Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə34/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   177
Adil Babayev

«GƏNC QRAMMATĠKLƏR» MƏKTƏBĠ 
Məktəb cərəyandan nə ilə fərqlənir? Yuxarıda 
cərəyan haqqında danıĢarkən onun əsas xüsusiyyətlərini, 
habelə məktəbdən fərqli cəhətlərini göstərmiĢdik. 
Məktəb daha çox məhəlli və fərdi xarakter daĢıyır. Yəni 
məktəb hər hansı bir elmi konsepsiyanın hansı Ģəhərdə 
və ya kim tərəfindən yaradılması ilə əlaqədar olur və o 
cür do adlanır. Dilçilik məktəbləri daha çox yarandığı 
Ģəhərlərin adı ilə bağlıdır. Bu və ya digər Ģəhərdə yaranıb 
formalaĢmıĢ dilçilik konsepsiyası həmin Ģəhərin adını 
daĢıyan məktəb kimi tarixə daxil olur. Məs. Moskva, 
Qazan, Leypsiq, Paris dilçilik məktəbləri. 
Bundan əlavə, yaradıcısının adı və ya hər hansı 
fərqli cəhətləri ilə adlanan məktəblər də vardır. Buna 
«gənc qrammatiklər» məktəbini misal göstərmək olar. 
«Gənc qrammatiklər» məktəbi yarandığı Ģəhərin adı ilə 
Leypsiq məktəbi kimi də tanınır. Amma dilçilik 
ədəbiyyatında Leypsiqə nisbətən, «gənc qrammatiklər» 
adı daha çox yayılmıĢdır. Bu məktəbin belə adlanması 
onun yaradıcılarına zarafatla verilən addır. Onlar 
müqayisəli-tarixi 
dilçiliyi, 
habelə 
A. 
ġleyxer 
naturalizmini qəbul etmir, özlərindən əvvəl yaranmıĢ 
dilçilik konsepsiyalarını 1860 – 70-ci illərə qədər 
yaranmıĢ olan dilçilik fikirlərini kəskin tənqid edirdilər. 
Bu isə, Ģübhəsiz, yaĢlı nəslin xoĢuna gəlmirdi. «Gənc 
qrammatiklər»in köhnəni rədd edib, yeni müddəalar irəli 
sürməsinə istehza edən yaĢlı dilçilər, xüsusilə görkəmli 
alman dilçisi Fridrix Samke onları zarafatla – 
jungegrammatiker – «gənc qrammataklər» adlandırırdı. 


Bu, gənc dilçiləri hiddətləndirmədi, əksinə onlar öz 
kensepsiyalarına həmin adı verdilər. 
Beləliklə, dilçilik tarixidə yeni məktəblərdən biri, 
«gənc qrammatiklər» məktəbi yarandı. 
«Gənc qrammatiklər» məktəbinin yaradıcıları və 
əsas nümayəndələri aĢağıdakılardır: 
A vqust Leskin
(1840 – 1916), 
Qennan Paul
(1846 
– 1921), 
Bertold De/brük
(1842 – 1922), 
Gennan 
Osthof{
1847 – 1909), 
Kar/ Bruqman (
1849 – 1919) və s. 
«Gənc qrammatiklər» məktəbinin nümayəndələri 
təkcə qrammatika məsələləri ilə deyil, dilçiliyin baĢqa 
sahələri ilə də məĢğul olurdular. Onların dilçilik 
manifesti – yaradıcılıq istiqaməti German Osthofla Karl 
Bnıqmanın 1878-ci ildə nəĢr olunmuĢ «Morfoloji 
tədqiqatlar» adlı əsərində Ģərh edilmiĢdir. Burada onlar 
öz proqramlarını belə Ģərh edirdilər: 
1)
«Gənc 
qrammatiklər» 
ġleyxer 
naturalizmini inkar edir və dili tarixi hadisə hesab 
edirlər. 
2)
«Gənc qrammatiklər» səs dəyiĢmələrində 
ciddi qanunauyğunluq – sarsılmaz, heç bir istisnaya yol 
verməyən qanunlar görürlər... Bir sözlə; səs 
dəyiĢmələrində üç prinsip – səs qanunları, analogiya və 
sözalma mövcuddur. 
3)
«Gənc qrammatiklər» canlı dilləri və 
dialektləri öyrənməyi ön plana çəkirlər. 
Göründüyü kimi, «gənc qrammatiklər» öz 
həmvətənləri Avqust ġleyxerin naturalist nəzəriyyəsini 
inkar etməklə dildəki tədrici – mərhələli inkiĢafı rədd 
edir 
və 
dilin 
ictimai 
mahiyyətini 
düzgün 
qiymətləndirməkdə ondan irəli gedirdilər. 


«Gənc qrammatiklər» canlı dillərin öyrənilməsini 
ön plana çəkməkdə, dili olduğu kimi, qondarma 
elementlərdən kənarda tədqiq etməyi məsləhət 
görməkdə düzgün hərəkət edirdilər. 
«Gənc qrammatiklər» məktəbinin görkəmli 
nümayəndələrindən biri German Pauldur. O, «Dil 
tarixinin prinsipləri» adlı əsərində bir tərəfdən ġleyxerin, 
digər tərəfdən ġteyntalın konsepsiyasına qarĢı çıxır və 
göstərirdi ki, hər hansı fikir insan psixikası ilə bağlıdır. 
Buna görə do o, xalq psixologiyasını rədd edirdi. 
Ə. Ə. Rəcobov. Dilçilik tarixi B. 1987. Səhv. 228 – 229 
115
Q. Paul dillə təfəkkür probleminə toxunaraq, 
düĢünmədən baĢlamıĢ fikrin reallaĢmasına qədər olan 
prosesi iki sferə bölür. Birinci sferdə – Ģüur sferində 
düĢünmə, danıĢma, ikinci sferdə isə Ģüursuz nitq 
fəaliyyəti baĢ verir. Bu məsələdə Q. Paulla 
qeydsiz-Ģərtsiz razılaĢmaq olmaz. Çünki nitq prosesi 
psixi akt kimi insan Ģüuru, təfəkkürü ilə bilavasitə 
əlaqədardır. Dilin ümumi inkiĢaf qanunlarından biri olan 
analoji qanun haqqında da «gənc qrammatiklər»in 
müəyyən fikri olmuĢdur. Onlar söz və səs dəyiĢmələrini 
məhz analogiya ilə izah etmiĢ, yeninin köhnə əsasında 
analogiya zəminində yaranması fikrini irəli sürmüĢlər. 
Bu sahədə görkəmli Amerika dilçisi U. D. Uitninın 
(1827 – 1894) adını da çəkmək olar. O, «gənc 
qrammatiklər»in birinciləri sırasında naturalizmi tənqid 
edib, dilin ictimai mahiyyətindən bəhs etmiĢdi. Əslində 
bu məktəbin – «gənc qrammatiklər» hərəkatının 
fəaliyyətinin dayanmasına da U. Uitni səbəb olmuĢdur. 


«Gənc qrammatiklər» məktəbinin dilçilikdəki 
xidmətlərim aĢağıdakı kimi yekunlaĢdırmaq olar: 
1)
Bu 
hərəkat 
hər 
Ģeydən 
əvvəl, 
müqayisəli-dilçiliyin inkiĢafına təkan verdi. 
2)
Onlar dilin canlı dialekt və Ģivələrinin 
öyrənilməsinə əhəmiyyət verdiklərindən hind – Avropa 
dillərindən çoxlu faktik material topladılar ki, bu da 
onların fonetika və morfologiya sahəsində yeni cığır 
açmasına səbəb oldu. 
3)
Onlar naturalist baxıĢları tənqid edirdilər. 
4)
* «Gənc qrammatiklər» qəti sübut etdi ki, 
hind – Avropa «ana 
dibi primitiv inkiĢaf səviyyəsində olmamıĢdır. 
5)
Dialekt xüsusiyyətləri təkcə leksik 
tərkibdə deyil, morfologiya və sintaksisdə də özünü 
göstərir. 
6)
«Gənc qrammatiklər» rekonstruksiya 
məsələsini dəqiqləĢdirib səslərin və morfemlərin 
rekonstruksiyasını cümlə rekonstruksiyası sərhədləri ilə 
fərqləndirirdilər. Birincini tədqiq edib ikinciyə 
toxunmamıĢdılar. 
7)
«Gənc 
qrammatiklər»in 
canlı 
dil 
materialını toplayıb sistem halında tədqiq etməsi qohum 
dillərin ümumiliyi üzərində apanlan tədqiqat iĢini xeyli 
asanlaĢdırmıĢdı. 
8)
«Gənc qrammatiklər»in dilin fonetik 
səviyyəsindən bəhs edərkən fiziologiya və anatomiya 
məsələlərinə diqqət yetirməsi nəzəri və tətbiqi dilçiliyin 
sonrakı inkiĢafına təkan verdi. 
9)
Analogiya qanununun tətbiqi sonradan 
dilin ümumi inkiĢaf qanunlarının sistemləĢməsinə 


kömək etdi. 
10)
«Gənc qrammatiklər» məktəbi sonradan 
Moskva və Qazan dilçilik məktəbləri kimi elmi 
konsepsiyaların yaranması üçün əsas oldu. 
Moskva 
qrammatika 
məktəbi. 
Leypsiq 
universitetində «gənc qrammatiklər» meydana gəlib 
formalaĢdığı kimi, Moskva universitetində do yeni 
dilçilik konsepsiyası yarandı. Bu, XIX əsrin 70 – 80-ci 
illərində Moskva universitetinin müəllim və alimlərinin 
birgə səyi ilə yaradılan Moskva dilçilik məktəbi idi. Bu 
məktəbin ən görkəmli nümayəndəsi və əsasını qoyan 
görkəmli rus dilçisi Filipp Fyodoroviç Fortunatov (1848 
– 1914) idi. Fortunatov məktəbi «Gənc qrammatiklər»in 
qrammatik mülahizələrini əsas götürsə də, bəzən elmi 
fikirləri ilə ondan ayrılırdı. 
F.F.Fortunatovun qrammatik tədqiqləri indi do öz 
əhəmiyyətini itirməmiĢdir. O, gənc yaĢlarında 
Avropanın, demək olar ki, bütün dilçilik mərkəzlərində 
olmuĢ, alman, fransız və ingilis həmkarlarının elmi 
fikirləri ilə yaxından tanıĢ olmuĢdur. Müəllimi F. Ġ. 
Buslayevin də Fortunatovun elmi təfəkkürünün 
inkiĢafında böyük rolu olmuĢdur. 
Fortunatov özündən əvvəlki alimlərdən fərqli 
olaraq, dil və təfəkkürün əlaqəsindən bəhs edərək onların 
birtərəfli deyil, qarĢılıqlı Ģəkildə əlaqədar olduğunu 
söyləyirdi,
F. Fortunatovun qrammatika haqqında mövqeyi 
bundan ibarət idi ki, müqayisəli-tarixi dilçiliyi hər bir 
dilin konkret tarixi inkiĢafı ilə əlaqədar götürmək 
lazımdır. O, dilin inkiĢaf səviyyəsini cəmiyyətin inkiĢafı 
ilə əlaqələndirirdi. Bundan əlavə, o, müqayisəli-tarixi 


dilçiliyi ümumi dilçiliyin bir sahəsi kimi götürürdü. 
Fortunatov məktəbinin qrammatika məktəbi 
adlanmasının baĢlıca səbəbi bundan ibarətdir ki, o, bütün 
dil faktlarını qrammatika tərkibində funksional 
fəaliyyətlə əlaqələndirirdi. 
Hotta sözü onun qrammatik xüsusiyyəti 
mövqeyindən 
yanaĢaraq, 
«sözlərin 
qrammatik 
qanunları» haqqında təlimin əsasını qoymuĢdu. 
Beləliklə, söz, onun avtosemantik qrupları, morfem- lər, 
onların sözdüzoltmə və sözdoyiĢmo xüsusiyyəti 
haqqında da bəhs edən, sözlərin morfoloji forması 
haqqında öz təliminə əsaslanan F.Fortunatov dillərin 
tipoloji təsnifı haqqında yeni fikirlər irəli sürür. 
Fortunatov özünəqədərki təsnifdən (dörd qrupa bölən) 
fərqli olaraq, dünya dillərini beĢ qrupa bölür. Doğrudur, 
bu beĢ qrup bölgüsünü olduğu kimi qəbul etmək olmaz, 
bununla belə, alimin cəsarətli fikirlərini nəzərə alaraq 
həmin təsnifı verməyi lazım bilirik: 
1)
Aqqlütinativ dillər. Burada əsas və affiks 
dəyiĢməz qalır. Buraya Ural-Altay dilləri daxildir. 
2)
Flektiv-aqqlütinativ dillər. Bu dillərdə 
söz kökü dəyiĢir. Buraya sami dillər daxildir. 
3)
Flektiv 
dillər. Bu dillərdə əsasın 
dəyiĢməsi affiksin dəyiĢməsi ilə əlaqələnir. Buraya hind 
– Avropa dilləri daxildir. 
4)
Kök sözlü dillər. Burada sözlər köklərdən 
ibarətdir. Bu dillərdə affikslə düzələn söz forması 
yoxdur. Bu qrupa Çin, Siam və s. dillər daxildir. 
5)
Polisintetik dillər. Bu dillər sözyaratmada 
aqqlütinativ dillərə mənsubdur. Həmin dillərdən onunla 
fərqlənirlər ki, bu dillərdə söz-cümlə yaradan formalar 


vardır. Buraya Amerika hindularının dilləri daxildir. 
Fortunatov sintaksisin əsas obyekti olaraq söz 
birləĢməsini götürür. Burada o, söz birləĢmələrini 
psixoloji hökmlə əlaqələndirirdi. Bu isə qrammatikanı 
ikinci plana keçirmək demək idi. 
Fortunatov sözlə söz birləĢmələrinin və cümlənin 
sərhədlərini ilk müəyyənləĢdirənlər sırasında gedərək 
sözdəyiĢmə və sözdüzəltmə məsələlərindən də bəhs 
etmiĢdir. 
Fortunatovun sintaksis haqqındakı görüĢlərini 
onun Ģagirdləri A. M. PeĢkovski və A. A. ġaxmatov daha 
da dərinləĢdirmiĢ və bu sahədə öz müəllimlərindən irəli 
getmiĢlər. A. M. PeĢkovski indi də öz əhəmiyyətini 
itirməyən «Rus sintaksisi elmi 
1
izahda» («Русский 
синтаксис в научном освешении») adlı osərində əsas 
diqqəti söz forması ilə söz birləĢməsi forması məsələsinə 
yönəldir, cümlə anlayıĢına isə ikinci dərəcəli əhə- miyət 
verirdi. O, belə hesab edirdi ki, hər bir söz birləĢməsinin 
xarici forması olduğu kimi, daxili qurumu da olmalıdır. 
A. A. ġaxmatov (1864 – 1920) Fortunatov 
məktəbinin ən görkəmli nümayəndələrindən biridir. O, 
rus dilinin tarixinə və müasir vəziyyətinə aid çoxlu 
əsərin müəllifidir. «Rus dilinin sintaksisi» ġaxmatovun 
ən sanballı əsəri hesab edilir. Bu əsərində A. ġaxmatov 
A. PeĢkovskidən fərqli otaraq cümləni ön plana çəkir, 
söz birləĢmələrini ikinci dərəcəli hesab edir. Bu əsərdə 
birinci olaraq cüttərkibli və təktərkibli cümlələrdən bəhs 
edir. Söz birləĢmələrinə də müəyyən qədər yer verir. 
1
Амирова T. А. ОЛЬХОВИКОВ Б. А. Рождественский Ю. В. 
Очерки по истории лингвистики. М. 1975. стр. 450 


Təktərkibli və cüttərkibli cümlələrin hüdudu və 
xüsusiyyətləri haqqında A. ġaxmatovun fikirləri müasir 
rus dilçiliyi üçün də böyük əhəmiyyətə malikdir. 
Qazan dilçilik məktəbi. Qazan dilçilik məktəbi, 
demək olar ki, Moskva qrammatiklər məktəbi ilə eyni 
vaxtda yaranmıĢdır. XIX əsrin 70 – 80-ci illəri «gənc 
qrammatiklər» məktəbinin ən yüksək inkiĢaf mərhələsi 
hesab edilə bilər. Bu məktəbin elmi müddəaları 
Almaniyadan çıxaraq özünə Rusiyada, onun Moskva və 
Qazan kimi inkiĢaf etmiĢ Ģəhərlərində yeni-yeni 
tərəfdarlar tapırdı. Qazan universitetinin müəllimi, 
görkəmli rus dilçisi Ġvan Aleksandroviç Boduen de 
Kurtene (1845 – 1929) yarım əsrdən artıq elmi 
fəaliyyətlə məĢğul olmuĢ və leypsiqli həmkarlarının 
fikirlərini daha da dərinləĢdirmiĢdir. Boduen de Kurtene 
Qazan universitetində dərs dediyi vaxt özünə çoxlu 
tərəfdar, həmfikir tapmıĢdı. Onlardan V. A. 
Boqoroditski, N. V. KruĢevski, S.K.Buliç, A. Ġ. 
Aleksandrov və baĢqalarını göstərmək olar. Bu alimlər 
«gənc qrammatiklər»in elmi ideyaları üzərində öz kon-
sepsiyalarını qursalar da, Qazan dilçilik məktəbi birinci 
növbədə fonoloji tədqiqatlar istiqamətində inkiĢaf edirdi. 
Məhz bu məktəbdə fonem nəzəriyyəsinin əsası 
qoyulmuĢdur. Ġ. A. Boduen de Kurtenenin ümumi 
dilçilik görüĢləri F. de Sössurün dünyagörüĢünün 
formalaĢmasına kömək etdiyi kimi, N. S. Trubetskoyun 
da fonem haqqındakı mülahizələrinin formalaĢmasına 
kömək etmiĢdi. Qazan dilçilik məktəbinin nümayən- 
dələrinin diaxroniya və sinxroniya haqqındakı mövqeləri 
F. de Sössürün mövqeyi ilə uyğun gəlir. 
Boduen de Kurtene müqayisəli-tarixi dilçiliklə 


yanaĢı, dilin strukturunun təsvirinə də böyük diqqət 
verir. Özündən əvvəlki dilçilər kimi Boduen də dilin 
funksional fəaliyyəti məsələsini həm cəmiyyətlə, həm do 
fərdi əlaqədə götürür. Boduen dilin funksional 
fəaliyyətini onun kommunikativ funksiyası ilə, fikrin 
reallaĢması və nəhayət, dil iĢarələrinin reallaĢması 
fikrinə birdən-birə gəlməmiĢdi. O, dili iĢarələr sistemi 
kimi dərk etdikdən sonra bu fikri irəli sürdü. 
Bununla belə, Qazan dilçilik məktəbi, daha çox
fonem məsələsi ilə əlaqədardır. Dilçilik tarixində fonem 
nozəriyyosi- nin banisi Boduen de Kurtene hesab edilir. 
O, fonem nəzəriyyəsi ilə bütun yaradıcılığı boyu məĢğul 
olmuĢdur. O, fonemin linqvistik modelini və onun 
mahiyyətini müəyyən etmiĢdir. 1881-ci ildo Ġ.A.Boduen 
de 
Kurtene 
«Slavyan 
dillərinin 
müqayisəli 
qrammatikasının bəzi bölmələri» adlı əsərini yazır ki, 
fonemi sözun antrofonik xüsusiyyətlərinin ümumiləĢmiĢ 
məbləği, bir dil daxilində korrelyativ əlaqə zamanı 
bölünməyən vahid hesab edir. Elə həmin əsordəcə 
Boduen fonemi «antrofonik xüsusiyyətlərin sadə 
ümumiləĢməsi» kimi izah edir. 
Boduen de Kurtene fonemi aĢağıdakı kimi izah 
edir: 
1)
Bu mürəkkəb vahiddir. 
2)
O – (fonem – 
A. B.)
elementar 
vahidlərdən (xüsusiyyətlərdən) ibarətdir. 
3)
Həmin elementar vahidlərin məcmusu 
(xüsusiyyəti) dildə bölünməz tam kimi fəaliyyət göstərir. 
4)
Sadə elementlərdən ibarət olan fonemlər 
dil sistemində qarĢılıqlı münasibət korrelyasiya kimi 
çıxıĢ edir,


5)
Fonem 
– 
mücərrədlikdir, 
dil 
ümumiləĢməsinin nəticəsidir və s. 
Məlumdur ki, Boduenin fonem haqqındakı fikri 
sabit olmamıĢdır. Boduen yaradıcılığının birinci 
dövründə fonemə morfoloji etimoloji mövqedən 
yanaĢaraq onun yalnız morfem tərkibində yaĢaya 
bilməsini iddia edirdi. 
Lakin XIX osrin 90-cı illərindən baĢlayaraq 
Boduen öz mövqeyini dəyiĢir və artıq ona mücərrəd 
vahid kimi baxır. Bir neçə ildən sonra isə fonemi 
struktur-dil mücərrədi iyinə aid edir. «Fonem» adlı 
məqaləsində alim fonemi «səsin psixi ekvivalenti» hesab 
edir. O, belə deməkdə onu əsas götürürdü ki, səs 
danıĢanın Ģüurunda «akustik fonetik iz» qoyur və fikrini 
belə yekunlaĢdırır: «Fonemlər – bu vahid, dil səslərinin 
keçməyən təsəvvürləridir»
1

Bu fikri Boduen sonralar da bir neçə dəfə təkrar 
etmiĢ və göstərmiĢdir ki, «fonem bizim psixikamızda 
həmiĢə mövcud olan səs təsəvvürüdür». 
F. de Sössür kimi Boduen de Kurtene də özündən 
sonra 
gələn 
alimlərin 
dilçilik 
mövqelərinin 
formalaĢmasına təsir etmiĢdir. Ġlk növbədə Praqa 
funksional dilçilik məktəbinin, onun görkəmli 
nümayəndələri olan V. Mateziusun, N. S. Trubetskoyun 
və R. O. Yakobsonun strukturalist baxıĢlarının 
formalaĢmasında Boduen təlimi böyük rol oynamıĢdır. 
Qazan dilçilik məktəbinin təsiri bütün Avropaya 
1
Hoaveıı ac KypTcnc. «Mjfipaıım.ıc Tpyaw ııo jnı.tKOJiuımııo» M 
l%3 cTp. 351 
121 


yayılmıĢ, PolĢada QulaĢinin, V. DoroĢevskınin dilçilik 
görüĢləri məhz Boduen de Kurtene mövqeyinə əsaslanır. 
Görkəmli rus dilçisi Y. V. Polivanov da bilavasitə 
Boduenin Ģagirdidir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə