74
Görkəmli maestro Niyazi və bəstəkar T.Quliyevin birgə təşkil etdikləri ilk caz-orkestri SSRİ kimi nəhəng
bir ölkənin ən aparıcı musiqi kollektivlərindən biri kimi tanındı. Bu orkestrin bir çox musiqiçiləri sonralar SSRİ-
nin müxtəlif orkestr kollektivlərində fəaliyyətlərini davam etdirirlər. Belələrindən əfsanəvi
saksofon çalan
P.Rüstəmbəyov, Eddi Rozner, truba çalan İ.Kələntərov, əvvəlcə Boris Renskinin orkestrində çalışmış, sonradan
ilk sovet myuzik-holunun rəhbəri olmuş, daha sonralar Gürcustanın dövlət cazına rəhbərlik etmiş K.Pevzner.
50-ci illərdə Bakıda daha yeni caz orkestri yaradıldı. Bəstəkar Həsən Rzayevin «Miniatür» caz orkestri,
T.Əhmədovun rəhbərliyi ilə radio və televiziya estrada-simfonik orkestri yaradılır.
60-cı illərdə bəstəkar Rauf Hacıyevin caz-orkestri yaradılır. Həmin illərdə cazda
özünü nümayiş etdirən
yeni musiqiçilər dəstəsi formalaşır: V.Mustafazadə, R.Babayev, V.Sadıqov, A.Hüseynov, «Qaya» vokal kvarte-
ti. Onlar Azərbaycan cazını beynəlxalq və dünya səhnəsində nümayiş etdirir. 1967-ci ildə Tallində təşkil olunan
beynəlxalq caz festivalında Azərbaycanlı cazmenlər, xüsusilə, Vaqif Mustafazadə çox böyük gurultuya səbəb
olan konsert nümayiş etdirirlər. Amerikalı tənqidçi Uillis Kanoverin
söylədiyi rəydən məlum oldu ki,
V.Mustafazadə caz sənətinə novatorluq bəxş edərək «caz-muğam»ı dünyaya ilk dəfə eşitdirdi və bununla da,
Azərbaycanda caz sənətinin yeni bir mərhələsi başladı.
Caz sənətinin ən incə bilicisi U.Saulski V.Mustafazadə yaradıcılığını, o cümlədən Azərbaycan cazını
yüksək qiymətləndirərək onun elitarlığını bir daha vurğuladı. Bu məqamda o, tamamilə bir-birinə yad, lakin
zəngin olan şərq muğamı və Afrika-Amerika cazının sintezini yaradan Vaqif Mustafazadə yaradıcılığına
xüsusilə çox böyük qiymət verərək bu elitar sənət növünün Azərbaycan mədəniyyətinə böyük zənginlik
gətirdiyini ifadə edirdi. Azərbaycan cazının elitarlığı bir də onunla izah edirdi ki, muğam öz çoğrafi
mövqeyinə
görə stabil olduğuna görə o yalnız yaxın və orta şərq regionunda mövcuddursa, caz məkanca daha hərəkətli və
tez yayılandır. Lakin bir-birinə əks qütblü olan bu sənət növlərini (muğam və caz) birləşdirən əsas amil onu
yaradanın müstəqil improvizasiya və özünütəcəssümünün özünəməxsus ruhudur ki, bu da hər cür eklektizmdən
kənardır.
Vaqif Mustafazadə və Rafiq Babayevin yaradıçılığı milli musiqi ilə sıx bağllıq
təşkil edərək həm də mod-
ern və avanqard cazdan bəhrənələrək Azərbaycan caz sənətinin genezisinin əsasını qoymuşlar. Azərbaycan caz
ənənələri (daha doğrusu,- şəhər mədəniyyət fenomeni kimi) vaxtilə Sovet İttifaqında və onun hüdudlarından
kənarda tanınmışdır. Belə ki, professional cəhətdən güclü ifaçılar Vaqif Sadıqov və Arzu Hüseynov bu elitar
sənətin digər nümayəndələridir. Vaqif Sadıqov güclü, incə və həssas fortepiano texnikasına malik olmaqla
yanaşı, caz klassikasının və improvizasiyanın təkrarolunmaz bilicisidir. Bu cür keyfiyyətləri digər sənətçi olan
truba çalan Arzu Hüseynova da aid etmək olar.
Hazırda bu elitar sənət növünün ən layiqli davamçılarından biri də Əzizə Mustafazadədir.
Görkəmli caz-
men Vaqif Mustafazadəyə şöhrət gətirən «Əzizənin həsrətində» adlı kompozisiyasının səbəbkarı olan qızı Əzizə
sonralar özü dünya caz sənətinin ən istedadlı nümayəndələrindən biri oldu. O, bir sıra nüfuzlu festival və
müsabiqələrin qalibi olmaqla Avropa və ABŞ-da diskləri birincilik təşkil edən ifaçılardan hesab edilir. Hazırda,
Əzizə Mustafazadə Azərbaycan caz sənətinin öndə duran nümayəndəsidir.
Beləliklə, Azərbaycan cazı-orijinal hadisə olmaqla dünya caz xəzinəsinə öz dəsti-xəttini verən elitar sənət
növüdür. O, dünya caz kaleydoskopuna günü-gündən inteqrasiya etməkdədir.
XX əsrin əvvəllərində elitar mədəniyyətin cəryanları kimi inkişaf etməyə başlamış bir sıra istiqamətlər –
modernizm və onun rəngarəng formaları, növləri Azərbaycan bədii incəsənətində də özünü təzahür etdirməkdə
idi. Belə ki, bu, incəsənətin elitar konsepsiyasındakı təkamül sisteminin, yəni bədii
estetik sistemin
formalaşması ilə əlaqədar idi.
Modernizm incəsəntdə yeni formaların yaradılması uğrunda mübarizə apararaq mədəniyyət tarixindən
kənara çıxmağı da tövsiyə edirdi. D. Bella görə, modernizm «xalis elitar» xarakterə malik olaraq incəsənətin
«müqəddəs sirləri»ni özündə əks etdirən dar peşəkarların işidir. Modernizm özünün məntiqi ilə bir sıra bədii
ideya, cərəyan və istiqamətləri təzahür etdirir: ekspressionizm, kubizm, futurizm, fovizm, sürrealizm,
abstrak-
sionizm, pop-art və b.
Ekspressionizm (fr. sözü olub-ifadə deməkdir)-ifrat fərdiyyətçi, subyektivist və mistik cərəyan olub,
dünyanı təzadların toqquşması şəklində çatdırır. Bu cərəyan Almaniya və Avstiya mədəniyyətində daha böyük
üstünlük təşkil edir.
Ekzistensializm də modernizmin tərkib hissələrindən olub, həyatın mənasızlığını, ictimai fəaliyyətin
faydasızlığını, əxlaqın əsassızlığını sübut etməyə çalışan cərəyandır. Fransız nəsrində ekzistensializm İkinci Dünya
müharibəsindən sonra J.P.Sartr, A.Kamyunun əsərlərində, A. Malro, S-de Bovuar, Q.Marsel və J. Anuyun
yaradıcılığında kamil səviyyədə özünü təzahür etdirmişdir.
Rəngkarlıq cəsənətində müəyyən mövqe tutan kubizm cəryanı da modernizmin tərkib hissələrindəndir. Bu
cərəyanın mahiyyətini obyekti və ya bədii sürətləri ən sadə həndəsi fiqurlar şəklində təsvir etmək təşkil edir. Bu
modernist istiqamətin mahir rəssamı Pablo Pikasso hesab edilir.
Modernistlərin fikrincə müasir dünyanın dərk edilməsində teatr da əzəmətli rol oynaya bilər. Fransız filo-
sofu və modernizmin ideoloqu J.Lakan hesab edir ki, insanın mənəvi pozuntularına
səbəb olan nevroz, psixoz və
s. əsas törədçi amilləri insani «mən»in teatral effektləridir. Öz həqiqi «mən»in axtaran hər bir fərd özünü bu və
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir