakonizm, üfüqi və
şaqulu xətlərin kəsişməsi, həcm formalarının və səthlərin, bütöv kütlənin və
şüşəli səthlərin ziddiyyəti vurğulanırdı. İşlək dam örtükləri, yüngül talvarlar,
qalereyalar, artırmalar, günlüklər – isti iqlim üçün daxili həyət kimi vacib ele-
mentlər bütün tikililərin dəyişməz atributu idi. Mikayıl Useynov hələ tələbə
skamyası arxasında əyləşərkən Avropa klassikası onun təxəyyülünü “zəbt et-
mişdi”, o həm də memarlıqda rus klassisizminin irsini ətrafl ı öyrənirdi.
M.Useynovun yenilikçi ənənələr ruhunda əsərlər yaratmaqla yanaşı, onun
yaradıcılıq axtarışları sırf ənənəvi, Azərbaycan milli üslublarına da toxunur-
du. Belə ki, 1924-cü ildə Mikayıl Useynovun Şirvanşahlar sarayı kompleksi-
nin tikinti ölçülərini verməsi mütəxəssislərin arasında sensasiya doğurmuş-
du. Ənənəvi üslubda nümunəvi layihələrdən biri XII əsr Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin məzarı üzərində abidə müsabiqəsində qalib
gələn layihəsidir (1926-cı il). Onun layihələri əsasında Bakıda, Gəncədə, Nax-
çıvanda, respubli ka nın digər şəhər və ra yon larında binalar ti kilib.
Bakı şəhərində M.Useynovun layihələri əsasında inşa edilən bu bina-
ların adlarını söyləyin və onların ümumi cəhətləri haqqında danışın.
Düşünün
və izah edin
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
60
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZM PRİNSİPLƏRİ
Bakı şəhərində M.Useynovun memarı olduğu və heykəltəraş Fuad Əb-
dürrəhmanovla birlikdə layihələndirdiyi bu abidələr kimlərin xatirə-
sinə ucaldılıb?
Nəyə əsasən heykəllərin yaradılmasında memarlar iştirak edir? Fikri-
nizi əsaslandırın.
Düşünün və izah edin
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Məşhur əsərləri
06(19).04.1905–07.10.1992
Bakı, Azərbaycan
Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan
Texniki Universiteti) (1929)
Stalin mükafatı (1939), professor (1939), Azərbaycan
Elmlər Akademiyasının akademiki (1945), Sosialist
Əməyi Qəhrəmanı (1985), Lenin ordeni, SSRİ Nazirlər
Sovetinin mükafatı, Azərbaycan SSR Dövlət mükafatı,
İngiltərə və İrlandiya Kral Asiya Cəmiyyətinin üzvü,
Memarlıq və İncəsənət İnstitutunun direktoru, SSRİ
xalq memarı (1970), Azərbaycan Memarlar İttifaqının
Sədri (1947–1992)
memarlıq;
konstruktivizm
Bayıl qəsəbəsində fabrik-mətbəx (1930, hazırda
N.K.Krup s ka ya adına doğum evi), Tibb institutu tələ-
bələri üçün yataqxana (1934), Azərbaycanın Moskvada
Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Azərbaycan
pavilyonu (1939), Neftçilər prospektindəki yaşayış bina-
sı, Azərbaycan Texniki Universiteti (
memar S.Dadaşovla
birlikdə), 23 nömrəli tam orta məktəb (
memar S.Dadaşov-
la birlikdə), Bakı Metropoliteninin Nərimanov stansiyası
və s.; Bakı şəhərində Səməd Vurğunun heykəli (
heykəltə-
raş F.Əbdürrəhmanovla birlikdə), Nizaminin heykəli (
hey-
kəltəraş F.Əbdürrəhmanov və memar S.Dadaşovla birlik-
də) və s.
Mikayıl Ələsgər oğlu Useynov
Həyat xronologiyası
GÖRKƏMLİ
RƏSSAMLAR
Müdrik f
ikirləri
Milli memarlıq – ilk növbədə milli forma, ənənə deməkdir.
M.Useynovun yaradıcılığının ilk mərhələsi sovet memarlığında kons-
truktivizm dövrü ilə üst-üstə düşürdü. Bakı 1920–1930-cu illərdə Cənu-
bi Qafqazın ən mühüm sənaye və intellektual mərkəzi idi. O zaman hələ
LAYİHƏ
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
61
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZM PRİNSİPLƏRİ
M.Useynov yaradıcılıq baxımından həqiqətən də tükənməz insan idi.
Onun əsaəs irsi – 200-dən artıq layihəsi demək olar ki, gerçəkləşdirilib.
Yaradıcı irsdə ən başlıcası – ənənələrə hörmət və ondan bədii təcəssümlü
formalarda istifadədir.
O, xarakter etibarilə çox yumşaq, qeyri-adi dərəcədə ziyalı insan idi.
Dünya memarlıq irsinin və ən yeni meyillərin bilicisi olan Mikayıl Usey-
novun dünyagörüşü bütün bunlarla yanaşı, öz xalqı və onun bədii mədə-
niyyətindən formalaşmışdı.
Onun yaradıcılığı müasir Azərbaycan memarlığında yeni bir dövr
açmış və bu sənətimizi beynəlxalq miqyasda tanıtmışdır. Mikayıl Usey-
nov milli Azərbaycan memarlığını özünün formalaşan bənzərsiz, nadir
dəst-xətti ilə duyulası dərəcədə zənginləşdirmişdir.
Konstruktivizmin banisi Le Korbuzye sayılır. O, yenilik edərək binanın
konstruktiv hissələrindən fasada gözəllik verən elementlər kimi istifadə
edir. Le Korbuzye yaradıcılığında konstruktivizmın beş prinsipindən isti-
fadə edirdi: sütünlar üzərində dayanan tikili, fasadın sərbəst kompozisiya-
sı, zolaqvari pəncərələr, konstruksiya daxilində sərbəst planlaşdırma, ter-
ras-bağlı düz dam.
Bilirsinizmi?
Müəyyən edin
1.
Müxtəlif mənbələrdən istifadə edərək müasir və keçmiş illərin memar-
lığının xüsusiyyətləri haqqında danışın.
Rəngli karandaşlar, flomasterlər, rəngli qələmlər, akvarel, rəngli kağız,
karton
Sərbəst iş üçün tapşırıqlar
çox gənc olan memar M.Useynov ümumi ruh yüksəkliyindən ilhamlana-
raq memarlığın yeni dilini öyrənməyə cəhd göstərirdi.
M.Useynovun yenilikçi istiqaməti konstruktivist hərəkatın nəzəri
ehkamlarına tabe olmurdu. O, bu üslubda nə isə yeniliyə, bədii axtarış-
lara meylli idi. Konstruktivizm ideoloqları bir zaman bununla mübarizə
aparmağa
cəhd göstərsələr də, uğursuzluğa uğramışdılar.
Memar M.Useynovun əsl yetkin yaradıcılıq dövrü müasir Azərbaycan
memarlığının yaranmasında milli irsin yerinin və rolunun dərk edilməsi
ilə başladı. Memar yaratdığı bir çox tikililərdə Azərbaycan milli memarlıq
elementlərindən başqa, həm də şərq forma və motivlərini tətbiq etmişdir.
Bu tikililər arasında Bakıda ixtisaslaşmış musiqi məktəbinin binasını,
Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azər-
baycan pavilyonunu, Bakı metrosunun “Nizami” stansiyasını və Nizami
adına Milli Azərbaycan Ədəbiyyatı muzeyini nümunə göstərmək olar.
LAYİHƏ