Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə36/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   177
Adil Babayev

TÜRKĠYƏDƏ DĠLÇĠLĠK 
Avropa türkoloqlarının xidmətlərini kiçiltmədən 
demək olar ki, türkologiyanın böyük ağırlığı türkdilli 
xalqların öz alimlərinin üzərinə düĢür. YaranmıĢ 
vəziyyətlə əlaqədar olaraq indiyədək Anadolu 
Türkiyəsində yaranan elmi araĢdırmalardan danıĢmaq, 
onları bizim tədqiqlərlə müqayisə etmək, ya tətbiq etmək 
mümkün olmamıĢdır. Bu səbəbdən də Azərbaycan 
auditoriyasında türk dilçiliyi haqqında həddindən artıq 
bəsit məlumat verilirdi. Osmanlı imperiyasından əvvəl 
və onun dövründə Türkiyədə ərəb-fars nüfuzu güclü idi. 
Buna görə də türk dilinin özü geniĢ tətbiq edilmirdi. 
Avropada rasional qrammatikadan 130 il əvvəl 
Berqamalı Kadrin türk dilinin qrammatikasını yazmıĢ, 
lakin əsər 116 il sonra nəĢr edilmiĢdir. Görkəmli türk 
alimi Əbdürrəhman Fevzi 1845-cı ildə türk dilinin 
qrammatikasını tərtib etmiĢdir. 
Türkiyədə də bu dilin tədrisi XIX əsrdon baĢlanır. 
Türk dilinin qanunlarına bələd olanlar onun leksik 
materialını toplamaqla ilk lüğətlərini tərtib edirdilər. 
Türkiyədə əsl elm 1920-ci il aprelin 23-də qələbə çalan 
Atatürk inqilabı ilə baĢlanır. Böyük Millət Məclisinin 
sədri, sonralar (1923 – 1938) prezident olan Mustafa 
Kamal Atatürk vətən elminin baĢqa sahələrində olduğu 
kimi, dilçiliyin inkiĢafına da Ģəxsən qayğı göstərirdi. 


Onun təĢəbbüsü ilə Türkiyədə 1932-ci ildə Türk Dil 
Qurumu yaradıldı. Bu qurumun qarĢısında türk dilinin 
qədim yazılı mənbələrini axtarıb tapmaq, nəĢrə 
hazırlamaq, canlı dialektləri öyrənmək, dilin tarixi və 
müasir qrammatikasını yaratmaq, izahlı və etimoloji 
lüğətlərini hazırlamaq və s. kimi vəzifələr qoyulmuĢdu. 
Bu iĢdə Rəhmətli Aratın, Besim Atalayın, Battal 
Kaymasın, Akah Sirr Ləvəndin və baĢqalarının 
xidmətləri böyükdür. Ġndiyədək türk alimlərinin səyi 
nəticəsində 
M. 
KaĢqarinin, 
Ġbn 
Mühənnanın, 
Hautsimamn lüğətlərini tərcümə vo nəĢr etmiĢlər. Qədim 
abidələrdən «Orxon Yenisey», «Dədə Qorqud», 
«Qutadqu bilik», «Koroğlu» və s. kimi abidələr nəĢr 
edilmiĢ, onların üzərində ədəbiyyatĢünaslıq və linqvistik 
tədqiqlər 
aparılmıĢdır. 
Universitetlərin 
müvafiq 
kafedralarında müntəzəm və ardıcıl tədqiqat iĢləri 
aparılır. Son dövr alimlərindən Təhsin Banuqu oğlu, 
Məcid Mansur oğlu, Orxan ġaiq Gökyay, F. TemirtaĢ, 
Abdulqədir Qaraxan, Məhərrəm Erkin, Zeynəb 
Qorxmaz, Vəcihə HəĢumoğlu, Həsən Eren və b. 
göstərmək olar. Onların səyi nəticəsində Türk Dil 
Qurumu xətti ilə bir neçə elmi konfrans keçirilmiĢ, 
burada türk dillərinin ümumi, aktual problemləri 
müqayisəli Ģəkildə müzakirə edilmiĢdir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə