Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə26/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   177
Adil Babayev

DĠLÇĠLĠYĠN SAHƏ VƏ ġÖBƏLƏRĠNĠN 
QARġILIQLI ƏLAQƏSĠ 
Dilçilik bir elm kimi nə qədər inkiĢaf etsə də, öz 
sahələrini nə qədər geniĢləndirsə, öz daxili Ģöbələrini nə 
qədər artırsa da onlar arasında sıx əlaqə daim qalacaqdır. 
Bunun birinci səbəbi həmin sahə və Ģöbələrin obyektinin 
eyniliyidir. Dil səviyyələrini bir-birindən təcrid etmək 
mümkün olmadığı kimi, onları öyrənən Ģöbələri də təcrid 
etmək olmaz. 
Biz yuxanda ümumi dilçiliklə xüsusi dilçiliyin, 


nəzəri dilçiliklə tətbiqi dilçiliyin arasındakı ümumi 
müĢtərək cəhətlərdən qısa da olsa bəhs etdik. Hər bir 
konkret xüsusi dilçilik ümumi dilçiliyin metodları 
əsasında fəaliyyət göstərir və öz nailiyyətləri ilə ümumi 
dilçiliyə daxil olur. Konkret dillər tədqiq edilmədikdə, 
baĢqa sözlə, xüsusi dilçilik inkiĢaf etmədikcə ümumi 
dilçiliyin bir çox problemləri həll edilməmiĢ qalır. Bunu 
dillərin tipoloji və genealoji təsnifınə, bir sıra təriflərin 
hazırlanmasına və s. aid etmək olar. Əslində tətbiqi 
dilçiliyin hər hansı bir sahəsi iĢlənməmiĢ qalırsa, bu bir 
tərəfdən mədəniyyətin inkiĢafına, dikər tərəfdən nəzəri 
dilçiliyin inkiĢafına mənfi təsir edər. Buna görə də nəzəri 
dilçiliyin inkiĢafı çox vaxt tətbiqi dilçilikdən asılı olur. 
Onların hər ikisinin inkiĢafı bir- birinə kömək edir. 
Dilçilik Ģöbələri də bir-biri ilə əlaqədardır. 
Dialektologiya ilə dil tarixinin əlaqəsi göz qabağındadır, 
hər hansı bir dilin tarixən iĢlənib sonralar ədəbi dili tərk 
etmiĢ bir sıra cəhətləri dialektlərdə, canlı Ģivələrdə 
yaĢayır. Buna görə də dialekt və Ģivələr müəyyən 
mənada dilin arxivi, muzeyi rolunu oynayır. Dilin 
struktur elementlərinin bir-biri ilə əlaqəsi fonetikanı 
leksikologiya, morfologiya və sintaksislə əlaqələndirir. 
Foneli- kanı onun qanunlarını bilmədən leksikologiya
semasiologiya haqqında düzgün nəticəyə gəlmək olmaz. 
Çox vaxt hər hansı bir morfem bir fonemdən ibarət 
olur. Dilin morfem tərkibindəki dəyiĢiklik fonetik 
dəyiĢmələrlə də müĢayiət edilir. Bu da özlüyündə 
fonetikanı morfologiya ilə əlaqələndirir. Fonetika 
sintaksislə də əlaqədardır. Məlumdur ki, sintaksisdə dil 
elementləri 
kommunikativ 
səviyyəyə 
yüksəlir. 
Kommunikativ funksiyanın reallaĢması üçün çox vaxt 


fonetik vasitələrdən – intonasiyadan istifadə edilir. Hətta 
fonetik vasitə bəzən qrammatik kateqoriyanı əvəz edir. 
Məs.; Я студент. Bu cümlədə qrammatik forma sıfır 
vəziyyətdə olduğu halda, fonetik intonasiya ona 
predikativlik vermiĢdir. Bundan əlavə, sintaqınm 
formalaĢmasında fonetik ritmin əsas rol oynaması da bu 
iki dilçilik sahəsini sıx əlaqələndirir. 
Morfologiya ilə sintaksisi əlaqələndirən dilin 
qrammatik quruluĢudur, hər bir qrammatik (morfoloji) 
kateqoriya müəyyən sintaktik vəzifə yerinə yetirir. 
Cümlə üzvləri ilə nitq hissələri arasındakı qarĢılıqlı əlaqə 
və münasibət onların yaxınlığına dəlalət edir. Nitq 
hissələrinin ənənəvi bölgü parametrlərindən biri də 
onların sintaktik funksiyasıdır. Yəni əsas nitq hissələri 
cümlə üzvü ola bilir. Köməkçi nitq hissələri isə cümlə 
üzvü ola bilmir. 
Dilçilik Ģöbələri arasındakı qarĢılıqlı əlaqə 
deyilənlərdən daha çoxdur. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə