Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə35/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   177
Adil Babayev

TÜRKOLOGĠYA 
ÜMUMĠ 
DĠLÇĠLĠYĠN 
SAHƏSĠ KĠMĠ 
Ümumi dilçilikdə roman, german, slavyan dilçilik 
sahəsi olduğu kimi, türkologiya sahəsi də vardır. 
Türkologiya geniĢ anlayıĢdır. Belə ki, türk xalqlarının 
tarixi, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, yazısı və 
dili üzərində aparılan bütün tədqiqatlar türkologiyaya 
aiddir. Linqvistik termin olaraq türkologiya türk dilləri 
üzərində aparılan elmi iĢləri əhatə edir. Türkologiyanın 
tarixi haqqında qədim mənbələrdən məlumat almaq çox 
çətindir. Bəlkə də türk dillən üzərində müəyyən 
tədqiqatlar olmuĢ vo türk tayfalarının lüğətləri 
hazırlanmıĢdır. Lakin Ġslam dininin qəbul edilməsi ilə 
əlaqədar olaraq türk xalqlarının hamısının əksər yazılı 
elmi ədəbi abidələri məhv edilmiĢdir. Buna görə də 
türkologiyanın tarixini XI əsrdən Mahmud KaĢqaridən 
baĢlamalı oluruq. Mahmud KaĢqarinin həyatı və 
yaradıcılığı haqqında hələlik elmə dəqiq faktlar məlum 
deyil. Nə rus, nə də Azərbaycan dilçiliyində alimin 
Ģəxsiyyəti və həyatı haqqında dəqiq məlumat verilmir. 
Yaxın və Orta ġərqə məĢhur olan M. KaĢqari rus 
və Avropa dilçiliyində lazımi səviyyədə tədqiq 
edilməmiĢdir. Hamının təsdiq etdiyi bir fikir mövcuddur 
ki, M. KaĢqari Çinin Sinsızyan – Uyğur əyalətində 
KaĢqar çayının kənarında kiçik bir Ģəhərdə 
doğulmuĢdur. Özü türk xalqlarına mənsubdur. Amma 
Qolovin, yuxarıda deyildiyi kimi, onu ərəb hesab 


etmiĢdir. Bu, yanlıĢ fikirdir. Mahmud KaĢqari əsəri 
ərəbcə yazmaqda baĢqa məqsəd izləmiĢdir. Prof. B. V. 
Çobanzado M.KaĢqariyə, onun elmi yaradıcılığına ilk 
dəfə və layiqli qiymət verərək yazırdı: «Abbasi xilafəti 
dövründə xəlifə Əbülqasim Əbdüllah ibn Mühəmməd əl 
Müqtədi ba Əmrüllah zamanında (1075 – 1094) 
Mahmud ibn əl-hüseyn Mahmud əl KaĢqari tərəfindən 
yazılmıĢ «Kitabi divani-lüğət-it-türk» adındakı əsər türk 
dilinin qaidələrini və lüğətini ərəbcə izah edir, müəllif 
kitabının dibaçəsində özünün «türk, türkmən, oğuz, 
çəkiçəkil, yəğmayi, qırğız» lüğətini və qafiyəsini, yəni 
dillərini və ədəbiyyatını bildiyini söyləyir. Buxara və 
NiĢapurda eĢitdiyi belə bir hadisəni qeyd edir: «Türkcə 
öyrəniniz, çünki türklər uzun müddət hökumət 
sürəcəklər. Dövlət günəĢinin türklərin səmasında, türk 
bürcündə doğduğu bir zamanda M.KaĢqari türkcə 
öyrənməyi hər kəsə vacib və lazım bilir»
1

M.KaĢqarinin «Kitabi-divani-lüğət-it-türk» əsəri 
türk dillərinin leksik, qrammatik xüsusiyyətləri haqqında 
ətraflı məlumat verir. Türk dillərindəki ahəng qanunu 
haqqında ilk məlumatı M. KaĢqari vermiĢdir. O, habelə 
türk dillərinin qrammatik-morfoloji tipi haqqında da 
məlumat vermiĢdir. Mahmud KaĢqari Azərbaycanda 
olmamıĢdır. Lakin oğuz dilindən bəhs etdiyi üçün 
dilimizin mühüm xüsusiyyətlərindən danıĢmıĢdı. Bunu 
professor B. Çobanzadə hələ 1924-cü ildə təsdiq edirdi. 
Məlumdur ki, 
'
Чобатале Б. П. Деятельность научного сошла. ПЧК НТ/\ после 
III пленума и проблемы яамка. В сб. «Культура и письменность 
Востока». 1930. книга VI стр. 136



inqilabdan əvvəl bəzi alimlər – ziyalılar türk 
dillorıni qarĢı- qarĢıya qoyur, ya da türk dedikdə bircə 
osmanlı Türkiyəsini nəzərdə tuturdular. Əlbotto, bu elmi 
hazırlığın azlığı vo məsələyə birtərəfli yanaĢmaqdan irəli 
gəlirdi. Bəzi Azərbaycan ziyalıları (məs. Ə. Cavad) türk 
dillərinin bir ana kökdən yaranması ilə türk xalqlarının 
hamısının Anadolu türklərindən törəməsi məsələsini 
qarıĢdırırdılar. Bu məsələ indi də çox böyük əhəmiyyət 
kəsb edir. Əlbəttə, türk xalqlarının ümumiliyi, onların 
vahid bir ailə təĢkil etməsi, ümumi türki dildən ayrılmıĢ 
dillərdə danıĢması heç də bütün türk xalqlarının 
dillərinin Anadolu türkcəsindən törəməsini iddia etməyə 
əsas vermir. Bu gün türk birliyi, türk dillərinin 
yaxınlaĢması vacib olduru Ģəraitdə belə, türk dillərindən 
hər hansı birinin Anadolu türkcosinin Ģivəsi hesab 
edilməsi demək deyil. Bu, əksinə çox zərərli təmayüldür. 
Bu məsələni prof. B. Çobanzadə 1930-cu ildə düzgün 
izah etsə də, alimin fikri siyasi təzyiq altında itib- batırdı. 
Alim yazırdı: «Azərbaycan dili də osmanlı-türk dili 
qədər qədim və müstəqildir. Biz artıq xristian erasının XI 
əsrində Mahmud KaĢqarinin monumental əsəri 
«Kitabi-divani- lüğət-it-türk» əsərində Azərbaycan 
dilinin əsas fonetik və qrammatik xüsusiyyətləri ilə tanıĢ 
oluruq. Məlum olduğu üzrə, Azərabycan dilinin 
oğuz-qıpçaq qrupundan, səlcuq dialektindən ayrılması 
və müstəqilləĢməsi də bu dövrə təsadüf edir»
1

M. KaĢqarinin öz əlyazması bizə gəlib 
çatmamıĢdır. XIII əsrdə Azərbaycan alimi Məhəmməd 
Əssani əsərin üzünü köçülmüĢdür. Əssani nüsxəsini 
1919-cu ildə məĢhur türk alimi kilisli müəllim Rifət çap 


etdirmiĢdir. Bu əsəri Türkiyədə vo Özbəkistanda 
müvafiq dillərə tərcümə edib nəĢr etmiĢlər. 
M. KaĢqaridən Ġbn Mühənnaya qədər türk dilləri 
haqqında nə qədər deyilib, yazılmıĢsa da onlar 
zamanımıza qədər gəlib çatmamıĢdır. Əlseyyid 
Cəmaləddin 
ibn 
Mühənna 
özünün 
məĢhur 
«Kitab-haliyyətül insan və haliyyətül lisan» əsərində 
tiirk, fars vo monqol dilləri haqqında geniĢ məlumat 
verir. Bu əsər rus ĢərqĢünaslarının diqqətini cəlb 
etmiĢdir. 1900-cü ildə Melioranski «Араб филолог о 
турецком языке» adlı kitabında bu əsərdən bəhs 
etmiĢdir. Melioranski bu əsərin cəmi beĢ nüsxəsi 
olduğunu göstərir. Halbuki, Londonda 1240-cı ildə Xəlil 
ibn Məhəmməd əl Qidnusinin əldə elədiyi bir nüsxəni 
«Türkcə ərəbcə lüğətçə» adı ilə Hutsima 1894-cü ildə 
nəĢr etdirmiĢdir. 
Özbək alim və Ģairi ƏliĢir Nəvai də türk dilləri 
haqqında bəhs etmiĢdir. 
Dilçilik tarixindən bəhs edən rus alimlərinin heç 
biri – nə F. M. Berezin, nə T. Amirova, nə baĢqaları 
türkologiyadan bir dilçilik sahəsi kimi bəhs etməmiĢdir. 
«Dilçilik təlimləri tarixi» əsərində F.M.Berezin cəmi 
bircə dəfə M.KaĢqarinin adını ərəb dilçisi kimi çəkir 
(səh. 15). 
Avropada 
və 
Rusiyada 
türk 
xalqlarının 
mədəniyyətinə, dilinə maraq XVIII əsrdən baĢlayaraq 
güclənir
1
. Bu iĢ türk dillərinin faktik materiallarının 
toplanması ilə baĢlanır. Belu alimlərdən Q. Miller, T. 
1
Баскаков H.A. Введение в изучение тюркских языков. М. 
1969. 124 


Stralinberq, V. TatiĢev və s. göstərmək olar. XVIII 
əsrdən – XIX əsrədək türkdilli xalqların leksik 
materialları toplanıb lüğətlər halında nəĢr edilirdi, Bu 
iĢdə əslən alman olub, sonra rus təbəəliyini qəbul etmiĢ 
V. V. Radlovun (1837 – 1918) xidmətlərini xüsusi qeyd 
etmək lazımdır. O, yarım əsrdən artıq bir dövrdə türk 
dillərinin 
leksik 
materiallarını 
toplayıb 
sistemləĢdirməkdən əlavə, türk xalqlarının ədəbiyyatı və 
mədəniyyəti ilə do yaxından maraqlanmıĢdır. Prof. В. V 
Çobanzadə türkologiyada ilk dəfə olaraq V. V. Radlovun 
iĢinə 
yüksək 
qiymət 
vermiĢdir. 
O, 
Avropa 
türkoloqlarının əsərlərini yüksək qiymətləndirərok V. 
Radlovu onlardan fərqləndirir. O, yazırdı: «Bütün bu 
alimlər (türkoloqlar – 
A. B.)
arasında türkiyyət – 
türkoloji elminin əsasını qoyanların birincilərindən olan 
Radlovun adı böyük bir yer tutur. Bu zat 1837-ci ildə 
Berlində anadan olmuĢ, sonra Barnaulda uzun müddət 
yaĢamıĢ, sonra Qazan müsəlman məktəbləri müfəttiĢi, 
1884-çü ildə Peterburqda Asiya muzeyi müdiri, Rusiya 
Elmlər Akademiyası üzvü və s. olmuĢdur. Özünün bir 
çox əsəri içində «Bütün türk ləhcələri, lüğəti təcrübəsi», 
«ġimal türkcəsinin səvtiyyatı», 
«Türklərin xalq ədəbiyyatından nümunələr», 
«Əski türk ləhcəsi haqqında», «Kodeks Kumanikusun 
türkcəyə aid məvadi» və s. baĢlıcalardır... Bu böyük və 
çalıĢqan almanın topladığı geniĢ material yalnız birinci 
elm süzgəçindon keçirilmiĢ olub qalıbi- istifadə bir hala 
gəlmək üçün daha çox iĢləmək və ələnmək istər». 
V. V. Radlovun «Опыт словаря тюркских 
наречий» adlı çoxcildlik lüğəti bir çox qədim və müasir 


türk dillərinin leksik və frazeoloji materialı əsasında 
yazılmıĢ və 1888 – 1911- ci illər arasında nəĢr 
edilmiĢdir. Biitün lüğət səkkiz kitabdan ibarətdir. Dörd 
cildin hər birində iki kitab əhatə olunur. Bu lüğət 
M.KaĢqari lüğətindən sonra ikinci, XIX əsrdə isə yeganə 
müqayisəli lüğətdir. Əsərin «NəĢriyyatdan» hissəsində 
oxuyuruq: «Öz zamanı üçün leksik materialın 
geniĢliyinə və onun ciddi elmiliyinə vo sistemliyinə görə 
Radlov türk leksiko- qrafiyasının ən yüksək nailiyyəti 
idi»
1 2

Əsərdə müəllifin müqəddiməsindən aydın olur ki, 
o, lüğətdə osmanlı, kalmık, qırğız, qara-qırğız (qazax), 
tatar, Azərbaycan və s. türk dillərini müqayisə etmiĢdir. 
Sözlük türkcədir. Ġzah isə rus və almanca verilmiĢdir. Bu 
lüğət indi də öz əhəmiyyətini itirməmiĢdir. 
Leksikoqrafıya sahəsində çalıĢan L.Budaqovun 
«Сравнительный 
словарь 
турецко-татарских 
наречий» adlı lüğəti do XIX əsr rus türkologiyasının 
inkiĢafında mühüm rol oynamıĢdır. XIX əsrdə Rusiyada 
türkologiya geniĢ inkiĢaf edirdi. Türk dillərinə marağın 
artması həmin dillərin qrammatikalarının yaradılmasını 
da Ģərtləndirirdi. M. Kazımbəy, O. Botlinq, B. Doru, O. 
Senkovski, 
A.
Muxalinski və s. kimi alimlər türk 
dillərinin leksikası və qrammatikası üzərində tədqiqat 
aparırdılar. Türkologiyanın inkiĢafına kömək edən 
faktorlardan biri də bütün ġərq dillərinə, o cümlədən türk 
1
В. V. Ço b a n z ad ə. Turk tatar lisaniyyolina mədxəl В 1424. Səh. 
ĠKĠ 
2
P а л л о в В. В. Опыт словаря тюркских наречий С. I la ерб> pr. 
IR4K 


dillərinə Rusiya dövlətinin maraq göstərməsi idi. 
Rusiyanın ġərqdəki siyasəti tələb edirdi ki, bu xalqlarla 
əlaqə yaratmaq üçün göndərilən missionerlər yerli dilləri 
bilsinlər. Rusiyada bu dillərin praktik Ģəkildə 
öyranilməsi iĢinə də məhz bir mövqedən qiymət verilə 
bilər. Rus missionerlərinin «Туземный язык» adlandır-
dıqları türk dillərinin öyrənilməsi onun tədqiqi ilə əlaqəli 
Ģəkildə gedirdi. Türk xalqlarının yaĢadıqları quberniya 
mərkəzlərində – Bakıda. Tiflisdə, DaĢkənddə və s. 
Ģəhərlərdə türk dilləri öyrənilir və səthi də olsa tədqiq 
edilirdi. Rusiyanın böyük Ģəhərlərində – ümumiyyətlə, 
Rusiyada türk dillərinin tədqiqi tarixi haqqında geniĢ 
tədqiqat aparmıĢ A. N. Kononov göstərir ki, türk dilləri 
dörd böyük elmi mərkəzdə tədqiq olunmuĢdu: «Qazan 
universiteti (X. Fren, Ġ. Xəlfin, M. Kazımbəy. N. 
Berezin, M. Mahmudov, N. Katanov, S. Malov və s.); 
Moskva universiteti (A. Boldırov, F. Fortunatov, F. 
KorĢ, V. Miller və s.); Peterburq (Petroqrad) universiteti 
(Mirzə Cəfər TopçubaĢov, sonralar M Kazımbəy. L. 
Budaqov, O. Sepkovski, M. Osmanov, P. Mclioraııski, 
A. Samoyloviç və s.); Lazarcv adına ġərq Dilləri 
Ġnstitutu (L. Lazarev, S. Sokov, V.Miller, F. KorĢ, A. 
Krımski, V. Qordlevski, M. Qaffarov və s.)
1

Rus alimləri qədim türk yazılı abidələrinin 
oxunması, tədqiqi, tərcüməsi və nəĢri iĢində də çox əmək 
sərf etmiĢ, türk xalqlarının alimləri ilə yanaĢı iĢləyərək 
bu dil ailəsinin tədqiqi və tədrisi ilə məĢğul olmuĢlar. A. 
Samoyloviç, N. AĢmarin, N. Baskakov, A. Kononov, A. 
1
Кононов А. Н. История изучения тюркских языков в России. 
Л. 1972. с. 115. 


Borovkov, A. Qordlevski, Ġ. MeĢĢaninov, N. Dırenkova, 
A. Koklyanova və onlarla baĢqası həm türkdilli kadrların 
hazırlanmasında, həm də türk dillərinin tədqiqi iĢində 
ciddi çalıĢmıĢlar. 
Türkologiyanın inkiĢafında əsas rolu türk 
xalqlarının öz alimləri oynamıĢlar. Azərbaycan – B. 
Çobaıızadə, onun tələbələri M. ġirəliyev, Ə. 
Dəmirçizadə, M. Hüseynzadə, digər respublikalarda – 
P.Əzimov, F. Abdullayev, C. Kenisbayev, ġ. Sarıbaycv, 
A. Annaurov, Ə. TeniĢev, C.Amansarıyev, Ə. Nəcib və 
onlarla baĢqaları türk dilləri üzərində səmərəli tədqiqat 
aparmıĢlar. 
Rusiyada türkologiya bir xətt boyunca inkiĢaf 
etməmiĢdir. PərəstiĢ dövründə türkizmə qarĢı sanki 
müharibə elan edilmiĢdi. 
Belə ki, uzun müddət Ural-Altay nəzəriyyəsi 
qadağan edilmiĢ, türk dillərinin qohumluğundan 
danıĢanlara pantürkist damğası vurulmuĢdu. Siyasət 
elmə üstün gəldiyi bir halda bu elmin əsl mənada inkiĢaf 
etməsi çox çətin idi. Hətta türk dillərinin eyni mənĢədən 
olmasını iddia edənlər xalqın (hansı xalqın?) düĢməm ; 
hesab 
edilərək 
məhv 
edimiĢlər. 
Bu, 
türk 
respublikalarında, xüsusən, Azərbaycanda öz faciəli 
nəticələrini vermiĢdi, B. Çobanzadə, V. Xuluflu, 
Q.Bağırov və baĢqa dilçi alimləri misal göstərmək olar. 
TÜRK DĠLLƏRĠNĠN XARĠCĠ ÖLKƏLƏRDƏ 
TƏDQĠQĠ 
Türk dillərinə maraq ilk növbədə türk xalqlarına 
olan maraqdan doğur. Türk xalqlarının zəngin tarixi, 
qədim və inkiĢaf etmiĢ ədəbiyyatı, asan öyrənilə bilən 
dili Avıopa alimlərinin- türkoloqlarının diqqətini cəlb 


edirdi. XIX əsrdə bıı iĢ sistem Ģəklində həyata 
keçirilməyə baĢlandı. Almaniyada bütün elm sahələri ilə 
yanaĢı, türkologiya da yaranıb inkiĢaf edirdi. 
Almaniyada türkologiyanın inkiĢafı təsadüfi 
deyildi. Çünki bu əsrdə dilçiliyin və fəlsəfənin inkiĢafı 
butün dünyada birinci yerdə idi. 
[ V. Banq, K. Brokelman, K. Foy. Q. BerqĢtresser, 
T. Veyl və baĢqaları türk dillərinə böyük maraq 
göstərirdilər. Almaniyada türk dillərinin tədqiqi Berlində 
Humboldı 
adına Universitetdə, habelə Leypsiq 
Universitetində aparılır. K.Həzayi, P. Tisma, Ġ. Vamke, 
Meyer, X. ġteyn və baĢqalarının türkologiya sahəsindəki 
təqdirəlayiq xidmətləri vardır. PolĢada da türkologiyaya 
maraq çoxdan baĢlamıĢdır. PolĢada türkologiyadan bəhs 
edərkən ilk növbədə məĢhur alim A. Zayon- çkovski 
haqqında danıĢmaq lazımdır. Bu alim uzun illər türk 
dillərinin yazılı abidələri üzərində tədqiqat aparmıĢ və 
hətta dilçiliyə «türki dil» terminini gətirmiĢdir. Prof. F. 
R. Zeynalov alimin xidmətlərindən danıĢaraq yazır: «O, 
qədim türk dilləri, abidələri ilə yanaĢı, müasir dillərlə də 
məĢğul olur, leksiko- qrafıya sahəsində də fəaliyyət 
göstərirdi. Onun on sanballı əsəri qədim Xəzər dilinə 
həsr olunmuĢdur (1949). Sonralar o, Cəmaləddin-ət 
Türkinin tərtib etdiyi «Kitabu bulqan almuĢtaq 
fil-luğət-it-türk Vəl-qifçak» adlı ərəb-qıpçaq lüğətini 
tərcümə və Ģərh edərək nəĢr etmiĢdir (1954 – 1958). 
A.Zayonçkovskinin son illərdə hazırladığı ən görkəmli 
əsəri Qütbün «Xosrov vo ġirin» poemasıdır (1958 – 
1961)». 
A. Zayonçkəvskidən baĢqa, L. Levitski, A. 
Dubinski və baĢqaları da türk dillərinə daxil olan türk, 


tatar, karaim, yakut, çuvaĢ və s. dillər üzərində tədqiqat 
aparmıĢlar. 
Demək lazımdır ki, 1970-ci ildə A. Zayonçkovski 
vəfat etdikdən sonra onun yaratmıĢ olduğu türkologiya 
məktəbi zəifləmiĢ. ġərqĢünaslıq Ġnstitutu bağlanmıĢdır. 
Macarıstanda 
türkologiyanın 
inkiĢafı 
qeyri-Avropa ölgə- lorino nisbətən daha baĢqa Ģərtlərlə 
bağlıdır. Əgər almanlar, çexlər, rumınlar və b. xalqlar 
türk dilləri ilə XIX əsrdən maraqlanırdısa, macarların 
türkdilli hunlarla əlaqəsi 1500 ildən artıq bir dövrü əhatə 
edir. Türkdilli xalqlar Macarıstan ərazisinə köçdükdən 
sonra macar-türk dilləri əlaqəsi daha da gücləndi. 
Tarixdən məlumdur ki, XV əsrdə Macarıstan Osmanlı 
imperiyası tərəfindən iĢğal edilmiĢ, burada türk nüfuzu 
geniĢlənmiĢdir. Əvvəllər Macarıstanda türk dillərinin 
leksik materialı toplanıb lüğətlər tərtib edilirdisə, XIX 
əsrdə Avropada yaranan dilçilik məktəblərinin təsiri ilə 
burada da əsl türkoloji tədqiqlər baĢlanır. A.Vamberi, Ġ. 
KunoĢ kimi alimlər türk, tatar, çuvaĢ, baĢqırd vo s. dilləri 
tədqiq edirlər. XX əsrin əvvəllərində Z.Tombots türk 
dilləri üzərində aparılan araĢdırmalara rəhbərlik edirdisə, 
əsrimizin ortalarında bu iĢə D. Y. Nemet baĢçılıq etdi. O, 
PeĢte universitetində qədim və müasir türk dillərinin 
fonetikası, leksika vo qrammatikası üzərində geniĢ 
tədqiqat aparır və türk dillərini müqayisəli Ģəkildə tədris 
edirdi. D. Nemet Azərbaycan dilçiliyinin görkəmli 
nümayəndələrindən biri B. V. Çobanzadənin də elmi 
rəhbəri olmuĢdur. 
Müasir dövrdə iki elmi mərkəzdə – Macarıstan 
EA-da və BudapeĢt Universitetində türk dilləri tədqiq 
edilir. 


Görkəmli macar türkoloqları içərisində D. 
Nemetin, C. Kakukun, T. Halasi-Kunun, A. Rona-TaĢın 
vo b. adlarını çəkmək olar. XIX – XX əsrlərdə 
Rumıniyada, 
Bolqarıstanda, 
Yuqoslaviyada, 
Çexo-Slovakiyada və s. Avropa ölkələrində türk dilləri 
tədqiq edilməyə baĢlamıĢ, indi də davam etməkdədir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə