Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə32/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   177
Adil Babayev

A. 
B.)
təkcə insanların cəmiyyətdə xarici ünsiyyət vasitəsi 
deyil, insanların təbiətinin əsasında dayanır, onların 
mənəvi qüvvələrinin inkiĢafı, dünyagörüĢünün əmələ 
gəlməsi üçün zəruridir.» Əgər hər bir dili təĢəbbüs, 
dillərin məcmusunu bu təĢəbbüslərin cəmi kimi 
qiymətləndirsək ki, onlar göstərilən ehtiyacı ödəməyə 
xidmət edir, onda demək olar ki, dil bəĢəriyyətin yaradıcı 
qüvvəsi kimi o vaxta qədər yaĢayacaq ki, bəĢəriyyət 


həmin tələbləri (ünsiyyət nəzərdə tutulur – 
A. B.) 
ödəmək üçün daha mükəmməl vasitə yarada bilsin... Dil 
elə hadisələrdəndir ki, o hadisələr ümumbəĢəri mənəvi 
qüvvəni daimi fəaliyyətə sövq edir... Bu sövqetməni 
izləmək və təsvir etmək dilçinin son, habelə birinci 
dərəcəli vəzifəsidir. 
Göründüyü kimi, Humboldt dilin xarakterini 
düzgün müəyyənləĢdirməklə yanaĢı, dilçilərin də 
vəzifələrini düzgün müəyyən ləĢdirm iĢdir.
V. Humboldt dil və təfəkkür, dil və tarix, dil və 
metod, dil və fəlsəfə, dil və onun quruluĢu, dil və yazı, 
dil və sistem və s. kimi problemləri indiki mənada 
qoymuĢdur. Dil vo nitq məsələsini V.Humboldt anlama 
prosesi ilə əlaqədar götürür. O, anlamanı da dil fəaliyyəti 
kimi götürməkdə düzgün hərəkət 
1
edir. Axı məlum olduğu üzrə, dilin kommunikativ 
funksiyası məhz danıĢmaqla anlamanın vəhdəti zamanı 
reallaĢa bilir. O, belə hesab edir ki, nitq prosesi sadəcə 
olaraq düĢündüyün fikrin ifadəsindən ibarət deyil. 
DanıĢanla birlikdə dinləyən də həmin fikir ətrafında 
düĢünə bilməlidir. Əgər danıĢanın dediyi ilə eĢidənin 
anladığı eyni deyilsə, deməli dilin funksiyası 
I (Humboldta görə danıĢanın cəhdi) reallaĢa 
bilməmiĢdir. 
XIX əsr alimləri içərisində yalnız V. Humboldt dil 
və təfəkkür prosesinə düzgün mövqedən yanaĢır. Onları 
eyniləĢdirmədiyi kimi, təcrid də etmir, göstərir ki, dil vo 
təfəkkür «bir- birindən qidalanır».Onların hər ikisi insan 
1
Амирова T. Л. Ольховиков Б., Рождественский 10. «Очерки по 
истории языкознания». М. 1975. стр. 330. 102 


zəkasının inkiĢafına kömək edir. Bu məsələ müasir 
dilçilikdə dil funksiyalarını müəyyənləĢdirmək üçün
əsas elmi özül rolunu oynamıĢdır. 
Dilin idrakı funksiyası məhz obyektiv gerçəkliyini dərk 
edilməsində dilin roluna aiddir. Dilin təfəkkürlə 
əlaqəsini düzgün qiymətləndirmək Humboldta əsas 
vermiĢdir ki, dilin hazır model olmadığını söyləsin. O 
göstərir ki, dil insane təfəkküründə hazır model
kimi mövcud deyil. O, insan fikirləri ilə birlikdə 
dəyiĢir. Bu dəyiĢmə dil strukturunda olduğu kimi, nitqlə 
do ifadə edilir. 
Dilçiliyin, XIX əsr səviyyəsinə görə elə bir sahəsi 
yoxdur ki, V. Humboldt o sahədə tədqiqat aparmamıĢ 
olsun. Dilin fəlsəfi problemlərindən tutmuĢ daxili 
formalaĢmasınadək, 
danıĢıq 
səslərindən 
tutmuĢ 
yazıyadək, nitq anatomiyasından tutmuĢ dilin sintaktik 
quruluĢunadək Humboldtun diqqətini cəlb etmiĢ və 
müəyyən mənada, həmin sahələrdə əsaslı tədqiqat 
aparmıĢdır. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə