77
Azərbaycanın müasir ədəbi həyatında da elitar ədəbiyyat nümunələrinə rast gəlmək olur. Xüsusilə 70-80-
cı illərin nəsrində «zaman və insan» problemini əhatə edən bədii-estetik konsepsiya üzərində çalışan Ə.Əylisli,
M.Suleymanlı, R.Rövşən, S.Əhmədov kimi yazıçı–nasirlərin zamanı qabaqlayan əsərlərini
nümunə göstərmək
olar. Əkrəm Əylislinin yaradıcılığında reallıq və xəyalın, xülyanın çox gözəl şəkildə birləşdirilməsi, Mövlud
Suleymanlının əsərlərində əfsanəvilik üslubu, Sabir Əhmədovun romanlarında ətraf aləminin modelləri
kontekstində «insan-zaman», cəmiyyət və şəxsiyyət problemləri öz unikal həllini tapır.
Elitar mədəniyyətin bir təzahürü kimi modernizm heç zaman geniş popyularlığa can atmayıb. Təbiəti
etibarilə onun estetikası, ruhu heç vaxt kütləvi, hamı üçün anlaşılan ola bilməz. Modernizmin məhsuldarılığı
onun yeni nə isə yaratması ilə deyil, incəsənətin daxili narahatlığının təzahürü ilə izah edilir.
Beləliklə, modernist yaradıcılığın əsas qayəsini məkan və zaman,
insan və kosmosun vəhdəti, arxaik və
arxitipik, rahatlıq və narahatlıq, təcəssüm və hərəkət, maddi və qeyri-maddinin bir-birilə əlaqəsinin təzahürü
təşkil edir. Bu isə, elitar mədəniyyəti təcəssüm etdirən əsas amillərdir.
1983-cü ildə nəşr olunan fəlsəfə üzrə ensiklopediya lüğətində kütləvi mədəniyyət haqqında belə qeyd
olunmuşdu: «XX əsrin ortalarından başlayaraq burjua mədəniyyətinin vəziyyətini kütləvi mədəniyyət özündə
əks etdirir». Bu kiçik ifadədən aydın
görünür ki, kommunist ruhlu ideoloqlar kütləvi mədəniyyətin ictimai-
siyasi, tarixi mənşəyinin əsil qiymətini və ya həqiqiliyinin düzgün təhlilindən yan qaçıblar. Kütləvi cəmiyyət
haqqında konsepsiya və nəzəriyyələrin işıqlandırılması prosesində bu problemin tədqiqinin hələ qədim
filosofların diqqət mərkəzində olduğunu aydın gördük. Əldə etdiyimiz elmi nəticələrdən belə qənaətə gəlmək
olar ki, cəmiyyətin kütləviləşməsi prosesində kütləvi mədəniyyət amili, fenomeni
zəruri və həm də vacib
əhmiyyət kəsb edir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu fenomen əsrlər boyu iki, bir-birinə zidd duran
dünyagörüşləri, ideoloogiyaları (burjua ideologiyası və kommunist ideologiyası) arasında özünün əcaib
məzmununu «qazanmışdır». Bir məqamla razılaşmaq olar ki, vaxtilə bu problem ətrafında söylənilən zidd
konsepsiyaların hər birində kütləvi mədəniyyətin müxtəlif elementləri haqqında həqiqətləri əldə etmək
mümkündür.
Çox zaman kütləvi mədəniyyət aşağı qiymətli «istehsalat» üçün istiqamətləndirilmiş mədəniyyət kimi
qəbul edilir. «Kütləvi mədəniyyət» fenomeninə çoxsaylı sosioloq,
sosial psixoloq, filosof, kulturoloqların
diqqəti cəlb olunmuşdur. Onun mahiyyəti iti diskussiya və mübahisələrə səbəb olmuşdur. B. Rozenberq yazır:
«Kütləvi mədəniyyət yaramazlıq, yoxsa heç bir kəsə ziyanlıq gətirməyən xeyir-dua vasitəsidir? Bu mübahisədə
heç kəs öz qənaətindən əl çəkmək istəmir». Qərb tədqiqatçılarının çoxu «kütləvi mədəniyyət»i müasir texnika
və texnologiyanın tendensiyaları və sosial strukturu ilə əlaqə və vəhdəti olmayan ümumbəşəri hadisələrdən biri
kimi qiymətləndirirlər. Bir sıra sosioloqlar «kütləvi mədəniyyətə» kulturoloji aspektdən yanaşaraq ona «kütləvi
cəmiyyət»in sosial fenomeni kimi baxırlar.
Mədəniyyət kütləvi cəmiyyət şəraitində insanların ünsiyyətini, informasiya və məlumat dövriyyəsini, so-
sial nizamlanmanı formalaşdırır. Bununla yanaşı, sosioloqların çox hissəsi kütləvi
mədəniyyətin demokratizmini
kütlələrin istehlakında görürdülər. Beləliklə, kütləvi mədəniyyətin əsas sosial funksiyası üzə çıxır: kütlələrin
cəmiyyət ilə inteqrasiyası bu mədəniyyətin əsas, aparıcı növlərindən olan kommunikasiya vasitəsilə daha opera-
tiv və daha optimal şəraitdə həyata keçirilir.
Ümumiyyətlə, sosiologiya və kulturoloogiyada kütləvi mədəniyyəti tədqiqat subyekti kimi müxtəlif
nöqteyi nəzərlərdən həyata keçirmək qəbul edilmişdir; estetik mövqedən bu mədəniyyət dəyərləri ənənəvi
incəsənətdəki möhtəşəm sənət səviyyəsi
ilə eyniləşdirilmədir, yayılma formasına görə isə, yuxarıda qeyd et-
diyimiz kimi, kütləvi kommunikasiya kanalları vasitəsilə milyonlarla insanın malına çevrilir.
Dünya sivilizasiyasında müasir zamanda baş verən demokratik dəyişiklik və irəliləyişlər sosial
münasibətlərin düzgün nizamlanması və bu münasibətlərə həqiqi və düzgün qiymətin verilməsi zamanın, tarix-
in, tarixi şəraitin reallığına çevrildi. Artıq müasir kulturorlogiyada elitar mədəniyyət problemləri kimi kütləvi
mədəniyyətin mahiyyəti, sosial məzmun və funksiyalarının dəqiqləşdirilməsinə diqqət artırıldı. Müasir
tədqiqatçılar kütləvi mədəniyyətə «kapitalist», burjua mədəniyyəti kimi yanaşma ideyalarını ciddi tənqid
edərək
bu mədəniyyətin bütün insanlar tərəfindən istehlakı fikrini irəli sürürlər. Kütləvi mədəniyyətdən yaşadığı ölkə
və yerindən asılı olmayaraq bütün insanlar istifadə edir. Bu mədəniyyət müxtəlif kanallarla, o cümlədən kütləvi
informasiya və kommunikasiya vasitələri də daxil olmaqla geniş kütlə auditoriyasına istiqamətləndirilmiş
gündəlik həyatın mədəniyyətidir.
Bu məqamda haqlı olaraq məntiqi bir sual ortalığa çıxır: kütləvi mədəniyət nə vaxt təzahür edib, onun ta-
rixi, mənşəyi necədir? Kütləvi mədəniyyətin tarixi haqqında mənbələri kulturologiya bir
neçə aspektdən izah
edir. Bunlardan ən geniş yayılmış nöqteyi-nəzərlər aşağıdakılar hesab edilir:
1.
Tədqiqat nəticələrinə əsasən bir sıra kulturoloqlar sübut etməyə çalışırlar ki, kütləvi mədəniyyət mənşəyinə görə
bəşər tarixi ilə eyni vaxtda yaranıb. Belə ki, kütləvi mədəniyyət üçün əlverişli şəraiti insanlığın yaranış tarixi,
xristianlıq sivilizasiyasının başlanğıcı ilə əlaqələndirən kulturoloqlar geniş auditoriya üçün oxunulan, mütaliə
edilən sadə müqəddəs kitabları («Bibliya») buna aid edirlər.
2.
Kütləvi mədəniyyətin tarixi kökləri XVII-XVIII əsrlərdə Avropa ədəbiyyatında macəra, detektiv, avantür
romanların yaranması ilə izah edilir ki, bu da geniş tirajlar nəticəsində böyük oxucu kütləsini öz ətrafında
Bu derslik behruzmelikov.com
saytindan yuklenmisdir