Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor


XIX ƏSR DĠLÇĠLĠYĠNDƏ ƏSAS CƏRƏYAN



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə33/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   177
Adil Babayev

XIX ƏSR DĠLÇĠLĠYĠNDƏ ƏSAS CƏRƏYAN 
VƏ MƏKTƏBLƏR 
XIX əsrin əvvəllərindən inkiĢaf etməyə baĢlayan 
dilçilik artıq əsrin ortalarında formalaĢmıĢdı. Ġstər 
Rusiyada, istərsə də, Qərbi Avropa ölkələrində dillər 
üzərində müxtəlif mövqelərdən tədqiqat aparılırdı. 
Dilçilik fəlsəfənin təhdindən çıxmıĢ, amma təsirindən 
qurtara bilməmiĢdi. Əslində, müasir dilçilik özü də
Fəlsəfə ilə əlaqəni üzməmiĢdir. Bu, belə də olmalı 
idi. Bir sıra dil məsələləri vardır ki, məhz fəlsəfi 
anlayıĢlar zəminində Ģərh edilə bilər.Dilin fəlsəfəsi bir 
elmi sahə kimi həmiĢə aktual bir mövzudur. Çünki dilin 


ictimai xarakteri, təfəkkürlə əlaqəsi onu fəlsəfə ilo 
həmiĢə əlaqəli Ģəkildə götürməyi tələb edir. Bununla 
belə, dilin struktur elementlərinin tədqiqi bilavasitə 
dilçiliyin daxili mövzusudur. XIX əsrdəki dilçiliyin 
geniĢ, hərtərəfli, dərininə və eninə inkiĢafı da məhz bu 
elmin xarakteri ilə bağlı idi. Buna görə də dilçilikdə 
müxtəlif xarakterli tədqiqatlar geniĢlənir, bir ölkənin 
alimləri baĢqa ölkədəki həmkarlarının elmi axtarıĢları ilə 
daha yaxından maraqlanırlar. Beləliklə, dilçilikdə 
müxtəlif cərəyan və məktəblər meydana gəlir. XIX əsr 
dilçilik cərəyan və məktəbləri içəmsində ən mühümləri 
aĢağıdakılardır: 
Cərəyanlar:naturalizm,psixologizm, strukturalizm, 
sosioloji-dilçilik. 
Məktəblər: Leypsiq(gənc qrammatiklər), Moskva, 
Qazan. 
CƏRƏYANLAR 
Cərəyan elmdə geniĢ yayılmıĢ anlayıĢdır. Elmlərin 
demək olar ki, hamısında, xüsusilə ictimai elmlərdə 
cərəyanlar daha çox diqqəti cəlb edir. Məs. ədəbi 
cərəyan, tənqidi cərəyan və s. Dilçilikdə də müxtəlif 
cərəyanlar həmiĢə mövcud olmuĢdur. Cərəyanla məktəbi 
eyniləĢdirmək olmaz. Cərəyan məktəbə nisbətən daha 
əhatəli, həm də elmi cəhətdən daha sanballı olur. Bu və 
ya digər elini fikir elə güclü aktuallıq kəsb edir ki, 
müxtəlif ölkələrə yayılır (cərəyan sözü da buradandır), 
özünə yeni-yeni tərəfdarlar tapır. Cərəyan müxtəlif ölkə 
alimləri tərəfindən inkiĢaf etdirilərək tam bir 
nəzəriyyəyə çevrilir. 
Naturalizm cərəyanı. Dilçilikdə naturalizm 
cərəyanı görkəmli alman alimi Avqust ġleyxerin adı ilə 


bağlıdırsa da, onun kökləri V.Humboldta, F. Boppa və 
daha əvvəllərə, yəni təbiət elmlərinin dilçiliyə tətbiq 
edildiyi dövrlərə gedib çıxır. Hələ V. Humboltd nitq 
anatomiyası, orqanizm sözlərini də tətbiq etmiĢdi. Dəqiq 
elmlərin, təbiət elmlərinin inkiĢafı və 
106
onların dilçiliyə tətbiqi dilçilikdə yeni – naturalist 
cərəyanının formalaĢmasına kömək etdi. Avqust ġleyxer 
müqayisəli-tarixi dilçiliyin meydana gəlməsində böyük 
rol oynadığı kimi, naturalizmin meydana gəlməsində də 
əsas rol oynamıĢdır. Dilçilikdə naturalizm baxıĢlarının 
mahiyyəti bundan ibarətdir ki, o, təbiət elmlərini, onların 
əsas müddəalarını dilçiliyə aid edir. A. ġleyxer baĢda 
olmaqla bütün naturalistlər dərk edirdilər ki, təbiət 
elmləri ilə ictimai elmləri forqlondirən cəhət bundan 
ibarətdir ki, birincilərə insan iradəsi təsir edə bilmədiyi 
halda, ikincilər insan iradəsindən asılıdır. Yəni təbiət 
elmləri sinfi olmadığı halda, ictimai elmlər sinfidir. 
Sinfilik anlayıĢının əsasında subyektivlik durur. Yəni 
ictimai elmlər subyektivdir. Onlar öz obyektinə 
subyektiv mövqedən yanaĢır. Dilçilik özü subyektiv olsa 
da, dil obyektiv olub öz qanunları əsasında inkiĢaf edir. 
Bəs A. ġleyxeri belə bir fikrə gətirən nə idi ki, dili təbiət 
qanunları ilə izah etsin? Bu, hər Ģeydən əvvəl onunla 
əlaqədar idi ki, A. ġleyxer dilin dil orqanizminin təbii 
yolla, insan iradəsi olmadan yarandığını əsas götürürdü. 
Buna görə də o, dili təbii orqanizm, təbii kütlə hesab 
edərək onu təbiətin doğurduğu baĢqa cəhətlərlə 
eyniləĢdirirdi. Beləliklə, onlar, baĢda ġleyxer olmaqla 
bütün naturalistlər – dili təbii hesab etdikləri kimi, 


dilçiliyi də təbii elmlərdən biri kimi qəbul edirdilər. Bu 
isə özlüyündə dilçiliyi filologiyadan ayırmağa gətirib 
çıxarırdı. A. ġleyxerin ardıcıllarından biri, naturalizmin 
görkəmli 
nümayəndəsi 
Oksford 
Universitetinin 
professoru M. Müller (1823 – 1900) belə hesab edirdi ki, 
filologiya tarixi elm olub tarixi abidələrin dilini 
öyrənməlidir. Dilçiliyə gəldikdə isə, o, təbiət 
elmlərindən biri olub, müqayisəli filologiya kimi dilçilik 
məsələləri ilə məĢğul olmalıdır. 
Bütün 
naturalistlər 
dilçiliklə 
filologiyanı 
fərqləndirib təcrid edir və göstərirdilər ki, bu iki elm 
müəyyən bir sahədə birləĢə bilir. Məs. onlar sintaksisi və 
üslubiyyatı insan iradəsi ilə bağlayıb həm dilçiliyin, həm 
də filologiyanın obyekti hesab edirdilər. Dilçiliyi 
filologiyanın tərkibindən çıxarmaqla naturalistlər 
düzgün hərəgət etmirdilər. Doğrudur, bunlar arasında 
bərabərlik iĢarəsi qoymaq olmaz. Dilçilik ümumi 
filologiyanın tərkib hissəsidir. 
Naturalist dilçiliyin baĢlıca məsələsi dillərin eyni 
kökdən əmələ gəlməsi haqqındakı müddəadır ki, bu 
məsələ sonralar daha da geniĢlənərək dillərin qrammatik 
tipə görə təsnifi və dil əmələ gəlməsi haqqında mərhələli 
inkiĢaf ideyası məhz buna əsaslanır. 
A. ġleyxer 1848 – 1850-ci illərdə yazaraq Bonnda 
nəĢr etdirdiyi bir əsərində dillərin pilləli – mərhələli 
inkiĢafı nəzəriyyəsini əsaslandırırdı. Burada o, həm 
Humboldtun dilləri dörd qrammatik tipə bölməsini, 
habelə dil fəlsəfəsini birləĢdirərək belə bir fikrə gəlir ki. 
dil sadə köklərdən yaranmıĢdır. Bu fikir Avqust 
ġleyxerin A. ġlegelin hələ neçə il əvvəl təklif etdiyi bir 
formula qayıtmasına səbəb oldu. A. ġlegel 1808-çi ildə 


dilləri üç qrupa; təkhecalı, aqqlütinativ (iltisaqi) və
flektiv dillərə bölmüĢdü. Sonralar V. Humboldt bu üç 
qrupa inkorporlaĢan dilləri əlavə etmiĢdi. 
A. ġleyxer müqayisəli-tarixi prinsipini do əsas 
götürür və belə fikrə gəlirdi ki, dillər tarixən 
yaranmıĢdır. Tarixi inkiĢaf yeni dil yaratmamıĢ, 
yaranmıĢ dillər inkiĢaf etmiĢ vo təkmilləĢmiĢdir. 
Bununla da o, təkamül nəzəriyyəsini (ingilis alimi Çariz 
Darvinin nəzəriyyəsidir) dilə Ģamil edir. Buradan belə 
bir nəticəyə gəlir ki, təkhecalı dillər ictimai inkiĢafın 
ilkin mərhələsində olduğu kimi qalmıĢ, inkiĢaf 
etməmiĢdir. Aqqlütinativ dillər amorf, təkhecalı dillər 
əsasında meydana gəlib inkiĢafın müəyyən pilləsinə 
qalxmıĢdır. Flektiv dillər isə guya aqqlütinativ tip 
əsasında inkiĢaf edərək daha irəli getmiĢdir. Yəni flektiv 
dillər inkiĢafın ən yüksək pilləsinə qalxmıĢdır. Bu fikirlə 
qeydsiz-Ģərtsiz razılaĢmaq olmaz. 
Psixoloji cərəyan. Biz hələ Humboldtun dilçilik 
fəaliyyətindən bəhs edərək onun insan dilini xalq ruhu 
ilə bağladığının Ģahidi olmuĢduq. Humboldt dili insan 
psixikası, ruhu, təfəkkürü ilə əlaqələndirir. Humboldtun 
bu fikirləri sonradan geniĢləndirilərək dilçilikdə yeni bir 
cərəyanın – psixolinq- vizmin yaranmasına səbəb oldu. 
Lakin psixoloji cərəyanın nümayəndələri arasında da 
yekdillik yox idi. Belə ki, V. Vundun təklif etdiyi 
psixoloji mövqe B. Delbrük və Q. Paul tərəfindən kəskin 
tənqid edilirdi. 
Psixoloji cərəyanda iki baĢlıca cəhət mövcud idi. 
Birinci dilin mahiyyəti məsələsi, ikinci, dillə təfəkkürün 
münasibəti. Onlar dili Ġnsanın psixi prosesləri ilə 
əlaqələndirdiyi üçün bəzən onu nitqlə eyniləĢdirirdilər. 


Beləliklə, dil təfəkkürlə, məntiq qrammatika ilə 
eyniləĢdirilirdi. Yəni dilin tədqiqinə baĢqa elmləri 
(psixologiyanı) elə cəlb edirdilər ki, dilçilik kənarda 
qalırdı. 
Psixologizm cərəyanı öz əsasını Humboldtdan alsa 
da, aĢağıdakı alimlər tərəfindən inkiĢaf etdirilmiĢdir. 
Heyman ġteyntal (1813 – 1899) görkəmli alman 
dilçisi, «xalqlar psixologiyası» nəzəriyyəsinin banisi, 
habelə dilçilikdə səs təqlidi nəzəriyyəsinin banisi hesab 
edilir. Bu nəzəriyyə dilin mənĢəyi məsələsinə həsr 
edilmiĢdir. 
Vilhelm Vund (1832 – 1920) görkəmli alman 
psixoloqu, fızioloqu və idealist filosofudur. O, 
eksperimental psixologiyanın əsasını qoyanlardan 
biridir. V. Vund psixologiyada iradə məsələsinə çox 
böyük üstünlük verir, psixologiyanı fəlsəfə ilə sıx 
əlaqələndirirdi. Etnopsixologiya sahəsində ilk təcrübə 
aparmıĢ, «xalqlar psixologiyası» problemi ilə yaxından 
məĢğul olmuĢdur. 
Potebnya Aleksandr Afanasyeviç (1835 – 1901) 
Ukrayna və rus filoloq alimi, görkəmli slavyanĢünas 
kimi ümumi dilçilik, dilin bir sıra nəzəri məsələləri, 
habelə fonetika, söz nəzəriyyəsi, morfologiya, sintaksis 
və semasiologiya sahəsində mühüm tədqiqatlar 
aparmıĢdır. Bundan əlavə, slavyan xalqlarının 
morfologiyası, folkloru haqqında sanballı əsərlər 
yaratmıĢdır. Dilçiliyə aid əsərləri bunlardır: «Fikir və 
dil» (1862), «Rus qrammatikasına dair qeydlər» (1874), 
«Rus dili səslərinin tarifinə dair» (1876) və s. 
Bu üç alimi birləĢdirən əsas cəhət ondan ibarətdir 
ki, onların üçü də xalq psixologiyası ilə dili sıx əlaqədə 


götürür və onun fordi psixologiya ilə də əlaqə və 
münasibətdə olduğunu iddia edirdilər. Bununla da 
kifayətlənməyərək onlar təbiət və ruh məsələsini qoyur; 
antropologiya, etnologiya, tarix və təbiətĢünaslıq kimi 
elmləri habelə xalq psixologiyasını təbii xüsusi bir sahə 
kimi dilə tətbiq edirdilər. 
Belə ki, ġteyntal dili psixoloji müĢahidələr obyekti 
hesab edirdi. Müəyyən mənada psixolinqvistlərin 
dediyində 'həqiqət də vardır. Onların göstərdiyi 
sahələrdə bu və ya digər dərəcədə xalq psixologiyasının 
payı vardır. Mifologiyada, folklorda çox, dildə isə az 
dərəcədə xalq psixologiyasının izlərinə rast gəlirik. 
Təkcə bunu demək kifayətdir ki, dildəki aforistik 
ifadələr, frazeoloji birləĢmələr məhz xalq psixologiyası 
əsasında yaranır. 
V. Vundun da dilçilik konsepsiyası, əsasən, 
psixologiya bazasında qurulmuĢdur. Vund insanın 
düĢünmə mexanizmini, psixologiyasını, təfəkkürünü və 
nəhayət, danıĢmasını bir-birinin davamı kimi götürürdü. 
Onun 1900-cü ildə birinci cildini nəĢr etdirdiyi oncildlik 
fundamental əsəri olan «Xalqlar psixologiyası. Dillorin, 
miflərin və ənənələrin inkiĢaf qanunlarının tədqiqi» adlı 
əsəri – dil, mif və psixologiya elmləri, bunların qarĢılıqlı 
əlaqələrinə həsr olunmuĢdur. V. Vund əsərin birinci cil-
dində «əl – hərəkət dili», «ifadəli hərəkətlər», «dilin 
səsləri», «səs dəyiĢmələri», «söz yaradıcılığı» kimi 
mühüm problemlərə toxunur, ikinci cilddə isə «cümlə», 
«mənaların dəyiĢməsi», «dilin mənĢəyi» məsələlərini 
əhatə edir. Vundun dilə psixologiyanı, fəlsəfəni tətbiq 
etmə sahəsindəki konsepsiyası dilçiliyin və psixologiya 
elminin sonrakı inkiĢafına çox güclü təsir göstərmiĢdir: 


Yuxanda dediyimiz kimi, psixoloji cərəyanın 
üçüncü görkəmli nümayəndəsi böyük rus – Ukrayna 
alimi A. A. Potebnya- dır. A.Potebnya alman fəlsəfəsini, 
onun görkəmli nümayəndələri olan Ġ. Kantın, Ġ. Fixtenin, 
Hegelin elmi irsini dərindən mənimsədiyi kimi, V. 
Humboldtun 
və 
H. 
ġteyntalın 
dilçiliyə 
aid 
konsepsiyalarını da dərindən öyrənmiĢdi. A. A. 
Potebnyanın bioqrafları onun yaradıcılığını iki dövrə 
bölürlər. Birinci dövrdə o dilçilikdə psixoloq və 
filosofdur. Yaradıcılığının ikinci dövründə A. A. 
Potebnya daha çox dilçiliklə məĢğul olmuĢ, hind – 
Avropa dnlçiliyi əsasında həm slavyan dillərinin, 
ümumiyyətlə, həm də rus dilinin fonetikası, 
qrammatikası və dialektologiyası üzərində tədqiqat 
aparmıĢ, bütün yaradıcılığı boyu dil və təfəkkürün 
əlaqəsi məsələsi ilə məĢğul olmuĢdur. Dilin təfəkkürə, 
oradan da fikrə münasibəti alimi düĢündürən baĢlıca 
problem olduğu üçün nitq mosələsi özlüyündo ortaya 
çıxır. Humboldt tərəfındən əsası qoyulmuĢ, ġteyntal 
tərəfindən inkiĢaf etdirilon dil və təfəkkür problemi 
Potebnyanı həmiĢə düĢündürmüĢ, bu iki komponent 
əlaqəsi əsasında o, mütləq Ģüur ideyasına gəlib 
çıxmıĢdır. Potebnya mütləq Ģüur ideyasını həm 
ümumxalq, 
həm 
də 
fərdi 
psixologiya 
ilə 
əlaqələndirmiĢdir. Beləliklə, baĢqa psixolinqvistlər kimi, 
Potebnya da dili insan təfəkkürü – Ģüuru, nəhayət, 
psixologiyası ilə əlaqələndirirdi. 
Potebnyanın dilçilik fəaliyyətində ən çox diqqəti 
cəlb edən dördcildlik «Rus qrammatikasına dair 
qeydlərdən» adlı sanballı əsəridir. Bu əsərin birinci cildi 
1874-cü ildə Voronejdə, ikinci cildi yenə həmin ildə 


Xarkovda, üçüncü cildi 1899-cu ildə yenə Xarkovda, 
dördüncü cildi Moskva – Sankt-Peterburqda 1941-ci ildə 
nəĢr edilmiĢdir. Burada o, dil fəlsəfəsini linqvistik todqi- 
qatla birləĢdirir. Rus dilində cümlə quruluĢu, onun 
təĢəkkülü 
və 
təkmilləĢməsi 
prosesi 
üzərində 
müĢahidələrini ümumiləĢdirərək dil və təfəkkürün 
təkamülü haqqında fikirlər söyləyir. O, dilin bütün 
cəhətlərini təfəkkür – fikir – psixologiya ilə 
əlaqələndirir. 
Yuxarıda 
dediyimiz 
kimi, 
dilin 
psixologiya ilə əlaqəsi təfəkkür vasitəsdədir. Lakin dillə 
nitq arasındakı fərqi görməsək, nitqə aid olan psixoloji 
cəhətlərin hamısını dilə do aid edə bilərdik. Psixoloji 
cərəyanın nümayəndələri məhz bu nöqtədə səhvə yol 
verirdilər ki, dili də fərdi psixoloji akt hesab edirdilər, 
halbuki, nitq fərdi-psixoloji akt olub, danıĢanın psixoloji 
durumu ilə əlaqədardır. Fərdi psixoloji durum isə dilə 
təsir edə bilməz. 
Sosioloji cərəyan. Sosioloji dilçiljk cərəyanı da 
birdən-birə deyil, tədricən və özündən əvvəlki dilçilik 
konsepsiyaları üzərində yaranmıĢdır. Dilin sosioloji 
mahiyyətini dərk etmək üçün «gənc qrammatiklər»in, 
habelə psixoloji və naturalist cərəyanların dilçilik 
konsepsiyasını mənimsəmək lazım idi. Yeri gəlmiĢkən 
deyək ki, özündən əvvəlki cərəyanlara nisbətən, müasir 
dilçiliyə ən yaxın olan sosioloji cərəyanın konsepsiyası 
idi. Bu cərəyanın əsas nümayəndələri fransız dilçiləri idi. 
Buna görə də dilçilik ədəbiyyatında bu cərəyan çox vaxt 
Fransa dilçilik məktəbi adlanır. Amma məktəb məhdud, 
cərəyan daha geniĢ anlaytĢ olduğu üçün və sosioloji 
dilçilik konsepsiyasının bütün Avropanı əhatə etdiyi 
üçün bu elmi 


konsepsiya coroyan adlanır. Sosioloji cərəyanın 
banisi XI əsrin görkəmli alimi Ferdinand de Sössürdir. 
Alimin konsep siyasi dilçilik tarixində müqayisəli-tarixi 
dilçilikdən sonra ikinc inqilabdır. Buna görə də alimin 
özü və elmi fəaliyyəti haqqında bir qədər geniĢ danıĢmaq 
lazımdır. 
Ferdinand – Monejen de Sössür (1857 – 1913) 
Ġsveçrədə anadan olmuĢ, Cenevrə Universitetində 
professor iĢləmiĢdir Amma nəslən fransızdır. XVI əsrdə 
Sössürün babası Fransadat Ġsveçrəyo köçmüĢdür. 
Cenevrə Ģəhərində anadan olan Ferdinand Sössür 18 
yaĢında həmin Ģəhərdə Universitetə daxil olur. O 
tələbələr arasında öz elmi fəhmi ilə seçilir. Hətta bir də 
müəllim mühazirə oxuyanda gənc Ferdinand onun 
sözünü kəsərək «bax burada bir lorinqal samit olmalıdır» 
demiĢdi. O vaxt onun sözünə heç kəs əhəmiyyət 
verməmiĢ, tələbə yoldaĢlarından biri, bu sözü qeyd 
etmiĢdi. Üç ilə Cenevrə Universitetini bitirən F. de 
Sössür elə həmin ildə – 1878-ci ildə monumental əsərini 
– «Hind – Avropa dillərində saitlərin ilkin sistemi 
haqqında memuar»ı nəĢr etdirir. Bu əsər özünün tədqiqat 
xarakteri ilə «gənc qrammatiklər»dən fərqlənirdi. Ona 
görə də Berlində onu səmimi qarĢılamırlar. O, bir ildən 
bir qədər artıq Berlində yaĢadıqdan sonra Leypsiq 
Ģəhərinə qayıdır. Universiteti bitirdikdən sonra çox 
intensiv elmi iĢ aparan F. de Sössür cəmi iki il 
müddətində «Sanskrit dilində yiyəlik hal» mövzusunda 
doktorluq dissertasiyası yazır və cəmi 23 yaĢı olarkən 
elmlər doktoru olur. Leypsiq, Berlin elmi mühiti onu o 
qədər razı salmır. Alman hind – Avropaçıları ilə ixtilaflar 
onu burada yaĢamaqdan vaz keçdirir. Elə həmin ildə – 


1880-ci ildə Parisə gedir. Parisdə bir sıra alimlərlə tanıĢ 
olur. Elmi institutlarda müəllimlərin axtarıĢları ilə 
maraqlanır, mühazirələrə qulaq asır, 1891- ci ildə 
Parisdə ali məktəbdə iĢə dəvət edilir. On il bu Ģəhərdə 
iĢləyib öz yaradıcılığım davam etdirir. Bu illər ərzində 
yunan, latın, qot, alman dilləri üzərində həm tədqiqat 
aparır, həm də bu dillərə aid mühazirələr oxuyur. Parisdə 
ona kafedra müdiri vəzifəsi təklif edərək Fransa 
təbəəliyini qəbul etməyi tövsiyə edirlər. O, bu Ģərti qəbul 
etmir, buradan geri qayıdır. Doğma Ģəhəri Cenevrədə 
onu layiqincə qarĢılayıb ona əvvəllər ekstra ordinator, 
sonra isə professor vəzifəsi verirlər. Sössürün parlaq 
istedadı öz inkiĢafı üçün hərtərəfli Ģorait tapır. O, bir çox 
fənlərdən mühazirələr oxumuĢdu. 
Deyilənə görə, 1912-ci ildə Universitetdə 
dilçilikdən mühazirə oxuyan müəllim xəstələnir. Onun 
mühazirəsini kafedra müdiri professor F. de Sössür 
oxumalı olur. Bu vaxtadək F. de Sössür cəmi iki dəfə 
1907 və 1908-ci ildə ümumi dilçilikdən mühazirə 
oxumuĢdu. Onun evində oxuduğu mühazirələrdə cəmi 
12 nəfər iĢtirak edir. Onların içərisində SeĢe və ġarli 
Balli də vardı. Onlar sevimli müəllimlərinin əlində 
qəhvə qarıĢdıra- qarıĢdıra oxuduğu mühazirəni yazmıĢ 
və sonralar müəllimlərinin vəfatından üç il sonra 1916-cı 
ildə alimin 9 mühazirəsi əsasında «Ümumi dilçilik 
kursu»nu nəĢr etdirmiĢlər. Bu əsər nəĢr edildikdə bütün 
dünya dilçiləri sanki yeni aləmlə qarĢılaĢdılar. Bütün 
dünya dilçiliyinə səs salan bu əsər müəllifinə böyük 
Ģöhrət gətirdi. Müasir Avropa və Amerika dilçiliyində 
bir sıra cərəyan və məktəblər öz elmi əsasını məhz 
Sössür təlimindən alır. Sössür təlimində baĢlıca cəhət 


dili iĢarələr sistemi kimi götürməsidir. Bu, yuxarıda 
dediyimiz kimi, dilçilik tarixində ikinci inqilab idi. O, 
iĢarə dedikdə dilin bütün linqvistik mahiyyətə malik olan 
elementlərini nəzərdə tuturdu. O, hesab edirdi ki, dil 
ikitərəfli münasibət olduğu kimi, iĢarə də ikitərəfli 
münasibət yaradır. DanıĢanla dinləyən arasında reallaĢan 
iĢarələr məhz kommunikasiyanın əsasını təĢkil edir. 
Sössür belə hesab edirdi ki, nitq üçün yaramayan bir dil 
iĢarəsi yaĢaya bilməz. Bu fikir alimi belə bir nəticəyə 
gətirirdi ki, nitq dilin yaĢaması üçün əsas Ģərtdir. Buna 
görə də nitqi- – sinxronik planı ön cərkəyə çəkib, 
diaxronik plana ikinci dərəcəli əhəmiyyət verirdi. O, belə 
hesab edir ki, fikirlər yalnız insan təsəvvürləridir. Əgər 
onlar təsəvvürlükdən çıxıb maddiləĢməsə, ünsiyyət 
yarana bilməz. Bu isə həmin fikirlərin iĢarələnməsi ilə 
əlaqədar olub bütün sosioloji cərəyanın əsas 
müddəalarından biridir. Məhz bu mövqedən yanaĢdıqda 
sosioloji cərəyanın ictimai mahiyyətini dərk etmək olar. 
Sosioloji cərəyanın bütün nümayəndələri: Jozef 
Vandriyes, ġarl Balli, Alber SeĢe, Ferdinand Brüno, 
habelə F. de Sössürün baĢqa Ģagirdləri belə hesab 
edirdilər ki, dil kollektivin malı olub, ictimai hadisədir. 
Orada fərdin (habelə onun psixoxloji vəziyyətinin) heç 
bir payı yoxdur. 
Dil spesifik ictimai hadisə olub, cəmiyyətlə bağlı 
olan baĢqa hadisolərdən fərqlənir. 
Bu isə artıq dilin mahiyyətini düzgün mövqedən 
qiymətləndirmək idi. Yeri gəlmiĢkən, bunu da demək 
lazımdır ki, dillə nitqi də ilk dəfə fərqləndirən F. de 
Sössür olmuĢdur. O, dillə nitq arasındakı fərqləri 
göstənmiĢ, bəzən onları təcrid etmiĢdir Dillə nitqi 


fərqləndirməkdə F. de Sössür nə qədər haqlı idisə, onları 
təcrid etməkdə yanılırdı. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə