Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə27/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   177
Adil Babayev

II FƏSĠL 
DĠLÇĠLĠK ELMĠNĠN 
YARANMASI VƏ ĠNKĠġAFI 
Bütün elmlər kimi, dilçiliyin də tarixini öyrənmək 
həmin elmin qarĢısında duran mühüm vəzifələrdən 
biridir: Elmin tarixini öyrənmək onun bu günü və 
gələcəyi üçün çox zəruridir. Bu haqda F. M. Berezin 
yazır ki, «Dil haqqında elmin tarixim öyrənməyin böyük 
tərbiyəvi 
və 
idraki 
əhəmiyyəti 
var. 
Xalqtn 
mədəniyyətinin yaranması onun ifadəçisi olan dilin 
yaranması ilə əlaqədardır. Buna görə də mədəniyyətin 
dərk edilməsi, hər Ģeydən əvvəl, dilin dərk edilməsi ilə 
əlaqədardır»'. Bu fikir doğrudur. Çünki hər bir elmin 


baĢlanğıcı, yaranması üçün o sahədə elmi idrak 
yaranmalıdır. Bu isə dilin yaranması və təməlli Ģəkildə 
inkiĢaf etməsi ilə əlaqədardır. Yəni dilsiz elm yarana 
bilməz. Bir halda ki, belədir, belə bir məntiqi nəticəyə 
gəlmək olar ki, insanlar baĢqa sahələrdən daha tez elə 
dilin özü haqqında düĢünməyə baĢlamalı idilər. 
Doğrudan da, dilçiliyin məhz hansı əsrin hansı rübündə 
yarandığını demək çətindir. Çünki bu elm birdən-birə 
yaranmamıĢ, uzun təkamül dövrü keçirmiĢdir. Ġnsanlar 
dil haqqında düĢünməyə baĢladığı vaxtdan da dilçilik 
yaranmıĢdır. Prof. B. V. Çobanzadənin bu barədəki fikri 
maraqlıdır: «Ġnsanlar çox qədim vaxtlardan bəri dil və 
onun mənĢəyi haqqında düĢünməyə baĢladılar. Dillərin 
müxtəlifliyi, qaib olması, unudulması haqqında ibtidai 
mədəniyyətə malik olan insanların bir qrup məsələlər 
törətdiyini onların bizə qədər qalmıĢ, yazılmıĢ 
əsərlərindən, abidələrindən öyrənirik. Gərək Bibliyan 
(Babil – 
A. B.)
qələsi ətrafında dillərin tanrı tərəfindən 
bir afət, lüğət əsəri olmaq üzrə dillərin qarıĢdığına dair 
hekayə, gərəksə Quranda və ona təfsir yazan dil 
üləmasının ifadə etdiyi vəchlə Adəm peyğəmbərə Allah 
tərəfindən hər Ģeyin ismi öyrədildiyi haqqındakı iddiaları 
dilçilik elminin birinci nəzəriyyələri kimi qəbul etmək 
lazım gəlir»
2
. Deməli, dil, onun mahiyyəti, insan 
həyatında rolu,
1
Березин 
Ф. 
M. «История лингвистических 
учений». M. 1975 стр., 3. * В. V. Çobanzadə. 
«Türk-tatar lisaniyyətinə mədxəl». В. 1924 soh. 133. 
mənĢəyi və s. kimi fəlsəfi məsələlər dilçiliyin ilkin 
nəzəri problemləri olmuĢdur. Bu mənada demək olar ki, 
dilin fəlsəfi problemləri (fəlsəfi dilçilik) daha qədimdən 


yaranmıĢdır. Bu haqda dünya dilçiliyində heç bir fikir 
ayrılığı yoxdur. Amma dilçilik tarixinin dövrləĢməsində 
mübahisələr, vardır. Məs., belə fikir də vardır ki, dilçilik 
əsl yazılı dillərin tədqiqi ilə baĢlanır. Məlumdur ki, 
dilçilik o vaxt baĢlanır ki, artıq inkiĢaf etmiĢ yazılı ənənə 
yaranmıĢ olsun. O vaxt ki, nisbi inkiĢaf etmiĢ yazılı dil 
mövcud olsun. O vaxt ki, yazılı mətnlərin izahına tələbat 
olsun. Yazılı mətnlə Ģifahi nitq arasındakı əlaqə 
formalaĢmıĢ olsun. 
DĠLÇĠLĠYĠN DÖVRLƏġMƏSĠ MƏSƏLƏSĠ 
Dilçilik tarixinin dövrləĢməsi o qədər də ciddi elmi 
əhəmiyyətə malik deyil. Belə ki, müxtəlif mərhələlərə 
bölmə nə dilçiliyə dair yazılmıĢ əsərlərin əhəmiyyətini 
azaldır, nə do dilçilik tarixinin bu və ya digər dövrünü 
inkar edir. Amma dil haqqında elmin tarixini 
çoxmərhələli təsvir etmək fənnin öyrənilməsini 
çətinləĢdirir. Onlardan bif neçəsinə diqqət yetirək. Prof. 
A. M. Qurbanov «Ümumi dilçilik» əsərində bu elmin 
tarixini üç dövrə bölür. Həmin əsərdə oxuyuruq: «Bizcə, 
dilçilik elminin bu günə qədərki olan inkiĢafını üç 
mərhələyə bölmək olar: 
Birinci mərhələ – eramızdan əvvəlki zamanlardan 
baĢlamıĢ XVI əsrə qədər; bu mərhələdə dilə dair 
müxtəlif mülahizələr, dil hadisələri haqqında fikirlər 
meydana çıxmıĢ, dilçilik təĢəkkül tapmıĢdır. 
Ġkinci mərhələ – XVI – XIX əsrləri əhatə edir; bu 
mərhələdə dilçilik tədqiqatları çoxalmıĢ, dilçilik 
ümumfəlsəfı tədqiqatların tərkibindən ayrılıb xüsusi 
bilik sahəsi kimi müstəqilləĢmiĢdir. 
Üçüncü dövr – XX əsrin I rübündən indiki zamana 
qədərki dövrü əhatə edir; bu mərhələ elmin Ģaxələnməsi, 


yeni-yeni metodların iĢlənilməsi və seçilməsi ilə 
fərqlənir. Dilçiliyin 
göstərilən bu əsas mərhələlərinin bəzi pillələri də 
mövcuddur»
1

V. Ġ. Koduxov yazır: Dilçilik tarixinin dövrləĢməsi 
hər Ģeydən əvvəl beĢ əsas mərhələni nəzərdə tutur: 
1)
Qədim dövr filologiyasından XVIII əsr 
dilçiliyinə qədər. 
2)
Müqayisəli-tarixi dilçiliyin və dil 
fəlsəfəsinin yaranması (XVIII əsrin sonu – XIX əsrin 
əvvəli). 
3)
Məntiqi və psixoloji dilçilik (XIX əsrin 
ortaları). 
4)
Yeni qrammatizm vo sosial dilçilik (XIX 
əsrin sonuncu qərinəsi – XX əsrin əvvəli). 
5)
Müasir dilçilik və strukturalizm (XX 
osrin 30 – 60-cı illəri)
1 2 3 4

T. A. Amirova, B. A. Olxovikov, Y. V. 
Rojdestvenski dilçilik tarixini altı mərhələyə bölür. Prof. 
Ə. Ə. Rəcəbov da bu altı mərhələni qəbul edir.
5
Prof. N. 
N. Məmmədov dilçilik tarixini iki dövrə bölür: ta qədim 
zamanlardan baĢlamıĢ XIX əsrə qədər, XIX əsrdən 
baĢlamıĢ 
zəmanəmizə 
qədər. 
Bizcə 
dilçiliyin 
dövrləĢməsindəki bu müxtəliflik müxtəlif dövrlərdəki 
əsərlərə olan münasibətdən yaranır. Əgər qəbul etsək ki, 
1
A. M. Qurbanov. «Ümumi dilçilik». B. 1977. səh. 16 – 17 
1
К о л у xo в В. И. Общее языкознание. M.. 1974. стр. 5. 
‟ Ə. Ə. R o c o b o v. Dilçilik tarixi. B. 1988. seh. 11. 
4
N. Mommodov. Dilçiliyin əsasları. B. 1961. soh. 134. 
5
Г о л o u и н В. H. Введение в языкознание. M. 1973., стр. 294. 


XIX əsr bütün elmlərin inkiĢaf əsri, bir sıra sahələrdə 
böyük kəĢflər əsridir, onda dilçiliyin məhz XIX əsrdə bir 
elm kimi formalaĢdığını qəbul etmək olar. Prof. B. N. 
Qələvinin fikri ilə razılaĢmaq olar ki, «XIX əsrin 
əvvəlləri 
dilçiliyin 
inkiĢaf 
sərhəddidir. 
Bu, 
müqayisəli-tarixi dilçiliyin yaranması dövrüdür ki, onun 
adı uzun müddət bütövlükdə elmin adı olmuĢdur»
5

Müqayisəli-tarixi dilçiliyin yaranması bu elmin 
inkiĢafında birinci inqilabdır. Buna görə də N. 
Məmmədovun, Y. V. Loyanın fikri daha sadə, daha 
inandırıcıdır ki, ta qədim zamanlardan XIX əsrə, Yəni 
müqayisəli-tarixi dilçiliyin yaranmasına qədərki – Yəni 
əsl elm formalaĢana qədərki, bir də ondan sonrakı elmi 
dilçilik.
Yuxanda dediyimiz kimi, insanlar dil və onun 
müxtəlif problemləri haqqında düĢünməyə və hətta bəsit 
nəticələr çıxarmağa baĢladıqları dövrdən dilçilik 
yaranmıĢdır. Lakin bunu əsl dilçiliyin baĢlanması hesab 
etmək olmaz. Belə ki, baĢqa ictimai elm sahələrində 
(poetika, məntiq, fəlsəfə) olduğu kimi, dil haqqında da 
yunan alimləri düĢünmüĢ və dilin fəlsəfəsinə diqqəti cəlb 
etmiĢlər. Lakin onların bu baxıĢları ardıcıl və sistemli 
olmadığı üçün rəsmi dilçiliyin tarixini qədim Çindən 
baĢlayırlar. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə